Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə58/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   54   55   56   57   58   59   60   61   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
213 
Kəvər 
 
Tərkibi  müxtəlif  vitaminlərlə  zəngindir.  Bu,  iştahanı 
artırır, ağız boşluğunda, diş dibində əmələ gələn mikrobları, 
şişləri  zərərsizləşdirir.  Kəvər  şirəsi  dərini  yumşaldır,  əldə, 
üzdə olan codluğu aradan qaldırır. 
 
Qatırquyruğu 
 
Müalicə  üsulu  loğman  babalarımıza  çox  qədim  dövr-
lərdən  məlumdur.  Qatırquyruğunu  dəmləyib  içmək  böyrək-
lərdə  və  sidik  yollarındakı  daşlaşmanı,  kirəcləşməni, 
oynaqlardakı  duzlaşmanı  və  ağrıları  azaldır,  sidik  ifrazını 
asanlaşdırır. Bədən orqanlarında baş verən ağrıları azaltmaq 
üçün  qatırquyruğunu,  şüyüd  zoğunu  və  gicitkəni  qaynadıb 
suyunda  vanna  qəbul  etmək,  sonra  ilıq  su  ilə  yaxalanıb, 
dəmləməsini  içmək  məsləhətdir.  Bu  müalicə  üsulu  10-15 
gün davam etdirilsə, müalicə effektli olar, xəstə gecələr rahat 
yatar. 
 
Qaymaqçiçəyi 
 
Bir  çox  dərdin  dərmanıdır.  Qaymaqçiçəyini  dəmləyib 
içmək  soyuqdəyməyə,  sətəlcəmə,  sinə  ağrısına,  öskürəyə, 
bəlğəmə,  göyöskürəyə,  oynaq  ağrılarına,  qaraqızdırma,  isit-
mə xəstəliklərinin də müalicəsinə yaxşı təsir göstərir. 
Qaymaqçiçəyi  dəmləməsi,  çox  dərdlərin  dərmanıdır. 
Ondan vaxtaşırı istifadə edilsə, yaxşı nəticə verir. Bu həm də 
qan  təzyiqini  tənzimləyir,  başgicəllənməsini,  zəif  görməni, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
214 
bədən  ağrılarım  müalicə  edir,  insanı  gümrahlaşdırır,  sinir 
sistemini, qan dövranını tənzimləyir, ömrü uzadır. 
 
Pərpətöyün 
 
Mədə-bağırsaq  xəstəliklərinə  yaxşı  təsir  göstərir,  işta-
hanı  artırır,  tənəffüsü  tənzimləyir,  təngnəfəsliyə  yaxşı  təsir 
göstərir.  Pərpətöyünü  suda  bişirmək,  yaxud  yağda  qızardıb 
sarımsaq-qatıqla yemək müalicəvi əhəmiyyət kəsb edir. 
 
Əvəlik 
 
Turştəhər  əvəlik  Bu  çoxillik,  çılpaq  ot  bitkisidir.  Kök 
hissəsindən  sıx  gövdələri,  düz  və  qalxanvarı,  şırımlı,  sadə 
budaqlanan, əksərən qırmızımtıl rəngdə olub, 15-55 sm. hün-
dürlüyündədir. Kök ətrafında  və eləcə gövdənin aşağı nahi-
yəsində  yerləşən  yarpaq  saplaqları  uzun,  yuxarı  yarpaqları 
oturacaq şəklində lanset xətvarı, iti olub, kənarları bütövdür. 
Hamaşçiçəkləri  piramidal  –  süpürgəvari,  xırda  birevli 
çiçəklərdən  ibarət  olub,  dəstə  formasında,  kiçik  çiçək 
saplaqları qırmızımtıldır. 
Turştəhər əvəlik Azərbaycanın (Böyük Qafqazın Quba 
sahəsində)  şərq  və  qərb  rayonlarında,  Kiçik  Qafqazın  şimal 
və  cənub  sahələrində  yayılmışdır.  Buna  Bunun  kökünün 
tərkibində  10-14%-ə  qədər  aşı  maddəsi,  xrizofanol, 
aloeemodin,  emodin,  fission  antraxinonları,  yerüstü  hissə-
sində  üzvü  turşular,  3,2-8%  aşı  maddəsi,  hiperin,  rutin,  xri-
zofanol, emodin, sianidin, delfinidin vardır. Tərkibində 10%-
dən artıq olan kempferol, kversetin maddələri tam çiçək açan 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
215 
zaman maksimuma, meyvə verən zaman isə minimuma çatır. 
Bu da bizim ilk dəfə qeorqin çiçəkləri üzərində apardığımız 
elmi  nəticələrlə  üst-üstə  düşür.  Çiçəklərinin  tərkibindən  C 
vitamini,  rutin  meyvəsindən  isə  C,  K,  RR  və  karotin  vita-
minləri,  kversetin,  hiperin,  rutin  flavonoidləri,  xrizofanol, 
emodin, fission antraxinonları, toxumundan flavonoid, 5%-ə 
qədər piyli yağ maddələri tapılmışdır. 
Adi  əvəliyin  yerüstü  hissəsindən  hazırlanan  dəmləmə-
sinin  köməyi  ilə  daxili  qanaxmalarda,  yaş  sarğı  kimi  dəri 
xəstəliklərində,  sidik  tutulmalarında,  bəd  xassəli  şişlərin 
müalicəsində,  keçmiş  SSRİ-də,  o  cümlədən  bir  sıra  Qərbi 
Avropa ölkələrinin elmi təbabətində ödqovucu,  işlədici dər-
man kimi, habelə dəridə əmələ gələn göbələk xəstəliklərini, 
irinli çibanların müalicəsində,  yaşıl hissəsinin şirəsindən isə 
qızdırma, sinqa, qaşınma, revmatizm və bəd xassəli xərçəng-
də  istifadə  edilir.  Yarpaqlarından  vitamin  «iksirləri»  hazır-
lanır.  Təzə  dərilmiş  yarpaq  və  dəmləməsindən  sinqa,  lax-
layan  dişlərin  dibinin  möhkəmləndirilməsində,  gec  sağalan 
kəskin  irinli  yaraların  müalicəsində,  şirəsindən  antiseptik, 
zəhərlənmə  əleyhinə  geniş  istifadə  olunur.  Meyvəsindən 
alınan  cövhər  büzüşdürücü,  qan-kəsici  vasitə  kimi  işlədilir. 
Toxumu  yetişən  ərəfədə  mal-qara  üçün  təhlükəli  olub, 
zəhərlənmə yaradır. 
Spanaq əvəliyi zəif turşu və vitaminlə zəngindir. Pəhriz 
xörəklər hazırlamaq üçün əvəzolunmaz bitkidir. Bunun yaşıl 
kütləsinin tərkibindən quzuqulağı turşusu, B„ B2, C, K, PP, 
krotin vitaminləri, 10-12%-ə qədər aşı maddəsi,  5%-ə qədər 
flavohoid  maddələrindən  kversetin,  hiperin,  rutin,  xri-
zofenol,  emodin,  fission  antarixananlar  kök  hissəsində  K 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
216 
vitamini,  7-15%-ə  qədər  antraxinon  maddələri,  yerüstü 
hissəsindən 12%-ə qədər quzuqulağı turşusu, B, C, E, krotin 
vitaminləri,  prokatexin,  kafeyin,  xlorogen,  qala  turşuları, 
yarpaqlarının tərkibində quzuqulağı turşusu, C, K, PP krotin 
vitaminləri,  5-5,4%  hiperin,  rutin,  vitteksin  maddələri, 
meyvə  əmələ  gələn  zaman  daha  çox  toplandığı  halda, 
hamaşçiçəklərinin  tərkibindəki  antosian  fıssin,  C  vitamini, 
karotin  meyvəsinin  tərkibində  xrizofanol,  aloe-emodin, 
emodin, fission və s. maddələr tapılmışdır. 
Bundan  başqa  əvəliyin  tərkibindən  2  mq'%*  Fe,  0,6 
mq% Cu, 0,13mq% F, 9mq % Mn, 1,5 mq % Zn, 0,19 mq % 
Mo, 0,62 mq % Ni, 0,02 mq % As, 10 mq % St, 140 mq % 
Na, 579 mq % K, 36 mq % Mg və s. mikroelementlər aşkar 
edilmişdir. 
Turştəhər  əvəliyin  dəmləməsindən  diş  qanaxmalarının 
kəsilməsində,  sidik  tutulmalarında,  bəd  xassəli  xərçənglərin 
müalicəsində,  bir  sıra  Avropa  ölkələrində  və  eləcə  də  Tibet 
təbabətində  –  dizenteriya,  babasil,  vərəm  və  s.  xəstəliklərin 
müalicəsində geniş istifadə olunur. 
Qumral  əvəlik.    Bu,  çoxillik  ot  bitkisinin  hündürlüyü 
50-100  sm-dir.  Gövdəsi  möhkəm,  dikduran,  çılpaq,  çox  da 
dərin  olmayan  şırımlardan  ibarət  olub,  qırmızı  rənglidir. 
Kökü  şaquli,  yoğun,  iyvandır.  Yarpaqları,  möhkəm  qalın, 
uzunsov,  lanset-varı,  lanset  və  yaxud  uzunsov  xətvandır. 
Çiçəkləri  ikievli,  çoxlu  çiçək  dəstəsindən  ibarət  olub,  qısa 
süpürgəvarıdır. 
Bunun kökünün tərkibində C və K vitamini, 3-14,9 % 
aşı maddəsi ən çox meyvə veren zaman toplanır, 0,73-4,2 % 
antraxinon  maddələri,  kökümsovunun  tərkibində  qlükoza, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə