Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə13/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   9   10   11   12   13   14   15   16   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     27 
 
 
yadan  Anadoluya  gələn  İpək  Yolunun  izi  ilə  Çindən  Ankaraya  qədər  bir  dəvə 
karvanı ilə simvolik səyahət edildi. 
Türkmənistanın da bu karvana qoşulması və toplantıya İpək Yolu ilə bağlı 
bir  ad  verməsi  məsələyə  verdiyi  əhəmiyyəti  göstərmək  baxımından  təqdirə-
layiqdir. 
Bu  qədər  önəmli  bir  hadisənin  xalqlar  arasındakı  mədəniyyətə  necə  təsir 
etməsi, bu təsirin günümüzə qədər davam edib-etməməsi məsələsi üzərində apa-
rılan araşdırmaların azlığı təəccüb doğurucudur. Buna görə biz İpək Yolu vasi-
təsilə türkmənlərin  Anadoluya gəldikləri 1071-ci  ildə,  yəni Malazgird zəfərinin 
1000-ci ildönümü ərəfəsində atayurd Türkmənistan ilə anayurd Anadolu arasın-
dakı  mədəni  baxımdan  hansı əlaqə  və  mübadilələrin olduğuna  maraq etdik. Bu 
baxımdan qısa da olsa, bu məqaləmizi həmin mövzuya həsr etdik. Bir-iki misal-
la məsələnin nə qədər aktual olduğunu göstərmək istərdik. 
Mədəniyyətlə  bağlı  araşdırma  aparan  elm  adamları  ən  çox  mədəniyyətin 
ortaya  çıxma  səbəbləri  və  yeri,  mədəniyyətin  yayılması  problemi  ilə  məşğul 
olmuşlar. Keçən əsrdə bu məsələlərlə əlaqədar olaraq Vilhelm və Yakob Qrimm 
qardaşları, Teodor Benfey  və E. Taylor kimi  alimlər  müxtəlif  nəzəriyyələr  irəli 
sürmüş və bu nəzəriyyələrə bağlı olaraq metodlarını inkişaf etdirmişlər. Bu elm 
adamları  müxtəlif  fikirlərə  malik  olmaqla  yanaşı,  Hindistanın  mədəniyyətin  ilk 
beşiyi olması fikrində birləşirlər. Ancaq əsas fikir müxtəlifliyi mədəniyyətin ya-
yılması,  daha  doğrusu,  Şərqdən  Qərbə  necə  keçməsi  məsələsi  üzərində  olmuş-
dur. 
Məsələn,  Qrimm  qardaşlarına  görə,  mədəniyyət  oxşarlığı  ortaq  mifoloji 
süjetlər  və  qohumluq  məsələsi  ilə  bağlıdır.  Teodor  Benfey  hind  dilindən  çevir-
diyi "Kəlilə və Dimnə"nin də təsirində qalaraq, mədəniyyətin Şərqdən Qərbə ya-
yıldığını və bu yayılmanın üç səbəbdən irəli gəldiyini qəbul edir: 
a) Makedoniyalı İskəndərin Şərq yürüşü 
b) Ərəblərin Şərq və Qərbdəki zəfərləri 
c) Səlib yürüşləri 
Həqiqətən də, ilk səbəb kimi göstərilən İskəndərin Şərq yürüşü türklər ara-
sında da "Şu dastanı"nın yaranmasına səbəb olmuş önəmli bir tarixi hadisədir.
6
 
Bu  hadisələr  Şərq  ilə  Qərbi  birləşdirmiş,  yeni  bir  mədəniyyətin  sintezinə 
səbəb  olmuşdur.  Teodor  Benfey  bununla  da  kifayətlənməmiş,  mədəniyyətin 
Şərqdən  Qərbə  doğru  keçərkən  yayılma  yollarını  da  bir  xəritə  üzərində  göstər-
mişdir.  Ona  görə  mədəniyyət  üç  əsas  yol  vasitəsilə  Avropaya  çatıb.  Bu  yollar 
aşağıdakılardır: 
a)  Aralıq  dənizinin  şərqindən  ərəb-yəhudi  torpaqlarından  keçərək  İspani-
yaya, oradan da Avropaya çatıb. 
                                         
6
 Bk. Nihat Sami Banarlı, Resimli Türk Edebiyatı Tarihi, C. I. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     28 
 
 
b) Yenə də Aralıq dənizdən yayılmışdır; Ancaq Siciliya adasından İtaliya-
ya keçərək Avropaya gəlmişdir. 
 c)  Benfeyə  görə,  üçüncü  yol,  ən  qədim  ticarət  yollarından  biri  olan  Hin-
distan-Orta Asiya-Qafqaz-Anadolu və Balkanlar yoludur. 
Benfeyə  görə,  mədəniyyətin  yayılmasında  tarixi  və  mədəni  münasibətlər 
əsas  götürülməlidir.  Bu  əlaqələrin  olmadığı  cəmiyyətlər  arasında  mədəniyyətin 
yayılmasından söz gedə bilməz. 
Türklərin  Asiyada  geniş  bir  ərazidə  yaşamaları,  daha  sonrakı  əsrlərdə  də 
Sibirdən  Şimali  Afrikaya,  Balkanlardan  Çin  sərhədinə  qədərki  coğrafi  ərazidə 
müxtəlif  dini  və  etnik  qruplarla  tarixi  və  mədəni  əlaqələr  nəticəsində  müəyyən 
dərəcədə  assimilyasiyaya  məruz  qalması  və  yeni  keyfiyyətlər  qazanması,  bu 
fərqliliklərə  baxmayaraq,  milli  xüsusiyyətlərini  itirməmələri  və  ümumi  faktor-
ların eynilə davam etməsi mədəniyyət tarixi baxımından son dərəcə maraqlı bir 
tədqiqat mövzusudur. Türklərin ən ibtidai dövrlərdə mifik və epik xarakterli, sa-
də, amma səmimi  və coşğun şifahi ədəbi  nümunələr  yaratdıqları  məlumdur. IX 
və X əsrlərdən sonra islamın da təsiri ilə yeni bir mədəniyyət dairəsinə daxil ol-
dular. IX əsrdə Anadoluya gəldikdə  yeni  bir  məkana  və qədim  Anadolu  mədə-
niyyəti,  Qərb  mədəniyyəti,  İran  və  ərəb  mədəniyyəti  kimi  bir-birindən  fərqli 
mədəniyyətlərlə  dialoq  zəminində  Orta  Asiyadan  gətirilən  mədəniyyətin  dəyiş-
məsi,  hətta  sintez  olunması  normal  idi.  Bundan  başqa,  aradakı  uzun  məsafə  və 
müxtəlif  inzibati  və  siyasi  təşkilatlanma  səbəbilə  Anadolu  ilə  Orta  Asiya  ara-
sındakı mədəni rabitə zəifləməyə başlamışdı. 
Orta  Asiyadan  şimal-cənub  və  şərq-qərb  istiqamətlərindəki  ticarət  yolları 
bu  ayrılığın  səbəb  olduğu  çətinlikləri  və  qopuqluğu  aradan  qaldırmaq  istiqa-
mətində  mühüm  rol  oynayırdı.  Məsələn,  X  əsrdə  Tyan-Şandan  (uyğur  bölgəsi) 
Yenisey vadisinə gedən bir ticarət yolu haqqında İbn Fadlan geniş məlumat ve-
rir. 
Bu səyyahın verdiyi məlumatlardan şimaldakı Bulqar şəhərində xalqın da-
rı çörəyi yediyi, xaqanları görəndə səcdə etdikləri, çadırlarda yaşadıqları və yeni 
bir  məscid  tikildiyi  məlum  olur.
7
 Bu  və  bənzəri  ticarət  yolları,  eyni  zamanda 
mədəni alış-verişi də təmin edir. 
Tariximiz boyu Anadolu ilə Orta Asiya arasında bir çox səbəblərlə köçlər 
olmuş,  insanlarımız  gedib-gəlmişlər.  Türklər  Anadoluya  gələndən  sonra  Orta 
Asiyadan  daim  yeni  dəstələr  gəlməyə  davam  etmiş,  hər  yeni  gələn  köç  dalğası 
buradakı mədəniyyəti yenidən dirçəltmişdir. Yerli mədəniyyətlərlə tanış olmağa 
başlayan Anadolu türk mədəniyyəti hər yeni gələn qrupun təsiri və nostaljik bir 
psixologiya ilə özünə qayıtmış və yox olmaqdan xilas olmuşdur. 
Tariximizdə Çingiz istilasının Anadolunun türkləşməsinə çox böyük təsiri 
olmuşdur. Bu təsir başda Əhməd Yəsəvi dərvişlərinin (Xorasan ərənlərinin) Çin-
                                         
7
 Z. Velidi Togan, Cengiz Han (1155-1227) 1968-1970 ders yılı teksiri).  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə