Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə6/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   2   3   4   5   6   7   8   9   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     12 
 
 
anlayışı daha çox ada  və aral  sözləri  ilə  ifadə olunur. Lakin  bu anlayışı  bildir-
mək  üçün  başqa  leksik  vahidlərdən  də  istifadə  edilir.  V.  V.  Radlov  lüğətində 
arğı  və  arığ  “ada”  sözləri  qeyd  olunmuşdur  (25, I,  1,  272,  300).  Güman  edirik 
ki, “Dədə Qorqud kitabı”ndakı arqıc “ada” sözü mənşəcə arğıarığaral “ada” 
leksik vahidləri ilə eyni köklüdür. Aral sözünün kökünü bir sıra tədqiqatçılar ar- 
“ayırmaq”feili və ara sözləri ilə (Müq. et: aral “su arasında olan, su ilə ayrılan 
quru parçası”) əlaqələndirirlər (11, I, 167). Eyni  şəkildə arğı, arığarqıc “ada” 
sözlərinin də bu kökdən yarandığını söyləmək mümkündür. Qır sözünə qaynaq-
larda  əsas  etibarilə  “dağlıq  ərazidə  olan  düzəngah,  çöl”  mənalarında  rastlanır. 
V.V.Radlov  lüğətində İrtış çayı  ilə Balxaş gölü arasındakı alçaq dağlarla örtülü 
düzəngahın qırğızcada Kır adlandığı qeyd olunur (25, II, 1, 733). Bu faktı nəzərə 
aldıqda  “Dədə Qorqud kitabı”ndakı  Qır sözünü də xüsusi  isim kimi qiymətlən-
dirmək və bu sözün əvvəlinə artırılmış arqıc “ada” sözünün digər Qır xüsusi is-
mindən fərqləndirməyə xidmət edən leksik vahid olduğunu söyləmək mümkün-
dür.  Bu  halda  Arqıc  Qırda  birləşməsi  “Ada  Qırında  və  ya  adadakı  Qırda”  mə-
nası  ifadə edir. XI boydakı soylamalar silsiləsinin 5-cisində də  buna bənzər bir 
ifadə  işlənmişdir:  Aq  qayanuŋ  qaplanınuŋ  erkəgində  bir  köküm  var  /  Ortac 
Qırda sizüŋ keyiklərüŋüz turğurmaya (D. 280). Fikrimizcə, buradakı ortac sözü 
də  “ada”  mənasındadır.  Bu  söz  kuman  və  qıpçaq  mətnlərində  otraç  “ada”  şək-
lində  işlənməkdədir.  Orta  türkcədə  “ada”  mənasında  otruğ  sözünə  də  təsadüf 
edilir. Bəzi türk dillərində otruğ forması utravotrauodru “ada” şəklində qal-
mışdır (Eren, 2). Tədqiqatçılar orta türkcədəki otruğ “ada” sözünün ortuğ “ada” 
formasından  metateza  nəticəsində  yarandığını  göstərirlər.  Ortuğ  sözü  isə,  öz 
növbəsində, orta/ortu kökünə bağlanır: ortu+ğ =ortuğ “ortalıq; suyun ortasında 
olan  yer,  su  ortasında  olan  torpaq  sahəsi”.  Maraqlıdır  ki,  M.Kaşğarlı  lüğətində 
həm orta, həm də onun metatezaya uğramış otra fonetik variantı qeydə alınmış-
dır. Bu fakta əsasən əski kuman və qıpçaq mətnlərindəki otraç “ada” sözünün də 
(“Ət-Töhfə”də: otraş < otraçortaç  formasından  metateza nəticəsində  yarandı-
ğını  söyləmək  mümkündür.  Bu  halda  ortac  formasının  da  “ada”  mənasında 
işləndiyi  ortaya  çıxır.  Başqa  sözlə  desək,  “Dədə  Qorqud  kitabı”ndakı  arqıc  və 
ortac  sözlərinin  hər  ikisi  “ada”  mənasını,  Arqıc  Qır  və  Ortac  Qır  eyni  coğrafi 
məkanın adlarını ifadə edir.  
Misradakı ﺮﻧ ﺎﻘﯿﯾ yazılışını Azərbaycan naşirləri yıqanır (H.Araslı: yıxanır
F.Zeynalov  və  S.Əlizadə:  yıqanır),  türk  naşirləri  yaykanur  kimi  oxumuşdur. 
Türk  naşirlərinin  oxunuş  variantı  daha  düzgündür. Yayka-  “çalxalamaq”  feilin-
dən  yaranmış  yaykan-  əski  uyğur  yazıları,  “Əl-İdrak”,Tarama  Sözlüğü,  V.  V. 
Radlov  lüğəti  və  başqa  qaynaqlarda  “çalxalanmaq,  dalğalanmaq”  mənasında 
qeydə  alınmışdır.  Buradakı  yaykanur  sözü  feili  sifət  kimi  “dalğalanan”  məna-
sında  qəbul  edilməlidir.  Dastanın  başqa  bir  yerində  də  bu  sözə  eyni  mənada 
rastlanır:  Qara  dəŋiz  kibi  yayqanub  gələn  kafirüŋ  ləşkəridür  (D.  128).  Bu 
nümunədəki  qara  dəniz  birləşməsi  kimi  ümman  dənizi  birləşməsi  də  “dəniz” 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     13 
 
 
mənası  ifadə  edir.  Bəzi  nəşrlərdə  ümman  dənizi  birləşməsi  “okean”  və  ya 
“Əmman dənizi” kimi izah olunmuşdur. Fikrimizcə, bu izahlar o qədər də ağla-
batan deyil. Dastanın mətnində dəŋiz sözünə həm “göl” (müq. et: Gökçə dəŋiz), 
həm də  “dəniz”  mənasında təsadüf edilir. Görünür ki, dəŋiz  sözünün əvvəlində 
işlənən  ümman  sözü təyinedici  funksiya  daşıyır,  sözün  “göl”  mənasında  deyil, 
bilavasitə “dəniz” mənasında işləndiyini nəzərə çarpdırmağa xidmət edir.  
Misranın ümumi mənası: “Dalğalanan dənizdəki ada Qırında” 
2. Sarp yerlərdə yapılmış kafir şəhri. 
Bir  sıra  abidələrdə  sarp  sözünün  “çətin,  bərk,  möhkəm,  əlçatmaz”  məna-
sında işləndiyi göstərilir (12, 276). Sözün “çətin” mənasına türk dilinin dialekt-
lərində  də  rast  gəlinir:  sarp  adam  “çetin  kimse”  (Derleme  sözlüğü,  3548).  Bu 
söz Azərbaycan dilinin Qazax dialektində “sel yumuş yerlərdə əmələ gələn uçu-
rum”  mənasında  qeydə  alınmşdır  (3,  355).  Bu  mənaların  hamısını  mətnə  daxil 
etmək  mümkündür.  Lakin  sonuncu  məna  mətnin  təhkiyə  axarına  daha  çox  uy-
ğun gəlir. Buradan anlaşılır ki, kafirin şəhəri ətrafını su yuyaraq uçurum şəklinə 
düşmüş, çətin yerdə salınmışdır. Sarp sözü “çətin” mənasında dastanın giriş his-
səsində  də  işlənmişdir:  Sarp  yürirkən  qazılıq  ata  namərd  yigid  binə  bilməz... 
Misranın  ümumi  məzmunu:  “Ətrafı  uçurum  olan,  çətin  yerdə  salınmışdır  kafir 
şəhəri”.  
3. Sağa-sola çırpındı urur yörükçiləri / yözükçiləri. 
Buradakı  یﺮﻠﭽﮐزﻮﯾ  yazılışı  Türkiyə  nəşrlərində  yüzgeçleri  “yüzücüleri”, 
Azərbaycan nəşrlərində yüzgüçiləri “üzgüçüləri” şəklində oxunmuş və buna uy-
ğun  olaraq  misra  adamların  “sağa-sola  əl-qol  ataraq  suda  üzməsi”  kimi  izah 
olunmuşdur.  Bizcə,  həmin  söz  yörükçiləri  kimi  oxunmalı  və  misra  buddist  ke-
şişlərin  sağa-sola  yırğalanaraq  müqəddəs  saydıqları  sutraları  oxuması  şəklində 
şərh edilməlidir. Bizim yörükçiləri şəklində oxuduğumuz sözün kökü yör- “yoz-
maq,  izah  etmək”  feilidir.  Bu  feil  yazılı  qaynaqlarda  və  müasir  türk  dillərində 
daha  çox  yor-  şəklində  işlənir.  “Qutadğu  bilig”də  və  qədim  uyğur  yazılarında 
feilin  yör-  “yozmaq,  izah  etmək”fonetik  variantına  təsadüf  edilir:  Tüşüg  edgü 
yör  “Yuxunu  yaxşı  yoz”;  Tüşüŋ  yörmə,  yörsə  bilig  birlə  yör  “Öz  yuxularını 
yozma, əgər yozsan bilərək yoz ” (7, 276). Bu feildən yaranmış yörük sözü “yo-
zum, şərh”, yörükçi isə “yozucu, şərhçi”, dolayısı ilə “buddist keşiş” mənası ifa-
də edir. Yörük  sözünə “yozum, şərh”  mənasında M. Kaşğarlı divanı, “Qutadğu 
bilig”  və  qədim  uyğur  yazılarında  təsadüf  edilir  (7,  277).  Söz  yözükçiləri  kimi 
yazıldığı  üçün  bu  şəkildə  oxunuş  variantını  da  istisna  etmək  olmaz.  Lakin  abi-
dələrdə yor- / yoz- şəklində paralelliyə təsadüf edildiyi halda, yör- / yöz- paralel-
liyinə rast gəlinmir. Buna görə də re hərfinin üzərindəki nöqtənin artıq qoyuldu-
ğunu  düşünərək,  sözün  yörükçiləri  “yozucuları;  buddist  keşişləri”  şəklində 
transliterasiya  edilməsini  daha  münasib  hesab  etdik
1
.  Altay  dilində  “kahin, 
                                         
1
 Sözü yörgüciləri / yözgüciləri şəklində də transliterasiya etmək mümkündür: yör+ gü+çi. Müq. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə