Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə46/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   42   43   44   45   46   47   48   49   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
173 
1/4 hissəsi qədər qəbul edin. 
Qan azlığında, hipertoniyada, quru öskürəkdə, difteriya 
zamanı:  bunun  üçün  qara,  qırmızı,  ağ,  sarı  qarağatın 
giləmeyvəsindən istifadə olunur. 
 
Ərik 
 
Ərik növ və sortları xoş ətirə malikdir, hissəsindən 4,7-
27%-ə  qədər  şəkər,  pektin,  alma,  limon,  çaxır  turşuları, 
askorbin  turşusu,  B
1
,  B
2
,  B
5
,  P,  PP,  vitaminləri,  askorbin 
turşusu,  çoxlu  miqdarda  karotin  maddələri,  mineral  duzları 
və s. aşkar edilmişdir.  
Meyvəsi  polivitaminlərlə,  eləcə  də  kalium  duzları  ilə 
zəngin olduğundan ondan ürək-damar xəstəliklərinin  müali-
cəsində geniş istifadə edilir. 
Toxumlarında  50-60%-ə  qədər  donmayan  yağ,  tər-
kibində  20  %-ə  qədər  zülal  və  10%-ə  qədər  karbohidratlar 
olan  yağ  müəyyən  edilmişdir  ki,  bunlardan  da  tibbdə  geniş 
istifadə  olunan  kamfora  yağı  hazırlanır.  Bundan  əlavə,  tər-
kibində  mühüm  müalicə  əhəmiyyəti  olan  panqam  turşusu 
(vitamin B
15
) da vardır. 
Ərikdən  qanın  tərkibində  dəmir  çatışmazlığı  zamanı 
baş verən anemiya (qan azlığını) xəstəliyinin qarşısının alın-
masında,  Çin  xalq  təbabətində  isə  20-30  q  toxumlarından 
alınan  cövhərlə  bronxit,  göy  öskürək,  kəskin  böyrək 
xəstəliklərində  istifadə  edilir.  Xəstəlikdən  yenicə  durmuş 
zəifləmiş insanlara, xroniki bronxit, vərəm, hamiləli qadınla-
ra  və  zəif  uşaqlara  gündə  100-150  qram  şirin  ərik  meyvəsi 
yeməyi məsləhət görürlər. Meyvəsinin tərkibində çoxlu miq-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
174 
dar K elementi olduğu üçün ürək-damar, xroniki böyrək xəs-
təliklərində,  orqanizmində  Na  elementinin  nizamlanması 
üçün, eyni zamanda hipertoniya, ürək döyüntülərinin pozul-
masında, miokard infarktı zamanı ərik meyvəsi qəbul etməyi 
məsləhət görürlər. 
Əriyin toxumlarından alınan  yağdan həlledici kimi bir 
sıra dərman preparatlarının hazırlanmasında, duru müalicəvi 
mazların  və  eləcə  də  kosmetik  kremlərin  istehsalında  geniş 
istifadə edilir. 
Toxumu zəhərli olduğu üçün insanlar və ev quşları ara-
sında zəhərlənmə hadisəsi baş verir. 
Ərikdən konserv, şirniyyat, mürəbbə, kompot, sərinləş-
dirici  içkilər  və  s.  məhsullar  hazırlanır.  Meyvələri  təzə  və 
qurudulmuş  halda  pəhriz  maddəsi  kimi,  anemiya  xəstəliyi 
zamanı  hamilə  qadınlara  qüvvətverici  və  qanartırıcı  vasitə 
kimi  məsləhət  görülür.  Qurudulmuş  qaysıdan  ürək  zəif-
liyində  və  bir  sıra  başqa  xəstəliklərdə  istifadə  edilir.  Lakin 
şəkər xəstəliyi zamanı məsləhət görülmür. 
Pakistan  alimlərinin  məlumatlarına  görə,  yeməklə  qə-
bul edilən 100 q əriyin insan orqanizminə olan xeyri (qanar-
tırıcı) 40 q  ikra  və  ya 250 q təzə heyvan qaraciyərinə bəra-
bərdir. 
Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran, 
susuzluğun qarşısını alan vasitə, eləcə də xroniki qəbizlikdə 
yüngül  işlətmə  dərmanı  kimi  istifadə  edilir.  Qurudulmuş 
qaysıdan  bir  sıra  xörəklərin  tərkibinə  ədviyyat  kimi  qatılır. 
Yağından  qənnadı  sənayesində  geniş  istifadə  edilir.  Ərik 
ağacının  kitrəsindən  həm  yapışqan  kimi,  həm  də  yeyinti  və 
tibb sənayesində istifadə edilir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
175 
İnnab 
 
Meyvə  yumru,  uzunsov,  armudşəkilli,  qabıqları  parıl-
dayan,  qəhvəyi,  qırmızımtıl-qonur  rəngdə  olub,  çəyirdəkli 
meyvədir. Meyvələri  yabanı halda 1-2 sm., mədəni formada 
3 sm. uzunluğunda, 1,5-4,5 q. ağırlığında olur. 
İnnab  çox  qiymətli,  faydalı  bitkidir.  Belə  ki,  onun 
meyvəsi dadlı və keyfiyyətlidir. Meyvələri yaş və qurudulmuş 
halda  istifadə  olunur.  İnnabın  meyvələrinin  tərkibində  800 
mq/%,  yarpaqlarında  isə  1220  mq/%  C  vitamini  vardır. 
İnnabın  meyvələrinin  tərkibində  40%-ə  kimi  şəkər,  5%-dən 
çox  protein,  1,5%  kəhraba  və  alma  turşu-su,  2,5%  nektin 
maddəsi, 2%-ə qədər qatran, 1,2% aşı maddəsi və s. vardır. 
İnnabın  meyvəsindən  qənnadı  və  konserv  istehsalında 
da istifadə edilir. 
Qurudulmuş  innabı  bir  ildən  çox  saxlayıb  ondan  isti-
fadə etmək mümkündür. 
Xörək hazırlamaq üçün onun meyvələrini düyü ilə bir-
likdə qaynadıb qovururlar. İnnabdan çörək də bişirilir. 
Azərbaycanda və Yaxın Şərqdə innab qədimdən müalicə 
məqsədilə işlədilir. Halen göstərir ki, bu meyvə həzm olunur və 
mədəyə müsbət təsir göstərir. Ərəb həkimi Məssih göstərmişdir 
ki,  innabın  meyvələri  astma  xəstəliyi  zamanı  insanı  sakitləş-
dirir.  Başqa  məlumatlara  görə,  innabın  meyvələri  qan  dövra-
nında oyadıcı təsir göstərir. Məhəmməd Hüseynin bir neçə əsr 
bundan əvvəl  yazılmış  «Məhzən-əl ədviyyə» əsərində  innabın 
müalicə əhəmiyyəti haqqında geniş məlumat verilir. O göstərir 
ki,  innab öskürək  və ağız  yarasının  müalicəsi üçün  yaxşı dər-
mandır. İnnab meyvəsinin ununa bal qatmaqla hazırlanmış yağ 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
176 
ağız  yarasını sağaldır. İnnab qanı təmizləyir, ciyərin, böyrəyin 
və sidik kisəsinin ağrısını sakitləşdirir. 
 
Üzüm 
 
Üzümün dünya florasının tərkibində 70-ə qədər növünə 
təsadüf  edilir.  Qafqazda,  o  cümlədən  Azərbaycanda  üzüm 
cinsinin  2  növü  yayılmışdır.  Üzüm  ən  qədim  çiçəkli  bit-
kilərdən  sayılır.  90  milyon  il  bundan  əvvəl  Vitis  vinifera  – 
mədəni  növə  daxil  olan  üzüm  üçüncü  dövrdə  (70  milyon  il 
bundan əvvəl) əmələ gəlmişdir. 
Üzümün tərkibində A, C, K, PP, B
1,
 B
2
, provitamin  A 
vitaminiləri, üzvi turşulardan alma, çaxır, limon, quzuqulağı, 
qarışqa  və  salisil  turşuları,  mineral  maddələrdən  kalium, 
kalsium, natrium, fosfor, dəmir, kobalt, manqan, toxumunda 
4-19%-ədək  piyli  yağ,  1,8-8%-ə  qədər  aşı  maddəsi  və  s. 
aşkar  edilmişdir.  Üzümün  tullantısından  etil  spirti,  sirkə, 
üzüm turşusu alınır. 
Üzüm qiymətli qida məhsulu olmaqla bərabər, eyni za-
manda  müalicəvi  əhəmiyyətə  malikdir.  Üzümün  tərkibində 
olan  əsas  mənimsənilən  şəkər,  qlükoza  və  fruktoza  əzələ 
sistemi, xüsusilə ürək əzələsi üçün ən qiymətli qida maddəsi-
dir.  Qlükoza  insan  orqanizmində  toxumaların  oksigeni  mə-
nimsəməsini  yüksəldir  və  bakteriyaları  məhv  etmək  qabi-
liyyətinə  malikdir.  Bir  çox  yoluxucu  xəstəliklərin  əmələ 
gəlməsinin qarşısını alır. Üzümün tərkibində olan dəmir qida 
əmələ gətirən orqanların fəaliyyətinə və oksidləşmə prosesinə 
yaxşı təsir göstərir. Üzvü turşularda bakteriyaları məhv etmək 
xüsusiyyəti daha güclüdür. Həmçinin onlar orqanizmdə turşu-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə