Nübar Həkimova ___________________________________
180
tut yarpaqlarından boyaq, tərləmə dərmanı kimi, köklərindən
isə bağırsaq qurdlarının təmizlənməsində istifadə edilir.
Meyvələrindən spirt, sirkə, şərab hazırlanır. Meyvə-
sinin tərkibində 22% şəkər vardır. Toxum və qələm vasi-
təsilə çoxaldılır. Bu, ağ tuta nisbətən az yayılmışdır. Bu növ
Azərbaycanda əsasən Naxçıvan, Şəki, Şamaxı, Ağsu,
Göyçay rayonunda mövcuddur.
Tutun yarpaqlarında 0,75% üzvi turşular, 50-60 mq%
askorbin turşusu 1,5-2,0% şəkərli maddələr, 2-3% aşı mad-
dələri vardır. Meyvələrində 23-24% şəkər, 2,5% üzvi tur-
şular, 70-80 mq% askorbin turşusu, 4% limon turşusu, pek-
tin maddələri və s. müəyyən edilmişdir. Göstərilənlərdən
başqa tərkibində müxtəlif amin turşuları (alanin, valin, qlüta-
min, asparağin, fenilalanın və s. aşkar edilmişdir), flavonoid-
lərdən izokversetin, efir yağı, karotin, B, B
2
, C, PP vita-
minləri tapılmışdır.
Ağ tutun toxumlarında 25-30% piyli yağ vardır. Ağ
tutun qurudulmuş yarpaqlarından hazırlanmış sulu dəmlə-
mənin, spirtli cövhələrinin (tinkturasının), ürək-damar sis-
temi xəstəliklərində müsbət göstərdiyi kliniki təcrübədə
aşkar edilmişdir.
Tut yarpaqlarından xalq təbabətində çox qədimdən isti-
fadə edilir. Onlardan çay dəmləyib şəkər xəstəliyində, ürək
ağrıları içirlər. Meyvələri təzə halda yeyilir, həm də onlardan
doşab hazırlayıb ürək zəifliyində, qanazlığında qəbul edirlər.
Bundan baş meyvələrindən hazırlanan şirələrindən xərçəng,
boğaz ağrıları mədə xəstəliklərində qəbul edilir. Ağ tutun
yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymə xəstə-
liklərində içirlər. Ondan tərlədici və hərarəti aşağı salıcı va-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
181
sitə kimi, həmçinin diabet və epilepsiya xəstəliyinə qarşı da
istifadə edilir. Mədə və onikibarmaq bağırsaq xoralarında ağ
tutun meyvələri məsləhət görülür. Meyvə və qabıq hissələ-
rindən hazırlanmış məlhəmlə civzə, irin və dəri yara müalicə
olunur. Ağ, qara, xar tutun meyvələri qanartırıcı xassə ma-
likdir. Şirəsini balla qarışdırıb alınan mazdan boğaz xərçən-
gində sürtkü kimi istifadə edilir. Meyvəsindən kompot,
sirop, müxtəlif şirə növləri, mürəbbə, cem, marmelad, şərbət,
çaxır, spirt, sirkə, şəkər və limon turşusu hazırlanır.
Şabalıd
Şabalıdın tərkibi. Aparılan təcrübə işlərinin nəticə-
sində məlum olmuşdur ki, şabalıdın tərkibində 7,9% sulukar-
bohidratlar, 5,8% zülal, 3,0% yağ vardır. Sulukarbohid-
ratların 60-65%-inişasta, 15-18%-i isə şəkərdir. Təzə şabalıd
meyvələrinin tərkibində 30-40 mq% C vitamini də
tapılmışdır. Xüsusilə yetişməmiş meyvələrinin tərkibində
onun miqdarı daha çoxdur (1500 mq%). Şabalıd meyvələri-
nin həm ləpəsi, həm də qabığı askorbin turşusu almaq üçün
gözəl xammal mənbəyidir. Bu bitkinin meyvələrinin tərkibi
həmçinin B, B
1
(0,26 mq%), B
2
(0,22 mq%), A və C
vitaminləri ilə zəngindir. Təzə meyvələrin miqdarda alma,
limon, distrin, asparagin və s. turşular, eləcə də digər amin-
turşular aşkar edilmişdir.
Ləpəsində 0,2-0,4 mq% nikel, 0,1 mq% mis, 1 mq%
kalsium və sfelementlər vardır. Dəmirin miqdarı 0,82-0,95
mq%-ə çatır ki, bu da alma, armud və gavalı meyvələrinin
tərkibindəkindən 2-3 dəfə çoxdur. Bundan əla və, şabalıd
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
182
bitkisinin meyvələri öz kaloriliyi ilə də digər kənd təsərrüfatı
bitkilərindən kəskin surətdə fərqlənir. Şabalıd bal verən bitki
kimi də qiymətli sayıla bilər. Belə ki, arılar 50-70 yaşlı bir
ağacın çiçəklərindən 15-20 kq-dək bal toplaya bilir. Şabalıd-
dan alınmış balın böyük müalicəvi əhəmiyyəti vardır. Yar-
pağı qiymətli maddələrlə zəngindir. Belə ki, 1 yaşıl yarpa-
ğında 800 bioloji vahid, saralan yarpaqlarında isə 600 bioloji
vahid K vitamini vardır və buna görə də onlar «vitamin sə-
nayesi» üçün qiymətli xammal sayıla bilər.
Şabalıdın yarpaq, qabıq və oduncaq hissəsinin tərki-
bində 5%-ə qədər kversetin, hiporezid, yəni flavonoid komp-
leksi və 10%-ə qədər aşı maddəsi aşkar edilmişdir. 100 kq
şabalıd oduncağından 20 kq qatı boyaq ekstraktı alınır. Biz
dünyada ilk dəfə olaraq bu boyaq maddəsinin tərkibinə ağır
metalların müxtəlif duzlarını əlavə etməklə yun ipi açıq
qəhvəyi, qəhvəyi, zeytunu, qonur, tütünü, şabalıdı, şabalıdı-
qonur, yaşıl və s. rənglərə boyamağa nail olduq.
Şabalıd gözəl yarpaqlara, sıx və şaxlı-budaqlı çətrə ma-
lik olduğu çün bəzək bitkisi kimi parklarda, yol və küçə kə-
narlarında əkilir. May-iyun aylarında çiçəklədiyi dövrdə
təbiətə sarımtıl rəngli və xüsusi ətri olan sırğaları ilə yaraşıq
verir. Bu xüsusiyyətinə görə o, dünyanın bir çox ölkələrində
yaşıllaşdırma işlərində mühüm yer tutur. Bu bitki güclü və
yaxşı inkişaf etmiş kök sisteminə malik olduğu üçün dağ
yamaclarını daim güclü külək və eroziyalardan da qoruyur,
həm də torpaqəmələgəlmə prosesinə müsbət təsir göstərir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |