Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə39/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   35   36   37   38   39   40   41   42   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     86 
 
 
kimi  sadə,  lakin  sadə  olduğu  qədər  də  mübariz  və  xalq  hikməti  ilə  dolu,  içi 
böyüklüyə,  milli  duyğuya  hesablanmış  obrazlar  yaratmağa  üstünlük  verir.  Kollu 
Koxa  bütün  müstəvilərdə  yazıçı  məramının  ifadəsinə,  fikir  daşıyıcısına  çevrilir. 
Özünün  funksiyası  ilə  Qılınc  Qurban,  Cavanşir  qədər  mühitə  gərəkli  olduğunu 
göstərir. Kollu Koxanın “sən gəl mənlə höcətləşmə, Qurban kişi, - dedi. – İndi ki, 
biz  ikimiz  də  Qılınc  Qurbanıq,  gəl  höcətləşməyək  sən  öz  təqsirini  boynuna  al, 
mən də  varsa özümünkünü  boynuma alım, qılınclarımızı  birləşdirək. O vaxt, in-
şallah  işlərimiz  yağ  kimi  gedər”  təsəvvürü  əsərin  sonrakı  axarında  özünü  tam 
aydınlığı  ilə  büruzə  verir.  “Qoca  Koroğlunun  misri  qılıncı,  mən  cavan  Koroğ-
lunun ləqəb qılıncı” mətn hadisəsi kimi mahiyyətə yönəlmiş bir tezisdi ki, bütün-
lükdə  əsərin  ideyasını,  yazıçı  məramını  ortaya  qoyur.  Qılınc  Qurban  ciddilik, 
qətiyyət, böyüklük, elata ağsaqqal kimi yolgöstərici funksiyasında çıxış edir. Kol-
lu  Koxanın  funksiyası  xalq  gülüşü,  haqsızlığın,  əxlaqın,  mənəviyyatın  aşağılan-
masına qarşı yönəldilmiş mübarizədir. Burada xalqın tarixi kimliyə hesablanan və 
onu bütün tərəflərilə əks etdirən iki xətt (Qılınc Qurban və Kollu Koxa xətti) ya-
zıçı  tərəfindən  paralel  aparılır.  Məlum  olduğu  kimi,  Azərbaycan  xalqının,  eləcə 
də  bütünlükdə  türk  xalqının  yaddaşında  bir  əbədi  olacaq  qəhrəmanlıq,  igidlik, 
mərdlik,  əyilməzlik  tarixi  vardır.  “Kitabi-Dədə  Qorqud”,  “Bilqamıs”,  “Manas”, 
“Alpamış”,  “Şu”,  “Ərqənəkon”,  “Oğuz  Kağan”,  “Canqar”,  “Edige”,  “Koroğlu”, 
“Qaçaq  Nəbi”,  “Qaçaq  Kərəm”,  “Qandal  Nağı”,  “Qara  Tanrıverdi”,  “Qaçaq 
İsaxan, “Qaçaq İsmayıl” və s. həmin milli əxlaq və davranışın ifadəsi kimi xalqın 
həyatından, yaddaşından qopmuşdur. Mənəviyyatının, davranışının, həyat kredo-
sunun faktı kimi ortaya çıxmışdır. Məhz Qılınc Qurban bir istiqamətdə etnos yad-
daşını,  qəhrəmanlıq  tarixini  ifadə  edir.  İsa  Muğannanın  yazıçı  böyüklüyü  xalqın 
əxlaqi dəyərlərini, qəhrəmanlıq, mərdlik keyfiyyətlərini tarixi mənlik duyğusu ki-
mi  bədii  arenaya  gətirməsidir.  Azərbaycan  xalqının  yaddaşında  qəhrəmanlıq, 
mərdlik,  insanlıq,  kimsəsizə  əl  tutmaq,  xeyirxahlıq  və  s.  dəyərləri  özündə  cəm-
ləşdirən  və  yaddaş  hadisəsi  kimi  gələcəyə  daşıyan  Koroğlu  obrazı  vardır.  Yazılı 
ədəbiyyatın  görkəmli  nümayəndələri,  eləcə  də  xalq  məişətində  söylənən  əhva-
latlar,  aşıqların  məclis  hekayətləri  məhz  igidlik,  mərdlik  mənasında  ora  isti-
qamətlənir.  Zəngin  epik  təfəkkürün  hadisəsi  olan  Koroğlu  xarakteri,  bütöv  kişi 
xarakteri  İ.Muğannanın  bədii  yaradıcılığına  təsirsiz  ötüşməmişdi.  Əksinə  o, 
həmin  yaddaş  hadisəsinin  təsirində  dövrünün  Qılınc  Qurbanını  yaradır.  “Kollu 
Koxa”da  yazıçı  mövqeyinin gücü və  bütünlükdə digər  istiqamətdə  mətndə həyat 
nizamının  mümkünlüyü  məsələsi  təkcə  Qılınc  Qurbanla  bitmir.  Burada  nizamı 
tamamlayacaq  digər  istiqamət  xalq  içərisindən  çıxan,  bir  qədər  də  desək,  xalqı 
bütün varlığı ilə təmsil edən Kollu Koxadır. Yazıçı Kollu Koxa adını əsərin adına 
təsadüfi gətirməmişdir. Elə əsərin bütünlükdə mahiyyəti demək olar onun şəxsin-
də ifadə olunur. İsa Muğanna sosial sferanın mənzərəsini bir qədər fərqli (əslində 
belə  deyildir),  bir  qədər  qeyri-ciddi,  komik  görünən  Kollu  Koxa  vasitəsilə  açır. 
Daha  doğrusu,  etnos  tərəfindən  Qılınc  Qurbanla  bağlı  qəbul  olunmuş  “xalqla 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     87 
 
 
birgə  vuran  ürək”  düşüncəsi  Kollu  Koxanın  şəxsində  pozulur.  Kollu  Koxanın 
düzüb  qoşduğu  silsilə  ayamalar  (ləqəblər)  etnosda  pozulmaqda  olan  nizama 
münasibətdir. Xalq gülüşünün təsir məsələsidir. Onu da deyək ki, “gülüşü doğum 
və həyat mənbəyi sayan xalq komik folklor nümunələrinin məzmununu da məhz 
həmin  baxış  üzərində  qurur.  Bununla  da  xalq  gülüşünün  özünəməxsus  sistemi 
ortaya  çıxır.  Elə  bir  sistem  ki,  o,  yazılı  ədəbiyyatdakı  gülüş  sistemi  ilə  heç  də 
həmişə  üst-üstə  düşmür.  Xalq  gülüşünə  yazılı  satirik  ədəbiyyat  prizmasından 
nəzər saldıqda təhriflərə yol vermiş oluruq. Məsələn, Azərbaycan xalq gülüşünün 
ənənəvi  obrazları  olan  kosa,  keçəl,  Molla  Nəsrəddin,  Bəhlul  Danəndə  və  başqa-
larını sırf ifşaedici qəhrəman kimi götürmək, məhz xalq gülüşünə yazılı ədəbiyyat 
ölçülərindən  yanaşmağın  nəticəsidir.  Kosa,  keçəl,  Molla  Nəsrəddin,  Bəhlul  Da-
nəndə  ilə  bağlı  folklor  nümunələri  bir  fərdin  yox,  məhz  kollektiv  yaradıcılığın 
məhsulu olduğundan həmin nümunələrdə tənqid edən şəxsiyyət və tənqid olunan 
dünya  modeli  axtarmaq  özünü  doğrultmur.  Çünki  xalq  yaradıcılığında  tənqid 
edən  fərd tənqid olunan dünyanın tərkib hissəsidir” (3, 19). İsa Muğannanın  ya-
zıçı qüdrəti  məhz kontrastları  yarada  bilmək və onu  yerli-yerində həll  etmək ba-
carığıdır. Burada milli əxlaq və davranış normaları Qılınc Qurbanla Kollu Koxa-
nın şəxsində həll olunur. Xalq düşüncəsindəki yanaşma üslubları – ciddi davranış 
forması  ilə,  komik  formullar  bir-birinə  mane  olmur.  Əslində,  cəmiyyətin  əxlaq 
toplusunun komponentləri kimi biri digərini tamamlayır. Məhz Kollu Koxa bizim 
yaddaşımızda olan ənənəvi  folklor obrazları  ilə qovuşur və onların sırasında gö-
rünür. Onu da əlavə edək ki, Kollu Koxanı sırf ifşaedici obraz kimi götürmək ya-
zıçı  sənətkarlığına  və  əsərin  mahiyyətinə  kölgə  salmaqdır.  Yazıçı  Kollu  Koxanı 
tənqid  olunan  dünyanın  tərkib  hissəsi  kimi  götürməklə  folklor  konstruksiyasına 
müraciət edir və kifayət qədər mükəmməl obraz yaradır. Xalqın əxlaq və davranış 
formalarında  etnosun  müsbət  və  mənfi  tərəflərinin  qiymətləndirilməsinin  müx-
təlif üslubları  vardır. Komizm də  bir  forma olaraq folklorda özünə kifayət qədər 
yer almış, təhkiyə olaraq  işlək bir düşüncə tipinə çevrilmişdir. Xalq gülüşü kimi 
onun  təsiri  isə  tarixi  kimliyin  göstəricilərindən  biri  kimi  sabitləşmişdir.  Kollu 
Koxa özlüyündə yazılı ədəbiyyat hadisəsi olmadan mətndə daha çox folklorlaşma 
təsirində görünür və folklor faktına çevrilir.  
İsa Muğanna bütün əsərlərində milli koloritin böyük daşıyıcısı olaraq görü-
nür. Ona görə də onun əsərlərində elat həyat tərzi, xalqın canlı məişəti, adət-ənə-
nəsi,  davranışları,  mərasimləri  bir  sistem  olaraq  özünə  yer  tapır.  Daha  doğrusu, 
İsa  Muğanna  yaradıcılığının  nüvəsini  təşkil  edir.  Nədən,  haradan  yazmasından 
asılı olmayaraq  yenə tarixi  yaddaşa, milli dəyərlərə gəlib çıxır, obrazları  ilə  mü-
nasibətini məhz həmin yaddaş əsasında qurur. Onların rəftarı, söhbətləri, həyata, 
dünyaya,  elə-obaya,  qonşuya,  qohuma  münasibəti  tarixi  yaddaşa,  daşlaşmış  elat 
təsəvvürlərinə əsaslanır.  
İşin  elmi  nəticəsi.  İsa  Muğannanın  yaradıcılığı  təkcə  bədii  nümunə,  mətn 
hadisəsi olaraq dəyər qazanmır, onun gücü, milli düşüncəyə, etnos əxlaqına daha 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə