Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə23/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     50 
 
 
Bu  inancın  kökündə  əski  insanın  ilkin  sınamaları  dayanır.  Bilirik  ki,  əski 
inanclara  uyğun  olaraq  gözdəymədən,  bədnəzərdən  qorunması  nəzərdə  tutulan 
obyekt üzərinə müəyyən əşyalar asılırdı və hazırda bunun izləri hələ də qalmaq-
dadır.  
Nümunədən də göründüyü kimi,  inanc əsasında  formalaşan  bu sınamanın 
kökündə xarici faktor kimi aldadıcılıq, “yalan” faktoru durur.  
Burada  gerçəklik  elementinə  ekvivalent  olan  birinci  intellekt  obrazı  bir-
başa duyğu və hisslərə əsaslanan dərketmə vasitəsilə deyil, beyində əvvəlcədən 
mövcud olan ikinci intellekt obrazlarının forma dəyişməsi və məzmun dəyişməsi 
kimi  çevrilmələr  nəticəsində  cərəyan  edən  düşünərək  dərketmə  vasitəsilə  ya-
ranır. 
Bu mətndən qaynaqlanaraq “Yalan” faktorunun üzərində dayanaq. F.ü.e.d. 
Seyfəddin  Rzasoy  yazır:  “Yalan”  semanteminin  mifoloji  xaosla  bağlılığı  “Səni 
görüm yalan olasan” qarğışında da özünü qorumuşdur. Bu, indi qocaların dilin-
də qorunub qalmış ağır bəddualardan biridir. Semantikası birbaşa ölümlə bağlı-
dır”  (10,  257).  Verdiyimiz  inanc  nümunəsindəki  “yalan”  (aldadıcılıq)  faktoru-
nun özəyində məhz Seyfəddin Rzasoyun da qeyd etdiyi kimi “ölüm” semantemi 
durur.  
Yalnız inanclar, alqış və qarğışlar deyil, bir çox müxtəlif janrdan olan fol-
klor örnəkləri də ilkin gerçəkdən, həqiqətdən qaynaqlanır. Psixoloji araşdırmalar 
belə deməyə əsas verir ki, ilkin inanclar əksərən (bəlkə də istisnasız olaraq) sına-
naraq  təcrübədən  keçirilmiş  adi  həyat  hadisələri  ilə  bağlı  olmuşdur.  Bu  nümu-
nələrin də əsasında müəyyən mənada real faktor durur. 
Məsələn,  “baramaqurdunun  bir  hissəsi  “qırıldı”  bəhanəsi  ilə  ayırıb  gözə 
gəlməmək üçün başqa gizli bir yerdə baxır, yemləyirdilər...”  
İnsanlar  daima  bədnəzərə  həddindən  artıq  önəm  vermiş  və  bu  özünü 
folklor  örnəklərində  də  göstərməkdədir.  Ancaq  bunu  qeyd  etmək  istəyirik  ki, 
bədnəzər  adlandırdığımız  bu  “gözdəymə”  “aura”  ilə  əlaqəlidir.  İndi  isə  “aura” 
məfhumuna aydınlıq gətirək. “Aura insanın şəxsiyyəti, həyat tərzi, onun fikirləri 
və hissləri məlumatlarını özündə birləşdirən enerji şüalarıdır” (15).  
“Aura yunan mənşəli əsmə sözündən olub, enerji sahəsi, işıq, rəng demək-
dir. Hər bir şeyin enerjisi vardır Bu baxımdan otağın da aurası vardır. Otaqdakı 
əşyaların...  yerləşməsi  müəyyən  enerji  harmoniyası  yaradır.  Bunu  öyrənən  xü-
susi sahə vardır ki, bu, Fen-suy adlanır. Bu sahəyə görə qalan enerji harmoniyası 
insanı yorduğu üçün əşyaların... yerini tez-tez dəyişdirmək lazımdır” (19). 
İkincisi, “aura hətta enerji və informasiya axınını nəinki qəbul etmək, hətta 
toplayıb ötürmək qabiliyyətinə də malikdir. Deməli, insanların auraları qarşılaşar-
kən  onlar  özləri  də  bilmədən  informasiya  mübadiləsi  edirlər”  (16).  Onlar  istər 
müsbət, istərsə də mənfi enerjilərini bir-birilərinə ötürürlər. Mənfi enerjinin təsiri 
ötürüləndə qarşı tərəf pis hallar keçirir ki, insanlar da bunu “bədnəzər” adlandır-
mış,  müxtəlif  tədbirlər  həyata  keçirmişlər.  Verilən  inanc  nümunəsindən  də  gö-


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     51 
 
 
ründüyü kimi insanelar baramaqurdunun yerləşdiyi mühiti dəyişmiş və istədikləri 
nəticəni əldə etmişdir. 
Verilən nümunədə: “...baramanı satırdılar. Bu pula qoyun alıb qurban kə-
sirdilər”. Doğru olaraq burada  bu  fikri qeyd etmək  yerinə düşər: “İnsanlar qur-
bankəsmə  ritualının  şər  ruhlardan  qoruyacağını,  onu  əhatə  edən  kosmosun  ni-
zamını saxlaya biləcəyini düşünürdü” (4, 51). 
İnsanın ən böyük uğuru varlıq və hadisələri nə şəkildə dərk etməsidir. İn-
sanın  idrak  fəaliyyəti onun dünyagörüşündən,  intellektindən asılıdır:  yəni  insan 
mövcud  gerçəkliyi,  onun  qanunauyğunluqlarını  necə  qavrayır,  necə  dərk  edir. 
Beləliklə də, insan idrakı mövcud olan varlıq və hadisələri özünəməxsus şəkildə 
dərk edir, inikas etdirir. 
“Saç  kəsiləndə  saçı  qapının  künc-bucağına  dürtüllər  ki,  yəəsinin  başı  ağrı-
masın” (2). 
Əvvəlcə saçla bağlı indiyədək yazılan müxtəlif məqalə və mətnlərə müra-
ciət edək.  
“Saç  arxaik  düşüncə  baxımından  artım  gücünü,  xüsusilə  magik  qüvvəti 
özündə  təcəssüm  etdirir...  Ənənəvi  təsəvvürlərə  görə  adamın  “canı”  qanda,  göz-
lərdə yerləşdiyi kimi saçda da ola bilirdi. 
Türk xalqları etnoqrafiyasında saçın kəsilməsi və ya qırxılması bir akt ola-
raq  inisiasiya  səciyyəlidir...  Sibir  türkləri  olan  telengitlərdə  saç  kəsiləndən  sonra 
ya  yandırar,  ya  da  gizlədərdilər  ki,  bədxah  “körmös”  ruhları  görüb  aparmasın. 
Yoxsa adam xəstəliyə tutula bilərdi” (3, 311). 
“Saç  mifik  təfəkkürdə  günəşin  şüasını  əks  etdirir.  Saçın  kəsilməsi  günəş 
işığının  azalmasına  işarədir,  buna  görə  də  saçın  kəsilməsinə  qadağa  qoyulmuş-
du... Koroğlu mifik qəhrəman olduğu üçün onun saçının o dünya ilə bağlılığına, 
saçın o dünya ilə bu dünyanı birləşdirən vasitə olmasına inanmışlar” (4, 129). 
“Saç, tük folklorda güc  mənbəyi kimi  nişan verilir... nağılda saçından bir 
hörük  ayırıb  bu  hörüklə  bir  vedrə  suyu  çəkir  yuxarı.  ...  tüksüzlük  zəifliyin, 
tüklülük bahadırlığın əlaməti kimi özünü göstərir. 
Nağıllarda  sehrli  qüvvələri  çağırmaq  üçün  qəhrəmanın  tük  yandırması 
tükün magik gücünün işarəsinə çevrilir. Tükün magik gücü qəhrəmanın yenidən 
həyata qaytarılması epizodlarında özünü qabarıq göstərir: 
...saçlı qız günəşin, keçəl qız tutqun havanın simvoludur” (7, 102-108). 
F.ü.e.d. Bəhlul  Abdulla qeyd edirdi ki, əski  inamda guya bədxah ruhların 
qüvvət və qüdrətinin  saçlarda olduğu üçün saç tez-tez yuyulduqda, darandıqda, 
qırxıldıqda bu ruhlar narahat olur və insanın başı ağrıyır. Ona görə də saç kəsi-
ləndə və qırxılanda qoruyub saxlayardılar.  
Saça insanın həyatını, ömrünü təmin edən, hətta öləndən sonra da onu di-
rildən  vasitə  kimi  inanmışlar  (Məsələn,  saçı  yolub,  yaxud  kəsib  ölünün  üstünə 
qoymaq) (1, 13-15).  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə