Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə22/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   18   19   20   21   22   23   24   25   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     47 
 
 
Evdəki o cüt bacılar 
“Qardaş” – der də ağlarmola? 
 
Sümmaniyəm, oldum talan, 
Qürbət eldə necə qalam, 
Mənim kiçik Şövqü balam, 
“Dadaş” – der də ağlarmola? (2, 336). 
 
Aşıq Sümmani ömrünün son illərini doğma kəndində keçirmiş, 1915-ci il-
də vəfat etmişdir. Qəbri doğulduğu kənddə – Samiqaladadır. 1972-ci ildən etiba-
rən  hər  il  məzarı  başında  “Sümmani  şenlikləri”  törəni  keçirilir,  xatirəsi  sonsuz 
ehtiramla yad edilir. 
İşin  elmi  yeniliyi.  Ağbaba-Çıldır  aşıq  mühitinin  görkəmli  simalarından 
olan Aşıq Sümmaninin həyatından ətraflı bəhs olunmuş, bir sıra qaranlıq və mü-
bahisəli məqamlara aydınlıq gətirilmişdir. 
İşin  tətbiqi  əhəmiyyəti. Aşıq yaradıcılığında sənətkar şəxsiyyətinin öyrə-
nilməsi,  buta  mərasimi,  Azərbaycan  və  Doğu  Anadolu  aşıq  mühitləri  arasında 
sənət  əlaqələrinin  araşdırılması  çağdaş  dövrümüzdə  əhəmiyyətli  məsələlərdir. 
Məqalə bu istiqamətdə aparıla bilən gələcək tədqiqatlar üçün gərəkli mənbə ola 
bilər. 
 
ƏDƏBİYYAT 
 
1. Erkal A. Aşık Sümmani. Erzurum, 2007 
2. Günay U. Türkiyede aşık tarzi şiir gelenegi ve rüya motifi. Ankara, 2011 
3. www. türkülər. com /ozan/Sümmani 
4.  Azərbaycan  folkloru  antologiyası.  Ağbaba  folkloru  (toplayanı  və  tərtibçisi 
S.Ağbabalı). Bakı, 1997 
5. Artun E. Aşıklık gelenegi və aşık edebiyatı. İstanbul, 2009 
6. Azərbaycan folkloru külliyyatı. II cild. Nağıllar. Bakı, 2006 
7.  C.F.Birlayn.  Paralel  mifologiya  (rus  dilindən  tərcümə  edən  K.Hüseynoğlu). 
Bakı, 2014 
8. Rayman H. Aşık Sümmani. Hayatı, edebi şehsiyeti, şiirleri ve şiirlerinin tehlili. 
Ankara, 1997 
9. Ağbaba A. Ağbaba-Çıldır aşıq mühiti. Bakı, 2012 
 
 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Paşa Əfəndiyev 
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     48 
 
 
Mətanət YAQUBQIZI
 
Filologiya üzrə fəlsəfə doktoru 
AMEA Folklor İnstitutunun böyük elmi işçisi 
e-mail: matanatyaqubqizi@rambler.ru 
 
ƏSKİ DÜŞÜNCƏ – SİMVOL – HƏQİQƏT 
Xülasə 
Məqalədə göstərilir ki, əşya və ya varlıqlar dərk olunarkən psixoloji koda və ya simvola 
çevrilir. Belə çevrilmələr nəticəsində əmələ gələn hər bir inancın kökündə isə real həqiqət faktı 
dayanır. 
Açar sözlər: adət-ənənələr, inanc, bədnəzər, saç, DNT kodu  
 
AN ANCIENT MIND – THE SYMBOL – THE TRUTH 
Summary 
The article denotes that while objects and assets are recognized they turn to the psycholo-
gical code or a symbol. As a result of such transformations a real truth fact stands on the root of 
each belief.  
Key words: tradition, belief, evil eye, hair, DNA code 
 
ДРЕВНЫЙ ОБРАЗ МЫШЛЕНИЯ - СИМВОЛ - РЕАЛЬНОСТЬ 
Резюме 
В данной статьи подчеркивается, что в результате восприятии вещей и явлений они 
превращаются в коды и символы. А в корнях каждой поверии, образованные в резултате 
таких перевращении, стоят реальные факты действительности. 
Ключевые слова: обряд, поверие, сглаз, волосы, код ДНТ 
 
Məsələnin  qoyuluşu: İnsan  beynində  inikas olunan  bütün  varlıq  və hadi-
sələr abstrakt kodlara çevrilir, bununla belə hər bir kodun kökündə reallıq  faktı 
durur.  
İşin  məqsədi:  Folklor  nümunələrindəki  simvollar  dərketmə  nəticəsində 
yaranan abstrakt kodların cilalanmış formasıdır. 
 
Varlıq  və  hadisələrin  dərk  olunması  duyğulardan  başlayır.  Duyğu  idrak 
prosesinin  ilk  pilləsidir.  İnsan  duyğuları  vasitəsilə  varlıq  və  hadisələr  haqqında 
məlumat  əldə  edir.  Duyğular  vasitəsilə  varlıq  və  hadisələrin  bütün  əlamət  və 
xüsusiyyətləri  zamandan  və  məkandan  asılı  olaraq  insan  beyni  tərəfindən  mə-
nimsənilir  və  dərketmə  kodlarına  çevrilir.  Duyğu  və  qavrayışın  verdiyi  məlu-
matlar  nəticəsində  mürəkkəb  psixi  proses  olan  təfəkkür  fəaliyyəti  başlayır.  Tə-
fəkkür  məqsədyönlü  idrak  prosesidir.  İnsan  qarşıya  çıxan  məsələləri,  prob-
lemləri  öz təfəkkürü  vasitəsilə  həll  edir,  yəni  suallara  cavab  tapır,  fikrən  təhlil, 
müqayisə  edir,  ümumiləşdirir,  konkretləşdirir.  İnsan  varlıq  və  hadisələri  duyub 
qavrayır, yadda saxlayır və sonradan xatırlayır, yada salır. İnsan qavrayaraq yad-
daşında  qoruyub  saxladığı  məlumatları  yenidən  analiz  edir,  dəyişir  və  yeni 
obrazlar  yaradır ki, bu psixi proses təxəyyül  və  ya düşünərək dərketmə adlanır. 
Beləliklə də, insanı əhatə edən varlıq və hadisələr insan psixologiyası tərəfindən 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     49 
 
 
əvvəlcə  dərketmə  koduna,  daha  sonra  isə  simvola  çevrilir.  Qeyd  etdiyimiz  bu 
proses  simvola  keçid  mərhələsinin  qısa  və  lakonik  izahıdır.  Fikrimizi  folklor 
materiallarına tətbiq edək.  
Əski insanın xarakteri, maraq dairəsi, tələbatı sonrakı dövrlərin insanların-
dan  fərqli  idi.  İnsanın  dərk  etməsi,  təfəkkürü  də  özünəməxsus  olmuşdur.  Əski 
insana  məxsus  olan  ilkin  psixi  keyfiyyətlər  xalqın  söz  örnəklərində  yaddaşlara 
köçürülmüş, nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çatmışdır. Bildiyimiz 
kimi,  folklor  örnəklərində  əski  insanın  adət-ənənələri  yaşayır.  Bu  adət-ənənə-
lərdə  insanların  real  milli  xarakteri,  faktik  həyat  tərzi,  gündəlik  məişəti,  dav-
ranışı  və  sabitləşmiş  vərdişləri  özünü  göstərir.  Tarixən  insanlar  yiyələndikləri 
həyat tərzi,  məişəti, davranış və vərdişləri təkrarlayaraq ənənəyə çevirmiş, son-
rakı  dövrdə  yeni  ənənələr  yaranmışdır.  Hər  bir  sivil  dövr  keçmiş  ənənələrdən 
bəhrələnərək, yaxşı nə varsa mənimsəyərək özünün yeni ənənələrini yaradır. İn-
sanı  əhatə  edən  aləmdə  baş  verən  bütün  hadisələr onun  düşüncə  tərzinə  kəskin 
təsir  göstərir,  onu  dəyişdirir,  əlavə  rənglər  qazandırır.  Buna  baxmayaraq,  adət-
ənənələrimiz ilkin məzmununu qoruyub saxlamışdır.  
Hər bir  yeni  insan əcdadının  yaşadığını  başqa  formada  yaşamış, ancaq qeyd 
etdiyimiz  kimi  ilkin  məzmun  dəyişməmişdir.  Qədim  abidələr,  qayaüstü  rəsmlər, 
əski tikililər fikrimizi bir daha sübut edir. Çünki bu abidələr, tikililər tarixin həqiqət 
carçısı, o dövrün əsl güzgüsüdür. Hələ də dövrümüzə gəlib çatan hansısa tikilinin, 
yaxud  da  hansısa  təsvirin  əsl  anlamı  bu  gün  üçün  də  müəyyən  şifrə,  kod  olaraq 
qalır.  Müəyyən  bir  ip  ucu  lazımdır  ki,  bu  sirli  dünyanın  qapıları  üzümüzə  açılsın. 
Elmdə  böyük-böyük  nailiyyətlər,  uğurlar  əldə  edilmiş,  bunların  kökünün  gerçəyə, 
həqiqətə  söykəndiyi  sübut  olunmuşdur.  Dərin  məzmun  daşıyan  folklor  örnək-
lərindən  olan  inanclar  ilkin  variantda  əski  düşüncə  tərzi  əsasında  formalaşmışdır. 
Bu fikrin əyani sübutu kimi bir neçə inanc nümunəsini gözdən keçirək:  
Məsələn, “Qoz ağacının altında yatmazlar, vurğun vurar” (22). 
“Azərbaycan  türklərinin  inanclarında  “vurğun”  bir  ruhdur,  əcinnənin 
özüdür. Belə deyilir ki,  bu ruh tək ağac altında, su qırağında  və  ya körpü altda 
yaşayır...  Ağac  altında  yatıb  xəstələnənlərə  “vurğun  vurmuş”  deyərdilər... 
Vurğun  vurmuş  adam  çox  vaxt  yerindəcə  ölər  və  ya  bir  müddət  dilsiz-ağızsız 
gəzib dolaşar və s.” (3, 387). 
Biologiya elmindən bizə bəllidir ki, qoz ağacı ən çox karbon qazı buraxan 
ağacdır. Ona görə də bu ağacın altında  yatmaq qorxulu sayılır. Bunun səbəbini 
bilməyən əski insan göstərilən inancı yaratmışdır, hansı ki, kökündə bir gerçək, 
bu günümüz üçün nəticəsi təsdiqlənmiş elmi bilik durur. 
Bir  başqa  inanc  nümunəsinə  diqqət  edək:  “İpəkqurdları  təzə  çıxanda 
onların  bir hissəsi  “qırıldı” bəhanəsi  ilə ayırıb gözə gəlməmək üçün başqa gizli 
bir  yerdə  baxır,  yemləyirdilər  və  həmin  qurdlardan  alınan  baramanı  satırdılar. 
Bu pula qoyun alıb qurban kəsirdilər” (8, 50). 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə