Dədə Qorqud ● 2015/I 16
nəşrdə həmin sözü oŋ «sağ tərəf» şəklində vermiş, daha sonrakı nəşrlərdə öŋ
“qabaq” şəklində düzəltmişdir. Əslində, misranın məzmununun düzgün anlaşıl-
mamasında bu səhv oxunuş həlledici rol oynamışdır. O.Ş.Gökyay dastanın F.Sü-
mer, A.E.Uysal və V.S.Valker tərəfindən edilmiş ingiliscə tərcüməsində ifa-
dənin ərəb və latın əlifbalarındakı sağdan və ya soldan oxunuş tərzi ilə bağlan-
masına etiraz edərək yazır: “Tərcümə ilə bağlı verilmiş izahlarda sağdan sola
doğru oxunan ərəb yazısına alışmış olanlar üçün soldan sağa doğru oxunan latın
əlifbası tərs görünür deyilir. “Dədə Qorqud kitabı”nda bəylərin oxuyub-yazma-
ları barədə məlumat verilmir. Yalnız son boyda göstərilir ki, Aruzdan Beyrəyə
kimin yazdığı məlum olmayan məktub gəlir və o, məktubu oxuyur. Əgər vəziy-
yət belə isə, o halda Qazan bəyin kafirləri pislədiyi, alçaltdığı bir soylamada
ərəb əlifbası ilə latın əlifbasının müqayisəsini aparması nə dərəcədə ağlabatan-
dır? Digər tərəfdən, o dövrdə qadınların yazıb-oxuma bilənləri varmı idi? Bu
misrada isə kafirin qızı, gəlini önünü qoyub tərsinə oxuyur. Mənim fikrimcə,
Qazan bəy burada kafir qadınlarına pozğun damğası vurmaqdadır: Kafir qadın-
ları önlərini qoyub arxalarını kişilərə təklif edirlər (13, 216). S.Tezcan
O.Ş.Gökyayın irəli sürdüyü bu fikri bir qədər də qətiləşdirərək və ön sözünün
məntiqindən çıxış etməklə misranı belə izah edir: “Öteki metin yayınlarında
nasıl anlaşıldığı belli olmayan bu cümlede kadınla sapık cinsel ilişkiden söz
edildiği bellidir: Önünü bırakıp arkasıyla çağırır kız gelini” (32, 359). Əgər bu
oxunuş və izah qəbul edilərsə, anlaşılan odur ki, bir türk boyunun təmsilçisi
digər türk boyunun (qeyri-müsəlman qıpçaqların və ya peçeneqlərin)
3
qız-gəlini-
ni əxlaqsızlıqda günahlandırır. Bunu əsla qəbul etmək olmaz. Biz cümlədəki ilk
sözü oŋ “düzgün, doğru”şəklində oxumağı daha məqbul hesab edirik. Müasir
türkmən dilində öŋ “qabaq” sözü ilə yanaşı oŋ “sağ, düzgün, uğurlu” sözü də
işlənməkdədir. “Dədə Qorqud kitabı”nda oŋ kökünə bağlı oŋ – “düzəlmək”,
oŋar – “düzəltmək”, oŋal – “sağalmaq”, oŋat “doğru, düzgün, yaxşı” sözlərinə
təsadüf edilir: Allah-Allah deməyincə işlər oŋmaz (D. 2); Xanum, oğlanuŋ qırq
gündə yarası oŋaldı, sapa-sağ oldı (D. 29); Birligüŋə sığındum, çələbüm qadir
taŋrı, mədəd səndən. Qara tonlu kafirə at dəpərəm, işümi sən oŋar (D. 210);
Mərə, oŋat görüŋ, bu gələn Bəkil isə sizdən öŋdin mən qaçaram, – dedi (D.
246). Türk dillərinin yazılı abidələrində və əksər muasir türk dillərində (kırım-
tatar, karaim, karaçay-balkar, qırğız, qazax, noqay, qaraqalpaq, tatar, başğırd,
3
Müq. et: “Dədə Qorqud hekayələri əslində Oğuzların Yaxın Şərqə gəlməmişdən əvvəlki
həyatlarına aid xatirələrinə dayanmaqdadır. Çox qədim dövrlərdən bəri mövcud olan bu
xatirələrin bəzi hadisələr ətrafında cəmlənməsi isə IX- XI əsrlərdə Oğuzların Sır Dəryanın
şimalındakı yurdlarında keçən həyatları ilə əlaqədar görünməkdədir. Oğuzların bu dövrdə şimal
qonşuları olan peçenek və qıpçaqlarla davamlı şəkildə münaqişə və mücadilələrdə olduqları
bəllidir” (F. Sümer. Dede Korkut Kitabına Dair Bazı Mülahazalar, Türk Folklor Araştırmaları ,
Ocak 1952, sayı 30; M. Ergin, I, 55-56).
Dədə Qorqud ● 2015/I 17
özbək, uyğur, sarı uyğur, altay, xakas, yakut, tuva, türk (dial.) – «sağ ayaq» və
s.) oŋ sözü «sağ (tərəf), doğru, düzgün» mənalarını ifadə edir (11, I, 456-460).
M.Kaşğarlı divanında və Oğuz Kağan dastanında da həmin sözə «sağ (tərəf)»
mənasında təsadüf edilir: oŋ əlig «sağ əl» – çigilcə (16, I, 41); Oŋ çaŋakda Altun
Kağan tegen bir kağan bar irdi «Sağ tərəfdə Altun Kağan deyilən bir kağan var
idi» (18, 33). Erkən dövrlərdə Uyğur hərfləri ilə yazılmış «Səkiz yükmək» adlı
əsərdə “Dədə Qorqud”da olduğu kimi, oŋ «doğru, düzgün» sözü tərs sözü ilə
qarşılaşdırılır: Tersli - oŋlı edgüli - ayığlı iki türlüg qılınç qılsar «Əgər iki cür:
tərs və düzgün, yaxşı və pis əməllər törətsə…» (7, 367). Azərbaycan dili
dialektlərində oŋ – «sağalmaq, düzəlmək, doğru olmaq» feilinə bağlı oŋar –
«düzəltmək, yaxşı etmək, yoluna qoymaq» (Tovuz), oŋant «avand (üz), tərsin
əksi, düzgün» (Marneuli, Dmanisi), onatdi «tutarlı, yaxşı» (Gəncə) sözləri işlən-
məkdədir (3, 347).
Cümlədəki oqu sözü isə bir çox yazılı abidələrdə, o cümlədən də “Dədə
Qorqud kitabı”nda bir neçə yerdə öz əksini tapmış «çağırmaq» mənasındadır:
Namərd tayıŋ al eyləmiş, oqıyuban bizi aldılar, varduq (D. 300); Bay Bora bəg
bazırganlarını yanına oxıdı (D. 69); Qalın Oğuz bəglərini həp oxıdılar, odalarına
gətürdilər (D. 81); Oğul, qalın Oğuz bəglərini odamuza oxıyalum, necə məsləhət
görürlər isə aŋa görə iş edəlüm (D. 81) və s. Bunları nəzərə aldıqda sətrin ümu-
mi mənası «Doğrusunu (düzgününü) qoyub tərsini çağırır kafirin qız-gəlini»
şəklində anlaşılır. Güman edirik ki, burada kafir qız-gəlininə məxsus etnoqrafik
səciyyəli bir xüsusiyyətdən – yalnız qadınlara aid olan danışıq və müraciət for-
masından bəhs edilir. Tədqiqatçılar qazax, qırğız, altay və s. xalqlarda qadınlara
məxsus olan sözlərin, kişilərdən fərqli olaraq yalnız qadınların işlətdiyi xüsusi
leksikanın mövcudluğu haqqında məlumat verirlər. Bu, başlıca olaraq qadının
əri tərəfindən ona qohum sayılan kişi cinsindən olan şəxslərin adlarının birbaşa
(düzgün) tələffüz edilməsinə qoyulmuş qadağan (tabu) ilə bağlıdır. Psixoloji qa-
dağan nəticəsində qadınlar kişilərdən fərqli olaraq bir çox əşya və proseslərin
adlarını başqa şəkillərdə ifadə etməyə məcbur olmuşlar. Bu barədə A. İnan ya-
zır: Qədim patriarxat həyat tərzinin izi olduğu şübhə doğurmayan bir adət Sibir
türklərində və Orta Asiya türklərindən qazax və qırğızlarda hələ də canlı şəkildə
yaşamaqdadır. Bu adətə görə, gəlinlər ərlərinin ailəsinə, hətta qəbiləsinə mənsub
olan qohumlarının adlarını söyləməməlidirlər. Gəlinə təkcə qayınanası və
qayınatası tərəfindən qohum olan bütün şəxslərin adlarını deyil, hətta bu adlara
bənzəyən bütün sözləri söyləmək qadağandır. Məsələn, əgər ərinin qohum-
larından biri Aydəmir adını daşıyırsa, qadın ay və dəmir sözlərini söylə-
məməlidir. Halbuki belə adlara Şərq türklərində olduqca tez-tez rastlanır. Buna
görə də gəlinlər üçün balta, bıçaq, qoyun, at, qılınc, qartal və s. kimi gündəlik
məişətdə işlədilməsi vacib olan bir çox sözlərin tələffüz edilməsinə qadağan
qoyulur. Qadınlar bu tipli sözlərin yerinə onların sinonimlərini və ya uydurma
sözlər işlədirlər. Məsələn, ay yerinə yaruk, dəmir yerinə polad, balta yerinə
Dostları ilə paylaş: |