Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə18/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   14   15   16   17   18   19   20   21   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     37 
 
 
sında da tətbiq olunmuşdur. İqtisadiyyatda  mühüm rol oynayan elatlar əhalinin 
müəyyən bir hissəsini təşkil edirdilər:  
 
Yaz olanda büsatıdı dağların,  
Ətəyində yer eyləyər elata (1, 45).  
 
Aşıq  burada  köçə  işarə  etmişdir.  Məlumdur  ki,  «yaylağa  köç  edərkən 
aramla  yol qət edilir, heyvanların  yaxşı  bəslənməsi üçün ərazidəki  yem onların 
tələbatını  təmin  etmirsə,  digər  ərazilərə  köçmək  zərurəti  yaranır.  Buna  görə  də 
heyvanların  bol  yemli, geniş otlaq sahələrinə  malik olan digər ərazilərdə otarıl-
ması  lazım  gəlir.  Yem  mənbəyi  olan  otlaq  sahələrinin  birindən  digərinə  köçül-
məsi köçmə təsərrüfat tipinə xarakterikdir. Burada onu da nəzərə almaq lazımdır 
ki, köçün belə aramla getməsi həm də mühitə yavaş-yavaş uyğunlaşmaq, yorul-
mamaq üçün idi» (2, 103). 
Məlumdur  ki,  «mədəniyyətin  başqa  sahələri  kimi,  maddi  mədəniyyət  də 
cəmiyyətin təbii  və sosial  mühitə uyğunlaşması  mexanizmini təşkil edir. Başqa 
sözlə,  onda  həm  etnosun  məskunlaşdığı  təbii  coğrafi  mühit,  həm  də  onun  icti-
mai-iqtisadi inkişafının səviyyəsi, siyasi quruluşu, əhatəsi və digər konkret tarixi 
şərait öz əksini tapır. Maddi mədəniyyət anlayışı mədəniyyətin yalnız istehsal və 
tələbat sahəsində maddi gerçəkləşən varlığını deyil, həmçinin onunla bağlı olan 
insan  fəaliyyətinin  forma,  təcrübə  və  istiqamətlərini  əhatə  edir»  (9,  6).  Maddi 
mədəniyyət ünsürlərindən  yaşayış  məskən və evləri barədə  məlumat verən aşıq 
oba və sarayın adını çəkmişdir: 
 
Qayaları sökdürərdim, 
Zərdən saray tikdirərdim, 
Yağıları çökdürərdim, 
Mənnən təpər, dözüm qaldı (1, 25). 
  
 
Burada həm də maddi mədəniyyət nümunəsi olan saray tikintisində böyük 
sal  daşlardan  istifadə  olunduğuna  işarə  edilir.  Karxanalardan  əldə  olunan  möh-
kəm daşlardan ev tikintisində istifadə olunduğu bəllidir. Müəllif çıl-çıraqlı sara-
yın adını çəkir (1, 28). Məlumdur ki, orta əsrlərdə evlərdə və xüsusən də saray-
larda müxtəlif işıqlandırma vasitələri, o cümlədən çıraqlar işlədilirdi.  
Maddi  mədəniyyət  ünsürlərindən  biri  də  süfrələrin  bəzəyi  olan  yemək  və 
içki  növləridir.  Tarixi  Azərbaycanın  qərb  bölgəsi  olan  qədim  Göyçə  diyarının 
timsalında bölgənin yeməklərindən söz açan aşıq deyir: 
 
Xəngəli, xaşılı gəlməyib sana, 
Beçə qızartması loğmandı cana. 
Ballı qayğanağı hələ bir yana, 
Dillərdə söylənir aşı Göyçənin. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     38 
 
 
Çörək ətirlidi isti təndiri, 
Baldan da dadlıdı motal pendiri. 
Kababın xoş iyi tutar hər yeri, 
Kəsilməz il boyu şişi Göyçənin (1, 236). 
 
Xalqın  məişətində  maddi  mədəniyyət  elementi  kimi  geyim  və  bəzəklərin 
özünəməxsus yeri vardır. İnsanların geyim tərzinə təbii şəraitin, yaşadıqları ətraf 
mühitin və əsrlərdən bəri formalaşan adət və ənənələrin təsiri olmuşdur. Geyim-
lər müəyyən mənada adamların ictimai vəziyyətini də əks etdirir. Bu xüsusiyyət 
öz  əksini  geyimlərin  quruluşunda,  bəzəklərdə,  naxışlarda  tapmışdır.  Geyim  və 
bəzəklərdəki  müxtəliflik, ornamentlərdəki çalarlar həyat tərzini,  ictimai  mənsu-
biyyəti özündə əks etdirməklə ərazi üzrə fərqli olması ilə də seçilir. 
Misgin  Abdal  yaradıcılığında  geyim  və  bəzəklər  barədə  də  məlumat  əldə 
etmək  mümkündür.  O,  el-oba  gözəllərini  vəsf  edərkən  onların  geyimlərinə  də 
işarə edərək belə deyir: 
 
Misginin söhbəti-sözüsən, 
Cümlə gözəllər gözüsən, 
Bu dağların nərgizisən, 
Bürünmüsən şala, yarım (1, 30). 
 
Burada aşıq qadınların baş örtüyü olan şaldan bəhs edərkən onun həmçinin 
nisbətən  həcmcə  böyük  olduğuna  toxunmuşdur.  Yəni  şal  o  qədər  böyükdür  ki, 
ona  bürünmək  olur.  Bu  etnoqrafik  təsvirdən  aydın  olur  ki,  Göyçə  mahalının 
qadınları şaldan istifadə edirdilər.  
Al  qumaş,  bez,  xara  və  tirmədən  hələ  qədimlərdə  geyimlərdə  parça  kimi 
istifadə olunduğu bəllidir. Buna işarə edən aşıq deyir:  
 
Bir şəcərəm, bir kəşkülüm, 
Gur ocağım, odum, külüm, 
Yığın-yığın varım, mülküm, 
Al qumaşım, bezim qaldı (1, 26). 
 
Bundan əlavə aşığın yaradıcılığında, libas, köynək, çuxa, kimi geyim növ-
lərinin olduğunu görürük. M.Abdalın bəhs etdiyi boyuna taxılan həmayıl gözəl-
lərimizin  sinələrini  bəzəyən zinət əşyaları olmuşdur (1, 89). Aşığın  yaradıcılığı 
barədə  məlumat  verən  H.İsmayılov  haqlı  olaraq  qeyd  edir  ki,  «Misgin  Abdal 
şerində bütöv bir dövrün etnoqrafik qiyafəsi ən zərif detalı, ayrıntısı ilə canlan-
dırılır.  Onun  şerləri  bədii  möcüzədir.  Qırmızı  mərcan  taxmış  «mərkus  köbəsi» 
ala  dizlik  geyən,  çəpgəni  atlas  Göyçə  gözəlinin  bəyaz,  al  yanaqlı  çöhrəsini 
rübəndi gizləyir. Ala gözlü, siyah sürməli, yaşmaq altdan baxan Sənubəri, sağrı 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     39 
 
 
başmaqlı,  üstü  zər  baftalı  atlas  güləcəli,  quşu  zər  tanalı  göyçəli  qızı»  (1,  21). 
Buna uyğun təsvir Qurbani yaradıcılığında da yer almışdır. Aşıq Qurbani yazır:  
 
Sağrı başmaq geyib, nalçası gümüş.  
Zər tanalı köynək, həşyəsində (haşiyəsində) quş, 
Mirvari topuqlu tutayı naxış, 
Qırx işkə qız sənə xidmətkar gərək (10, 84). 
 
Deməli,  qadın  geyimlərində  köynəyin  kənar  haşiyəsində  quş  təsvirindən 
istifadə olunmuşdur. Orta əsrlərdə çarıq kimi ayaqqabı  növündən  və onun  bağı 
olduğundan bəhs edilir (1, 65). M.Abdal yazır: 
 
Çox da asan deyil bu dağı aşmaq, 
Geydim ayağıma dəmirdən başmaq (16, 155). 
 
Azərbaycanın dağlıq və dağətəyi yerlərində «ayaqqabılarının altına «dəmir 
çarıq»  adlanan  qarmaqlı  dəmir  bağlayırdılar»  (17,  143-144).  M.Nəsirli  Strabo-
nun da bu barədə verdiyi məlumata əsaslanaraq belə çarıqların qədimliyini sübut 
edir.  Orta  əsrlərdə  bunlara  bənzər  ayaqqabıdan  istifadə  olunduğu  bir  miniatür-
dən  aydın  görünür  (18,  36).  Lakin  miniatürdəki  təsvirdəki  ayaqqabı  formaca 
müəyyən qədər fərqlidir. 
Misgin  Abdalın  maddi  mədəniyyət  ünsürlərindən  cam,  çəngəl,  badə  kimi 
ləvazimatların  adlarını  çəkməsi  onlardan  orta  əsrlərdə  məişətdə  geniş  istifadə 
edildiyini  söyləməyə  imkan  verir.  Bununla  yanaşı,  Misgin  Abdal  su  canağının 
və  dolanan  çarxın  adlarını  çəkmişdir  (1,  26-27).  Məişət  əşyaları  içərisində  o, 
taxta təknənin adını qeyd edir (13, 167). Bundan əlavə aşıq «o solğun yanan çı-
rağın piltəsinə əl atdı» – deməklə çırağın təsvirini verməyə çalışır (13, 147). 
Aşığın yaradıcılığında qeyd olunan xəncər, bıçaq, şeşpər, qılınc, tərəzi me-
talişləmə sənətinin olduğundan söhbət açır (1, 37-38; 47). Metalişləmə Azərbay-
canda qədim tarixi olan sənətkarlıq sahələrindən biridir. Təbiətdə  müxtəlif  fay-
dalı qazıntıların olması burada metalişləmənin yaranıb inkişaf etməsinə geniş şə-
rait yaratmışdır. Metalişləmənin üç əsas sənət sahəsi vardır: dəmirçilik, misgər-
lik və zərgərlik. Metaldan müxtəlif alətlər, ev əşyaları, silahlar və s. hazırlandığı 
bəllidir. Aşığın yaradıcılığında həmçinin dərvişlərin istifadə etdiyi kəşkülün adı 
çəkilir. Tarixdən  bəllidir ki, orta əsrlərin  bu dövründə  metalişləmə  məmulatları 
xarici  ölkələrə  belə  ixrac  edilmişdir.  Oruc  bəy  Bayatın  məlumatlarından  aydın 
olur ki, dəmir zireh geyimləri ölkənin hər yerində o qədər istehsal olunur ki, hət-
ta  Moskvaya  belə  ixrac  edilir  (11,  34).  Abdal  yaradıcılığında  kürənin  qalan-
dığından bəhs edilməsi metalişləmə ilə bağlı sənət sahələrinin mövcudluğunu bir 
daha təsdiq edir (1, 27). 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə