Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə55/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   51   52   53   54   55   56   57   58   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
202 
7,60  mq%  Sr,  0,48  mq%  Pb,  67,20  mq%  B,  0,09  mq%  J, 
3,90  mq%  Br  mikro-elementləri  vardır.  Bundan  əlavə, 
meyvələrdə vitamin qruplarından 25 mq% A, B„ B
2
, B
6
, D, 
H,  E,  K  və  PP,  piy  və  efir  yağı,  flavonoid  birləşmələri, 
fizioloji  fəal  maddələrdən  –  sterol,  lesitin  və  s.  fermentlər 
tapılmışdır.  Kökümsovu  adi  və  bişirilmiş  halda  istifadə 
edilir.  Bunu  xırda-xırda  doğrayıb  ədviyyat  kimi  bir  çox 
xörəklərin  və  qida  məhsullarının  tərkibinə  qatqı  kimi  əlavə 
edirlər. 
Kökdən alınan karotin, şirə və cövhərlər bir çox xəstə-
liyin  sağalmasına  müsbət  təsir  göstərir.  Bunlardan  qanaz-
lığında və hipertoniya xəstəliyində və eləcə də südü az olan 
qadınlar istifadə edə bilərlər. Kökün sellüloz hissəsindən isə 
orqanizmdə əmələ gələn xolesterinin kənar edilməsində isti-
fadə olunur, qırmızı rəngli kökdən alınan karotinoid piy, kə-
rə və marqarin məhsullarının rənglənməsində tətbiq olunur. 
Toxumun  tərkibində  13%  yağ,  1,6%  efir  yağı  vardır. 
Çiçəklərinin  tərkibindən  antosian  və  flavonoid  maddələri, 
yaşıl hissəsindən isə karotin və s. alınır. 
Kökün  toxumlarından  hazırlanan  daukarin  preparatın-
dan qıcolmada və qan damarlarının genişlənməsində istifadə 
olunur. 
Tərkibində  zəngin  vitaminlərin  olması  ondan  avitami-
nozda,  qanazlığında,  ürək-damar  xəstəliklərində,  eləcə  də 
qaraciyər,  böyrək  xəstəliyində,  görmə  pozğunluqlarında, 
qəbizlikdə  və  s.  istifadəyə  imkan  verir.  Xalq  təbabətində 
yerkökünün  meyvələrindən  alınmış  şirəni  bal  ilə  qarışdırıb 
(1:1  nisbətində)  soyuqdəymədə,  mədə-bağırsaq  pozğunluq-
larında istifadə edilir. Bundan əlavə, onun şirəsindən ağızda 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
203 
baş  verən  iltihabın  aradan  qaldırılmasında  istifadə  olunur. 
Toxumlarından  hazırlanan  cövhərlərdən  böyrək  və  sidik 
kisəsindən  daş  və  qumun  kənar  olunmasında  istifadəsi,  duz 
mübadiləsi  pozulduqda  isə  daxilə  qəbul  edilməsi  məsləhət 
görülür. 
Yerkökü  qanazlığı,  ürək-damar,  böyrək  xəstəliklərinə 
yaxşı  təsir  göstərir,  bədəndə  olan  zərərli  mikrobları  məhv 
edir. O, bəlğəm, göyöskürəyin müalicəsində effectlidir. Bu-
nunla  yanaşı  yerkökü  sidik  yollarının  təmizlənməsinə  və 
böyrəyin  fəaliyyətinə  də  kömək  edir,  mədəni  möhkəmlədir, 
həzmi  yaxşılaşdırır.  Yerkökü  mürəbbəsi  əhvali-ruhiyyəni 
yüksəldir,  tərəfləri  fizioloji  cəhətdən  aktivləşdirir.  Bədəndə 
baş  verən  süstlüyün  qarşısını  alır,  bədəni  gümrahlaşdırır, 
müqavimətini  artırır.  O,  həmçinin  qaraciyərin  fəaliyyətini 
tənzimləyir, bağırsaqları yumşaq saxlayır, ifrazı asanlaşdırır. 
Dişdibi  ətlərinin  müalicəsinə  yaxşı  təsir  göstərir,  ağız  qu-
rumasının qarşısını alır, tüpürcək vəzisini tənzimləyir, iştah-
sızlığı  aradan  qaldırır,  gözün  görmə  qabiliyyətini  artırır. 
Yerkökü  şirəsi  qəbul  edən  adamın  sifəti  duru  olur.  Hamilə 
qadınlara yerkökü şirəsi qəbul etmək məsləhətdir. 
Kökdən  hazırlanmış  maskalardan  kosmetikada  geniş 
istifadə  olunur.  Qırmızı  rəngli  kök  meyvəsinin  tərkibində 
çoxlu  karotin  olduğuna  görə,  onu  nazik  hissələrə  bölür  və 
irinli yaraların, yanıqların üzərinə qoyub müalicə edirlər. 
 
Pomidor 
 
Adi pomidor – Bu, birillik ot bitkisi olub, mədəni hal-
da geniş  surətdə əkilib-becərilir. Yarpaqları  lələkşəkilli par-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
204 
çalanandır, çiçəkləri sadə  və  yaxud  mürəkkəb olub,  tacı sa-
rımtıldır.  Meyvəsi  giləmeyvə  olub  ətli,  şirəli  və  çoxtoxum-
ludur. Pomidorun vətəni Cənubi Amerika hesab edilir. 
Meyvəsindən  təzə  və  konserv  halında  qida  kimi  geniş 
surətdə  istifadə  edilir.  Birinci  dəfə  pomidor  hindu  tayfaları 
tərəfindən Peruda mədəni halda əkilib becərilmişdir. Oradan 
da, şimala doğru yayılaraq Meksikaya qədər gəlib çıxmışdır. 
XVI əsrin ortalarında pomidor İspaniyaya gətirilmiş, oradan 
da Avropa ölkələrinə yayılmışdır.  
Birinci  dəfə  pomidordan  bəzək  bitkisi  kimi  istifadə 
edilmiş,  sonralar  dərman  bitkisi  kimi  əkilib  becərilmişdir. 
Nəhayət,  XIX  əsrdə  qida  kimi  istifadə  edilməyə  başlan-
mışdır.  Avropalılar  pomidorun  qida  və  müalicəvi  xüsu-
siyyətləri  haqqında  biliklərə  yiyələndikcə,  bu  bitkiyə  maraq 
ildən-ilə  artmağa  başlanmışdır.  İlk  anlar  rus  xalqı  bu  bit-
kidən qida kimi istifadə etməyə çox ehtiyatla yanaşmış, uzun 
müddət  tərəddüd  etmiş  və  onu  «quduz  giləmeyvə»  ad-
landırmışlar.  Ona  görə  də  pomidordan  uzun  müddət  qida 
kimi  yox,  ancaq  müalicə  məqsədləri  üçün  istifadə  etmişlər. 
Buna görə də Krımda, Volqanın aşağı sahələrində Astraxan 
vilayətində  pomidoru  dərman  bitkisi  kimi  əkib  becərməyə 
başlamışdılar.  Pomidor  meyvəsindən  müvəffəqiyyətlə  müx-
təlif növ çibanların müalicəsində istifadə etmişlər. XIX əsrin 
axırlarında isə pomidordan qida kimi  istifadə edilməyə baş-
lanmışdır.  Bu  dövrdən  başlayaraq  pomidordan  şi,  şolyanka, 
borş,  ət  xörəklərinin,  quş,  balıq,  istənilən  salat  növlərinin 
tərkibinə  iştahaçıcı ədviyyat kimi əlavə etməyə başlamışlar. 
Hazırda  pomidordan  qida  kimi  dünyanın  əksər  ölkələrində 
istifadə edilir. Pomidorun meyvəsinin tərkibində 95% su, 6% 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə