Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə48/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   44   45   46   47   48   49   50   51   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     105 
 
 
ideologiyasının  təsiri  nəticəsində  yaranan  “yeni  həyat”ın  tərənnümünə  həsr 
olunmuş  dastanlar.  Bunlardan  birinci  qrupa  aid  olanlar  keyfiyyət  baxımından 
nisbətən  mükəmməldir.  Burada  ideal,  saf  məhəbbət  duyğularının  tərənnümü 
aparıcı  mövqeyə  malikdir.  Müəllifin  özü  haqqında  ağızdolusu  danışmaması, 
təvazökarlıq  məsələləri  də  bu  qrup  dastanlarda  diqqətdən  yayınmır.  Mövzuları 
çox-çox  qədim  zamanlardan  götürüldüyü  üçün  Aşıq  Əli  (“Fərhad  və  Şirin”, 
“Şahzadə  Bəhrəm”),  şair  Nəbi  (“Dilsuz  və  Xəzangül”),  şair  Novruz  (“Sam 
şahzadə”)  və  başqa  müəlliflər  bu  dastanlarda  arxa  planda  dayanmağa  məcbur 
olurlar.  Görünür,  onların  təvazökarlıqları  da  bu  məcburiyyətdən  irəli  gəlir. 
“Şahzadə  Bəhrəm,  Dilsuz,  Sam  şahzadə  və  bu  kimi  aparıcı  surətlər  isə  həm 
qəhrəman,  həm  çalıb-çağıran  aşıq,  həm  də  eşqə  düçar  olmuş  aşiq  kimi  çıxış 
edirlər” (1, 11). 
İkinci qrupa daxil edilən “yeni  həyat”ın tərənnümünə həsr olunmuş “Tar-
laçı qız” (Aşıq Həsən Pərvanə), “Bəhmən və Humay” (Aşıq Bəhmən) kimi das-
tanlarda müəllif həm də əsas aparıcı obraz – əsərin qəhrəmanı rolunda çıxış edir. 
Bu qəbildən olan “Şəmşir və Sənubər” dastanı isə tamamilə avtobioqrafik səciy-
yə  daşıyır.  Burada  qədim  ozan-aşıq  sənətinə  xas  təvazökarlıq  qaydaları  tama-
milə pozulmuş olur desək, yanılmarıq. Lakin buna baxmayaraq, adıçəkilən əsər 
müasir bir dastan olaraq maraq doğurur. 
Qeyd  edək  ki,  orta  əsrlərin  məhəbbət  dastanları  ilə  XX  əsr  Azərbaycan 
məhəbbət dastanlarının bir başlıca fərqi də ondan ibarətdir ki, müasir dastanlar-
da  əsas  aparıcı  obraz  kimi  müəllifin  əsərdə  iştirak  edib-etməməsindən  asılı  ol-
mayaraq, onun həmin dastanın  müəllifi olması  bizə apaydınca bəllidir. Orta əsr 
məhəbbət dastanlarınınsa əsas aparıcı obrazları olan Abbas, Aşıq Qərib, Kərəm, 
Qurbani  və  başqalarının  həmin  dastanların  müəllifləri  olub-olmaması,  əslində, 
bir ehtimal olaraq qalır. 
Əvvəlcədən diqqətə çatdıraq ki, ərsəyə gətirdiyimiz araşdırmanın – tədqi-
qat işinin ayrı-ayrı bölmələrində bu və digər məsələlərə mümkün qədər aydınlıq 
gətirilməyə çalışılmışdır. 
Diqqət  mərkəzinə  çəkdiyimiz  məsələlər  geniş  və  ardıcıl  tədqiqata  cəlb 
edilərək,  hərtərəfli  işıqlandırılmış,  bizdən  əvvəlki  neçə-neçə  müəllif  tərəfindən 
irəli  sürülən  fikir  və  mülahizələr, qəbul olunmuş  konsepsiyalar şərh edilmişdir. 
Aparılan  çoxsaylı  araşdırmalara,  gəlinən  nəticələrə,  verilən  şərhlərə,  aparılan 
təsnifatlara öz mövqeyimizdən münasibət bildirmək də diqqətimizdən yayınma-
mışdır.  Elmi-məntiqi  dəlillərə  söykənərək  obyektivlik  hissini  qorumaq  mövzu 
boyu ən başlıca məqsədimiz olaraq qalmışdır.  
Araşdırmada  bir  sıra  görkəmli  alim  və  tədqiqatçıların  razılaşmadığımız 
mülahizə  və  qənaətlərinə  etirazımızı  bildirərkən  etik  çərçivələri  maksimum 
pozmamağa çalışmağımızı da xüsusi qeyd etmək istərdik.  
 İşin elmi yeniliyi: Məqalədə klassik məhəbbət dastanları ilə yeni yaranan 
dastanların  yayılma  arealı,  bədii-sənətkarlıq  xüsusiyyətləri,  keyfiyyət  fərqi  və 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     106 
 
 
bunun  səbəbləri  yeni  elmi-nəzəri  baxış  bucağı  altında  şərh  edilərək,  özünə-
məxsus məntiqi qənaətlər irəli sürülür. 
 İşin elmi nəticəsi: Məqalədə məlum müəlliflər tərəfindən yaradılmış XX 
əsr Azərbaycan məhəbbət dastanlarının çoxsaylı nümunələr əsasında təhlili apa-
rılaraq, klassik məhəbbət dastanları ilə müqayisədə xeyli aşağı səviyyədə dayan-
ması qənaətinə gəlinmişdir. Bu keyfiyyət fərqini  yaradan səbəblər araşdırılmış-
dır. 
 
ƏDƏBİYYAT 
 
1.  Azərbaycan  dastanları.  Beş  cilddə,  V  cild  (“Ön  söz”ün  müəllifi  Abbasov  İ.), 
Bakı, Elm, 1972. 
2.  Azərbaycan  dastanları.  Beş  cilddə,  I  cild  (“Ön  söz”ün  müəllifi  Təhmasib 
M.H.), Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1965. 
3. Aşıq Alı. Əsərləri. Bakı, Avrasiya Press, 2006. 
4. Aşıq Ələsgər (ikinci kitab). Bakı, Elm, 1973. 
5.  Azərbaycan  xalq  dastanları  (“Ön  söz”ün  müəllifi  Nəbiyev  A.).  Bakı,  Yazıçı, 
1981. 
6.  Koroğlu    (“Ön  söz”ün  müəllifi  Təhmasib  M.H.).  Bakı,  SSR  EA  Nəşriyyatı, 
1965.
 
 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof.  Paşa Əfəndiyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     107 
 
 
Sevinc ƏLİYEVA 
AMEA Folklor İnstitutunun elmi işçisi  
 
 
e-mail: 
sevincaliyeva80@rambler.ru
  
 
 
HEYVANLAR HAQQINDA NAĞIL VƏ TƏMSİLLƏR FOLKLOR 
ARAŞDIRMALARINDA 
Xülasə
 
Məqalədə şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətləri öyrənilib. Eləcə də heyvan-
lar haqqında nağıllar  və təmsil  janrının  şifahi  və  yazılı  ədəbiyyatda  yeri  və rolu  müəyyənləşdi-
rilib, elmi təhlili aparılıb. Təmsil janrının əsas xarakterik xüsusiyyətləri sənətkarların yaradıcılığı 
əsasında təhlil edilib. 
Açar  sözlər:  epik, folklor, heyvan, insan, lirika, nağıl, yazılı ədəbiyyat, janr, təmsil, tül-
kü, şifahi ədəbiyyat 
 
 
 
 
 
 
 
 
 
 
THE MAIN SCIENTIFIC DIRECTION AND PRINCIPLES OF TALES ABOUT 
ANIMALS AND FABLES IN FOLKLORE INVESTIGATIONS 
Summary 
  In  the  article  the  similar  and  distinctive  features  of  the  oral  and  written  literature  are 
investigated. The position and role of the tales about animals and the fable genre are also defined 
in  the  oral  and  written  literature  and  the  scientific  analysis  is  given.  The  main  characteristic 
features of the fable genre have been analysed on the basis of the great authors.  
Key words: epic, folklore, animal, human, lyric, tale, written literature, genre, fable, fox, 
oral literature  
 
 
 
 
 
 
 
 
 
 
СКАЗКИ О ЖИВОТНЫХ И БАСНИ В ФОЛЬКЛОРНЫХ ИССЛЕДОВАНИЯХ 
Резюме 
В статье изучены сходства и различия особенности литературы в  устной и пись-
менной  форме,  а  также  проведен  научный  анализ  о  сказках животных,  определен  роль  и 
место  устной и письменной литературы в представленном жанре. Главной характеристи-
кой особенности этого жанра были проанализированы на основе творчество ремесленни-
ков. 
Ключевые слова:  эпический, фолъклор, животное, человек, лирика, сказка, писъ-
менная литература, жанр, басня, лиса, устной литература   
 
 
 
 
 
Məsələnin  qoyuluşu.  Heyvanlar  haqqında  nağıl  və  təmsillərin  şifahi  və 
yazılı  ədəbiyyatda mövqeyi  araşdırılmış, onların  ideya-bədii  xüsusiyyətləri  mü-
qayisəli şəkildə təhlil edilmişdir. 
İşin məqsədi. Məqalədə qarşıya qoyduğumuz əsas məqsəd heyvanlar haq-
qında  nağıl  və  təmsillərin  əsas  xarakterik  xüsusiyyətlərini  N.Gəncəvi,  A.Bakı-
xanov,  Q.Zakir,  S.Ə.Şirvani,  A.Şaiq  və  A.Səhhətin  əsərləri  əsasında  təhlil  et-
məkdir. 
 
Bəşər  tarixində  mövcud  olan  hər  bir  xalqın  milli  dəyər  və  ənənələrinin 
yaradıcısı və daşıyıcısı kimi formalaşan folkloru var. Güneyli-Quzeyli Azərbay-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə