Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə54/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   50   51   52   53   54   55   56   57   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
199 
0,1%  -  PP  vitamini,  qırmızı  turpda  isə  uyğun  olaraq  11-14 
mq%  C,  0,06%  -  A,  0,03-B„  0,02%-B
2
,  0,1%-PP  vitamini 
tapılmışdır.  Ağ  və  qırmızı  turpun  tərkibində  yuxarıda 
göstərilən  qiymətli  maddələrlə  yanaşı,  əvəzedilməz  amin 
turşularından  lizin,  sistidin,  metönin,  mineral  duzlardan 
kalium,  kalsium,  fosfor,  dəmir,  fitonsidli  birləşmələrdən 
metilmerkatan,  qlükozidlərdən  allil-xardal  yağı,  lizosim, 
simiqrin və s. vardır. 
Turplardan qidalanmada müntəzəm istifadə etdikdə in-
sanın iştahası artır, əmələ gələn artıq turşuluq neytrallaşır və 
toplanan  zərərli  maddələr  həll  edilərək  bədəndən  xaric 
olunur. Maddələr mübadiləsini nizamlayır, sinqa xəstəliyinin 
qarşısını alır, fermentləşdirmə prosesini fəallaşdırır. 
Turpların tərkibində olan maddələr, o cümlədən qlüqo-
zidlər  yağlı,  piyli  xörəklərin  həzminə,  yağların  sabunlaş-
masına  şərait  yaradır.  Bununla  da  bir  sıra  qaraciyər  və  öd 
xəstəliklərinin qarşısı alınır. Turpun kökmeyvəsində olan 10-
12  faizə  qədər  pektin  maddəsi  insan  orqanizmində  olan 
radioaktiv maddələri zərərsizləşdirir  və onları bədəndən xa-
ric edir. Ağ turpun kökmeyvəsindən 30%-li sirkə hazırlanır. 
Ondan  öd  yolu  və  öd  kisəsi  xəstəliklərinin  müalicəsində 
istifadə  edilir.  Müalicə  məqsədi  ilə  həmin  şirədən  6-8  həftə 
ərzində hər gecə 100 ml içmək, sonra bu dozanı yavaş-yavaş 
gündə 400 ml-ə çatdırmaq məsləhətdir. 
Turp  şirəsini  balla  1:1  nisbətində  qarışdırıb  tənəffüs 
yollarının selikli qişasının zədələnmələrinin, öskürək və səsi 
batmış  xəstələrin  müalicəsində  istifadə  edilir.  Bunun  üçün 
gündə üç dəfə olmaqla 2 xörək qaşığı (uşaqlara 2 çay qaşığı) 
içməyi  məsləhət  görürlər.  Həmin  qarışıqdan  XX-XXI  əsrin 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
200 
ən  geniş  yayılmış  xəstəliklərindən  olan  öd  kisəsində  və 
böyrəkdə  toplanmış  daşı  əritmək,  eyni  zamanda  atereskle-
rozun (huşsuzluğun) qarşısının almaq üçün istifadə edilir. Bu 
məqsədlə gündə 3 dəfə olmaqla  yeməkdən 15 dəqiqə qabaq 
hər dəfə də 33 ml şirə qəbul etməyi məsləhət görürlər. 
Ağ  turpdan  dilin  iflici  zamanı  da  istifadə  etmək  olar. 
Bunun  üçün  xəstələnmiş  şəxsə  ağ  turpun  kəsilmiş,  olduqca 
zəif,  xırda  hissəsini  yavaş-yavaş  çeynətmək  məsləhət  görü-
lür. Ağ turpun şirəsini yağla (xüsusən badam yağı) ilə qarışı-
ğından istifadə etməklə qulaq ağrısı xəstəliklərinin, o cümlə-
dən  qulaqda  yaranmış  qıjıltının  müalicəsində  yaxşı  nəticə 
verir. Həmin qarışıqdan azacıq qulağa damcıladıb ağrını ara-
dan götürürlər. 
Ağ  və  qırmızı  turpdan  mədə-bağırsaq  yaralarının, 
qastrid  xəstəliyinin  müalicəsində,  mədədə  olan  turşuluğun 
azaldılıb normaya salınmasında, həm də bağırsaq soyuqdəy-
mələrində istifadə etmək olar. Turp beyin fəaliyyətini artırır, 
mərkəzi sinir sisteminin işini  yaxşılaşdırır. Bədənə istilik və 
quruluq  verir,  gəyirmə  yaradır,  köpü  azaldır,  üzün  rəngini 
yaxşılaşdırır. 
Qədim  xalq  təbabətində  turpun  yerüstü  hissəsini  qay-
nadaraq suyunu toplayıb ondan sidik kisəsində olan daşı ərit-
mək üçün istifadə etmişlər. Turpun kök meyvəsinin içərisini 
oyub  oraya  gülyağı  tökür,  sonra  od  üzərində  isidib  qulaq 
ağrısı zamanı damcıladırlar. Turpu deşib ora 4  ədəd şalğam 
toxumu  qoyur,  ağzını  isə  kəsiyi  ilə  bağlayır,  onu  xəmirə 
büküb od üzərində tam bişirdikdən sonra təbii  həb kimi bal 
ilə  üç  gün  yeyirlər.  Bir  neçə  gün  fasilə  verdikdən  sonra 
əməliyyat  bir  də  təkrar  olunur.  Bu  sidik  kisəsindəki  daşı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
201 
əritmək üçün  faydalı hesab  edilir.  Ağ turpun toxumlarından 
sənayedə qiymətli turp yağı emal edilir. Həmin yağ xörəkdə 
istifadə  edildikdə  qanda  xolesterinin  miqdarını  azaldır, 
ateresklerozun qarşısını qismən alır. 
Ağır  xörəklərin  həzminə  yaxşı  kömək  edir,  iştahanı 
artırır,  gəyirmə  gətirir.  Turp  sidik  yolunu  təmizləyir,  ifrazı 
asanlaşdırır. Turpun özəyi, yarpağı böyrək, oynaqlar və sidik 
yolunda  kirəcləşməni,  duzlaşmanı,  daşlaşmanı  əritməyə 
yaxşı  təsir  edir.  Turpun  içini  oyub  gül  yağını  içinə  töküb 
qızdırdıqdan sonra qulağa tökməklə qulaq ağrısı kəsilir. Turp 
üzü təravətləndirir. Onun toxumundan, çiçəyindən dəmləyib 
içmək  böyrəklərdən  daşı  tökməyə,  oynaqlarda  gedən 
duzlaşmanın müalicəsinə yaxşı təsir edir. 
 
Kök 
 
Dünya  florasında  kök  cinsinin  60-a  qədər  növü  yayıl-
mışdır.  Kök  cinsinə  daxil  olan  növlərin  əksəriyyəti  birillik, 
ikiillik kökümeyvəli ot bitkiləri sayılır. Dünyada kökün 50-
dən artıq sortu becərilir. 
Əkilən  kök  ikiillik,  ətli  kökümsovu  olan  ot  bitkisidir. 
Qida və ədviyyat kimi ən qiymətlisi qırmızı, narıncı-qırmızı, 
bəzən  sarı,  bənövşəyi,  ağımtıl-yaşıl,  tünd  bənövşəyi  rəngdə 
olan  kök  sortlarıdır.  Kökümsovunun  tərkibində  88,8%  su, 
1,1%  azotlu  birləşmələr,  0,2%  piyli  yağ,  9,2%  sulu  karbo-
hidratlar, meyvəsinin tərkibindən 28,50 mq% K, 19,20% Ca, 
3,60  mq%  Mg,  0,07  mq%  Fe  makroelementləri  və  19,70 
mq%  Mn,  8,63  mq%  Cu,  27,90  mq%  Zn,  0,56  mq%  Cr, 
14,56  mq%  Al,  64,04%  Ba,  0,20  mq%  Se,  1,04%  mq  Ni, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə