Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə21/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   17   18   19   20   21   22   23   24   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     45 
 
 
Hüseynə abdəst aldırandan sonra iki rükət namaz qıldırırlar. Ona oxuyub-
yazma  öyrədib  bir  kağızda  (bəzi  variantlarda  yaşıl  bir  yarpaq  üzərində  -  A.A.) 
yazılanı oxumasını istəyirlər. Hüseyn Gülpəri sözünü oxuyur. Bundan sonra ona 
üç badə içirillər. Birincisini aləmləri yaradan uca Rəbbin eşqinə, ikincisini Həz-
rəti  Məhəmməd  eşqinə,  üçüncüsünü  isə  Çin-Maçin  ölkəsində  Bədəxşan  şəhə-
rinin şahının qızı Gülpərinin eşqinə. 
Hüseyn badəni içən anda başucunda Gülpərini görür. Pərilər Gülpəriyə də 
üç  badə  verir  və  sonuncusunu  –  “Hüseynin  eşqinə  iç”  –  deyirlər.  Gülpəri  ba-
dələri içdikdən sonra qeyb olur. Hüseyn qan-tər içində yuxudan oyanır. Yanında 
heç  kəsi  görmür.  Ancaq  ağzında  ləzzətli  bir  dad duyur.  Yenidən  yuxuya  gedir. 
Yuxuda Xızır peyğəmbər görünür. Xızır ona: 
–  Salamməleyküm,  Sümmani,  –  deyir.  Hüseyn  çaşqın  halda  “Sümmani 
kimdir?”  –  soruşunca  Xızır  cavab  verir  :  “Qorxma,  oğlum,  sən  bu  gecə  butanı 
aldın.  Sənə  Sümmani  adı  verildi.  Yuxuda  gördüklərini  qırx  gün  heç  kəsə  söy-
ləmə. 
O,  Sümmanini  kəndin  camisinə  gətirir.  Sümmani  camidə  oyanıb  evlərinə 
gəlir. Qırx gün gözlədikdən sonra başına gələnləri danışır” (2, 170-172; 5, 347). 
Göründüyü  kimi,  Sümmaninin  buta  alma  mərasimi  dini-ürfani  motivlərlə 
olduqca zəngindir. Bu  mərasim Xızır peyğəmbər, qırx dərviş cilddəyişmə, buta 
almaq  və  sair  islami  ənənələrlə  türkün  ibtidai  təsəvvürlərini  özündə  birləşdirir. 
Digər tərəfdən, Sümmaninin buta alması prosesinin bəzi məqamları Azərbaycan 
məhəbbət  dastanlarındakı  qəhrəmanların  butalanmasının  bir  sıra  ünsürləri  ilə 
yaxından  səsləşir.  Müqayisə  üçün  “Aşıq  Qərib”  dastanını  götürək.  Dastanda 
Rəsul  (Şahsənəmə  butalandıqdan  sonra  Qərib)  qəbiristanlıqda  atasının  məzarı 
başında yuxuya gedir və buta alır. Sümmanidə bu proses şəhid məzarları ətrafın-
da baş  verir.  “Qurbani” dastanında Qurbani  zağada  yatarkən Pəri  xanıma  buta-
lanır. Sümmani də mağarada qırx dərvişin qurduğu məclisdə buta alır və s. 
Qəbiristanlıqla  bağlı  epizodun  üstündə  bir  qədər  dayanmağı  məqsədəuy-
ğun  sayırıq.  Məlumdur  ki,  dünya  xalqlarının,  o  cümlədən  Azərbaycan  xalqının 
mifoloji düşüncə sistemində ölülər səltənəti – qəbiristanlıq  magik səciyyə daşı-
yır. Bir sıra sirlər  burada açılır,  nağıl  və dastan qəhrəmanları qəbirlərin,  və  ya-
xud da qəbir sahiblərinin himayəsi ilə çətin situasiyalardan çıxırlar. “Pərilər pad-
şahının əhdi” adlı  nağılda övlad həsrəti çəkən padşaha vəzirin  verdiyi  məsləhət 
bu baxımdan maraq doğurur. “Qibleyi-aləm sağ olsun, övladı Allah verir, biz nə 
edə bilərik, yaxşısı budur sən bir get qəbiristanlığı gəz-dolan, bəlkə qəm-qüssən 
azala” (6, 78). 
Nə  üçün  yaşıl  çəmən,  güllü-çiçəkli  bağ  yox,  məhz  qəbiristanlıq.  Çünki 
bağ, çöl-çəmən maddi dünyanın müvəqqəti nemətləridir. Qəbiristanlıq isə bütün 
insanlığın əbədi məskəni olduğuna görə o, daimi var olan həqiqətdir. Kamilliyə 
həqiqət  məkanında  çatmaq,  doğru olanı  burada  dərk  etmək  olar.  İsgəndər  haq-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     46 
 
 
qındakı  rəvayətdə  anasına  gəlib  onu  qəbiristanlıqda  ağlamasını  vəsiyyət  etməsi 
əsil həqiqəti onun yadına salmasına işarədir. 
Xalqımızın mifik təfəkküründə qəbiristanlığı, məzar daşını əl ilə göstərər-
kən barmağını üç dəfə dişləyib ayağının altına qoymaq inancı ölümü yadına sal-
mağı, qaçınılmaz həqiqəti yaddaşda bərpa etmək anlamını ifadə edir. 
Dünya  xalqlarının  miflərinə  nəzər  salsaq,  eyni,  və  ya  oxşar  mənzərənin 
şahidi olarıq. Məsələn, Şimali Amerika hindularının mifik düşüncəsində belə bir 
inam  var  ki,  “öləndən  sonra  insanlar  yer  altındakı  qohumları  ilə  birləşirlər”  (7, 
120).  Polineziya  xalqlarının  miflərində  ilk  qadın  Hina  ölülər  səltənətinin  qoru-
yucusu kimi çıxış edir. Misirlilərin əski təsəvvürlərində bu funksiyanı Oziris adlı 
allah yerinə yetirir. Belə misalların sayını artırmaq da olar. Bununla demək istə-
yirik  ki,  xalqımızın  mifoloji  təfəkküründə,  ürfani-fəlsəfi  düşüncəsində  müxtəlif 
məqamlarda  təzahür  edən  qəbiristanlıq  motivi  etno-genetik  bağları  ilə  çox-çox 
qədim dövrlərə gedib çıxır. Bu baxımdan  Aşıq Sümmaninin  butalanması  məra-
simindəki qəbiristanlıq motivini təsadüfi hal kimi qəbul etmək olmaz.  
Butalandıqdan sonra Sümmani Ərzuruma gəlmiş, burada bir çox aşıqlarla 
tanış  olub  onlardan  bu  sənətin  sirlərini  öyrənməyə  çalışmışdır.  Mənbələrdə 
Sümmaninin  ustadı  Aşıq  Ərbabi  (1805-1884)  qeyd olunur.  Erman  Artun,  Xey-
rəddin Rayman və digər  folklorşünaslar Sümmaninin  Ərbabi  ilə deyişmələrinin 
birində  ona  qalib  gəldiyini  göstərir,  bu  hadisədən  sonra  sevgilisi  Gülpəriyə 
qovuşmaq üçün yollara düşdüyünü yazırlar (5, 347; 8, 15). 
Badəli  aşıq  kimi  Sümmani  rifai  təriqətinə  mənsub  olmuş  və  bu  təriqətin 
şeyxlərindən  Sanamerli  Əhməd  Babaya  xidmət  etmişdir.  Aşığın  təxəllüsü 
Sümmani sözünün mənası “sonuncu, sona aid” anlamını bildirir. 
Aşıq Sümmani Mələk, Səbihə və Fəridə adlı üç qadınla evlənmiş, onlardan 
iki  qızı,  beş  oğlu  olmuşdur.  İki  oğlu-Əli  və  Şahabəddin  aşığın  sağlığında  ikən 
vəfat  etmişlər.  “Sümmaninin  oğullarından  Fəxri  və  Şövqi,  nəvələri  Hüseyn  və 
Nüsrət, nəticəsi Ömər Yazıçı onun sənət  yolunu  davam etdirmişlər” (9,251). O 
da maraqlıdır ki, Sümmani ustad bir aşıq kimi tanınmış bir şagird yetişdirmədiyi 
halda, Şərqi Anadoluda, hətta Orta Asiyada, Güney Azərbaycanda və Qafqazda 
onun sənət ənənələrini davam etdirən çoxlu saz-söz sənətkarı olmuşdur. 
Aşıq  Sümmani  geniş  bir  coğrafi  arealda  tanınıb  sevilməsinə,  hər  yerdə 
“Sümmani baba” – deyə ehtiramla çağırılmasına baxmayaraq özünü əsil mənada 
xoşbəxt  sanmamış,  yuxuda  gördüyü  Gülpərinin  eşqi  ilə  ömrünü  qürbət  ellərdə 
keçirmişdir. Aşıq Vətəndən uzaqda çəkdiyi iztirabları, həsrət və nisgilini, ayrılıq 
və  hicran  duyğularını  poetik  misra  və  bəndlərin  biçimində  dilə  gətirmişdir. 
Aşığın  “Üçündür”, “İncidir”, “Ağlarmola”, “Deyil” və sair qoşma  və gəraylıla-
rında bunu aydın görmək olar: 
 
Kəbədən gəlir hacılar, 
Ürəkdə çoxdur acılar, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə