Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə28/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   24   25   26   27   28   29   30   31   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
107 
görünən yerindən at nalı, dəvə tikanı, pişik caynağı və üzər-
lik asırlar. 
Hamilə  qadına  hamiləlik  dövründə  dovşan  əti  yemək 
məsləhət  deyil,  əks  halda  doğulduğu  uşağın  dodağı  yarıq 
olar. 
Uşağı olmayan, qadın yeddi həftə ilan qabığı ilə qayna-
dılmış suda çimərsə, o, uşağa qalar.
1
 
                                                
1
  Qədim  inamlar  bu  sətirlərin  müəllifi  1908-ci  ildə  anadan  olmuş,  Lerik 
rayonunun  Hovari  kənd  sakini  Güləbətin  Məşədi  Dövlət  qızının  dilindən 
yazıya alınmışdır. Güləbətin nənə xalq ədəbiyyatından çoxlu layla, oxşama, 
bayatı, nağılı sinədəftər bilir, savadsızdır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
108 
 
 
 
 
 
 
 
 
 
 
TÜRKAÇARƏLƏRƏ AİD 
TÜTYƏLƏR 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
109 
TÜRKAÇARƏLƏRƏ AİD TÜTYƏLƏR 
 
Ağız  nahiyəsində  qaynaşma,  bəz,  yara,  səpinti  əmələ 
gəldikdə qoz ləpəsi yemək məsləhətdir. 
İflic vurmuş adamı qoz yağı ilə yağlayıb, həvəngdəstə-
də əzilmiş ləpə ilə bir ay təpitmə etmək xəstənin sağalmasına 
yaxşı təsir göstərir. 
Qulağı ağrıyan  adamın qulağına ilk uşağı olan  gəlinin 
südündən sağıb töksən, ağrısı kəsər. 
Pürrəngi  çayı  südlə  qarışdırıb,  qurtum-qurtum  içmək 
əsəbləri sakitləşdirər, yorğunluğu alar. 
Zökəm olan adama zoğallı çay və ya turş nar şirəsi iç-
mək məsləhətdir. 
İştahası  olmayan  adamlara  səhər-səhər  acqarına  turş 
nar  şirəsi  içmək  məsləhətdir.  Bu,  iştahanın  açılmasına  çox 
yaxşı təsir göstərir. 
Göyöskürəyə,  mədə-bağırsaq  xəstəliyinə  tutulanlara 
acqarına tut bəhməzi (doşabı) içmək məsləhətdir. 
Böyrək və öd kisəsi ağrılarından əziyyət çəkənlərə ac-
qarına təbii yarpız yemək və ya yeməkdən qabaq yarpız yar-
pağının  şirəsini içmək  məsləhətdir. Bu, xəstənin halını  yax-
şılaşdırar, müalicəsinə kömək edər. 
Sarılıq  xəstəliyinə  tutulanlara  çoxlu  acı  qıcı  yemək 
məsləhətdir. 
Bənövşəni iyləyən zökəm xəstəliyinə tutulmaz. Bənöv-
şəni təbii halda yedikdə qulaq ağrımaz, əsəblər sakit olar. 
Qırxbuğumu  dəmləyib  içmək  böyrək  ağrısına  yaxşı 
təsir edir. 
Gəndəlaş çiçəyi ilə başı yuduqda saç tökülməz, həm də 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
110 
ağarmaz. 
Qarın  ağrısına,  ishala  yarpızı  təbii  halda  yemək  və  ya 
şirəsini içmək xeyirlidir. 
Qarın  ağrısına,  ishal  xəstəliyinə  tutulanlara  dovğa  ye-
mək məsləhətdir. 
Yarpızı dəmləyib içmək başgicəllənmə və şiddətli baş-
ağrısına  çox  xeyirlidir.  Yuxusuzluqdan  əziyyət  çəkənlərə 
yaxşı kömək edir. 
Əzgilin təzə zoğunu və ya qabığını qaynadıb içmək is-
hal, qarın ağrısı xəstəliyinə yaxşı təsir edir. 
Ürək  ağrısına  cökə  çiçəyini  (həm  də  qurudulmuşunu) 
dəmləyib içmək məsləhətdir. 
Bənövşə çiçəyini (həm də quru)  dəmləyib içmək böy-
rək ağrısına yaxşı təsir edir. 
Yemişən  çiçəyinin  dəmləməsi,  eləcə  də  təbii  çiçəyini 
yemək ürək ağrısına yaxşı təsir edir. 
Yeddi  il  qurudulub  saxlanılmış  bənövşə  çiçəyi  daxili 
xəstəliklərin  dərmanıdır.  Xüsusilə,  mədə-bağırsaq  xəstəlik-
lərinin müalicəsi üçün çox əlverişlidir. 
Heyva  yarpağını dəmləyib içmək əsəbləri sakitləşdirir, 
ruhi xəstəliklərə tutulanlara yaxşı kömək edir. 
Dalağı  şişən  adamın  dalağının  üstünə  duz  səpib,  onu 
iki-illik  danaya  yalatmaq  məsləhətdir.  Bu  üsul  müalicəyə 
yaxşı təsir edir. 
Astma  xəstəliklərinə  tutulanlara  balı  zeytun  yağı  və 
qoz ləpəsi ilə qarışdırıb yemək məsləhətdir. 
Mədə-bağırsaq xəstəliyinə tutulanlara azca duzlu əmə-
köməci pencərindən isti xörək bişirtdirib yemək məsləhətdir. 
Mədə-bağırsaq xəstəliyinə tutulanlara keçi südü içmək 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
111 
məsləhətdir. 
Vərəm  xəstəliyinə  tutulana  tülkünün  paraciyərini  bişi-
rib yedirtmək məsləhətdir. 
Dalağı  xəstə  olanlara  toyuğun  daşlığının  üz  pərdəsini 
soyub  qurutduqdan  sonra,  ovub  qida  ilə  qəbul  etmək,  yaxşı 
təsir edir. 
Bağırsağında qurd olanlara acqarına gicitkəni qaynadıb 
həlimini içmək məsləhətdir. 
Yaranın  qanaxması  kəsməzsə,  üçyarpaq  yoncanı  əzib, 
yaranın  üstünə  təpitmə  qoymaq  məsləhətdir.  O,  yaranın 
qanaxmasını kəsir və onu tez sağaldır. 
Yaddaşı  zəif  olan,  huşsuzluq  xəstəliyinə  tutulanlara 
ərik və ərik qaxı (qurusu) yemək məsləhətdir. 
Ziyilin qopub düşməsi üçün böyük bir soğanın ortasını 
oyaraq oraya duz töküb saxlayır, duz əriyəndən sonra həmin 
mayedən  götürüb  gündə  bir  neçə  dəfə  ziyilin  üzərinə 
sürtmək məsləhətdir. 
Cavan qoz ağacı yarpağını suda bişirərək ziyilin üzəri-
nə bağlamaq, yaxud gicitkən yarpağını bal ilə qatıb, təpitmə 
kimi qoymaq da məsləhətdir. 
Əhəngi sirkə ilə qatıb ziyilə sürtməklə də onu yandırıb 
sağaltmaq mümkündür. 
Ziyili müalicə etmək üçün əncir  yarpağının südünü və 
ya  yaş  qaratikanın  çubuğunu  ocaqda  yandırıb,  onun  digər 
ucunda  əmələ  gələn  köpük  yağını  ziyilin  üzərinə  yaxmaq 
məsləhətdir. 
Əsəb xəstəliklərinə tutulan,  yuxusuzluqdan əziyyət çə-
kən  xəstələrə  yemişan  çiçəkləyəndə,  kölgəsində  uzanmaq 
məsləhətdir. Müalicə əhəmiyyəti effektlidir. Bu həm də qan 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə