Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə46/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   42   43   44   45   46   47   48   49   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     101 
 
 
xanım”,  “Ələsgərlə  Səhnəbanı”,  “Həcər  xanım”,  “Anaxanımın  küsməyi”  və  s.) 
müəllifləri qismən müəlliflik statusuna malikdirlər. 
Bu  dastanlar  həmin  ustadlardan  sonra  gələn  aşıqlar,  eləcə  də  el-oba  tərə-
findən  dildən-dilə,  ağızdan-ağıza  düşərək,  müxtəlif  variantlara  şaxələnməkdə, 
getdikcə  yeni  epizod  və  hadisələrlə  zənginləşərək  daha  da  cilalanıb  təkmilləş-
məkdədir.  Məsələn,  Aşıq  Ələsgər  həyat  yoldaşı  Anaxanımın  müəyyən  qəribə, 
duzlu-məzəli  səbəblər  üstündə  ondan  küsərək,  körpə  uşaqlarını  atıb  atası  evinə 
getməsindən bəhs eləyən dastanı heç də tam olaraq özü yaradıb məclislərdə söy-
ləyib yaymamışdır. Olsa-olsa, bu qəribə, məzəli hadisəni müəyyən epizodlar ha-
lında orda-burda  danışmış,  həyat  yoldaşını  cırnatmaq  və  məclisdəkiləri  güldür-
mək üçün ona yazdığı zarafatyana şeirlərdən oxumuşdur. Elə bu səbəbdəndir ki, 
aşığın  1973-cü  ildə  Bakıda  “Elm”  nəşriyyatı  tərəfindən  nəşr  olunmuş  “Aşıq 
Ələsgər” adlı kitabında bu və digər dastanlar “Dastan-rəvayətlər” adı altında ve-
rilmişdir (4, 127). Lakin bu gün tam məsuliyyətlə deyə bilərik ki, “Anaxanımın 
küsməyi” (eləcə də “Ələsgərlə Səhnəbanı”, “Həcər xanım” və s.) bitkin bir yeni 
dövr Azərbaycan dastanıdır. Burada aşiq-məşuq, buta almaq kimi səhnələr bir o 
qədər  geniş  yer  almasa,  dastan  bir  qədər  zarafatyana  üslubda  yaradılsa,  Aşıq 
Ələsgər özü XIX əsrdə yaşayıb-yaratmış olsa da, əsəri tərəddüd etmədən XX əsr 
məhəbbət  dastanlarımız  sırasına  aid  eləyə  bilərik.  Əslində,  burada,  eləcə  də 
“Ələsgərlə Səhnəbanı”, “Aşıq  Alı  və Bəstixanım” dastanlarında rəvayət olunan 
səhnələrin  çoxu,  fikrimizcə,
 
XX  əsr  aşıqları  tərəfindən  quraşdırılıb  formalaşdı-
rılmışdır. 
Onu da diqqətə çatdıraq ki,  sözügedən dastanın (“Anaxanımın küsməyi”) 
1973-cü il nəşrində həddindən artıq yarımçıqlıq var. Demək olar ki, yalnız bir və 
ya bir neçə epizod çılpaq süjet xətti boyunca cərəyan edir. Lakin el arasında hal-
hazırda  yayılan,  müasir  aşıqlarımız  tərəfindən  ifa  olunan  variantlarda  olduqca 
zəngin səhnələr, epizodlar, bir-birindən qəribə  hadisələr cərəyan edir ki,  bunla-
rın da  indiyə qədər  yazıya alınıb  bütöv halda  nəşrə hazırlanmaması təəssüf do-
ğurur.  Digər  tərəfdənsə,  göstərdiyimiz  misaldan  aydın  olur  ki,  müəllifi  məlum 
olan XX əsr  məhəbbət dastanlarımızın əsas  müəllifləri  ilə  yanaşı, qismən  həm-
müəllifləri, yaxud şərikli müəllifləri mövcud olanları da yox deyildir. Bu qismən 
həmmüəlliflik statusu daşıyanlar, yaxud şərik müəlliflər isə bəzən həmin ustad-
dan  sonra  yaşayıb-yaradan  başqa  bir  ustad  aşıq  (və  ya  aşıqlar),  bəzənsə  dastan 
həvəskarı, aşıq yaradıcılığını sevən el-oba nümayəndələri ola bilər. Lakin onu da 
unutmayaq  ki,  XX  əsr  məhəbbət  dastanlarımız  içində  bu  cür  nümunələr  sayca 
olduqca  azlıq  təşkil  edir.  Və  buna  görə  də  bu  qəbil  dastanları  əksərən  müəllifi 
bəlli  olan  dastanlar  adlandırırlar.  Daha  doğrusu,  yuxarıda  qeyd  etdiyimiz 
dastanlardan müəllifləri XIX əsrdə yaşamış olanları (Aşıq Alı və Aşıq Ələsgərin 
həyatı ilə bağlı dastanlar və ya dastanlaşmış rəvayətlər), bir növ, orta əsr klassik 
məhəbbət dastanlarımızla  yeni dövr  məhəbbət dastanlarımızı əlaqələndirən, qo-
vuşduran,  birləşdirən  aralıq  xarakter  daşıyır.  Odur  ki,  yayılma  arealına  görə  də 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     102 
 
 
bunlar  yeni  dastanlara  nisbətən  daha  geniş  ərazini  və  auditoriyanı  əhatə  edir 
desək, yanılmarıq. Yuxarıda qeyd etdiyimiz kimi, adları çəkilən dastanların öz-
ləri  də,  əslində,  XX  əsrdə  formalaşıb  bitkinləşmişdir  və  bunları  XX  əsr  Azər-
baycan məhəbbət dastanları sırasına daxil etmək daha məqsədəuyğundur. 
Bütün  bunlar  bir  daha  onu  göstərir,  daha  doğrusu,  konkret  olaraq  sübuta 
yetirir ki, XX əsr  məhəbbət dastanlarımızın da əksəriyyəti əsasını, kökünü, bü-
növrəsini orta əsr klassik məhəbbət dastanlarımızdan götürür. Onların müəlliflə-
ri qədim ənənəni yaşadaraq klassik dastan irsimizin zəngin xəzinəsindən yaradı-
cı şəkildə bəhrələnirlər. 
XX əsr Azərbaycan məhəbbət dastanlarından danışarkən bir vacib məqamı 
da unutmamaq  lazımdır ki,  yeni dövrdə Şərqdə, o vaxt Azərbaycanın da böyük 
bir  hissəsinin  aid  olduğu  geniş  bir  ərazidə  Nadir  şahın  hakimiyyətinin  bərqərar 
olması  nəticəsində tarixdə,  mədəniyyətdə böyük dəyişikliklər baş  verdi. Bu də-
yişikliklər dastan yaradıcılığına da təsirsiz ötüşmədi. İslam dininin bütövlüyünü 
qorumaq  naminə  bütün  təriqətlərin  qadağan  edilməsi  nəticəsində  yeni  yaranan 
dastanlarda aşiqlə məşuqa yuxuda ilahi qüvvə tərəfindən buta verilməsi, demək 
olar,  tamamilə  aradan  qalxdı,  buta  mərhələsi  bitdi.  Artıq  real,  həyati  sevgi  ön 
plana çəkilməyə başladı. Abbasın quyudan çıxarılması, Aşıq Qəribin ağ saqqallı, 
nurani,  pirani  “ağasının”  atının  tərkinə  minərək  gözünü  yumub-açmaqla  kilo-
metrlərlə yolu bir anda qət etməsi, Qurbaniyə verilən şərbətin içinə ağu qatıldı-
ğını  ilahi qüvvənin ona  xəbər eləməsi  və s. kimi  möcüzələrin  baş  verməsi arxa 
plana keçdi. Lakin bu proses də birdən-birə, qəfil baş vermədi. Yuxarıda adlarını 
çəkdiyimiz, müəllifləri XIX əsrdə yaşayıb-yaratmış, qeyd etdiyimiz kimi, özləri, 
əsasən, XX əsrdə formalaşıb püxtələşmiş “Aşıq Alı və Bəstixanım”, “Ələsgərlə 
Səhnəbanı”  kimi  dastanların  özündə  belə  həmin  dini-mistik  meyillərin  izləri, 
necə  deyərlər,  son öləzimiş  işartıları  görünməkdədir.  Məsələn,  “Ələsgərlə  Səh-
nəbanı”  dastanında  belə  bir  cümləyə  rast  gəlirik:  “O  gündən  camaatın  içində 
yayıldı ki, Ələsgərə vergi  verilib, sazı götürüb, sinədən deyir” (4, 139). Yaxud, 
“Aşıq  Alı  ilə  Bəstixanım”  dastanında:  “...Niftalı  qalxdı  ki,  camaat,  toyu  təxirə 
salırıq, qızı vermiyəjəm! Aşıq Alı Haqq aşığıdı, mənim qızıma qarğayır ki, həftə 
tamam  olub,  aya  qalmasın.  Onun  qarğışı  qızımı  tutar.  Bəstixanım  Aşıq  Alının 
halalıdır”  (3,  180).  Beləliklə,  cəmi  bir  qarğışa  görə  o  boyda  dəm-dəstgahlı  toy 
təxirə düşür, oğlan evi yığışıb gedir, həmin gün həmin toy Aşıq Alı ilə Bəstixa-
nım üçün çalınır, sevgililər bir-birinə qovuşurlar. 
Demək, Nadir şahın təriqətləri qadağan etməsi ilə sonrakı dastanlarda buta 
söhbəti  dayandırılsa  da,  onun  əlamətlərindən  olan  vergiverilmə,  Haqq  vergisi 
məsələləri  hələ  qalırdı.  Nəhayət,  Sovet  hakimiyyəti  illərində  bu  əlamətlər  də 
aradan qaldırıldı. Bu da təbii idi. Dinə, Allaha inanmayan bir ictimai quruluşda 
yaşayan ustad aşıqlar  yaratdıqları  yeni dastanlarda epik ənənəni  nə qədər qoru-
yub saxlamağa çalışsalar da, fövqəltəbii, ilahi qüvvələrlə bağlı məqamların təb-
liğ olunmasına heç cür cəsarət eləyə bilməzdilər. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə