Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə56/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   52   53   54   55   56   57   58   59   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
205 
şəkər, 1,7% üzvü turşular (xüsusən də limon və alma), 0,3% 
pektin, 0,8% sellüloza, 0,7% kul, 0,33% piy maddəsi, 1,2% 
karotin, həmçinin fitonsid, ferment  maddələri,  A, C, B„ B
2

B
3
,  B
6
,  B
9
,  H,  E,  PP  vitaminləri,  çox  miqdarda  xüsusilə  də 
dəmir, kobalt, sink makro- və mikroelementləri, mineral bir-
ləşmələri o cümlədən də ən çox kalium, manqan duzları və s. 
aşkar edilmişdir. Yaxın illərdə nadir kəşfə nail olunmuşdur: 
yəni  pomidorun  meyvəsi  xərçəng  çöplərinin  inkişafını 
dayandırmışdır.  Xəstələr  arasında  elə  bir  hadisə  olmamışdır 
ki,  pomidor  meyvəsi  xərçəng  xəstəliyinə  tutulmuş  insanları 
sağaltsın.  Heç  bir  mübahisəyə  səbəb  olmadan  profilaktik 
vasitə  kimi  pomidor  xərçəng  xəstəliyinin  müalicəsində 
müsbət  rol  oynaya  bilər.  Belə  ki,  xərçəng  xəstəliyinə  tu-
tulmuş xəstə pomidordan bir müddət yedikdən sonra özündə 
gözlənilmədən  vəziyyətinin  get-gedə  yaxşılaşdığını  və 
tamamilə  sağaldığını  sevinclə  yaxınlarına  bildirir.  Alimlər 
belə bir nəticəyə gəlmişlər ki, pomidora parlaq-qırmızı rəng 
verən likopin piqmenti bağırsaqlarda, qida borusunda, mədə 
və  ağ  ciyərlərdə  baş  verən  xərçəng  çöplərinin  inkişafını 
dayandırmaq qabiliyyətinə malikdir. O, xərçəngin orqanizm-
də  törətdiyi  zərərli  təsirləri  aradan  qaldıraraq  orqanizmdə 
olan sərbəst radikalları zərərləşdirir. Pomidor xərçəngi müa-
licə edir.  
Likopin predmeti ən  çox xərçəng xəstəliyinə  tutulmuş 
qadınlara  müsbət  təsir  göstərir.  Belə  ki,  β  –  karotin  A  vita-
mininin  sələfi  hesab  edilir.  Β  –  karotin  antioksidant  fəallı-
ğına görə 2 dəfə A vitaminindən güclüdür. Likopin piqmenti 
ancaq  yağda  həll  olunur.  Pomidoru  ən  çox  bitki  yağı,  qay-
maq və  yaxud  yağ təbiətli qida məhsulları ilə  yedikdə yaxşı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
206 
effekt  verir.  Yaxşı  olar  ki,  pomidoru  yağdan  düzəldilmiş 
buterbrodla qəbul edəsiniz. 
Müalicəvi xüsusiyyətlərinə görə qırmızı pomidor birin-
ci,  ikinci  yeri  isə  tomat  şirəsi  və  konservləşdirilmiş  tomat 
tutur. 
Nəzərə  almaq  lazımdır  ki,  likopin  ən  çox  açıq  sahə-
lərdə əkilmiş tünd qırmızı rəngli pomidorda çox olur. Yəqin 
ki, oranjereya şəraitində becərilən sarı rəngli pomidorun ola 
bilsin  ki,  yaxşı  dadı  olsun,  lakin  müalicəvi  xüsusiyyətləri 
çox aşağı olsun. Yaşıl pomidorun tərkibi kalium elementi ilə 
zəngin  olmasına  baxmayaraq  demək  olar  ki,  tərkibində 
likopin maddəsi heç yoxdur. 
Yapon  alimləri  bu  yaxınlarda  gözlənilməz  bir  xəbər 
vermişlər. 
Onlar  SPID-ə  qarşı  yeni  preparatlar  hazırlayan  zaman 
tomat  şirəsindən  istifadə  etməyə  başlamışlar.  Bu  hələ 
gələcəyin işidir. Hazırda mütəxəssislər yetişmiş tünd qırmızı 
rəngli  pomidordan  xərçəng  xəstəliyinə  qarşı  profilaktik 
vasitə  kimi  yeməyi  məsləhət  görürlər.  Mütəxəssislər  hesab-
lamışlar  ki,  orqanizmin  likopinə  qarşı  olan  tələbatını  təmin 
etmək üçün 400 q təzə pomidor,  yaxud 2 stəkan təzə  tomat 
şirəsi  və  yaxud  da  3  xörək  qaşığı  tomat  pastası  qəbul 
edilməlidir. 
İsrail həkimləri sübüt etmişlər ki, likopin nəyinki pro-
filaktik  rolu  oynayır,  ondan  müvəffəqiyyətlə  xərçəngin 
müalicəsində istifadə etmək olar. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
207 
Kartof 
 
Qədim dövrlərdə insanlar kartofdan uzun müddət qida 
kimi istifadə etmək sirlərinə bələd olmadıqlarına görə ondan 
(qida  kimi)  ərzaq  kimi  istifadə  etmirdilər.  Az  sonra  kartof-
dan nişasta almaq məqsədilə istifadə olunmağa başlanmışdır. 
Rusiyada ilk dövrlərdə kartofa «Şeytan meyvəsi» deyirdilər. 
Sonradan  Kartofdan  ləziz  xörəklərin  hazırlanma  sirlərini 
öyrənib  ondan  istifadə  etməyə  başladılar.  Ruslar  kartofu 
ikinci çörək adlandırdılar.  
Müxtəlif  ölkələrin  xalqları  kartofu  bir  neçə  adla  çağı-
rırlar.  Məsələn,  ispanlar  hinduların  dili  ilə  «papa»,  islandi-
yalılar  göbələyə  oxşar  olduğuna  görə  «tryuflya»,  «tartuf-
foli», ingilislər «irlandiya batatı», fransızlar «tomm de terr» 
–  «yer  alması»  və  s.  adlarla  çağırırlar.  Rusiyaya  kartof 
İspaniyada əkildikdən bir əsr sonra gəlib çıxmışdır. 
Kartof  qida  əhəmiyyətli,  dərman  xüsusiyyətli,  texniki, 
bəzək  və  nektar  təbiətli  bitki  sayılır.  Kartofun  kökyumru-
larının  tərkibində  insan  orqanizmi  üçün  lazım  olan  zəngin 
bioloji-aktiv maddələr vardır. Belə ki, onun kökyumrusunda 
76,3%  su,  23,7%  quru  maddə,  17-20,7%  nişasta,  0,5-0,8% 
şəkər, 1-2% zülal, 1%-ə qədər mineral maddələr, o cümlədən 
12-15 mq% Ca, 400-500 mq% K, 45-50 mq% P, 1 mq% Fe 
və s. tapılmışdır. Bundan əlavə, tərkibində C, B, B
2
, Bc, D, 
PP,  K,  E,  U,  karotinoid  və  s.  maddələr  aşkar  edilmişdir. 
İnsan  orqanizmi  C  vitamininə  olan  tələbatının  yarısını 
kartofla təmin edir, zülal maddəsi yüksək bioloji əhəmiyyətə 
malikdir. 
Kartofun  sarı  sortları  karotinlə  daha  zəngindir,  buna 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
208 
görə də bu sortlar çox faydalıdır. Kartofda C vitamini çox ol-
duğu üçün qiymətli ərzaq məhsulu sayılır. 200 qrama qədər 
kartofda  olan  C  vitamini  orqanizmin  bu  vitaminə  olan 
gündəlik  normasını  təmin  edir.  Lakin  kartofu  saxladıqda  C 
vitamini  getdikcə  azalır.  Yerdən  təzə  çıxarılmış  kartofda  C 
vitamini 26-42%-dirsə,  yaza qədər bunun ən çoxu üçdə biri 
qalır.  Kartofu  bişirdikdə  də  C  vitamini  itir.  Onun  mümkün 
qədər çox qalması üçün aşağıdakı şərtlərə əməl etmək məslə-
hətdir: kartofun qabığını soyduqdan sonra suda çox saxlama-
malı,  kartofu  bişirmək  üçün  soyuq  suya  yox,  qaynar  suya 
salmalı  və  qazanın  ağzını  örtüb  bişirməli.  Kartofdan  hazır-
lanmış  yeməklərdə  C  vitamini  çox  tez  itdiyinə  görə  onu 
ertəsi günə saxlamağı məsləhət görmürlər. 
Kartofda  azotlu  maddələr  zülal,  amin  və  amid  birləş-
mələridir.  Bunlar  6:3:1  nisbətindədirlər.  Kartofun  zülalla-
rında bitkilərdə təsadüf edilən amin turşuların demək olar ki, 
hamısı, o cümlədən əvəz olunmaz amin turşuları vardır. Be-
ləliklə,  kartofun  zülalı  qiymətli  zülaldır.  Kartofda  turşu-
lardan: limon, oksalat, süd və alma turşuları vardır. 
Yeyinti  sənayesi  kartofdan  müxtəlif  qida  məhsulları  – 
qızardılmış,  dondurulmuş, kartof  lopası, krupası və s. isteh-
sal edir. 1 ton kartof yumrusundan 160 kq dekstrin və yaxud 
80 kq qlükoza, 112 litr spirt və  yaxud 55 kq maye karbonat 
turşusu  almır.  Yeyinti  tullantılarından  isə  cem,  cecə,  jmıx, 
mal-qara  üçün  vitaminli  yem  hazırlanır.  Standarta  uyğun 
gəlməyən  kökyumrusundan  və  yaşıl  hissəsindən  isə  donuz 
və quşlar üçün  yem əldə edilir. 100 kq kökyumrusundan 35 
yem  vahidi,  2,1  kq  həll  olmuş  formada  protein  əldə  edilir. 
Kartofdan  sənayedə  fotolentlər,  aseton,  süd  turşusu, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə