__________________________________ Nübar Həkimova
213
Kəvər
Tərkibi müxtəlif vitaminlərlə zəngindir. Bu, iştahanı
artırır, ağız boşluğunda, diş dibində əmələ gələn mikrobları,
şişləri zərərsizləşdirir. Kəvər şirəsi dərini yumşaldır, əldə,
üzdə olan codluğu aradan qaldırır.
Qatırquyruğu
Müalicə üsulu loğman babalarımıza çox qədim dövr-
lərdən məlumdur. Qatırquyruğunu dəmləyib içmək böyrək-
lərdə və sidik yollarındakı daşlaşmanı, kirəcləşməni,
oynaqlardakı duzlaşmanı və ağrıları azaldır, sidik ifrazını
asanlaşdırır. Bədən orqanlarında baş verən ağrıları azaltmaq
üçün qatırquyruğunu, şüyüd zoğunu və gicitkəni qaynadıb
suyunda vanna qəbul etmək, sonra ilıq su ilə yaxalanıb,
dəmləməsini içmək məsləhətdir. Bu müalicə üsulu 10-15
gün davam etdirilsə, müalicə effektli olar, xəstə gecələr rahat
yatar.
Qaymaqçiçəyi
Bir çox dərdin dərmanıdır. Qaymaqçiçəyini dəmləyib
içmək soyuqdəyməyə, sətəlcəmə, sinə ağrısına, öskürəyə,
bəlğəmə, göyöskürəyə, oynaq ağrılarına, qaraqızdırma, isit-
mə xəstəliklərinin də müalicəsinə yaxşı təsir göstərir.
Qaymaqçiçəyi dəmləməsi, çox dərdlərin dərmanıdır.
Ondan vaxtaşırı istifadə edilsə, yaxşı nəticə verir. Bu həm də
qan təzyiqini tənzimləyir, başgicəllənməsini, zəif görməni,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
214
bədən ağrılarım müalicə edir, insanı gümrahlaşdırır, sinir
sistemini, qan dövranını tənzimləyir, ömrü uzadır.
Pərpətöyün
Mədə-bağırsaq xəstəliklərinə yaxşı təsir göstərir, işta-
hanı artırır, tənəffüsü tənzimləyir, təngnəfəsliyə yaxşı təsir
göstərir. Pərpətöyünü suda bişirmək, yaxud yağda qızardıb
sarımsaq-qatıqla yemək müalicəvi əhəmiyyət kəsb edir.
Əvəlik
Turştəhər əvəlik Bu çoxillik, çılpaq ot bitkisidir. Kök
hissəsindən sıx gövdələri, düz və qalxanvarı, şırımlı, sadə
budaqlanan, əksərən qırmızımtıl rəngdə olub, 15-55 sm. hün-
dürlüyündədir. Kök ətrafında və eləcə gövdənin aşağı nahi-
yəsində yerləşən yarpaq saplaqları uzun, yuxarı yarpaqları
oturacaq şəklində lanset xətvarı, iti olub, kənarları bütövdür.
Hamaşçiçəkləri piramidal – süpürgəvari, xırda birevli
çiçəklərdən ibarət olub, dəstə formasında, kiçik çiçək
saplaqları qırmızımtıldır.
Turştəhər əvəlik Azərbaycanın (Böyük Qafqazın Quba
sahəsində) şərq və qərb rayonlarında, Kiçik Qafqazın şimal
və cənub sahələrində yayılmışdır. Buna Bunun kökünün
tərkibində 10-14%-ə qədər aşı maddəsi, xrizofanol,
aloeemodin, emodin, fission antraxinonları, yerüstü hissə-
sində üzvü turşular, 3,2-8% aşı maddəsi, hiperin, rutin, xri-
zofanol, emodin, sianidin, delfinidin vardır. Tərkibində 10%-
dən artıq olan kempferol, kversetin maddələri tam çiçək açan
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
215
zaman maksimuma, meyvə verən zaman isə minimuma çatır.
Bu da bizim ilk dəfə qeorqin çiçəkləri üzərində apardığımız
elmi nəticələrlə üst-üstə düşür. Çiçəklərinin tərkibindən C
vitamini, rutin meyvəsindən isə C, K, RR və karotin vita-
minləri, kversetin, hiperin, rutin flavonoidləri, xrizofanol,
emodin, fission antraxinonları, toxumundan flavonoid, 5%-ə
qədər piyli yağ maddələri tapılmışdır.
Adi əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləmə-
sinin köməyi ilə daxili qanaxmalarda, yaş sarğı kimi dəri
xəstəliklərində, sidik tutulmalarında, bəd xassəli şişlərin
müalicəsində, keçmiş SSRİ-də, o cümlədən bir sıra Qərbi
Avropa ölkələrinin elmi təbabətində ödqovucu, işlədici dər-
man kimi, habelə dəridə əmələ gələn göbələk xəstəliklərini,
irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə
qızdırma, sinqa, qaşınma, revmatizm və bəd xassəli xərçəng-
də istifadə edilir. Yarpaqlarından vitamin «iksirləri» hazır-
lanır. Təzə dərilmiş yarpaq və dəmləməsindən sinqa, lax-
layan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan
kəskin irinli yaraların müalicəsində, şirəsindən antiseptik,
zəhərlənmə əleyhinə geniş istifadə olunur. Meyvəsindən
alınan cövhər büzüşdürücü, qan-kəsici vasitə kimi işlədilir.
Toxumu yetişən ərəfədə mal-qara üçün təhlükəli olub,
zəhərlənmə yaradır.
Spanaq əvəliyi zəif turşu və vitaminlə zəngindir. Pəhriz
xörəklər hazırlamaq üçün əvəzolunmaz bitkidir. Bunun yaşıl
kütləsinin tərkibindən quzuqulağı turşusu, B„ B2, C, K, PP,
krotin vitaminləri, 10-12%-ə qədər aşı maddəsi, 5%-ə qədər
flavohoid maddələrindən kversetin, hiperin, rutin, xri-
zofenol, emodin, fission antarixananlar kök hissəsində K
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
216
vitamini, 7-15%-ə qədər antraxinon maddələri, yerüstü
hissəsindən 12%-ə qədər quzuqulağı turşusu, B, C, E, krotin
vitaminləri, prokatexin, kafeyin, xlorogen, qala turşuları,
yarpaqlarının tərkibində quzuqulağı turşusu, C, K, PP krotin
vitaminləri, 5-5,4% hiperin, rutin, vitteksin maddələri,
meyvə əmələ gələn zaman daha çox toplandığı halda,
hamaşçiçəklərinin tərkibindəki antosian fıssin, C vitamini,
karotin meyvəsinin tərkibində xrizofanol, aloe-emodin,
emodin, fission və s. maddələr tapılmışdır.
Bundan başqa əvəliyin tərkibindən 2 mq'%* Fe, 0,6
mq% Cu, 0,13mq% F, 9mq % Mn, 1,5 mq % Zn, 0,19 mq %
Mo, 0,62 mq % Ni, 0,02 mq % As, 10 mq % St, 140 mq %
Na, 579 mq % K, 36 mq % Mg və s. mikroelementlər aşkar
edilmişdir.
Turştəhər əvəliyin dəmləməsindən diş qanaxmalarının
kəsilməsində, sidik tutulmalarında, bəd xassəli xərçənglərin
müalicəsində, bir sıra Avropa ölkələrində və eləcə də Tibet
təbabətində – dizenteriya, babasil, vərəm və s. xəstəliklərin
müalicəsində geniş istifadə olunur.
Qumral əvəlik. Bu, çoxillik ot bitkisinin hündürlüyü
50-100 sm-dir. Gövdəsi möhkəm, dikduran, çılpaq, çox da
dərin olmayan şırımlardan ibarət olub, qırmızı rənglidir.
Kökü şaquli, yoğun, iyvandır. Yarpaqları, möhkəm qalın,
uzunsov, lanset-varı, lanset və yaxud uzunsov xətvandır.
Çiçəkləri ikievli, çoxlu çiçək dəstəsindən ibarət olub, qısa
süpürgəvarıdır.
Bunun kökünün tərkibində C və K vitamini, 3-14,9 %
aşı maddəsi ən çox meyvə veren zaman toplanır, 0,73-4,2 %
antraxinon maddələri, kökümsovunun tərkibində qlükoza,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |