Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə20/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     43 
 
 
Azərbaycan  və  Doğu  Anadolu  aşıq  mühitləri  arasında  sənət  əlaqələrinin 
güclənib  inkişaf  etməsində  Nərimanlı  Aşıq  Sümmaninin  böyük  rolu  olmuşdur. 
Nakam  bir  sevginin  iztirab  və  məşəqqətlərini  ömrü  boyu  çəkən  Aşıq  Sümma-
ninin  adı  və  sənət  şöhrəti  hələ  sağlığında  ikən  Anadolunun  sərhədlərini  aşaraq 
türk  ellərinin  məskunlaşdığı  yaxın-uzaq  ərazilərdə  yayılmış,  zəngin  saz-söz 
repertuarı  bir  çox  sənətkarın  bəhrələndiyi  xəzinəyə  çevrilmişdir.  Aşıq  Sümma-
ninin  ardıcıl  tədqiqatçılarından  olan  Əbdülqədir  Erkal  onun  sənət  ənənəsindən 
bəhs  edərkən  yazır  ki,  “yaşadığı  dövrdə  belə  ədəbi  təsiri  Orta  Asiyaya  qədər 
çatan  Sümmaninin  ölümündən  sonra  da  digər  aşıqlar  üzərində  təsiri  davam 
etmişdir” (1,15). 
Türkiyə  folklorşünaslığında  bu  görkəmli  saz-söz  sənətkarı  haqqında  bir 
sıra dəyərli tədqiqatlar aparılsa da, onun  həyat və  yaradıcılığının  müəyyən  mə-
qamları  ilə  bağlı  müxtəlif  mübahisələr  hələ  də  davam  etməkdədir  və  bu  cəhət 
yeni  araşdırmaların  zəruriliyini  ortaya  qoyur.  Hər  şeydən  öncə  qeyd  etmək  la-
zımdır  ki,  aşığın  doğum  tarixi  haqqında  müxtəlif  fikirlər  mövcuddur.  Nəsib 
Yağmurdərərli,  Nezihi  Okay,  Mehmet  Qardaş,  Xeyrəddin  Rayman,  Erman  Ar-
tun və başqaları Aşıq Sümmaninin 1860-cı ildə Ərzurumun Nəriman bölgəsinin 
Samiqala kəndində anadan olduğunu qeyd edirlər. Folklorşünas Mətin Özarslan 
“Ərzurum  aşıqlıq  gələnəyi”  (Ankara,  2001)  adlı  əsərində  aşığın  1861-ci  ildə 
anadan olduğunu yazır. Qeyd edək ki, o, bu tarixi göstərərkən heç bir mənbəyə 
əsaslanmır. Həm də Türkiyə folklorşünasları arasında Aşıq Sümmaninin doğum 
tarixi barədə müxtəlif fikir ayrılığı – 1860-cı və 1862-ci tarixli illər olsa da, bu-
nun 1861-ci il olduğunu göstərən yeganə folklorşünas M.Özarslan deyil. Profes-
sor U.Gunay da Sümmaninin 1861-ci ildə doğulduğunu yazır (2, 170). 
N.Pertev  Boratov,  Əhməd  Kabaklı,  Fəthi  Gözlər,  Əbdülqədir  Erkal  kimi 
tanınmış  alimlər  isə  Aşıq  Sümmaninin  1862-ci  ildə  anadan  olduğunu  yazırlar. 
Aşığın  doğum  tarixi  haqqında  fikir  müxtəlifliyinin  başlıca  səbəbi  isə  onun 
“Birər-birər”  rədifli  qoşmasının  ilk  bəndi  olmuşdur.  Həmin  bənddə  Aşıq  Süm-
mani  hicri  tarixi  ilə  1278-ci  ildə  anadan  olduğunu,  çəkdiyi  məşəqqətləri  poetik 
şəkildə belə ifadə etmişdir:  
 
Tarix səksən doqquz on bir yaşımda, 
Cəm oldu başıma iş birər-birər. 
On səkkiz il oldu yarın peşində, 
Tökdüm dost yolunda yaş birər-birər (1, 276). 
 
Aşıq  Sümmaninin  doğum  tarixi  barədə  fikir  ayrılığının  olmasının  səbəbi 
örnək  gətirdiyimiz  bəndin  birinci  misrasının  iki  variantda  (tarix  səksən  doqquz 
on bir yaşımda və tarix səksən yeddi on bir yaşımda) dövrümüzə gəlib çatması-
dır. Miladi tarixi ilə birinci variant 1862-ci ili, ikinci variant isə 1861-ci ili ifadə 
edir.  


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     44 
 
 
Azərbaycan folklorşünaslığında Sümmani barədə geniş tədqiqat işləri apa-
rılmasa  da,  keçən  əsrin  80-ci  illərindən  başlayaraq  aşığın  ədəbi  irsindən  müəy-
yən  nümunələr  çap  olunmuşdur.  Görkəmli  şair  M.Aslanın  tərtib  etdiyi  “Türk 
xalq şeirindən seçmələr” (1980) kitabında aşığın haqqında verilmiş yığcam mə-
lumatda onun 1860-cı ildə doğulduğu göstərilmiş və iki qoşması çap edilmişdir. 
S.Ağbabalının  toplayıb  tərtib  etdiyi  “Ağbaba  folkloru”  (1998)  kitabında 
Aşıq  Şenlik,  Aşıq  Nəsib,  Aşıq  İsgəndər  Ağbabalı  kimi  saz-söz  sənətkarları  ilə 
yanaşı  Aşıq  Sümmanidən  də  bəhs  olunmuş,  yaradıcılığından  qüsurlu  olsa  da, 
örnəklər verilmişdir. 
Professor M.Hacıyevanın “Türk aşıqları” (2004) kitabında Aşıq Sümmani 
haqqındakı oçerkdə aşığın həyat və yaradıclığından nisbətən geniş aspektdə bəhs 
olunmuş,  şeirlərinin  mövzu  və  ideya-bədii  xüsusiyyətləri  yığcam  təhlil  edil-
mişdir.  M.Hacıyeva  da  Aşıq  Sümmaninin  1860-cı  ildə  anadan  olduğunu  gös-
tərir. 
Fikrimizcə,  Aşıq  Sümmaninin  doğum  tarixi  1861-ci  ilə  daha  çox  uyğun-
dur.  Həm  də  Ə.Erkalın  göstərdiyi  kimi,  “Summanninin  doqquz  yaşında  kəndin 
sürüsünü  otararkən  buta  alması”  (1,13)  faktı  özünü  doğrultmur.  Çünki  aşığın 
məlum qoşmasında on bir yaşında başına birər-birər iş gəlməsindən bəhs olunur 
ki, bu da 1862-ci il tarixini təkzib edir. 
Sümmaninin  əsil  adı  Hüseyndir.  Ərzurum  və  onun  çevrəsində  yaxşı  tanı-
nan  Qasımoğulları  tayfasından  Hasan  ağanın  yeganə  övladıdır.  Hasan  ağa  sa-
vadlı və dünyagörüşlü bir şəxs olmuşdur. Oğlu Hüseynə dini-əxlaqi elmləri öy-
rətmək  istəsə  də,  nədənsə  Sümmani  oxuyub-yazmaq  bilməmişdir.  Lakin  aşığın 
yaradıcılığı  ilə  tanışlıq  göstərir  ki,  o,  şifahi  yolla  dərin  bilik  qazanmışdır. 
Xüsusilə,  təsəvvüf  məzmunlu  şeirlərində  işlətdiyi  sufi  işarələr  və  simvolika, 
dini-ürfani terminlər aşığın savadlı bir ürfan yolçusu olduğunu təsdiqləyir. 
Mənbələrdə  Sümmaninin  ata-babalarının  Qafqazdan,  qeyri-səhih  məlu-
matlara görə Ağbabadan köçüb Ərzurumda məskunlaşdıqları barədə məlumatlar 
mövcuddur (3; 4, 59). 
Aşıq  Sümmaninin  gerçək  həyatı  əfsanə  və  rəvayətlər  içərisində  itib-bat-
mışdır.  Bu  rəvayətlərdə  Sümmaninin  buta  almasından,  Bədəxşan  şahının  qızı 
Gülpərinin  eşqi  ilə  Krım,  İran,  Qafqaz,  Əfqanıstan,  hətta  Hindistana  səfərlər 
etməsindən  bəhs  olunur.  Professor  G.Umay  Sümmaninin  badəli  aşıq  kimi  buta 
almasını  araşdırarkən  bu  motivi  üç  variantda  ümumiləşdirmişdir.  Həmin  rəva-
yətlərin birində deyilir ki, Hüseyn kəndin heyvanlarını otarmaq üçün Şəkərli dü-
zə  gəlir.  Burada  Ablak  daşı  deyilən  yerdə  şəhid  məzarları  vardı.  Atası  Hasan 
ağanın tövsiyəsi  ilə o, şəhid qəbirlərini  basmış otları təmizləyərkən  yuxuya ge-
dir. Yuxuda o, divarları əlvan rəsmlərlə bəzənmiş bir  mağara görür. Qarşısında 
qırx dərviş və Xızır dayanıb. Dərvişlərin başları üzərində uçan qırx yaşıl göyər-
çin birdən-birə insan cildinə girillər. Mağarada məclis qurulur. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə