Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə39/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   35   36   37   38   39   40   41   42   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
147 
çiyələk yemək məsləhətdir. 
Qanazlığı üçün gündə acqarına 2 fincan yerkökü şirəsi 
içmək, xurma yemək məsləhətdir. 
Ümumi bədən zəifliyi olanlara kəklikotu vannası qəbul 
etmək məsləhətdir. 
Bel fəqərələrinin küt, kəskin ağrıları üçün sarımsaqdan 
hazırlanmış məlhəm sürtmək də rahatlıq yaradır. 
Qan  dövranının  pozulması  və  qanın  tərkibinin  dəyiş-
məsi  hallarında  bir  baş  sarımsaq  işlətmək  müsbət  nəticə 
verir.  Səhərlər  acqarına  böyürtkən  yemək  və  bir  stəkan 
yerkökü şirəsi içmək məsləhətdir. 
Noxud təmiz qan yaradır. 
Sıxılıb qaynadılmış arpa suyu təmiz qan yaratmaqda ən 
münasib vasitələrdəndir. 
Qan təzyiqini tənzimləmək üçün turş və turşməzə alma 
yemək, şirəsini içmək məsləhətdir. 
Sarıkök  işlətmək  qaraciyər  xəstəlikləri  üçün  məsləhət 
görülür. 
Limon şirəsi öd kisəsinin şişini götürür. 
Bir  həftə  səhər-səhər  çimdikdən  sonra  limon  şirəsini 
azacıq  qaynanmış  suya  qataraq  içmək  böyrək  ağrılarını 
aradan qaldırır. 
Turp yemək böyrək ağrılarını sakitləşdirir. Sidik kisəsi 
ağrısı  zamanı  bağayarpağının  özünü  və  kökünü  dəmləyərək 
şərbətlə işlətmək məsləhətdir. 
Zoğal  və  ya  zoğal  qurusu  yemək,  həm  qan  təzyiqini 
tənzimləyir, həm də ödü sakitləşdirir, susuzluğu yatırır. Təzə 
arpanın  qaynanmış  suyu  təmiz  qan  yaratmaqla  bərabər  qan 
təzyiqini  tənzimləyir,  ödü  və  susuzluğu  yatırır.  Balqabaq 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
148 
turşusu qan təzyiqini tənzimləyir və ödü sakitləşdirir. 
Qurut qan təzyiqi və ödü tənzimləyir. 
Nar  çiçəyini  qaynadıb  bal  ilə  qarışdırıb,  hər  səhər  bir 
qaşıq udmaq sinəni bəlğəmdən təmizləyir. 
Yasəmən  çiçəyinin  də  sinəni,  bəlğəmi  təmizləmək  və 
yumşaldıcı xassəsi vardır. 
Moruğu bal ilə qarışdırıb  yemək sinə üçün çox fayda-
lıdır. 
Faydalı  vasitələrdən  biri  də  limon  şərbətidir.  Limonu 
qabığı ilə birlikdə doğrayıb bir litr qaynar suda iki saat sax-
ladıqdan  sonra, bir qədər şəkərlə şirin edilər. Gündə üç fin-
can  isti  limon  şərbəti  içmək  temperaturu  aşağı  salmaqla, 
bədənin müqavimətini xeyli gücləndirir. 
Öskürək  müxtəlif  olduğu  kimi,  onun  müalicəsi  də 
müxtəlifdir; öskürəyə qarşı 30 qr təzə və ya quru heyva çiçə-
yini  bir  litr  suda  dəmləyərək  içmək  öskürəyə  qarşı  yaxşı 
vasitədir. Müalicəsi yaxşı təsir edir. 
Sədəfotunu  quru  şüyüd  ilə  dəmləyib  içmək  iltihab  və 
yara üçün məsləhətdir. 
İspanağı  bişirib  yemək  bəlğəmli  iltihaba  qarşı  yaxşı 
vasitədir. 
Öskürəndə qan görünərsə,  yumurta ağını  ilıq halda iç-
mək təsirli vasitələrdən hesab edilir. 
Nar çiçəyinin suyunu qaynadıb, sonra ilıq halda içmək 
də öskürəyə müsbət təsir göstərir. 
Öskürəyə qarşı faydalı dərmanlardan biri də təzə sağıl-
mış keçi, dəvə və qoyun südüdür. 
Bronxit  üçün  bənövşə  çiçəyinin  dəmləməsini  içmək 
məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
149 
Portağal qan dövranını və nəfəs yollarını təmizləyir. 
Heyva mürəbbəsi öskürəyi sakitləşdirir və nəfəsalmanı 
yaxşılaşdırır.  Təzə  gicitkən  yarpağını  bişirib,  sarımsaqlı  qa-
tıq ilə yemək sinə və nəfəs yolları üçün çox xeyirlidir. 
Mədə-bağırsaq  üçün  meyvə  və  meyvə  şirəsi  ən  yaxşı 
vasitədir. 
Mədə  və  bağırsaq  xəstəliyi  olanlara  portağal  şirəsi, 
üzüm şirəsi içmək məsləhətdir. 
Mədə-bağırsağa  zərərli  mikrobların  düşməsinin  qarşı-
sını  almaqdan  ötrü  sarımsaqdan,  qatıqdan  istifadə  etmək 
məsləhətdir. 
Sarımsaq  qan  təzyiqini  tənzimləyir,  soyuqdəyməyə 
qarşı bədənin müqavimətini artırır. 
Yerkökü  toxumu  mədəyə  qaz  toplanmasının  qarşısını 
alır. 
Yarpız şirəsi içmək mədəni bəlğəmdən təmizləyir. Ba-
ğırsaqların fəaliyyəti zəiflədikdə, alça və qara gavalıdan isti-
fadə etmək məsləhətdir. 
Babasili  olanlara  yarpızı  qaynadıb  suyu  ilə  yuyunmaq 
məsləhətdir. Badımcanı döyüb, az miqdarda acı badam içi və 
bənövşə yağı ilə qarışdırıb babasilə sürtmək də effektli olur. 
Babasil  şişini  və  ağrısını  sakitləşdirmək  üçün  yarıbiş-
miş  yumurta sarısını zəfəran  və gül  yağı ilə qarışdırıb, üzə-
rinə yaxmaq məsləhətdir 
Dalaq sancması zamanı balqabaq  və söyüd  yarpağının 
suyunu içmək məsləhətdir. 
Yel  xəstəliyi  (revmatizm)  olan  adamlara  kəklikotunun 
qaynadılmış suyunda çimmək faydalıdır. 
Sarımsaqdan  hazırlanmış  təpitmələr  yel  xəstəliyi  ağrı-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
150 
larını sakitləşdirir. Ağrı olan yerlərə çobanyastığı sürtmək də 
məsləhətdir.  Moruq  yemək  yel  xəstəliyinə  tutulan  adamlar 
üçün xeyirlidir. 
Oynaq ağrıları zamanı şalğamı bişirib, xırda-xırda doğ-
rayandan  sonra  xəmir  halına  salıb,  təpitmə  kimi  ağrı  olan 
yerlərə  qoyurlar.  Kələm  yarpağının  təpitməsi  də  ağrıları 
sakitləşdirir. Bunun üçün yarpağı əvvəlcə bir qədər əzişdirib, 
od  üzərində  azacıq  bişirib,  gündə  2-3  dəfə  ağrıyan  yerə 
qoyub yun parça ilə bağlamaq məsləhətdir. 
Çibanı olanlar əvvəlcə onu yetişdirən vasitələrdən isti-
fadə  edirlər.  Arpa  unundan  xəmir  düzəldib  çiban  üzərinə 
qoyduqda təpitmə çibanın yetişməsinə kömək edir. 
Çibana qarşı ən sərfəli və olduqca faydalı müalicə va-
sitələrdən  biri  bişmiş  soğandır.  Onu  ocaqda  bişirib,  təpitmə 
kimi  çibanın  üstünə  bağlayırlar.  Bu,  çibanı  tez  yetişdirir  və 
müalicəni sürətləndirir. 
Əhəngi sirkə ilə qatıb ziyilə sürtməklə də onu yandırıb 
sağaltmaq mümkündür. 
 
 
 
 
 
 
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə