__________________________________ Nübar Həkimova
159
İnnab
Qan təzyiqini tənzimləyir, normal hala salır, qan-du-
rultma xassəsinə malikdir. Təmiz qan yaradır, insanı güm-
rahlaşdırır, əhvali-ruhiyyəni yüksəldir. Zob xəstəliyinə müs-
bət təsir göstərir. Dəmləməsi həm zob, həm də ağciyər və
vərəm xəstəliklərinə müalicəvi təsir göstərir.
İtburnu
Uzun əsrlik tarixə malikdir. İtburnu ağız boşluğunda,
bronxlarda baş verən iltihabi proseslərin qarşısını alır. Bunun
tərkibi vitaminlərlə zəngindir. Mədə-bağırsaq, həzm orqan-
ları xəstəliklərinin müalicəsində effektlidir. İtburnu sətəl-
cəm, soyuqdəymə, ishal, qarın ağrısı xəstəliklərinə yaxşı tə-
sir göstərdiyi kimi, böyrək xəstəliyini, sidik yolundakı daşı,
duzlaşmanı da aradan qaldırır, daxili qanaxmanın qarşısını
alır. Ondan büzücü həb kimi də istifadə olunur.
İtburnu tüpürcək, öd və mədəaltı vəzilərin fəaliyyətini
tənzimləyir, beyində əmələ gələn yaddaşsızlığı aradan qal-
dırır, iş qabiliyyətini artırır, qan dövranına yaxşı təsir edir.
Qurudulmuş itburnu ləçəyinin dəmləməsindən bir çox
xəstəliklər zamanı istifadə olunur.
İtburnu dəmləməsi, mürəbbəsi, bəhməzi (doşabı) qa-
nazlığının, gec sağalan dərialtı, dəriüstü yaraların, qanaxma-
nın, qaraciyər, böyrək, soyuqdəymə, ishal xəstəliklərinin
müalicəsində effektlidir. Bədən ağrıları, böyrək xəstəlikləri,
ishal, sətəlcəm xəstəliklərinə tutulanlara itburnunu qaynadıb
suyunda vanna qəbul etmək məsləhətdir. Bu, insanı
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
160
gümrahlaşdırır, iş qabiliyyətini və yuxunu artırır.
Qoz (ceviz)
Qoz ləpəsi, sucuq və qoz mürəbbəsi əhvali-ruhiyyəni
gümrahlaşdırmaqla yanaşı gözün görmə qabiliyyəti zəiflə-
yəndə, ağız boşluğundan gələn pis qoxunun aradan qaldırıl-
masında, mədə-bağırsaq ağrılarını azaltmaqda effektli təsir
göstərir.
Qoz mürrəbbəsi, qoz ləpəsi, sucuq diş dibini möhkəm-
lədir, ağızda xoş qoxu yaradır. Daxili orqanlarda qanax-
manın, susuzluğun, ağızda qurumanın qarşısını alır, iştahanı
artırır, şəkərli xəstələrə yaxşı təsir göstərir.
Limon
Ürək ağrısını kəsir, həzmə kömək edir, turşməzədir,
iştahanı artırır. Ağız boşluğunda qurumanı aradan qaldırır,
şirə vəzisini tənzimləyir, qan təzyiqini aşağı alır. Mədədə
əmələ gələn şiddətli ağrıları azaldır, öd kisəsinin iltihabının,
ürəkbulanmanın və qusmanın qarşısını alır, qan dövranını
tənzimləyir. Boğaz ağrısı və onun iltihabının, dişdibi ətinin
xəstəliyinə, ağız boşluğunda olan səpgilərin müalicəsində
yaxşı effekt verir. Ağızdan gələn pis qoxunu aradan qaldırır,
başağrısı, ürəkdöyünməsini tənzimləyir. Onu şəkər və şəkər
tozu ilə işlətdikdə müalicəvi əhəmiyyəti artır. Limonu və
şirəsini çox işlətmək ziyandır. Bu, əsəb sisteminin
pozulmasına səbəb ola bilər. Göy və quru öskürəyi olan
adamlara limon şirəsini bal ilə qarışdırıb qəbul etmək
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
161
məsləhətdir. Çobanyastığı və nanəni (yarpızı) dəmləyib, bir
limonun şirəsi ilə qarışdırıb bir sutka saxladıqdan sonra,
azacıq araq qatıb içdikdə, tez-tez tərləmənin və üzdə əmələ
gələn müxtəlif ləkələrin təmizlənməsinə kömək edir.
Yemişan
Turşməzədir, iştahanı artırır. Bunun meyvəsi, şirəsi,
mürəbbəsi, bəhməzi ishalın, qarın ağrısının qarşısını alır və
qan təzyiqini aşağı salır, böyrəklərdə, oynaqlarda, sidik yol-
larında olan kirəcləşmə və duzlaşmanın qarşısını alır, daşla-
rın əriməsinə yaxşı təsir göstərir. Yemişan meyvəsinin istər
qabığından, istərsə də çubuğundan dəmləmə və təpitmə zö-
kəmin qarşısını alır, sinə ağrılarını azaldır.
Yemişan toxumu qaraciyər, mədə-bağırsaq ağrılarını
azaldır. Bunun çayı, şirəsi, mürəbbəsi quru, göy öskürəyə,
soyuqdəyməyə yaxşı təsir göstərir.
Zirinc
Turşməzədir, zoğal kimi iştahanı artırır, susuzluğun və
ağızda qurumanın qarşısını alır. Ağız boşluğunda şirə və-
zisini tənzimləyir. Ağızdan gələn pis qoxunu aradan qaldırır,
dişdibi ətini möhkəmlədir, diş və mədə-bağırsaq ağrılarını
azaldır. Həzmi sürətləndirir, qan təzyiqini tənzimləyir. İsha-
lın, qarın ağrısının, soyuqdəymənin, sinə və oynaq ağrıları-
nın qarşısını alır.
Zirinc mürəbbəsi də zoğal mürəbbəsi kimi bir çox
dərdlərə, xəstəliklərə dərmandır.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
162
Zoğal
Zoğal bitkisindən (meyvəsindən) insanların qida kimi
istifadə etməsinin başlanğıcı bilinməyən qədim tarixi vardır.
Lakin yazılı mənbələrdə zoğal meyvəsindən istifadə olun-
masının 5 min illik tarixi olduğu göstərilir.
Zoğalın kimyəvi tərkibi. Zoğalın qabıq hissəsindən
6,25-8,1% aşı maddəsi, üzvi turşular, budaqlarından 5,84%
aşı triterpenoidlərdən ursol turşusu, yarpaqlarından sulu
karbohidratlar, C vitamini, fenolkarbon turşularından qal,
ellaq turşuları, 7-17,6% aşı maddəsi, kversetin, kempferol
flavonoidləri, çiçəyinin tərkibindən fenolkar-bon turşuları və
onların törəmələrindən qall və ellaq turşuları, rutin, izok-
versetin, kversitin (3- β karotin, α -karotin), kversetin, mey-
vəsindən sulu karbohidratlar, saxaroza, 0,63-1,44 pektin,
alma, çaxır, qlioksal üzvü turşuları, karotinoid maddələri, C
vitamini, 0,13-0,89% aşı maddələri, leykoanosianlar, delfi-
nidin, sianidin, peonidin, malvidin, 3-ramunorilqallaktozid,
3-qalaktozid sianidin, 3-qalaktozid delfi-nidin, 3-qalaktozid
və 3-robinobiozid pelazqonidin (3-raninorilqalak-tozid pe-
lazqonidin), şirəsindən alma turşusu, C vitamini, aşı maddə-
lərindən – katexin, epiqallokatexin, epikatexin, sianidin,
plazqonidin, toxumlarından 8,9% aşı maddəsi, 5,6% piyli
yağ və s. maddələr aşkar edilmişdir.
Tibbi əhəmiyyəti. Qabıqlarından hazırlanan ekstraktın
arpa unu ilə qarışdırıb pasterizə bənzər maddə hazırlayıb
səpgi və çibanların üzərinə yaxıb müalicə edirlər. Qabıq və
yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək,
qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |