Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə16/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   12   13   14   15   16   17   18   19   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     33 
 
 
MATERIAL CULTURE IN THE WORKS OF MISKIN ABDAL 
Summary 
 
In  the  development  of  ethnography  in  the  study  of  culture  and  style  of  life  the  middle 
Ages as the object of study is still current. Historical ethnography of the 16th century one of the 
issues, that is of great scientific interest. In studying the ethnographic heritage of the Azerbaijan 
people  information  by  various  authors  is  of  great  importance.  And,  you  can  use  the  labor  of 
minstrels  who  sang  of  his  people,  describing  the  life  and  the  culture  surrounding  them  in  the 
middle Ages. One of these is the minstrels Miskin Abdal, who lived and worked in the 16th cen-
tury. From a scientific point of view  we  can extract important ethnographic motifs that Miskin 
Abdal described in his poems. His poems reflect almost all the elements of the material and spi-
ritual culture, and family rituals. Therefore, his poems can be used as a valuable source for the 
study of Ethnography of the Azerbaijan people. 
In  his  poems,  you  can  determine  which  sectors  of  the  economy  existed  in  the  middle 
Ages. And, learn about agricultural implements, on irrigation, beekeeping. The article explores 
the food and drink, clothing and jewelry, used residents of Goyche. 
Key words: Azerbaijan, Misgin Abdal, Middle Ages, ethnography, material culture. 
 
Azərbaycan  xalqı  əsrlərdən  bəri  süzülüb  gələn  söz  incilərilə,  dərin  məna 
çalarları  ilə  dolğun  olan  aşıq  sənəti  nümunələrindən  ibarət  zəngin  bir  irsə  ma-
likdir.  Bu  zəngin  irsdə  xalqın  təsərrüfat  həyatı  və  mənəvi  dünyası,  məişət tərzi 
öz əksini tapmışdır. Qeyd edək ki, Azərbaycanın  şifahi  xalq  yaradıcılığı  nümu-
nələri  real  xalq  həyatını  olduğu  kimi  əks  etdirmək  baxımından  tədqiqi  zəruri 
olan  əvəzsiz  mənbələrdir.  Xüsusən  aşıq  yaradıcılığında  öz  əksini  tapan  zəruri 
etnoqrafik  məqamlar  xalqımızın  hərtərəfli  tədqiq  olunmasında  mühüm  əhə-
miyyət kəsb edir. Bu geniş ümmandan bəhrələnərək etnoqrafik cəhətdən maraqlı 
və  mühüm  material  əldə  etmək  mümkündür.  El-obanın  məişəti  ilə  bağlı  mə-
sələlər aşıqların nəzər diqqətindən qaçmamış, onlar öz yaradıcılıqlarında bu mə-
sələlərə  istər-istəməz  müəyyən  qədər  yer  vermişlər.  Bu  baxımdan  da  aşıqların 
yaradıcılığı xalqımızın məişət və mədəniyyətinin öyrənilməsində bir mənbə rolu 
oynaya  bilər. Dastanlarda artırmaların,  əlavələrin, bəzəmələrin, şişirtmələrin  və 
s. edilməsi, bu baxımdan da bir sıra faktların tarixi hadisələrdən müəyyən qədər 
kənar olması, mümkün olan reallıqdır. Lakin bütün bu deyilənlərlə yanaşı, yega-
nə doğru-düzgün olan xalqın məişət və mədəniyyəti ilə bağlı gerçəklikdir. Belə 
etnoqrafik  təsvirlərdə  nə  artırma,  nə  şişirtmə  və  nə  də  əlavələr  olmur.  Hamısı 
bilavasitə xalqın  yaşam tərzi  və  həyat fəaliyyətidir. Dastan söyləyənlərin özləri 
də  xalqın  əsrlər  boyu  yaşayan  adət  və  ənənələrini,  ayin  və  mərasimlərini,  bir 
sözlə,  mədəniyyətin əsas  xüsusiyyətlərini  və ünsürlərini olduğu kimi  bütün çıl-
paqlığı ilə təqdim etməyə çalışmışlar.  
Məlumdur ki, «Uzaq keçmişlərdə – hələ tayfa, qəbilə şənlik mərasimlərin-
də, toy məclislərində igidlərin şəninə qopuz-saz çalıb ad qoyan, neçə-neçə bəy-
nişan  ərgənləri  bir-birinə  qovuşduran  ozan-aşıqlar  ayrı-ayrı  dövrlərdə  türkdilli 
xalqlar  arasında  müxtəlif  ad-titullar  ilə  adlandırılmışlar.  Azərbaycanda:  Ağ-
saqqal,  Dədə,  Ata,  Lələ,  Pirustad,  Pirbaba,  Uğurustad,  Varsaq,  Ozan,  Ustad  və 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     34 
 
 
başqa»  (4,  3).  Bu  xüsusda  Eldarova  da  qeyd  edir  ki,  folklordakı  leksik  məlu-
matlara əsasən təsdiq etmək olar ki, xalq ifaçılarının adı kimi aşıq kəlməsi XIV-
XV  əsrlərdə  yaranmışdır.  Müəllif  qeyd  edir  ki,  qədim  və  orta  əsrlər  dövründə 
aşıq sözünün sinonimi kimi onun əvəzinə  varsaq, dədə, ozan,  yanşaq kəlmələri 
işlənmişdir (12, 8). Bunu biz «Dədə Qorqud» dastanından da görə bilirik. 
Məlum  olduğu  kimi,  ««Kitabi-Dədə  Qorqud»  kimi  bir  oğuznamənin  for-
malaşması  ozan  yaradıcılığının  qədim  tarixiliyini  sübut  edir.  Hərgah  ozan  çox 
uzaq keçmişdə mövcudiyyət tapıb hərtərəfli inkişaf yolu keçməsəydi, bu abidəni 
yarada  bilməzdi.  «Kitabi-Dədə  Qorqud»  boylarının  sonluqları  və  ümumi  məz-
munundan  göründüyü  kimi,  Dədə  Qorqud  bu  oğuznamənin  yaradıcısıdır.  O, 
həm də ozandır, lakin «dədə», «ata» ozandır» (7, 66-67). 
Zamanla  aşıq  sənətinin  inkişaf  etməsi  nəticəsində  bu  sənətə  yeni  çalarlar 
gəlir  və  bir  sıra  əlavələr  olunurdu.  Bu  xüsusda  Q.Namazov  haqlı  olaraq  qeyd 
edir:  «orta  əsrlərdə  çox  sürətlə  yayılan  və  böyük  şöhrət  qazanan  aşıq  şeri  sadə 
şəkillərdə  dayanıb  durğunluq  keçirə  bilməzdi.  Sazın  tellərinə  yeni  pərdələr 
vurulduqca saz, söz ustaları  musiqi rənglərinə  müqabil  şer şəkillərinə  yeni-yeni 
ölçülər, qəliblər tapıb cilalayır, yeni formalar alırdılar» (14, 42). 
Zəmanəmizə  qədər  yaradıcılığından  nümunələr  gəlib  çatan  orta  əsr  aşıq-
larından  biri  də  Misgin  Abdaldır.  Misgin  Abdal  kimdir?  Aşıqlar  diyarı  Göyçə 
mahalının yetirməsi olan, zəmanəsinin hörmət sahibi, savadlı insanı Misgin Ab-
dal yaşadığı mühitdən bəhrələnərək yazıb yaradan görkəmli söz ustası idi. Belə 
ki,  «orta  əsrlərin  dini  və  dünyəvi  biliklərinə  bələd  olan  mötəbər  tayfalarından 
biri  Misgin  Abdalın  mənsub  olduğu  Zərgərli  tayfasının  Yaqublu  nəsli  idi»  (3, 
53).  Qeyd  edək  ki,  «sufi  təriqətini  dərindən  mənimsəyən  Hüseyn  sonralar  bu 
təriqətin  müridi  kimi  tanındı  və  Misgin  Abdal  təxəllüsünü  qəbul  etdi»  (3,  53). 
Əlbəttə, əlimizdə əsaslı mənbə olmadığından aşığın təriqət müridi olduğu fikrini 
tam olaraq təsdiq etmək olmaz.  
Misgin Abdalın Şah İsmayıl Xətainin rəğbətini qazanaraq onun tərəfindən 
Təbrizə  dəvət olunduğu  və  sarayda  öz  fəaliyyətini  davam  etdirdiyi  qeyd  edilsə 
də, əlimizdə real faktlar yoxdur. O, 1535-ci ildə vəfat etmişdir. Aşıq Misgin Ab-
dal haqqında bu qısa məlumatdan sonra onun yaradıcılığında xalq və onun məi-
şət, mədəniyyət məsələləri ilə bağlı yer alan məqamları nəzərə çatdırmaq yerinə 
düşərdi. 
Xalq həyatının demək olar ki, bütün sahələri aşıq Misgin Abdal yaradıcılı-
ğında qismən də olsa, öz əksini tapmışdır. İstər təsərrüfat həyatı olsun, istərsə də 
maddi  mədəniyyət  ünsürlərinə  dair  məlumatlara  aşığın  yaradıcılığında  rast  gəl-
mək mümkündür. Təsadüfi deyildir ki, aşıqlar elin ən sevimli adamları olmuşlar. 
El-obanın  xeyir  məclislərinin  idarə  olunmasında  onlar  mütləq  iştirak  etmişlər. 
Xüsusən  toy  mərasimləri  aşıqların  sazlı-sözlü  söhbətlərilə  keçmişdir.  Aşıqlar 
xalqın  müxtəlif təbəqələrinin arasında olaraq onların gündəlik  həyatlarının  mü-
şahidəçilərinə çevrilmişlər. Buna görə də onlar daha çox görüb-götürmüş və in-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə