Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə10/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     20 
 
 
heyvanlara aid edilir: beş baş inək, on baş qoyun və s. “Tarama Sözlüğü”ndə də 
baş  “tane”  sözü  heyvan  və  əsir  sözü  ilə  yanaşı  işlənmişdir: dokuz  baş  esir,  altı 
yüz yirmi beş koyun. Heç bir abidədə baş sözünün ər sözü ilə birləşmə şəklində 
işlənməsinə  (beş  baş  ər,  altı  baş  ər...) rast  gəlmədik.  Buna  görə  də  altı  baş  ər 
ifadəsindəki  baş  sözünün  “başçı”  mənasında  qəbul  edilməsinin  doğru  olacağı 
qənaətindəyik.  Müq.  et:  Anuŋ  ardınca  biŋ  qövm  başları  Dügər  yetdi.  Anuŋ  ar-
dınca  biŋ  Bügdüz  başları  Əmən  yetdi  (D.  151); Mərə  qoyun  başları  erkəc,  bir 
gəl keç, – dedi (D. 227) və s. Baş sözünün “başçı” mənasında işlənməsinə erkən 
dövrə  aid  türk  yazılı  abidələrində  də  tez-tez  rastlanır  (7,  86).  “Dədə  Qorqud 
kitabı”nda baş sözü bu mənada daha çox biŋ sözü ilə yanaşı işlənir. Bununla da 
düşünülə bilər ki, Qazan adadakı kafir şəhərinə 6 nəfərlə deyil, 6 tayfa başçısını 
yanına  alaraq  6  yüzlük  (və  ya  6  minlik)  bir  ordu ilə  hücum  etmişdir.  Misranın 
ümumi məzmunu: O qalaya altı tayfa başçısı ilə mən Qazan hücum çəkdim / Al-
tı günə qoymadım, onu aldım. Sonrakı  misrada (Kəlisasın yıqub, yerinə məscid 
yapdım)  işlənmiş  kəlisa  sözü  soylamanın  ümumi  məzmununa  görə  “bütpərəst 
məbədi” şəklində anlaşılmalıdır.  
Təqdim  etdiyimiz  yeni  oxunuş  variantlarını  nəzərə  almaqla  bütövlükdə 
soylamanın  mətninin  və  məzmununun aşağıdakı şəkildə  bərpa edilməsini təklif 
edirik:  
Qazan burada bir dəxi soylamış:  
Arqıç Qırda yayqanur ümman dəŋizində 
Sarp yerlərdə yapılmış kafir şəhri. 
Sağa-sola çırpındı urur yörükçiləri
Suv dibində dönər mücrimləri
“Taŋrı mənəm” – deyü suv dibində çığrışur asiləri. 
Oŋın qoyub tərsin oqur qızı-gəlini  
Altun aşıq oynar sıncıl anuŋ bəgləri
Altı qatla Oğuz vardı, alımadı 
Ol  qəl’əyə  altı  baş  ərlə  mən  Qazan  vardum  Altı  günə  qomadum,  anı  al-
dum. 
Kəlisasın yıqub, yerinə məscid yapdım, baŋ baŋlatdım. 
Qızını- gəlinini ağ köksümdə oynatdım, 
Bəglərin qul etdim. 
Anda dəxi “Ərəm, bəgəm” – deyü ögünmədim. 
Ögünən ərənləri xoş görmədim. 
Əlüŋə girmişkən, mərə kafir, öldür məni yitür məni! 
Qılıcıŋdan saparım yoq! 
Kəndü əslim, kəndi köküm sımağum yoq! – dedi.  
Qazan burada bir daha söylədi: 
“Dalğalanan dənizdəki ada Qırında 
Ətrafı uçurum olan, çətin yerdə salınmışdır kafir şəhəri. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     21 
 
 
Sağa-sola çırpınaraq yırğalanır buddist keşişləri.  
Obelisk şəklindəki daş büt (subarqan) dibində dolanır günahkarları. 
“Tanrı mənəm”, – deyə obelisk şəklindəki daş büt (subarqan) dibində çığ-
rışır asiləri (Allahı dananları). 
Düzgününü qoyub tərsini çağırır kafirin qız-gəlini. 
Altun aşıq oynar onun bütpərəst bəyləri. 
Altı dəfə Oğuz bu şəhərin üzərinə hücum etdi, amma onu ala bilmədi. 
O  qalaya  altı  tayfa  başçısı  ilə  mən  Qazan  hücum  çəkdim,  Altı  günə  qoy-
madım, onu aldım. 
Bütpərəst məbədini yıxıb, yerində məscid tikdirdim. 
Qızını-gəlinini ağuşuma aldım, 
Bəylərini qul etdim. 
Mən onda da “İgidəm, bəyəm” – deyə öyünmədim. 
Öyünən igidlərin aqibətini yaxşı görmədim! 
Əlinə keçmişkən, ey kafir, öldür məni! 
Qılıncından qorxum yoxdur, 
Öz əslimə, nəslimə qarşı çıxan deyiləm” – dedi. 
İşin  nəticəsi.  Tədqiqatçılar  tərəfindən  “Dədə  Qorqud  kitabı”nın  ən  çətin 
oxunan soylamaları kimi dəyərləndirilən III və XI boylardakı  mənzum parçalar 
mətnşünaslıq  baxımından  yenidən  nəzərdən  keçirilmiş  və  mövcud  yanlışlıqlar 
düzəldilmişdir. 
İşin  elmi  yeniliyi.  Məqalədə  qorqudşünaslıq  üçün  xüsusi əhəmiyyət  kəsb 
edən  iki  soylamanın  məzmunu  aydınlaşdırılmış,  mətnin  hissələri  arasındakı 
məntiqi bağlar bərpa edilmişdir. 
İşin tətbiqi əhəmiyyəti. Araşdırmanın nəticələri “Dədə Qorqud kitabı”nın 
daha mükəmməl elmi-tənqidi mətninin hazırlanması və gələcəkdə dastanın mət-
ni ilə bağlı müxtəlif istiqamətlərdə aparılacaq tədqiqatların düzgün məcraya yö-
nəldilməsi üçün faydalı ola bilər.  
 
                                         ƏDƏBİYYAT 
1. 
Araslı H. Kitabi - Dədə Qorqud, Bakı , 1962.  
2. 
Ata Aysu. Dede Korkut Hikayeleri’nde Şüpheli Birkaç Kelime Üzerine 
Düşünceler //Türk Dili AraştırmalarıYıllığı Belleten, 1998 / I, Türk Tarih 
Kurumu Basım Evi, Ankara, 2004, s. 29-38. 
3. 
Azərbaycan dilinin dialektoloji lüğəti, Bakı , 1964. 
4. 
Бартольд В.В. Книга моего Деда Коркута, Издательство Академии Наук 
СССР, Москва-Ленинград, 1962. 
5. 
Баскаков Н.А. Северные диалекты алтайского (ойротского) языка. 
Диалект кумандинцев (куманды-кижи), изд-во Наука, Москва, 1972. 
6. 
Будагов Л. Сравнительный словарь турецко-татарских наречий, I, Санкт-
Петербург, 1869; II, 1871. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə