Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə47/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   43   44   45   46   47   48   49   50   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
177 
qələvi müvazinətinin normal saxlanılmasına kömək edirlər. 
Üzüm bağırsaqda və qaraciyərdə toplanan zəhərli mad-
dələri  zərərsizləşdirir,  qanda  sidik  cövhərini  azaldır  və 
orqanizmdə duzların toplanmasına mane olur.  
Üzümdə  olan  çaxır  turşusu  insan  orqanizminin  həyat 
fəaliyyəti üçün çox mühüm məhsullardan biridir.  
Ona görə də üzümdən və onun şirəsindən bir sıra xəs-
təliklərin  müalicəsində:  poliartridlərdə,  ürək,  mədə,  böyrək 
xəstəliklərində,  qan  azlığında,  maddələr  mübadiləsinin  po-
zulmasında,  vərəmin  ilk  mərhələlərində,  həmçinin  kömək-
edici maddə kimi xroniki bronxitin, plevritin, bronxid asma-
sının  və  s.  başqa  xəstəliklərin  müalicəsində  istifadə  olunur. 
Üzümün  tərkibinin  70-80%-ni  su  təşkil  edir.  Üzüm  suyu 
«Borjomi»  və  qələvi  xüsusiyyətli  mədən  sularından  geri 
qalmır, hətta onlardan bir qədər üstün sayılır. Üzüm və üzüm 
şirəsinin  uşaqların  qidasında  əhəmiyyəti  böyükdür.  Əbəs 
deyil  ki,  üzüm  şirəsini  məcazi  mənada  tərkibində  piy  və 
zülal olduğu üçün «bitki südü» adlandırırlar. 
Həkimlər üzüm şirəsindən qan, ürək-damar, böyrək və 
qara ciyər xəstəliklərinin müalicəsində geniş istifadə edirlər. 
Üzüm  şirəsi  bəlğəmgətirici  təsirə  malikdir.  Ondan  tənəffüs 
yolları  xəstəliklərində  də  geniş  istifadə  edilir.  Üzüm  şirəsi 
qırmızı  qan  kürəciklərinin  çoxalmasına,  hemoqlobinin 
artmasına və s. təsir göstərir. 
Gün  ərzində  yalnız  üzümlə  qidalanmaq  yaxşı  nəticə 
vermir.  Çünki  gündəlik  qidanın  tərkibində  şəkərdən  başqa 
zülallar,  yağlar  və  b.  çoxlu  qida  maddələri  də  olmalıdır. 
Üzüm  şirəsinin  təyin  edilmiş  vaxtda  qəbul  edilməsi  orqa-
nizm üçün xüsusi əhəmiyyətə malikdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
178 
Nar 
 
Nar meyvələrinin tərkibinə daxil olan maddələrin miq-
darı onun sortundan,  yetişdirildiyi iqlim şəraitindən və bağ-
larda həyata keçirilən aqrotexniki tədbirlərin keyfiyyətindən 
asılıdır. Nar şirəsinin tərkibində 76-78% su, 14-21 % şəkər, 
3%-dək  yağ,  3-4  %  turşu,  1,5%  protein  olur.  Normal 
böyümüş meyvələrdən 75% şirə alınır. 
Nar  bir  sıra  meyvə  bitkilərindən  fərqlənərək  uzun 
müddət  çiçəkləyir.  Bu  bitkinin  çiçəklənməsi  may  ayından 
başlayaraq avqust ayının axırınadək davam edir. May ayında 
açılmış  çiçəklərdən  əmələ  gəlmiş  meyvələrdə  şəkər  çox, 
turşu  az,  iyun-iyul  aylarında  açılmış  çiçəklərdən  əmələ 
gəlmiş meyvələrdə isə şəkər az, turşu çox olur. 
Narın  sortlarından  asılı  olaraq  ondan  alınmış  şirənin 
tərkibində 4,4%-dən 21% -dək şəkər, 0,2%-dən 4%-dək tur-
şu olur. Cır narın şirəsində 3,2%-dək şəkər, 14%-dək limon 
turşusu olur. 
Azərbaycanda turş narın şirəsindən “narşərab” adlanan 
qatı şirə hazırlanır ki, bu da ədviyyə kimi ətdən və balıqdan 
hazırlanmış müxtəlif yağlı yeməklərdə işlədilir. 
Narın meyvələrindən alınmış şirə müxtəlif qənnadı mə-
mulatlarını  rəngləmək,  spirtsiz  içkilər  və  qazlı  sular  hazır-
lamaq üçün istifadə edilir. Narın meyvələrindən yüksək key-
fiyyətli,  çəhrayı,  tünd  albalı,  təbii  şirələr  hazırlayırlar.  Nar 
şirəsi  orqanizmin  susuzluğunu  yatırır.  Narın  şirəsindən  və 
toxumlarından  alınan  yağdan  kosmetikada  geniş  istifadə 
edilir.  Nar  qabığının  müalicə  əhəmiyyəti  onun  tərkibinə 
daxil  olan  alkoloidlə  bağlıdır.  Axır  vaxtlarda  narın 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
179 
yarpaqlarında da alkoloidin olması müəyyən edilmişdir. 
Xalq  təbabətində  yaranı  sağaltmaq  üçün  nar  meyvə-
sinin  qurudulmuş  qabığını  narın  döyüb  yaraya  səpirlər  ki, 
bunun  da  nəticəsində  yara  sağalır.  Yaranı  qabığın  tərki-
bindəki  aşı  maddəsi  sağaldır.  Qədim  vaxtlarda  nar  şirəsini 
qaynadıb  bal  ilə  qarışdıraraq,  ondan  burunda  əməl  gələn 
polip  və  habelə  babasil  xəstəliyinin  müalicəsində  istifadə 
edirlər. Narın meyvəsinin qabığında 56,2% su, 28,4% büzüş-
dürücü  (aşı)  maddə  var.  Şirin  meyvələrinin  qabığında  aşı 
maddələri  az,  turş  narlarda  isə  çoxdur.  Narın  meyvə,  kök, 
gövdə və oynaqlarının qabığında büzüşdürücü və rəngverici 
maddələr  var.  Nar  şirəsi  iştah  artırır,  müxtəlif  yeməklərin 
asan həzm olunmasına kömək edir. 
 
Tut 
 
Tutun  respublikamızın  ərazisində  3  növü  yayılmışdır: 
ağ  tut,  qara  tut,  qırmızı  tut.  Bunlardan  Azərbaycanın 
ərazisində ən çox yayılanı ağ və qara tut növləridir. 
Azərbaycanda ağ tut yabanı halda Samur-Dəvəçi zona-
sının  tuqay  meşələrində,  Kür-Araz,  Alazan-Əyriçay  ova-
lıqlarında  yayılmışdır.  Bundan  əlavə  Azərbaycanın  əksər 
rayonlarında,  o  cümlədən  Abşeronda  geniş  becərilir.    Qara 
tut Azərbaycanın aran və dağətəyi rayonlarında becərilir.  
Qırmızı tut – Hündürlüyü 15-20 m olan ağacıdır. Qa-
bığı  qəhvəyi-boz,  cavan  budaqları  isə  sarımtıl-boz  rəngdə 
olur. Yarpaqları yumurtavaridir. Yarpaq arası 5-7 sm-dir. 
Qırmızı  tutun  oduncaq  hissəsi  çox  qiymətlidir.  Özək 
hissəsi sarı rəngli olub, illik həlqələri aydın görünür. Qırmızı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə