Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə48/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   44   45   46   47   48   49   50   51   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
180 
tut yarpaqlarından boyaq, tərləmə dərmanı kimi, köklərindən 
isə bağırsaq qurdlarının təmizlənməsində istifadə edilir.  
Meyvələrindən  spirt,  sirkə,  şərab  hazırlanır.  Meyvə-
sinin  tərkibində  22%  şəkər  vardır.  Toxum  və  qələm  vasi-
təsilə çoxaldılır. Bu, ağ tuta nisbətən az yayılmışdır. Bu növ 
Azərbaycanda  əsasən  Naxçıvan,  Şəki,  Şamaxı,  Ağsu, 
Göyçay rayonunda mövcuddur. 
Tutun  yarpaqlarında  0,75%  üzvi  turşular,  50-60  mq% 
askorbin  turşusu  1,5-2,0%  şəkərli  maddələr,  2-3%  aşı  mad-
dələri  vardır.  Meyvələrində  23-24%  şəkər,  2,5%  üzvi  tur-
şular, 70-80 mq% askorbin turşusu, 4% limon turşusu, pek-
tin  maddələri  və  s.  müəyyən  edilmişdir.  Göstərilənlərdən 
başqa tərkibində müxtəlif amin turşuları (alanin, valin, qlüta-
min, asparağin, fenilalanın və s. aşkar edilmişdir), flavonoid-
lərdən  izokversetin,  efir  yağı,  karotin,  B,  B
2
,  C,  PP  vita-
minləri tapılmışdır. 
Ağ  tutun  toxumlarında  25-30%  piyli  yağ  vardır.  Ağ 
tutun  qurudulmuş  yarpaqlarından  hazırlanmış  sulu  dəmlə-
mənin,  spirtli  cövhələrinin  (tinkturasının),  ürək-damar  sis-
temi  xəstəliklərində  müsbət  göstərdiyi  kliniki  təcrübədə 
aşkar edilmişdir. 
Tut yarpaqlarından xalq təbabətində çox qədimdən isti-
fadə  edilir.  Onlardan  çay  dəmləyib  şəkər  xəstəliyində,  ürək 
ağrıları içirlər. Meyvələri təzə halda yeyilir, həm də onlardan 
doşab hazırlayıb ürək zəifliyində, qanazlığında qəbul edirlər. 
Bundan  baş  meyvələrindən  hazırlanan  şirələrindən  xərçəng, 
boğaz  ağrıları  mədə  xəstəliklərində  qəbul  edilir.  Ağ  tutun 
yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymə xəstə-
liklərində içirlər. Ondan tərlədici və hərarəti aşağı salıcı va-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
181 
sitə kimi, həmçinin diabet və epilepsiya xəstəliyinə qarşı da 
istifadə edilir. Mədə və onikibarmaq bağırsaq xoralarında ağ 
tutun  meyvələri  məsləhət  görülür.  Meyvə  və  qabıq  hissələ-
rindən hazırlanmış məlhəmlə civzə, irin və dəri yara müalicə 
olunur.  Ağ,  qara,  xar  tutun  meyvələri  qanartırıcı  xassə  ma-
likdir. Şirəsini balla qarışdırıb alınan mazdan boğaz xərçən-
gində  sürtkü  kimi  istifadə  edilir.  Meyvəsindən  kompot, 
sirop, müxtəlif şirə növləri, mürəbbə, cem, marmelad, şərbət, 
çaxır, spirt, sirkə, şəkər və limon turşusu hazırlanır.  
 
Şabalıd 
 
Şabalıdın  tərkibi.  Aparılan  təcrübə  işlərinin  nəticə-
sində məlum olmuşdur ki, şabalıdın tərkibində 7,9% sulukar-
bohidratlar,  5,8%  zülal,  3,0%  yağ  vardır.  Sulukarbohid-
ratların 60-65%-inişasta, 15-18%-i isə şəkərdir. Təzə şabalıd 
meyvələrinin  tərkibində  30-40  mq%  C  vitamini  də 
tapılmışdır.  Xüsusilə  yetişməmiş  meyvələrinin  tərkibində 
onun miqdarı daha çoxdur (1500 mq%). Şabalıd meyvələri-
nin həm ləpəsi, həm də qabığı askorbin turşusu almaq üçün 
gözəl  xammal  mənbəyidir.  Bu  bitkinin  meyvələrinin  tərkibi 
həmçinin  B,  B
1
  (0,26  mq%),  B
2
  (0,22  mq%),  A  və  C 
vitaminləri  ilə  zəngindir.  Təzə  meyvələrin  miqdarda  alma, 
limon, distrin, asparagin və s. turşular, eləcə də digər amin-
turşular aşkar edilmişdir. 
Ləpəsində  0,2-0,4  mq%  nikel,  0,1  mq%  mis,  1  mq% 
kalsium  və  sfelementlər  vardır.  Dəmirin  miqdarı  0,82-0,95 
mq%-ə  çatır  ki,  bu  da  alma,  armud  və  gavalı  meyvələrinin 
tərkibindəkindən  2-3  dəfə  çoxdur.  Bundan  əla  və,  şabalıd 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
182 
bitkisinin meyvələri öz kaloriliyi ilə də digər kənd təsərrüfatı 
bitkilərindən kəskin surətdə fərqlənir. Şabalıd bal verən bitki 
kimi  də  qiymətli  sayıla  bilər.  Belə  ki,  arılar  50-70  yaşlı  bir 
ağacın çiçəklərindən 15-20 kq-dək bal toplaya bilir. Şabalıd-
dan  alınmış  balın  böyük  müalicəvi  əhəmiyyəti  vardır.  Yar-
pağı  qiymətli  maddələrlə  zəngindir.  Belə  ki,  1  yaşıl  yarpa-
ğında 800 bioloji vahid, saralan yarpaqlarında isə 600 bioloji 
vahid K vitamini  vardır  və buna görə də onlar  «vitamin sə-
nayesi» üçün qiymətli xammal sayıla bilər. 
Şabalıdın  yarpaq,  qabıq  və  oduncaq  hissəsinin  tərki-
bində 5%-ə qədər kversetin, hiporezid, yəni flavonoid komp-
leksi  və  10%-ə  qədər  aşı  maddəsi  aşkar  edilmişdir.  100  kq 
şabalıd  oduncağından  20  kq  qatı  boyaq  ekstraktı  alınır.  Biz 
dünyada ilk dəfə olaraq bu boyaq maddəsinin tərkibinə ağır 
metalların  müxtəlif  duzlarını  əlavə  etməklə  yun  ipi  açıq 
qəhvəyi, qəhvəyi, zeytunu, qonur, tütünü, şabalıdı, şabalıdı-
qonur, yaşıl və s. rənglərə boyamağa nail olduq. 
Şabalıd gözəl yarpaqlara, sıx və şaxlı-budaqlı çətrə ma-
lik olduğu çün bəzək bitkisi kimi parklarda, yol və küçə kə-
narlarında  əkilir.  May-iyun  aylarında  çiçəklədiyi  dövrdə 
təbiətə sarımtıl rəngli və xüsusi ətri olan sırğaları ilə yaraşıq 
verir. Bu xüsusiyyətinə görə o, dünyanın bir çox ölkələrində 
yaşıllaşdırma  işlərində  mühüm  yer  tutur.  Bu  bitki  güclü  və 
yaxşı  inkişaf  etmiş  kök  sisteminə  malik  olduğu  üçün  dağ 
yamaclarını  daim  güclü  külək  və  eroziyalardan  da  qoruyur, 
həm də torpaqəmələgəlmə prosesinə müsbət təsir göstərir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə