Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə36/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   32   33   34   35   36   37   38   39   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
137 
Aqillərin  inamına  görə:  əməköməci  çiçəyinin  dəmlə-
məsi bir çox xəstəliklərin dərmanıdır. Bərk soyuqlayan, qançır, 
sətəlcəm, qanlı bəlğəm, nəfəs  yollarının bəzi şişlərinin, mədə-
bağırsaq,  qurd,  qaraciyər  şişinin,  öd  kisəsi  ağrılarının 
müalicəsinə çox kömək edir. Əməköməci çiçəyini qurudub, il 
boyu  da  istifadə  etmək  olar.  Əməköməci  dəmləməsini  15-20 
gün, hər gün yeməkdən əvvəl üç dəfə qəbul etmək məsləhətdir. 
Aqillərin inamına görə: şəkər çuğundurunun kökünü, 
yarpağını bişirib yemək, həm soyuqdəyməyə, qanlı bəlğəmə, 
həm  də  kəskin  dalaq,  böyrək  ağrılarını  müalicə  üçün 
əhəmiyyətlidir.  
Aqillərin  inamına  görə:  yerkökü  bir  çox  dərdin  dər-
manıdır. O, mədəni möhkəmlədir, sinə ağrısını azaldır, göy, 
quru  öskürəyin  müalicəsini  asanlaşdırır,  böyrək  ağrılarına 
kömək  edir.  Yerkökünün  mürəbbəsi  əhvalsız,  bədgüman 
adamların  əhvali-ruhiyyəsini  qaldırır,  tərəfləri  aktivləşdirir, 
bədənin  zəifliyinin  qarşısını  alır.  Mədə,  qaraciyər  xəstəli-
yinin müalicəsinə də yaxşı təsir edir. 
Aqillərin  inamına  görə:  sinəsindən  qanlı  bəlğəm  gə-
lən,  qançır  olan,  bərk  soyuq  dəyən,  quru,  göyöskürəkdən 
əziyyət çəkən xəstələrə yemişin (qovunun) kökünü dəmləyib 
hər  gün  yeməkdən  əvvəl  15-20  gün  bir  fincan  içmək 
məsləhətdir. 
Aqillərin  inamına  görə:  nanə  çox  dərdə  dərmandır. 
Hıçqırığa  tutulan,  mədə  xəstəliyindən  tez-tez  öyüyən,  ürək 
bulantısından  əziyyət  çəkən  xəstələrə  10-15  gün,  hər  gün 
yeməkdən  əvvəl,  nanəni  dəmləyib  bir  fincan  içmək  məs-
ləhətdir. 
Aqillərin  inamına  görə: vərəm xəstəliyinə, quru, göy-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
138 
öskürüyə,  bütün  soyuqdəymə  xəstəliklərinə  tutulanlar,  nov-
ruzgülünün həm çiçəyindən, həm də kökündən dəmləyib, 20-
25  gün,  gündə  yeməkdən  əvvəl  üç  dəfə  içmək  məsləhətdir. 
Onu yığıb kölgədə qurudub saxladıqda öz effektini itirmir. 
Aqillərin inamına görə: itdirsəyi çıxaran adama 10-15 
gün, gündə 3 dəfə  yeməkdən əvvəl göy sarımsaq (və  ya diş 
sarımsaq) yemək məsləhətdir. Müalicəsi olduqca effektlidir. 
Aqillərin  inamına  görə:  bədənin  müxtəlif  yerlərində 
(boyun, qol, qıç, bel) kəskin ağrıları olanda çöl yemişinin qa-
zıb  qabığını  soyduqdan  sonra  ət  çəkən  maşında  çəkib,  yu-
murta ağı ilə qarışdırıb ağrıyan yerə yaxmaq məsləhətdir. Bu 
yaxma ağrıyan yerdə 15-20 dəqiqə saxlanılır. Müalicə effekti 
olduqca güclüdür. 
Aqillərin  inamına  görə:  qoz  ağacmı  niyyətlə  əkmək 
məsləhət deyil. Elat inamına görə: əkilən qoz ağacının göv-
dəsi  onu  əkənin  boynu  yoğunluğunda  olanda,  həmin  ağacı 
əkən adam ölməlidir. 
Aqillərin  inamına  görə:  diş  dibi  şişərsə,  diş  lax-
layarsa,  15-20  gün,  gündə  yeməkdən  əvvəl  üç  dəfə  qırmızı 
turpu ağızda suyu artırana qədər çeynəmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  mədə-bağırsaq,  ishal,  qanlı 
bəlğəm,  vərəm,  tez-tez  başı  ağrıyan  xəstələr  15-20  gün  hər 
gün  yeməkdən  əvvəl  bir  fincan  ətirşah  çiçəyi  və  yarpağını 
dəmləyib içmək məsləhətdir. Ətirşahdan ilboyu istifadə etmək 
üçün onun yarpağı və çiçəyini kölgədə qurudub, təmiz tənzif 
cunada saxlamaq lazımdır. Müalicə əhəmiyyəti güclüdür. 
Aqillərin  inamına  görə:  şəkər  xəstəliyindən  əziyyət 
çəkənlərə 20-25 gün buğdanı həll qaynadıb, həlimini (suyu-
nu) hər gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
139 
Aqillərin  inamına  görə:  alma,  qızılgül,  yasəmən,  şa-
mama,  yemiş-qovun,  ətirşahı  təzə-tər  ikən  iyləmək,  baş-be-
yini fəaliyyətə gətirir, hafizəni bərpa edir. 
Aqillərin inamına görə: kəskin, şiddətli başağrısından 
əziyyət  çəkənlərə  başını  kəklikotu  buğuna  vermək 
məsləhətdir. 
Aqillərin inamına görə: ağzında qızıl dişi olanın ürəyi 
ağrımaz, yuxuda onu qara basmaz. 
Aqillərin inamına görə: böyrək ağrılarından, yel xəs-
təliyindən, qan  azlığından,  iştahasızlıqdan əziyyət çəkənlərə 
qarağatın  özünü  yemək,  yarpağını  dəmləyib  gündə  üç  dəfə, 
20-25 gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  bağırsaqlarında  qurd  olan 
adamlara,  yatarqarına  və  səhər  tezdən  acqarına  qabaq  (bo-
ranı) çiyidi (tumu) yemək məsləhətdir. 
Aqillərin inamına görə: həddən artıq piylənən adam-
lara  arıqlamaq  üçün  25-30  gün  axşam-səhər  yarım  litrlik 
qatığın tünd sarımsaqlı atlamasını içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  yeni  anadan  olan,  qırxı  çıx-
mamış  çağanı  yad  adam  yoluxarsa,  o  çağa  gözə,  nəzərə 
gələr. Çağa nəzərə gəldiyi üçün ya şikəst olar, ya da ölər. Pis 
gözə, nəzərə gəlməmək üçün ya ana, ya nənə və ya da evə ən 
mərhəm  olan  qadın,  uşağı  evdən  bayıra  çıxarıb  ürəyində 
desin:  "Ey rəbbim! Sən bu tifili pis gözdən, pis sözdən hifz 
eylə. Ona pis baxanın gözünə iynə-bıçaq batır. Nəs deyənin 
dilini lal, qulağını kar, əzizlərini kor eylə!" 
Aqillərin inamına görə: ürəyində niyyət tutan il təhvil 
olanda,  axar  su  üstündən  hoppanarsa,  niyyəti  uğurlu  olar, 
arzu-istəyinə çatar. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə