Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə41/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   37   38   39   40   41   42   43   44   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     91 
 
 
yaxın  olan  atalar  sözü  və  məsəlləri  fərqləndirən  cəhətlər  barədə  tədqiqatçılar 
müxtəlif  fikirlər  söyləmişlər.  Bəzi  müəlliflər  bu  fərqləri  onların  qrammatik 
quruluşunda  görmüş,  bəziləri  isə  məsəllərdə  daha  çox  məcaz,  idiom,  müqayisə 
və s. işləndiyinə görə atalar sözlərindən seçildiyini qeyd etmişlər (3;4;5). 
H.Zeynallı isə «Azərbaycan atalar sözü» kitabında bu janra iki mövqedən 
yanaşmışdır.  Birincisi,  o,  bu  janrı  şəkli  xüsusiyyətlərinə  görə  iki  yerə  ayırır: 
1)«Zərbül-məsəl»  və  ya  sadəcə  olaraq  «məsəl»,  2)  Adi  sözlər  və  ya  «savlar». 
İkincisi,  H.Zeynallı  atalar  sözü  və  məsəlləri  məna  fərqinə  görə  bir-birindən 
ayırır.  Müəllifın  fikrincə,  məsəllər  ya  iki  hissədən  ibarət  olur,  yaxud  da  şeir 
formasında deyilir. Onların  bir çoxunda  bitmiş  bir fikir, hökm olur, bəzilərində 
isə fikir dolayı yolla verilir. Buna görə də belə nümunələrdə əsl məna çıxarmağa 
və  fikri  tamamla-mağa  ehtiyac  duyulur.  Müəllifə  görə  ikinci  qisim  isə  mənsur 
olanlardır  ki,  bunlarda  qafiyə  olmur.  Bundan  sonra  H.Zeynallı  atalar  sözü  və 
məsələri məna fərqlərinə görə ayırır.  
«Azərbaycan atalar sözü» kitabına yazılan müqəddimə H.Zeynallının xalq 
ədəbiyyatının  bir  çox  nəzəri  məsələlərini  dərindən  bildiyindən  xəbər  verir.  Bu-
rada o, yalnız atalar sözlərindən deyil, ümumiyyətlə, xalq ədəbiyyatından, onun 
mənşəyindən  və  janrlarından  söhbət  açır.  “Azərbaycan  atalar  sözü”  kitabının 
müqəddiməsində  xalq  ədəbiyyatının  özünəməxsus  xüsusiyyətləri,  yaranması, 
inkişafı,  bədii  dəyəri  və  s.  haqqında  çox  maraqlı  mülahizələr  yer  almışdır. 
H.Zeynallı kitabları tərtib edərkən həmin  mövzuya aid rus və keçmiş SSRİ-nin 
başqa xalqlarının çap etdiyi kitab və məqalələri gözdən keçirir, müqayisə edir və 
müəyyən  bir  elmi  nəticəyə  gəlirdi.  Bu  da  onun  əsərlərinin  elmi  sambalını 
artırırdı. 
Kitabın  müqəddiməsində H.Zeynallı əvvəlcə folkor haqqında ümumi  mü-
lahizələr  söylədikdən  sonra  onu  əsas  iki  böyük  qismə  ayırır.  Müəllif  eyni  za-
manda burda böldüyü hər bir qismin də özlərinə məxsus növlərini göstərir. Hə-
min bölgünün aparılmasında H.Zeynallı rus tədqiqatçılarının əsərlərindən istifa-
də etdiyini söyləyir. O, yazır: “Son rus şifahi ədəbiyyatını tədqiq edənlərə baxıl-
sa və onların tədqiq sistemi Azərbaycan-türk ədəbiyyatı üçün bir «karvan yıldı-
zı»  kimi  qəbul  etmək  olsa,  şifahi  ədəbiyyatımızın  mənzum  qismini:  1.Bayatı; 
2.Mani;  3.Ağı;  4.Gap  (təsnifat);  5.Bağlama;  6.Beşik  başı  (ninni);  7.Meyxanə, 
bədiyə; 8.Tərifləmə kimi parçalara ayırmaq olar. Mənsur qismə gəldikdə, o da: 
1.Müxtəlif məzmunlu nağıllar; 2.Dastan (qəhrəmannamə)lər; 3.Qərəvəlli (sərgü-
zəşt)lər; 4.Timsal və təmsillər, 5.Əfsunlar; 6.Tapmacalar; 7.Atalar sözləri (sınaq 
və  başqaları)  kimi  şöbələrə  ayırdıqda  qəhrəmannamələr,  əfsanələr  ilə  yanılt-
maclar və tərifnamələri həm mənsur, həm də mənzum qismdə görmək olar” (2, 
s.11).  
Göründüyü kimi, H.Zeynallı çox doğru olaraq bir sıra  janrlarda epik-lirik 
ünsürlərin  birləşdiyini  də  göstərir.  Əlbəttə,  ilk  bölgüərdən  biri  olmaq  etibarilə 
müəllifin bu təsnifatı ilə razılaşmaq olar, ancaq burada bəzi mübahisəli məqam-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     92 
 
 
lara  da  rast  gəlmək  mümkündür.  Məsələn, tərifnamə,  gah(təsnifat)  və  s.  növlər 
qaranlıq  qalır,  onlardan  heç  nümunə  göstərilmir.  Aşıq  yaradıcılığı,  aşıq  poezi-
yasının növləri və s. haqqında danışılmır, heç onun adı da çəkilmir. Digər tərəf-
dən,  H.Zeynallının  həmin  bölgü  zamanı  işlətdiyi  bəzi  istilahlar  indi  ya  işləmir, 
yaxud ad köhnəlmiş janrlardır. Məsələn, timsallar, əfsunlar, sərgüzəştlər, gaplar 
və s. (6, s. 227). 
Müqəddimənin  böyük  bir  hissəsi  atalar  sözü  və  məsəllərin  yaranması, 
inkişafı,  forma  və  bədii  xüsusiyyətlərinin  təhlilinə  həsr  edilmişdir.  Atalar  sözü 
və  məsəllər  xalqın  tarixən  sınaqdan  çıxardığı  həyat  müşahidələrinin  bədii  ifa-
dəsidir. Formaca kiçik, lakin zəngin məzmun çalarına malik olan bu janrın özü-
nəməxsus tələbləri var. Atalar sözündə hökm qəti şəkildə təsdiqlənir. Xalq ara-
sında atalar sözü və məsəllər qanadlı sözlər, ibrətamiz ifadələr və başqa adlar al-
tında yayılmışdır. Atalar sözü və məsəllərə Rusiya, Avropada hansı  adlar veril-
məsi, onların  necə təhlil  edilməsi, qiymətləndirilməsi  və s. barədə də  müqəddi-
mədə  maraqlı  fikirlər  vardır.  H.Zeynallının  bu  fikirləri  Azərbaycan  şifahi  xalq 
ədəbiyyatı  nümunələrinin  daha  dəqiq  və  ətraflı  araşdırılmasında  müəyyən  rol 
oynayırdı. Atalar sözü və məsəllərin bölgüsü, başqa sözlə, onların adları və ara-
larında olan fərqlərə dair də müəllifin fikirləri kitabın müqəddiməsində öz əksini 
tapmışdır. 
H.Zeynallı  hələ  M.Kaşağarinin  ”Divanü  lüğat-it  türk”  əsərlərində  atalar 
sözünə ”sav” deyildiyini qeyd edir. Atalar sözü və məsəllərin fərqinə gəldikdə o, 
bu məsələyə iki cəhətdən yanaşır. H.Zeynallı bu janrı şəkli əlamətlərinə görə iki 
qismə  ayırır.  Bunlardan  biri  “zərbül-məsəl”  adını  daşıyan  “məsəl”,  o  biri  adi 
sözlər  savlardır.  Müəllifə  görə  məsəllər  ya  iki  hissədən  ibarət  olur,  yaxuda  da 
şeir formasında deyilir: 
   
Ağrılarda göz ağrısı, 
   
Hər kəsənin öz ağrısı. 
İkinci qism isə mənsur olanlardır ki, bunlarda qafiyə olmur. Məsələn, əv-
vəl yoldaş, sonra yol. Yaxud, Mis sındı, ya çingildədi. Bundan sonra H.Zeynallı 
atalar  sözü  və  məsəlləri  məna  fərqlərinə  görə  ayırır.  Ədibə  görə  bunların  bəzi-
lərində bitmiş bir fikir, hökm vardır. Məsələn, “əldən qalan əlli gün qalar”. Bəzi-
lərində isə məna zahiridir, fikir dolayısı ilə verilir, əsl mənanı çıxarmağa və fikri 
tamamlamağa ehtiyac vardır: 
   
Bağda ərik var idi, 
   
Salam əleyk var idi. 
   
Bağda ərik qurtardı, 
   
Salam əleyk qurtardı. 
Yaxud, “Ev oğrusuna it hürməz” və s. Əlbəttə, H.Zeynallı Azərbaycan ata-
lar sözləri üzərində çox  maraqlı  müşahidələr aparmışdır. Ancaq onun  haqqında 
danışdığımız bu bölgəsində tamamlanmamış və hələlik əsaslandırılmamış cəhət-
lər də vardır. Bu barədə  məşhur rus dilçisi, ömür boyu atalar sözü və məsəlləri 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə