Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə63/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   59   60   61   62   63   64   65   66   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
231 
Xalq  təbabətində  isə  istiot  yarpızından  sakitləşdirici, 
ödqovucu,  ürək  sancısı,  revmatizm,  vəba  və  s.  xəstəliklərin 
müalicəsində  istifadə  edilir.  Cövhəri  ağızda  əmələ  gələn 
iylərin  aradan  qaldırılmasında  işlədilir.  Göstərdiklərimizdən 
başqa,  cövhərindən  hemoroid,  kəskin  başağrıları,  təzə 
yarpaqlarını  ağrıyan  nahiyəyə  düzməklə,  ürəkbulanma, 
qusma, raxit, xənazir, sarılıq və s. xəstəliklərin müalicəsində 
istifadə  edilir.  Yarpağından  hazırlanan  cövhərindən  və 
çaylardan  mədə  turşuluğunun  artırılmasında,  öd  kisəsi 
ağrılarının  qarşısının  alınmasında  işlədilir.  Efir  yağından 
dezinfeksiyaedici,  təravətgətirici,  müalicəvi  çay,  ətirli  su, 
şirə və s. hazırlanır. 
Dəmləməsi  böyrəklərdə,  oynaqlarda,  sidik  yolunda 
duz,  kirəc,  daş  olan  xəstələrə,  mədə-bağırsaq,  sinə  nahiyəsi 
ağrılarına  yaxşı kömək edir, qan dövranını tənzimləyir. Yu-
xusuzluq zamanı 10-15 gün (əgər müalicə yaxşı təsir edibsə) 
yatmazdan  əvvəl  yarpızı  qaynadıb  suyunda  vanna  qəbul  et-
mək məsləhətdir. 
Özünəməxsus  ətri  və  təravəti  ilə  məşhur  sayılan  istiot 
yarpızının  yağından  qənnadı  fabrikində,  ətriyyat,  kosmetika 
sahəsində,  diş  pastalarının  və  eləcə  də  müxtəlif  növ  ətirli 
sabunların hazırlanmasında geniş istifadə edilir. 
Pulqar  yarpızı.  Gövdəsi  düz,  yatan  və  yaxud  dır-
maşan, budaqlanan, 15-30 sm hündürlüyündə,  çoxillik, qısa 
tükcüklərlə örtülən bitkidir. Yarpaqları 1-2 sm  uzunluğunda 
gövdə  üzərində  düzülmüş  ovalvari  küt,  azca  dişvaridır.  Çi-
çək tacı parlaq çəhrayı rəngdədir. Meyvəsi dairəvi, kiçikdir. 
Yarpız  yarpaqlarında  bir  sıra  bioloji-fəal  maddələrin 
kompleksi olduğu üçün o, farmokoloji cəhətdən geniş spek-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
232 
trə  malikdir.  Yarpaqlarından  reflektor,  tac  qan  damarlarının 
genişləndirici,  sakitləşdirici,  ödqovucu,  antiseptik  və 
ağrıkəsici  xassəyə  malik  preparatlar  hazırlanır.  Yarpız  pre-
paratları  həzmə  kömək  edən  vəzilərin  sekresiyasını  qüvvət-
ləndirir, iştahanı artırır, ödün ifrazını fəallaşdırır, spazmaları 
aradan  qaldırır,  bağırsaq,  öd  və  sidik  yollarının  saya 
əzələsinin  tonusunu  azaldır.  Yarpız  yağında  olan  mentol 
antiseptik  xassəyə  malikdir.  Yuxarı  tənəffüs  yolları 
xəstəliklərində (faringit, laringit, traxeit, zökəm və s.) mentol 
və  yarpızın  digər  preparatlarından  selikli  qişalara  yaxılır, 
eləcə  də  damcı  formasında  buruna  damızdırılır.  Bundan 
əlavə, mentol karandaşından başağrısında, mentolun 2 faizli 
spirtində  və  ya  10  faizli  yağında  həll  edilmiş  məhsulundan 
isə miqrendə, nevrologiyada və digər nevroloji xəstəliklərdə 
xaricə sürtmə dərmanı kimi işlədilir. Ondan «inqafen» inqal-
yatorunun tərkibində də istifadə olunur. Yarpızın yarpağı və 
yağı  fitonsid,  antiseptik  xassəyə  malikdir.  Mentol  və  yarpız 
yağı  validol,  valokardin,  «yaşıl  damcı»  yevgenol,  pektusin, 
menovazin,  efkamon,  olimetiri  və  s.  kimi  preparatların 
tərkibinə daxildir. Mentolun pişikotu, xanımotu və s. otlarla 
birlikdə  hazırlanan  cövhərindən  sakitləşdirici,  qəbizliyə  və 
hemoroidə qarşı istifadə olunur. 
İstiot yarpızı. İstiot və ya əkilən yarpızdan süfrədə və 
xörəklərdə ətirli ədviyyat kimi çox işlədilir. İstiot nanəsinin 
tərkibində  bir  sıra  müalicə  əhəmiyyətli  üzvi  maddələr  – 
mentol  spirti,  mentol,  asetat  efiri  və  s.  vardır.  Onlar  orqa-
nizmdə  gedən  maddələr  mübadiləsini  normallaşdırır,  mədə-
bağırsaqda  əmələ  gəlmiş  spazmanı,  köpü  aradan  qaldırır, 
həzm prosesini sürətləndirir, böyrək və sidik yollarını dezin-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
233 
feksiya  edir,  qusma,  ürəkbulanmanı  aradan  qaldırır,  qan-
damar  sisteminin  fəaliyyətinə  müsbət  təsir  göstərir.  Müasir 
təbabətdə  istiot  nanəsindən  hazırlanan  bir  sıra  qiymətli  pre-
paratlardan  ürək-damar  sistemi,  xroniki  mədə-bağırsaq  xəs-
təlikləri,  böyrək  və  sidik  yollarının  iltihabının  müalicəsində 
istifadə  edilir.  İstiot  nanəsinin  yağı  isə  «Zelenin  damçısı», 
«Validol»,  «Valokordin»  kimi  ürək  dərmanlarının  tərkibinə 
daxildir. Onun cövhəri (tink-turası) mədə ağrılarını sakitləş-
dirən ən yaxşı dərmandır. 
Südü  uzun  müddət  saxlamaq  üçün  onun  içərisinə  2-3 
ədəd nanəli yarpız atırlar. 
Özünəməxsus  ətri  və  təravəti  ilə  məşhur  olan  istiot 
nanəsinin  yağından  qənnadı  fabriklərində,  ətriyyat  səna-
yesində, kolbasa istehsalı və s . də geniş istifadə olunur. 
 
Pişikotu 
 
Dünya florasının tərkibində pişikotu cinsinin 200 növü 
yayılmışdır. Qafqazda, o cümlədən Azərbaycanda 8 növünə 
təsadüf  edilir.  Bunlardan  təbabətdə  iki  növü  –  Dərman 
pişikotu və çökəyarpaq pişikotu istifadə edilir. 
Pişikotunun  kökümsov  və  köklərinin  tərkibində  0,5-
2%-ə  qədər  efir  yağı,  bunun  da  əsas  hissəsini  bornel-izova-
lerianat  borneol  spirtinin  izovallerian  turşusu  ilə  efiri  – 
C15H2602,  izovalerian  turşusu  –  C5Hı0O2,  berneol  – 
C10H)gO2  onun  sirkə,  qarışqa  və  yağ  turşulan  ilə  efirləri, 
müxtəlif  terpenlər  və  seskviterpenlər  –  C
15
H
24
  pinen,  kam-
fen, terpineol və s. (bisiklik alkoqol – mertikol) sərbəst halda 
və  izovaleriaan  turşusu  ilə  efiri,  valerin  və  xatinin  alko-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə