Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə15/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   11   12   13   14   15   16   17   18   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     31 
 
 
üçün  qonşu  kəndin  məktəbinə  gedir.  Hər  gün  piyada  olaraq  qonşu  kəndə  dərsə 
gedir və axşamlar piyada olaraq kəndə qayıdır. Bir gün riyaziyyat dərsində əb-
cəd  hesabını  başa  düşmədiyi  üçün  müəllimi  onu  danlayır.  Bundan  sonra  mək-
təbə  getməməyə  qərar  verir.  Kəndə  qayıtmağa  də  cəsarət  edə  bilmədiyi  üçün 
yoldan bir karvanın keçməsini gözləyir və karvana qoşularaq qürbətə yola düş-
mək  istəyir. Karvan gözləyərkən  yolun kənarındakı bir su quyusunun olduğunu 
dərk edir və oraya gedir. Quyudan su içir və suyu vedrəylə çəkərkən onun ipinin 
quyunun ağzındakı daşı kəsmiş olduğunu görür. Öz-özünə düşünür: "Bir kəndir 
daşı  kəsə  bilərmi?  Əgər  ip  daşı  kəsirsə,  mənim  ağlım  da  riyaziyyat  dərsini 
kəsər", – deyərək qürbətə getmək fikrindən əl çəkir və kəndinə qayıdır. Çalışa-
raq riyaziyyat problemini həll edir və beləliklə, İbn Sina olur 
11

Bu və buna bənzər bir çox şifahi mədəniyyət nümunələrində təbii yayılma 
bu  ənənə  daxilində  baş  verir.  Aşıq-baxşı  əlaqəsi  sərhəd  tanımadan  Anadolu-
Azərbaycan-Orta  Asiya  istiqamətində  daima  istifadə  edilmişdir.  Gedib-gəlmə-
lərin səbəbləri müxtəlif ola bilər. Məsələn, müharibə, ticarət, aşıq gəzməsi və s. 
bu səbəblər arasında sayıla bilər. 
Bu  sözlü  mədəniyyət  yolu  ilə  yanaşı,  bir  də  şimal  mədəniyyət  yolu  adla-
nan İstanbul-Kırım-Kazan yolu ilə Anadoludan Orta Asiyaya mədəniyyət axını-
nı təmin edən ikinci bir yol da var ki, bu daha çox yazılı əsərlərin keçid yoludur. 
İstanbulda  yazılan  və  ya  XIX  əsrdən  etibarən  nəşr  olunan  əsərlər  öncə  Krıma, 
oradan da Kazana gedib çatır və orada yenidən çap olunaraq, Orta Asiyanın di-
gər bölgələrinə gedir. Hətta bəzi kitabların üzərində "İstanbul  baspası üzrə  Ka-
zanda çap edilmişdir" ifadəsi var. 
Nəticə  olaraq  deyə  bilərik  ki,  bəşəriyyət  üçün  şərq-qərb  əlaqəsini  təmin 
edən mühüm tarixi hadisələr və yollarla yanaşı, tamamilə Türk dünyasına xas bu 
iki  yol  (əlbəttə,  bu  yollarda  birləşən  bir  çox  ikinci  dərəcəli  yollar  da  var)  Orta 
Asiya  və  Anadolu  türklüyünü  əsrlərdir  ki,  bir-birindən  ayrılmadan,  türk  mədə-
niyyətinin  əsas  qəliblərindən  ayırmadan  bir  arada  tutmuşdur.  Günümüzdə  bu 
yolların  yerini  müasir  texnologiyanın,  medianın  alacağı  bir  təbiidir.  Arzumuz 
dünya mədəniyyətində layiq olduğu yeri almış bir ortaq türk mədəniyyətinin də 
bərqərar olmasıdır. 
 
Türkiyə türkcəsindən çevirəni: E.Məmmədova-Kekeç 
 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
 
 
 
                                         
11
 F. Turkmen, “Türk Halk Geleneğinde İbn-i Sina”, Uluslararası İbn-i Sina Sempozyumu 
Bildirileri (17-20 Ağustos 1983), Ankara 1984, ss. 201-206. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     32 
 
 
Şirin BÜNYADOVA 
Tarix üzrə elmlər doktoru 
Bakı Dövlət Universiteti 
«Arxeologiya və Etnoqrafiya» 
kafedrasının professoru 
e-mail: shirin_bunyad @mail.ru
  
 
MİSGİN ABDAL YARADICILIĞINDA MADDİ MƏDƏNİYYƏT 
ÜNSÜRLƏRİ 
Xülasə
 
Azərbaycan xalqının məişət və mədəniyyətinin öyrənilməsində və etnoqrafiya elminin in-
kişaf  etdirilməsində  orta  əsrlər  dövrünün  tədqiqat  obyektinə  çevrilməsi  öz  aktuallığını  hələ  də 
qoruyub saxlayır. Tarixi-etnoqrafiyanın XVI əsrinin tədqiqata cəlb olunması elmi cəhətdən bö-
yük  marağa  səbəb  olan  problem  məsələlərdən  biridir.  Xalqımızın  etnoqrafik  irsinin  tədqiqində 
orta  əsrlər  barədə  məlumat  verən  bir  sıra  mənbə  müəllifləri  ilə  bərabər,  eyni  zamanda  həmin 
dövrdə  yaşayıb-yaradan  və  bilavasitə  müşahidə  etdiyi  ətraf mühiti  yaradıcılığında  istər-istəməz 
əks etdirən aşıqlarımızın sənət dünyası bir mənbə kimi əhəmiyyət kəsb edir. Belə aşıqlarımızdan 
biri də araşdırılan dövrün yetirməsi olan Misgin Abdaldır. Onun yaradıcılığında orta əsrlərin ab-
havası  duyulur,  xalq  məişəti  bütün  çalarlarıyla  özünü əks  etdirir.  Misgin  Abdal  yaradıcılığında 
etnoqrafiyanın tərkib hissəsi olan maddi mədəniyyət ünsürləri ilə əlaqədar mövcud olan məqam-
lar  haqqında  bu  araşdırmada  müxtəlif  məsələlər  öz  elmi  şərhini  tapmışdır.  Təqdim  olunan  bu 
məqalədə həmin məsələlər lazımı səviyyədə işıqlandırılmışdır. 
Açar sözlər: Azərbaycan, Misgin Abdal, orta əsr, etnoqrafiya, maddi mədəniyyət.  
 
 
              МАТЕРИАЛЬНАЯ КУЛЬТУРА В ТВОРЧЕСТВЕ МИСКИН АБДАЛА 
Резюме 
В  развитии  этнографической  науки  и  в  изучении  культуры  и  быта  Азербайджан-
ского народа средневековье как объект исследования сохраняет свою актуальность. Исто-
рическая этнография 16-го века одна из проблем, которая вызывает большой научный ин-
терес. В изучении этнографического наследия азербайджанского народа сведения разных 
авторов  имеет  огромное  значение.  А  еще  можно  использовать  труды  ашугов,  которые 
воспевали свой народ, описывая быт и культуру  окружающего их в средние века. Одним 
из таких ашугов является Мискин Абдал, который жил и творил в 16-ом веке. С научной 
точки  зрения  можно  извлечь  важные  этнографические  мотивы,  которые  описал  Мискин 
Абдал  в  своих  стихах.  В  его  стихах  отражены  почти  все  элементы  материальной  и  ду-
ховной культуры, а также семейные обряды. Поэтому его стихи можно использовать как 
ценный источник для изучения этнографии Азербайджанского народа. 
По его стихам можно определить какие отрасли хозяйства существовали в средние 
века.  А  также,  узнать  о  сельскохозяйственных  орудиях,  об  орошении,  пчеловодстве.  В 
статье исследуется пища и напитки, одежда и украшения, используемые жителями Гекчи. 
Ключевые слова: Азербайджан, Мискин Абдал, средневековье, этнография, мате-
риальная культура 
 
 
 
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə