Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə17/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   13   14   15   16   17   18   19   20   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     35 
 
 
sanların  duyğularına  tərcümanlıq  etmişlər.  Elə  bu  səbəbdən  də  onlar  haqqında 
xeyli  atalar  sözləri  yaranmışdır:  «Aşıq  gördüyünü  çağırar»,  «Aşıq  olan  divanə 
olar», «Aşıq ya səbir, ya səfər», «Aşığa söz dəyməz, çirkinə - göz», Aşıq deyər: 
– qocalmazdım, olmasaydı toy axırı», «Aşıq el atasıdır», «Aşıq ilə mollanın heç 
olmaz saz arası», «Aşığın qılıncı, qalxanı bir sazıdır, bir sözü», «Aşıqsız məclis 
olmaz» (15, 64). 
Aşıqlar  sazlarını  sinələrinə  basıb  elin  dərdlərini,  ağrı-acılarını  nəğmələrə 
tökmüşlər.  Elə  buna  görə  də  haqq  aşığı  adını  qazana  bilmişlər.  Bu  da  onların 
başqalarından  fərqli  keyfiyyətə  malik  olduqlarının  sübutudur.  Çünki  hər  adam 
aşıq  ola  bilməz.  Belə  ki,  aşıqlıq  sənəti  bədahətən  söz  demək  qabiliyyəti  tələb 
edir.  Hazırcavab  olmaq  və  yerli-yerində  bu  və  ya  digər  məsələyə  şeirlə  mü-
nasibət bildirmək məharəti hamıya nəsib olmur. Eyni zamanda qeyd edilməlidir 
ki, «aşıq sənətinin ədəbi əsasları ilə Azərbaycan klassik poeziyası arasında ümu-
mi cəhətlər olsa da, aşıq poeziyası ona əsil şifahi-xalq boyası, yalnız folklor poe-
tik  janrına  xas  olan  özünəməxsusluq  verən  bir  sıra  fərqləndirici  xüsusiyyətlər 
daşıyır.  Xalq  danışıq  dilinin  zənginliyi  ilə  maksimal  bağlılıq,  sadəlik,  aydınlıq 
aşıq poeziyasının səciyyəvi üslub xüsusiyyətləridir» (8, 35). 
Nəzəri  cəlb  edən  cəhət  budur  ki,  «aşıq  poeziyası  aşiqanə  xəyallara,  şirin 
eşqi  xülyalara  uyğun  şərti  bədii  vasitələrdən  tez-tez  istifadə  etmişdir.  Lakin 
bütün  bunlarla  yanaşı,  aşıq  poeziyasında  xalq  həyatının,  xalq  ruhunun  başqa 
cəhətlərinin  də  –  əmək,  ictimai  mübarizə  və  qəhrəmanlıq  səhnələrinin  də  əks 
olunduğunu görməmək və ya bunların əhəmiyyətini azaltmaq olmaz» (5, 5).  
Əsl  xalq  adamı  kimi  doğma  yurdunun  təmsilçisi  olan  Misgin  Abdal  öz 
şeirlərində  el-obanın  təsərrüfat  həyatını  təsvir  etmişdir.  Şerlərində  aşıq  əkinçi-
liyin  inkişafında  mühüm  rolu  olan  kənd  təsərrüfatı  aləti  kotanın,  xışın  adını 
çəkmiş,  şum  haqqında  bəhs  etmişdir  (1,  41).  Orta  əsrlərdə  istifadə  olunan  sadə 
kənd  təsərrüfat  alətləri  nəinki  Azərbaycanda,  eləcə  də oxşar  halda  bütün  başqa 
ölkələrdə də tətbiq olunmuşdur. Əkinçiliyin  inkişafı  istifadə olunan kənd təsər-
rüfatı  alətlərindən  asılıdır.  XII-XVI  əsrlər  boyunca  kənd  təsərrüfatı  alətlərində 
elə  bir  dəyişiklik  demək  olar  ki,  nəzərə  çarpmır.  Əkinçilikdə  istifadə  olunan 
kənd təsərrüfat alətləri  xış, kotan, oraq, bel, çin, yaba, dəryaz, vəl, şana, kürək, 
və s. dən ibarət olmuşdur. Bu kənd təsərrüfat alətləri vasitəsilə xalqın təsərrüfat 
məişətini və əkinçilik mədəniyyətini əks etdirmək olar.  
Orta əsrlərdə əhalinin həyatında müəyyən rolu olan bağçılıq və bostançılıq 
haqqında aşıq belə deyir: 
 
Yazda qol çırmanır bağa, bostana, 
Hər yazı bənzəyir bir gülüstana. 
Payız-qış evlərdə qurulur xana, 
Kəsilməz il boyu işi Göyçənin (1, 236). 
 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     36 
 
 
Hər elin-obanın öz ahəngi olduğunu qeyd edən müəllif burada əməksevər 
insanların  məşğuliyyətindən  bəhs  edərək  onların  əmək  və  məişət  qayğılarının 
doğurduğu fəaliyyətlərindən söz açmışdır.  
Azərbaycanın zəngin təbiəti və əlverişli coğrafi mövqeyi bu ərazinin təsər-
rüfat  sahələrinin  daha  qədim  zamanlardan  yaranaraq  fasiləsiz  inkişafını  təmin 
etmişdir. Belə təsərrüfat sahələrindən ovçuluq, balıqçılıq və arıçılıq orta əsrlərdə 
yardımçı xarakteri ilə səciyyələnərək xalqımızın güzəranının təmin olunmasında 
müəyyən  rol  oynamışdır.  Müəllif  orta  əsrlərdə  köməkçi  təsərrüfat  sahəsi  olan 
ovçuluqda  istifadə  olunan  tələ  və  kəmənd  barədə  yazmışdır.  Ovçuluqdan  bəhs 
edən aşıq cələ  və torun, ox və  yayın adlarını çəkmişir (1, 34, 38). Cələ at quy-
ruğu  qılından  ilmək  şəklində  düzəldilən  tələdir.  Tor  vasitəsilə  balıq  tuturdular. 
Ox  və  yay  da  məlum  ovçuluq  alətləridir.  Aşıq  təsərrüfatın  bir  sahəsi  olan  arı-
çılığın mövcudluğunu bu sözlərlə təsdiqləmişdir: 
 
Zənbur sızıldaşır şan üstə bala (1, 34). 
 
 Etnoqraf  alim  Tofiq  Babayev  orta  əsr  müəlliflərindən  yalnız  Nizami  və 
Xaqaninin  əsərlərində  baldan  bəhs  olunduğunu  qısaca  qeyd  etməklə  yanaşı, 
F.Rəşidəddinə, Ş.Yezdiyə  və  A. Təbrizliyə əsasən XIII - XV əsrlərdə arıçılığın 
inkişafını təsdiqləyən məlumatlar verir (32, 15). O həmçinin göstərir ki, Kafiəd-
din Ömər Osman oğlu (XII əsr), Mahmud ibn İlyas (XIII əsr), Mənsur ibn Mə-
həmməd (XV əsr), Məhəmməd Bərgüşadi (XV əsrin sonu - XVI əsrin əvvəlləri) 
və s.  bu kimi  müəlliflərin  yazılarında  balın  müalicəvi  xassələri  haqqında məlu-
mat verilir (19, 15). 
Əkin sahələrinin bolluğu buranın həm torpaq örtüyünün münbitliyinə, həm 
də suvarma sisteminin mövcudluğuna dəlalət edir. Məlum olduğu kimi əkinçili-
yin inkişafı suvarma ilə sıx bağlıdır. Azərbaycanda orta əsrlərdə müxtəlif xarak-
terli  suvarma  qurğularından  istifadə  olunmuşdur. Bunların  da  ən  mühümü  çay-
lardan çəkilən arxlar idi. Belə ki, «öz mənbəyini dağ bulaqlarından alan götürən 
çaylardan  nisbətən kiçik qollar ayıraraq taxıl  zəmilərini  suvarmaq  mümkündür. 
Belə  çaylardan  həm  qədim,  həm  də  orta  əsrlərdə  istifadə  edilmişdir»  (6,  24). 
Bunu  həm  çoxsaylı  arxeoloji  qazıntılar,  həm  də  etnoqrafik  müşahidələr  təsdiq-
ləyir.  Böyük  arx  və  kanalların  çəkilməsi  əhalinin  əksəriyyətinin  birgə  fəaliyyə-
tinin  nəticəsi  idi.  Suvarma  arxlarının  salınmasında  təcrübəli  ustalardan  istifadə 
olunurdu. Suvarma arxlarının çəkilməsi hər zaman uzun vaxt tələb edən mühüm 
olduğu qədər olduqca ağır  və zəhmətli  bir  iş olmuşdur. Misgin  Abdal  hətta su-
varma qurğusu olan arxın lil basdığına da işarə etmişdir (1, 27). 
Aşığın yaradıcılığında elat sözü işlədilir. Elat kəlməsi Şərqin türkdilli tay-
faları  arasında  geniş  yayılmışdır  və  köçəri  maldar  təsərrüfatı  ilə  məşğul  olan 
əhaliyə  deyilən  addır.  Elatlar  maldarlıqla  bağlı  məhsulların  hazırlanması  ilə 
məşğul  olurdular.  Başçıları  elxan  (ilxan)  adlanırdı.  Sonralar  farsdilli  əhali  ara-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə