Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə62/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   58   59   60   61   62   63   64   65   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
227 
Tərxun 
 
Ağız  boşluğunda,  bronxlarda,  dişdibində  əmələ  gələn 
mikrobları  zərərsizləşdirir,  diş  yuvalarını  möhkəmləndirir, 
ağız boşluğundan gələn pis qoxunu aradan qaldırır, iştahanı 
açır, yedikdən sonra ağızdan xoş iy gəlir. 
Tərxunun yel, əsəb, ürəksıxılma, ümumi halsızlıq, baş-
gicəllənmə,  ağır  sancı  tutmalarına,  qarın  boşluğuna  su  yı-
ğılma xəstəliklərinə qarşı müalicəvi əhəmiyyəti vardır. 
 
Dağ nanəsi 
 
Ətirli  ədviyyəli  bitki  kimi  3  növündən  istifadə  edilir: 
dağnanəsi, sünbülvarı nanə, bağ nanəsi və yaxud ətirli nanə. 
Dağnanəsi  tam  çiçək  açan  zaman  toplanır  və  kölgədə 
qurudulur.  Dağnanəsinin  qurudulmuşu  ədviyyə  kimi  ət,  ba-
lıq, quş və tərəvəzlərdən hazırlanmış müxtəlif xörəklərə xoş 
ətir  verir  və  vitaminlərlə  zənginləşdirir.  Yarpaqlarında  50 
mq%-ə qədər C vitamini vardır. Bundan alınan efir yağından 
ətriyyat və kosmetika sənayesində geniş istifadə edilir. 
Sünbülvarı  nanə.    Ədviyyəli  bitki  sayılır.  Çınqıllı  və 
karbonatlı  sahələrdə  yaxşı  inkişaf  edib  bol  məhsul  verir. 
Quraqlığa davamlı bitkidir. Tam çiçək açan dövrdə efir yağı 
ilə  zəngin  olur.  Çox  qurudulduqda  və  saxlandıqda  tər-
kibindəki efir yağının miqdarı kəskin azalır. Çoxillik mədəni 
bitki sayılır. Sünbülvari nanədən  təzə  və qurudulmuş halda, 
xoş ətirli ədviyyə kimi istifadə edilir. Şoraba, ət və balıqdan 
hazırlanan  xörəklərə,  xiyar  və  pomidor  tutmalarına  əlavə 
edilir. Bundan alınan efir  yağı san rəngdə olub, kəskin, xoş 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
228 
ədviyyəli,  acımtıl,  zəif  yandırıcı  xassəyə  malikdir.  Efir 
yağının tərkib hissəsinin əsas komponentlərini timol, sinmol, 
terpinen,  az  miqdarda  metil-karvokrol  və  karvakrol  təşkil 
edir.  Yağı  güclü  təsiredici  antimikrob  xüsusiyyətinə 
malikdir,  spirtdə  yaxşı  həll  olur.  Bu  yağ  keyfiyyətinə  görə 
yüksək  qiymətləndirilir  və  yeyinti,  ətriyyat,  kosmetika, 
əczaçılıq,  sabun  bişirmə  sənayesində  istifadə  edilir.  Bunun 
qurudulmuş  tozu  müxtəlif  xörəklərə  və  qara,  ətirli  istiotla 
qarışdırılması isə kolbasaların tərkibinə daxil edilir. 
Bağ nanəsi və yaxud ətirli nanə. Ətirli nanədən hazır-
lanan cövhərdən mədə ağrılarında, köp-mədə, bağırsaq qurd-
larının tökülməsində istifadə olunur. Kəskin tünd ətrə malik 
olduğundan  ondan  ədviyyə  kimi  istifadə  etdikdə  çox  az 
miqdarda  götürülür  ki,  xörəyə  əlavə  edilmiş  digər  ədviy-
yələrin keyfiyyətinə təsir etməsin. 
Ümumiyyətlə,  yuxarıda  qeyd  etdiyimiz  nanə  növləri 
xörəklərə  xüsusi  ətir  verir  və  onların  tərkibini  vitaminləşdi-
rir. 
Hazırlanmış  çay  növləri  mədə  bağırsaq,  həzm  apara-
tının, ferment ifraz edən vəzlərin fəaliyyətini normallaşdırır. 
Bir  çox  müalicəvi  əhəmiyyəti  konfet  növlərinin  tərkibinə 
qatılır.  Nanə  şərbəti  mədəni  qüvvətləndirir,  ürəkbulanma, 
islah və hıçqırmaya qarşı  faydalıdır. 
Dağnanəsindən  kosmetika  sahəsində  də  geniş  istifadə 
edilir. Belə ki, otundan hazırlanan cövhər, dəmləmə, losyon 
və  şampunlardan  dəridə  olan  çirk,  piy,  ekzema,  qotur  və 
yaraların təmizlənib, müalicəsində istifadə edilir. 
Ən xoş ətirə və iyə malik olan yağı nanə yarpızdan alır-
lar.  Çəmən  nanəsindən  alınan  yağdan  əsas  etibarilə  mentol 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
229 
almaq  məqsədilə  istifadə  edirlər  ki,  onun  da  miqdarı  bu 
növdə 90%-ə çatır. 
 
Kəklikotu 
 
Hündürlüyü  10-18  sm  olan  çoxillik  yarımkol  ot  bitki-
sidir. Xoş ətirli iyə malikdir. Gövdəsi çoxlu sayda olub, yerə 
səriləndir.  Çiçəkləri  xırda,  çəhrayı-bənövşəyi  rəngdədir.  El 
arasında, onu «allahın otu», dağ nanəsi və s. adlandırırlar. 
Kəklikotuna  xoş  iy  verən  onun  yarpaq  və  çiçəklərin-
dəki efir yağlarıdır. Bitkinin dərman xüsusiyyətləri də elə bu 
yağlarla  əlaqədardır.  Kəklikotu  növlərində  efir  yağının 
miqdarı  0,3-1,5%-ə  çatır.  Bu  yağın  tərkibində  bir  sıra  təbii 
kimyəvi birləşmələr vardır. Həmin birləşmələrin tərkibindəki 
xüsusi  maddə  nanə  cövhərini  xatırladır.  Buna  görə  də  təba-
bətdə  antiseptik  və  dezinfeksiyaedici  maddə  kimi  tətbiq 
olunur. 
Stomatologiyada  ağrıkəsici  vasitə  kimi  istifadə  edilir. 
Bəzi  xəstəlik  törədən  bakteriya  və  göbələkləri  məhv  edir, 
qurdqovucu dərman kimi tətbiq olunur. Xalq təbabətində bu 
bitkidən soyuqdəymə zamanı, mədə yarası, əsəb, ürək xəstə-
likləri və s. istifadə edilir. 
Kəklikotunun  cavan  yarpaq  və  zoğlarından  salat  kimi 
istifadə edilir. Ədviyyə kimi tərəvəz, ət və balıq xörəklərinin 
tərkibinə qatırlar. 
Kəklikotu  qatılmış  xörəklər  iştahgətirici,  həzmyaxşı-
laşdırıcı xüsusiyyətinə malikdir.  
Kəklikotu  iştahanı  artırır.  Bədən  süstləşəndə,  ağrılar 
artanda kəklikotunu qaynadıb suyunda çimmək məsləhətdir.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
230 
Yarpız 
 
Bu  cinsin  dünya  florasının  tərkibində  25  növü  yayıl-
mışdır.  Bunlara,  əsasən  Yer  kürəsinin  mülayim  iqlim  zona-
sında  rast  gəlmək  olar.  Belə  ki,  Qafqazda  8,  o  cümlədən 
Azərbaycanda 4 növü vardır. Su yarpızı, uzunyarpaq yarpız, 
istiot  yarpızı,  pulqar  yarpızı.Yarpızın  yabanı  növlərinə 
«yarpız nanəsi» də deyilir. 
Su yarpızı.  Bu, sürünən, uzun zoğlara malik çoxillik ot 
bitkisidir.  Gövdəsinin  hündürlüyü  30-40  (80)  sm  olub,  düz 
və  yaxud  budaqlanandır.  Yarpaqları  saplaqlı,  uzunsov  və 
xud ellipsvarı, uc hissəsi küt, sivri kənarları mişarşəkilli yaşıl 
rəngdədir. Çiçəkləri çoxsaylı, olub, 2-3 ədəd şar formasında 
gövdən  qurtaracağında  hamaşçiçəkdə  toplanır.  Çiçək  tacı 
çəhrayı rəngdir. 
Uzunyarpaq yarpız özünəməxsus xoş iyə, ətirli efir ya-
ğına  malik  bitki  sayılır.  Çiçək  və  yarpaqlarının  tərkibində 
1,43 -3,33%-ə qədər efir yağı vardır. Efir yağından ətriyyat-
kosmetika sənayesində müxtəlif diş pastalarının, sabunların, 
şipr  ətir  növünün  və  s.  hazırlanmasında  istifadə  edilir. 
Ədviyyə  kimi  müxtəlif  konserv  məhsullarına,  xörəklərə, 
qənnadı məmulatlarına qatqı kimi əlavə olunur. 
Bunun  efir  yağı  şəffaf,  açıq  sarı  rəngli,  xoş  ətirlidir. 
Əsas tərkib hissəsini mentol, konuper, puleqon, karvakrol, li-
monen və s. təşkil edir. Yarpaqlarının tərkibindən 81,2-147,4 
mq%  C  vitamini  tapılmışdır.  Efir  yağından  hazırlanmış  bir 
çox  preparatlardan  ağrıkəsici,  qıcolma,  qızdırma  xəstə-
liklərində  istifadə  etməklə  yanaşı,  sərinləşdirici  və  təra-
vətgətirici kimi də işlədilir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə