Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə24/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     52 
 
 
 Fil.ü.f.d. A.Xürrəmqızı “Azərbaycan mərasim folkloru” kitabında “etnoq-
raf  D.Zeleninin  toy  zamanı  saçın  kəsilməsinin  iki  səbəbinin  1)  saçların  qurban 
verilməsi; 2) gəlin qaçırılmasının rudimenti olduğunu göstərmiş və qeyd etmiş-
dir ki, bunun adıçəkilən mərasimin mənşəyinə dair bir qədər mürəkkəbliyə var-
madan başqa bir şey deyildir” (5, 106).  
 “Noqay türklərində (Xəzər türklərində, qaqauzlarda) uşağın ilk saçı qırxı-
landa toy edilir. Həmin tük uşağın  ilk dişi çıxanadək saxlanılırdı” (11, 14-136-
258). 
“Avropa xalqlarında... kəsilmiş saçı yandırırlar. Onların inancına görə bə-
dən üzvləri başqa şəxsin əlinə düşməməlidir. Bir sıra xalqlarda... kəsilmiş saçla-
rın divarda, ya da başqa bir yerdə gizlədilməsi adəti var” (6, 472-475). 
“Siamlar belə güman edirdilər ki, insanın saçının qırxılması çətin və təhlükə-
lidir. Ona görə ki,  başdakı ruhu rahatsız edər, ona zərər verə  bilər. Bu ruh da saçı 
qırxana,  yaxud  da  kəsənə  xətər  toxundura  bilər.  İkincisi,  bu  saçı  kəsdikdən  sonra 
belə  onların  insanla  əlaqəsi  bitmir.  Ona  görə  də  kəsilmiş  saçı  ən  təhlükəsiz  yerdə 
basdırırdılar.  Əks  halda  bu  saç  pis  adamların  əlinə  keçər,  onlara  cadu  edərlər... 
Markiz  adalarının  sakinləri  bir  topa  saç  saxlayıb  qalanını  qırxırdılar.  Bunu  o  vaxt 
edirdilər ki, onların ya andları, ya da bir vədləri olurdu... Saçın qırxılması, kəsilmiş 
saçın gizlədilməsi ritualı olurdu... Kəsilmiş telləri gizlədirdilər  və s. (13, 223-224-
225). 
Qəbələ  rayonunda  Komrat  adlı  bir  ziyarətgah  yeri  vardır.  İnsanlar  övladı 
olmaq üçün bu pirə niyyət edirlər. Uşaq dünyaya gələndən sonra onun hansı yaş 
dövrü  üçün  niyyət  edirlərsə,  o  vaxtadək  uşaqlarının  başında  bir  topa  saç  saxla-
yırlar.  Hər  dəfə  baş  qırxılmasına  baxmayaraq,  ziyarətə  niyyət  edilən  saç  topası 
qırxılmır, uzun qalır. Həmin uşaq niyyət edilən yaş həddinə çatanda isə bu saçı 
kəsib  Komrat  ziyarətgahına  gətirir  və  onun  divarlarınn  oyuqlarında  gizlədirlər. 
Yaxud  da  bu  saçı  təmiz  yerdə  basdırırlar.  Hal-hazırda  da  bu  ənənə  davam  et-
məkdədir. Bu, yuxarıda qeyd etdiyimiz fikirlərin bir daha təsdiqidir.  
İndiyədək  qeyd  etdiyimiz  fikirlər  saçın  mifoloji  anlamda  izahının  veril-
məsidir. 
Biz adi baxdığımız saç məhfumu ilə bağlı çox şeyləri bilmirik. Əslində, bu 
inancın  arxasında  böyük  bir  həqiqət,  gerçək  gizlənmişdir.  Bizim  mifik  sınama 
hesab etdiyimiz bu inancın yaranmasının obyektiv səbəbləri vardır. 
Saç nədir? Saç, canlı saç kökündən əmələ gələn və “keratin adlanan zülal 
maddəsinin  nəticəsində”  artan  və  çoxalan,  dərinin  üst  qatında  yerləşən  cansız 
bioloji ünsürdür. 
Bir insanın başında təxminən 100-150 min saç teli vardır. İnsan saçının bir 
tükü 3 kq yükü qaldırmağa qadirdir. Doğrudan da, bizim güclü pəhləvanlarımız 
vardır ki, özünün saç gücü ilə ağırlıq qaldırmaq məharətinə malikdir. Əski insa-
nın  boyu  uca  (oğuzlar)  olduğu  kimi,  gücü  də  böyük  olub.  Odur  ki,  saçın  gücü 
ətrafında yaranan mifik rəvayətlər məhz bu həqiqətə, gerçəyə söykənir. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     53 
 
 
Konkret faktlar əsasında saça verdiyimiz tərifi çözməyə çalışaq. Canlı saç 
kökündən  əmələ  gələn...  cansız  bioloji  ünsürdür.  Saç  kəsiləndə  ağrımırsa,  can-
sızdır. Saç kəsilən kimi saçın kəsilmiş hissəsi ölür. Demək, cansız saç canlı saç 
kökündən qaynaqlanır. Əgər saç qırxılarsa, kəsilərsə, dartılanda təbii ki, baş ağ-
rıyacaq. Çünki qeyd etdiyimiz kimi  saç kökü canlıdır. Ona görə də “saç qırxıl-
dıqda başda olan ruhlar qəzəblənir, xətər toxundurur” inancları meydana gəlmiş-
dir. 
İnsan  “orqanizmini  son  dərəcə  müxtəlif  zülallar  təşkil  edir.  Hər  bir  zülal 
haqqında  məlumat  DNT-də  (Dinitrotoluen  –  M.Y.)  kodlaşdırılmışdır.  DNT 
genetik koddur” (9, 38-40). 
“İnsan  bədənində  təxminən  yüz  trilyon  hüceyrə  vardır.  Bu  hüceyrələrin 
hər  birində  bir  DNT  molekulu  var.  Bu  molekullardan  yalnız  birinin  içində  üç 
milyard  müxtəlif  məlumat  var.  Bu  məlumatlar  bir  milyon  səhifəlik  kitaba 
bərabərdir. Bir milyon səhifəlik kitab təxminən min cilddir. Bu min cildlik əsər 
24 saat fasiləsiz oxunsa, əsərin tamamlanması üçün yüz il lazım olar. Bu böyük 
məlumat təkcə saçımızın bir telində və ya qolumuzun üzərindəki hansı bir tükdə 
olan DNT-yə aiddir. Dünyanın ən mükəmməl və kompleks təsisatı olan məlumat 
və  təcrübə  DNT-də  gizlənir.  DNT-də  qorunan  məlumatlar  insanın  saç  və 
gözlərinin  rəngindən  boyunun  uzunluğuna  qədər  bütün  fiziki  xüsusiyyətləri  ilə 
bərabər  hüceyrələrdə  və  bədəndə  meydana  gələn  minlərlə  hadisəyə  və  sistemə 
nəzarət edir” (20).  
3 iyun 2013-cü ildə Beynəlxalq Bakı Forumu çərçivəsində “Sintetik biolo-
giya” mövzusuna həsr olunan iclas keçirilmişdir. ABŞ-dan olan mütəxəssis Xose 
Kordeyro bu iclasda bildirmişdir ki, müasir dövrdə insanın saçının bir tükü vasi-
təsilə onun genini müəyyən etmək mümkündür (14). 
Elm  adamları  4000  il  öncəyə  aid  olan  insan  saçı  ilə  ilk  insanların  nəyə 
bənzədiklərini  öyrəndilər.  Kopenhagen  Universitetinin  professoru  Eske  Viller-
slev tərəfindən aparılan saç analizi ilə qəhvəyi rəngli gözü, uzun saçı olan bu in-
sanın  Sibirdən  gəldiyi,  suiti,  enuz  quşu  ilə  qidalandığı  və  gənc  yaşda  öldüyü 
təsbit edilmişdir (17). 
Məşhur tibbi ekspert Sevil Atasoylu müsahibəsində qeyd edirdi ki, hazırda 
bir  insanla  bağlı  məlumatları  ekspert  mütəxəssislər  mərhumun  bədən  qalıntı-
larından, saçından, sümüyündən, dırnağından və iliyindən də əldə edirlər (18). 
Cinayət  işlərində  saç  və  tük  analizləri  mümkündür.  Saçla  yüz  illər  öncə 
yaşamış  insanların  zəka  düzənliyi,  tutulduqları  xəstəliklər,  zəhərlənib-zəhər-
lənmədikləri DNT, cinsiyyət, qan qrupu təsbitlənə bilir. 
Saçın  yaşı  müəyyən  edilə  bilir.  Hətta  saçda  insanın  narkotik  vasitələrdən 
istifadə  edib-etmədiyi  belə  aydınlaşdırıla  bilir.  Saç  analizi  ilə  Kaliforniya  və  Los-
Anceles polis təşkilatı üç ölüm hadisəsini təsbit etmişdir (21). 
Sadaladığımız  bütün  bu  elmi  faktlar  göstərir  ki,  insanın  saçının  bir  teli 
kifayət edər ki, onun genetik kodu təsbit edilsin. Məhz saç ilə insanın kimliyini 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə