Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə35/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   31   32   33   34   35   36   37   38   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     77 
 
 
aləm  nura  boyanır. Ovçunun qonşusu görür ki, doğrudan da ona  yaxın düşmək 
mümkün deyil. Ondan süzülən işıq ox kimi adamın gözünə sancılır. 
Axır  qonşu  təngə  gəlib  onu  yayı-oxu  ilə  vurur.  Bu  ox  Günəşi  sinəsindən 
yaralayır. Günəş yaralı-yaralı qaçır. Günəş göyün üst qatına qalxır və öz donunu 
soyunub  səpir.  Donundakı  qan  izləri  qurşaq  şəklində  göyün  üzündə  yağışdan 
sonra görünür. Ovçu tutduğu işdən peşman olur  və bir at  minib onu axtarmağa 
gedir.  Ancaq  ona  çata  bilmir.  Deyirlər,  həmin  ovçu  Ay  imiş,  qonaq  isə  aləmə 
nur saçan, dünyaya gözəllik verən, həyat verən Günəş imiş. Bəzən görürsən Ay 
sabaha  qalır  ki,  Günəşlə  görüşüb  günahını  boynuna  alsın,  ondan  üzr  istəsin, 
ancaq bu mümkün olmur, Günəş ondan qaçır (9, 245). 
Bu  əfsanədə  insanlaşmış  Günəş  obrazı  var.  İnsanın  Günəşə  münasibəti 
doğmadır,  səmimidir.  Günəş  də  bu  münasibəti  duyur,  insana  yaxın  gəlir,  o  də-
rəcədə ki, hətta evində də gecələyir. Qədim təsəvvürlərdə Göylə Yeri bir yerdə, 
çox yaxınlıqda təsəvvür edən insanlar Günəşlə bağlı da bu düşüncədə olmuşlar.  
Günəşin Yerdən aralanmasının, «ayrılmasının» səbəbi artıq əcdadlarımızın 
təsəvvüründə  mifdən  sonrakı  əfsanələşmiş  çağı  ifadə  edir:  yəni  bir  zamanlar 
Günəş hətta Yerdə (adamların evində belə) gecələyirmiş, həmin hadisədən sonra 
(insanların onu tutmaq məqsədilə oxla yaralamasından sonra) birdəfəlik Yerdən 
ayrılıb.  
Burada  Günəşin  gözəl  qız  şəklində  təsəvvür  edilməsi  əski  təsəvvürlərdən 
(ilk növbədə saçaqlı olması ilə bağlıdır) irəli gəlir.  
Yaralı  Günəşin  insanların  əlindən  qaçaraq  göyün  üst  qatına  qalxması, 
donunu  soyunub  səpməsi  yaradılış  motividir:  belə  ki,  «donundakı  qan  izlərinin 
qurşaq  şəklində  göyün  üzündə  yağışdan  sonra  görünməsi»nin  səbəbi  insanın 
Günəşi  yaralamasıdır.  Adətən  göy  qurşağı  yağışdan  sonra  əmələ  gəlir.  Demək 
insan Günəşi yaralayıb, küsdürüb, ağladıb…  
Əfsanənin  sonunda  həmin  insanın  Ay  olduğu  deyilir.  Günəş  (qız)  Aydan 
(oğlandan) qaçır, gecə ilə gündüz bu ayrılığı qoruyur.  
Əfsanədə  əslində  üç  astral  obyektin  –  Günəşin,  Ayın  və  göy  qurşağının 
yaranması, Göy üzündə həmişəlik məskunlaşması səbəbi “aydınlaşır”.  
Mətndə dünyanın  yaradılması  ilə  bağlı konsept özünü  bir  neçə  səviyyədə 
göstərir: 
Birincisi, hər bir yaradılış mifologemi konkret kosmoqonik konseptə bağ-
lanır.  Bu  qanunauyğunluğu  mətndə  də  görürük.  Məlum  olur  ki,  Günəşlə  Ayın 
bir-birini izləməsi bir kosmoloji ritm kimi Ovçu ilə Günəş arasındakı hadisədən 
törəyir. Həmin hadisəyə qədər bu kosmoloji ritm mövcud deyildi. Bu baxımdan 
həmin ritmin əsası sözügedən hadisə ilə qoyulur. Bu da öz növbəsində Ovçu ilə 
Günəş arasındakı hadisəni ilkin kosmoqonik presedentə çevirir. 
İkincisi, hər bir kosmoqonik presedent ilkin hərəkət örnəyi kimi ilk əcdad-
mədəni  qəhrəman  obrazı  ilə  bağlıdır.  Başqa  sözlə,  Günəşlə  Ayın  astral  hərəkət 
ritminin  Ovçu-Günəş  münasibətlərindən  başlanması  Ovçu  obrazında  ilk  əcdad-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     78 
 
 
mədəni  qəhrəman  arxetipini  görməyə  imkan  verir.  Azərbaycan  mifik  mətnlə-
rində ilk əcdadın Oğuz kağan olduğunu nəzərə alsaq, Ovçu obrazı Oğuz kağanın 
məna sırasına aid olan paradiqmadır. 
Üçüncüsü,  Ovçu-Oğuz  paralelini  asanlıqla  bərpa  etmək  olur.  İlk  əcdad 
Oğuz kağan əvvəlcə gecə vaxtı işıq şüası şəklində yerə düşən Günəş qızı ilə, da-
ha  sonra  gölün  ortasındakı  ağacın  koğuşunda  oturmuş  Yer-Su  qızı  ilə  evlənir. 
Bu motivi sözügedən əfsanə mətnində də görmək olur. Ovçu Günəş qızına gölün 
sahilində  rast  gəlir.  Beləliklə,  Oğuz  kağan  mifindəki  hadisə  və  obrazlar  müəy-
yən dəyişikliklərə uğramış şəkildə əfsanə mətnində də var. 
Dördüncüsü, əfsanədə Ayın ovçu olması da onun Oğuzla bağlılığını ortaya 
qoyur. İlk əcdad Oğuz məhz mahir ovçudur və öz xanımlarını da ovda tapır. 
S.P.Pirsultanlı  yazır  ki,  “Dədə  Günəş”,  “Aldədə”  əsatir  və  əfsanələrində 
Aldədə  yanar  təndirin,  Dədə  Günəş  isə  kürənin  içərisinə  atılır,  lakin  heç  biri 
yanmır. Bizcə, Aldədə ilə Dədə Günəş əslində eyni məna daşıyan və bir kökdən 
olan  adlardır.  Elə  Aldədə  də  Günəş  Dədə  deməkdir.  Aldədə  və  Dədə  Günəşin 
odda yanmamaları, daha çox səma aləmi ilə, hamiliklə, Aya və Günəşə, oda və 
suya  sitayişlə,  qədim  düşünüş  və  inamlarla  bağlı  məsələdir.  Əlbəttə,  bu  da 
inkaredilməzdir ki, həmin qədim görüşlərin özləri də müəyyən mənada Zərdüşti-
liklə süslənmişdir. Odur ki, Azərbaycan folklorunda Gögtanrı – səmavilik müəy-
yən  məqamlarda elə birləşir ki, bəzən bunları  bir-birindən seçmək, ayırd etmək 
özü də çətinlik törədir. Məsələn, əfsanəyə görə, Zərdüşt möcüzə göstərmək üçün 
otlardan  düzəltdiyi  xüsusi  maddəni  bədəninə  çəkməklə  odun  içində  dayana 
bilirmişsə (Ə.X.Dəhləvi. Şirin və Xosrov. Bakı, 1973, səh. 321), Nizamiyə görə: 
Zərdüştün  qırmızı  kükürd  “ocağı”  varmış  (Nizami  “Yeddi  gözəl”,  Bakı,  1941, 
səh.107). Aldədə  və Dədə Günəş kimi Zərdüşt də odda yanmır. Lakin  bunların 
arasında  fərqlər  mövcuddur.  Zərdüştü  odda  yanmağa  qoymayan  onun  varlığın-
dakı  qeyri-adi  qüvvə  deyil,  öz  əli  ilə  otlardan  hazırladığı  xüsusi  maddədir.  De-
məli, Zərdüştün qələbəsi müəyyən mənada əqlin, kamalın qələbəsidir. Od içində 
saqqalı buz bağlayan Aldədə ilə Dədə Günəş isə Zərdüştdən fərqli olaraq qeyri-
adi sehrkar güc və qüdrətə malik əsatiri obrazlardır (10, 88).  
Mövzu  ilə  bağlı  daha  bir  tipik  əfsanə  forması  ilə  qarşılaşırıq.  “Günəşlə 
Ay”  əfsanəsində  deyilir  ki,  Günəş  çox  gözəl,  həm  də  məğrur  qızdır.  Ay  onu 
dəlicəsinə  sevir.  Günəş  Ayın  qarşısında  şərt  qoyur  ki,  əgər  məni  sevirsənsə, 
üzündəki qara xalı qopar ver mənə. Ay heç nə düşünmədən sevgilisinin xahişini 
yerinə yetirir. Günəş qəhqəhə çəkir ki, sənin gözəlliyin xalında idi. Onu da mən 
səndən aldım. Dünyanın gözəli indi mənəm. Ay Günəşdən küsür, üzünə tökülən 
qanı sifətindəcə donub qalır. Ayın üzündə ləkə o vaxtdandır. Günəş tutduğu işə 
peşman olur, Ayı nə qədər çağırırsa, o, geri dönmür. Ay Günəşi görməmək üçün 
üzünə  pərdə  çəkir,  istəmir  ki,  Günəş  sifətindəki  ləkəni  görsün.  Günəş  çıxarkən 
Ayın sifətinin solğunlaşması bu səbəbdəndir (3, 29). 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə