Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə7/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   2   3   4   5   6   7   8   9   10   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     14 
 
 
gələcəkdən xəbər verən”  mənasında sudurçı sözü işlənir. Bu söz sudurçı  “yo-
zumçu, sutraları şərh edən; buddist keşiş” sözündən semantik inkişaf nəticəsində 
yaranmışdır.  Söz  özünün  ilkin  mənasına  görə  “Dədə  Qorqud  kitabı”ndakı  yö-
rükçi  sözü  ilə  sinonimlik  təşkil  edir.  Misranın  ümumi  məzmunu:  Sağa-sola 
çırpınaraq yırğalanır buddist keşişləri. 
4. Suv dibində dönər mücrimləri. 
Burada bizim suv şəklində oxuduğumuz 1-ci söz ﻮﺻ yazılışına əsasən bü-
tün nəşrlərdə su  “su” kimi oxunmuşdur. S.Tezcan  mətnə taklı  sözünü də əlavə 
edərək bu misra haqqında yazır: “Su dibində [taklı]dönər bahrileriSu dibinde
burada herhalde bugünkü anlamıyla “suyun altında” olarak değil, “su kenarında” 
olarak  yorumlanmalıdır;  krş.  Marzubanname,  Berlin  nüshası  49b:  Bir  altunı  ev 
ortasında bırakdı ve birin delük dibinde kodı. Başka bir olasılık bu sözcüklerin : 
su dibinde değil, su debende  “su  vurduğunda, dalğa vurduğunda” okunmasıdır. 
Fakat su dep- için bir veri bulamadım”(32, 358). S.Tezcanın bu oxunuş variantı 
M.S.Kaçalin və S.Özçelik tərəfindən də qəbul edilmişdir (15, 171; 22, 880). 
S.Tezcanın  su  dibində  ifadəsindəki  dib  sözünü  “kənar”  kimi  izah  etməsi 
qətiyyən  qəbul  oluna  bilməz.  Söz  bu  mənada  heç  bir  abidədə  işlənməmişdir. 
“Mərzubannamə”dən  gətirilən  nümunədə  də  dib  sözü  müasir  türk  dilindəki 
mənadadır. Onun  irəli sürdüyü  ikinci ehtimalı  isə, özünün də etiraf etdiyi kimi, 
heç bir dəlillə sübut etmək mümkün deyil. Su dibində dönər bahrileri misrasına 
Su  dibində  [taklı]dönər  bahrileri  şəklindəki  düzəliş  də  uğurlu  sayıla  bilməz  . 
Əvvələn, əski türk və Anadolu mətnlərində takla ur-takla kıl- , takla at- “ma-
yallaq aşmaq”  ifadələri keçir,  taklı  dön- ifadəsi  isə heç  bir abidədə qeydə alın-
mamışdır.  İkincisi,  onun  oxunuşundan  aydın  olmur  ki,  kafirlər  nə  üçün  suyun 
kənarında mayallaq aşırlar (“takla atırlar”) və bu nəyə xidmət edir. 
 ﻮﺻ  şəklində  yazılmış  sözü  biz  suv  kimi  oxuyur  və  “obelisk;  ucu  sivri 
qəbirüstü  daş  abidə;  büt  (subarqan)-  türkcə:  dikilitaş”  şəklində  izah  edirik. 
(Yazılışı su  və suvı  şəkillərində də oxumaq  mümkündür). Obelisk “yuxarı get-
dikcə  nazikləşən  yonulmuş  daş  (və  ya  ağac)
2
 sütundan  ibarət  qəbirüstü  abi-
də”dir.  Buradan  anlaşılır  ki,  kafirlər  obeliskin  ,  büt  hesab  etdikləri  uzun  sivri 
daşın və ya ağacın (subarqanın) dövrəsinə dolanaraq bütpərəstlik ayini icra edir-
lər.  Bu  sözün  etimologiyası  haqqında  iki  fərziyyə  irəli  sürmək  mümkündür: 
1.Söz  tunqus-mancur  dillərindəki  subarqan  “piramida  (obelisk)  şəklindəki 
qəbirüstü daş” sözü ilə bağlıdır. Həmin söz buddizm termini kimi eyni  mənada 
mancur  dillərində  subarxan,  kalmık  dilində  suvırhın,  monqol  dilində  suvraqa 
şəklində işlənir. Tədqiqatçılar sözün soğd dilindən alındığını güman edirlər. Bu 
etimologiyanın zəif cəhəti ondan  ibarətdir ki, subarqan sözünə  monqol və tun-
                                                                                                             
et:“ Qutadğu bilig”də: yorguçı “yozucu, yuxu təbirçisi” (7, 274). 
2
 Silsilənin  sonuncu  soylamasında  kafir  bütlərinin ağacdan  yonulduğu  göstərilir:İt  kibi gəv-gəv 
edən  çirkin  xarslı  /  Küçicik  toŋuz  şölənli  /  Bir  torba  saman  döşəkli  /  Yarım  kərpic  yasdıqlı  / 
Yonma ağac taŋrılı / Köpəgim kafir (D. 281)  


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     15 
 
 
qus-mancur dillərində suv şəklində rastlanmır. 2. Sözü türk dillərində bəzi leksik 
vahidlərin  tərkibində  qalmış  *sub  kökü  ilə  əlaqələndirmək  olar.  Bu  fikir  daha 
ağlabatandır.  M.  Kaşğarlı  divanında  subı  “uzun  ve  sivri  nesne”  (16,III,  217] 
forması qeydə alınmışdır. B. Atalay M. Kaşğarlı  lüğətindəki  bu sözü öncə söbi 
kimi oxumuş, sonra subı şəklində düzəliş  vermişdir (16, indeks, 532, 536). Di-
vandakı  sözün  sübi  /söbi  oxunuş  variantları  da  mümkündür.  “Dədə  Qorqud 
kitabı”nda ﻮﺻ şəklində sad’la yazıldığı üçün biz suv oxunuş variantına üstünlük 
veririk. V.V.Radlov lüğətində və türk dilinin dialektlərində bu sözə sübesübü, 
söbesöbü şəkillərində “sivri” mənasında təsadüf edilməkdədir (Derleme sözlü-
ğü, 3673, 3704). Sivri sözünün özünün də bu sözlərlə bağlı olduğunu düşünmək 
olar. 
Misradakı  sonuncu  söz  təcriləri  şəklində  oxunur.  Demək  olar  ki,  bütün 
nəşrlərdə  bu  söz  bəhriləri  “dənizçiləri”  şəklində  oxunmuşdur.  F.Zeynalov  və 
S.Əlizadə  əsas  mətndə  təcriləri  şəkildə  oxuduqları  sözü  müasirləşdirdikləri 
mətndə  “dənizçiləri”  kimi  izah  etmişlər.  Lakin  heç  bir  dildə  belə  söz  yoxdur. 
Bizcə, sözün yazılışında yuxarıdakı və aşağıdakı qoşa nöqtələr yanlışlıqla qoyul-
muşdur.  Həmin  nöqtələr  olmadıqda  qrafik  kompleksi  çox  asanlıqla  یﺮﻠﻣﺮﺠﻣ 
[mücrimləri]  kimi  oxumaq  mümkündür.  Mücrim  “günahkar,  cürm  (qəbahət) 
işləmiş adam” deməkdir. Növbəti misranın sonundakı asi “qarşı gələn, üsyançı, 
Allahı danan” sözü də məzmunca kafirlərin dini inancları haqqında öncəki mis-
rada  ifadə  olunmuş  fikri  tamamlayır.  Misranın  ümumi  məzmunu:  Obelisk  şək-
lindəki daş büt (subarqan) dibində dolanır günahkarları. 
5. “Taŋrı mənəm” – deyü suv dibində çığrışur asiləri
Soylamanın  bu  misrasında  (“Taŋrı  mənəm”  –  deyü  suv  dibində  çığrışur 
asiləri)  üsyankarların,  Allaha  asi  olanların  “Tanrı  mənəm”  dedikləri  göstərilir. 
Şamanlıqda allaha asilik ideologiyası yoxdur. Müqəddəs hesab edilən dağ, su və 
ağac  kultu  var.  Buddizmdə  isə  Buddanın  allahlaşdırılması,  ona  sitayiş  edilərək 
ehkamlarına  itaətkarcasına  əməl  olunması  tələb  olunur.  Buna  görə  misranın 
məzmununun  şamanlıqla  əlaqələndirilməsi  mümkün  deyil.  Buddistlər  adətən 
müqəddəs hesab edilən şəxsiyyətlərin qəbirləri üzərində piramida (obelisk) şək-
lində uzun sivri daş (subarqan) qoyaraq onun ətrafında dini ayinlər  icra edirlər. 
Açıq şəkildə görünür ki, burada təsvir olunan və ətrafını suyun oyaraq sıldırım 
və əlçatmaz qayaya çevirdiyi  bir  yerdə qurulmuş şəhərin kafirləri  buddistdirlər. 
Bəzi tədqiqatçılar (S.Tezcan, S.Özçelik) bu misradakı suv dibində (onların oxu-
nuşuna görə: su dibində ) ifadəsinin yanlışlıqla təkrarlandığını iddia edirlər. Biz-
cə,  burada  ifadənin  təkrarı  üslubi  xarakter  daşıyır  və  mətnin  anlaşıqlığını  xeyli 
dərəcədə asanlaşdırır. Misranın ümumi məzmunu: “Tanrı mənəm”, – deyə obe-
lisk şəklindəki daş büt (subarqan) dibində çığrışır asiləri (Allahı dananları). 
6. Oŋın ﻦﮐو ا qoyub tərsin oqur qızı-gəlini  
Dastanın  Azərbaycan  və  Türkiyə  nəşrlərinin,  demək  olar  ki,  hamısında 
misranın ilk sözü öŋin kimi oxunmuşdur. Yalnız O.Ş.Gökyay 1938-ci ildəki ilk 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə