Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə42/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   38   39   40   41   42   43   44   45   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
159 
İnnab 
 
Qan  təzyiqini  tənzimləyir,  normal  hala  salır,  qan-du-
rultma  xassəsinə  malikdir.  Təmiz  qan  yaradır,  insanı  güm-
rahlaşdırır, əhvali-ruhiyyəni  yüksəldir. Zob xəstəliyinə müs-
bət  təsir  göstərir.  Dəmləməsi  həm  zob,  həm  də  ağciyər  və 
vərəm xəstəliklərinə müalicəvi təsir göstərir. 
 
İtburnu 
 
Uzun  əsrlik  tarixə  malikdir.  İtburnu  ağız  boşluğunda, 
bronxlarda baş verən iltihabi proseslərin qarşısını alır. Bunun 
tərkibi  vitaminlərlə  zəngindir.  Mədə-bağırsaq,  həzm  orqan-
ları  xəstəliklərinin  müalicəsində  effektlidir.  İtburnu  sətəl-
cəm, soyuqdəymə, ishal, qarın ağrısı xəstəliklərinə  yaxşı tə-
sir göstərdiyi kimi, böyrək xəstəliyini,  sidik  yolundakı daşı, 
duzlaşmanı  da  aradan  qaldırır,  daxili  qanaxmanın  qarşısını 
alır. Ondan büzücü həb kimi də istifadə olunur. 
İtburnu tüpürcək, öd  və mədəaltı  vəzilərin  fəaliyyətini 
tənzimləyir,  beyində  əmələ  gələn  yaddaşsızlığı  aradan  qal-
dırır, iş qabiliyyətini artırır, qan dövranına yaxşı təsir edir. 
Qurudulmuş  itburnu  ləçəyinin  dəmləməsindən  bir  çox 
xəstəliklər zamanı istifadə olunur. 
İtburnu  dəmləməsi,  mürəbbəsi,  bəhməzi  (doşabı)  qa-
nazlığının, gec sağalan dərialtı, dəriüstü yaraların, qanaxma-
nın,  qaraciyər,  böyrək,  soyuqdəymə,  ishal  xəstəliklərinin 
müalicəsində  effektlidir.  Bədən  ağrıları,  böyrək  xəstəlikləri, 
ishal, sətəlcəm xəstəliklərinə tutulanlara itburnunu qaynadıb 
suyunda  vanna  qəbul  etmək  məsləhətdir.  Bu,  insanı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
160 
gümrahlaşdırır, iş qabiliyyətini və yuxunu artırır. 
 
Qoz (ceviz) 
 
Qoz  ləpəsi,  sucuq  və  qoz  mürəbbəsi  əhvali-ruhiyyəni 
gümrahlaşdırmaqla  yanaşı  gözün  görmə  qabiliyyəti  zəiflə-
yəndə, ağız boşluğundan gələn pis qoxunun aradan qaldırıl-
masında,  mədə-bağırsaq  ağrılarını  azaltmaqda  effektli  təsir 
göstərir. 
Qoz mürrəbbəsi, qoz ləpəsi, sucuq diş dibini möhkəm-
lədir,  ağızda  xoş  qoxu  yaradır.  Daxili  orqanlarda  qanax-
manın, susuzluğun, ağızda qurumanın qarşısını alır, iştahanı 
artırır, şəkərli xəstələrə yaxşı təsir göstərir. 
 
Limon 
 
Ürək  ağrısını  kəsir,  həzmə  kömək  edir,  turşməzədir, 
iştahanı  artırır.  Ağız  boşluğunda  qurumanı  aradan  qaldırır, 
şirə  vəzisini  tənzimləyir,  qan  təzyiqini  aşağı  alır.  Mədədə 
əmələ gələn şiddətli ağrıları azaldır, öd kisəsinin iltihabının, 
ürəkbulanmanın  və  qusmanın  qarşısını  alır,  qan  dövranını 
tənzimləyir.  Boğaz  ağrısı  və  onun  iltihabının,  dişdibi  ətinin 
xəstəliyinə,  ağız  boşluğunda  olan  səpgilərin  müalicəsində 
yaxşı effekt verir. Ağızdan gələn pis qoxunu aradan qaldırır, 
başağrısı, ürəkdöyünməsini tənzimləyir. Onu şəkər və şəkər 
tozu  ilə  işlətdikdə  müalicəvi  əhəmiyyəti  artır.  Limonu  və 
şirəsini  çox  işlətmək  ziyandır.  Bu,  əsəb  sisteminin 
pozulmasına  səbəb  ola  bilər.  Göy  və  quru  öskürəyi  olan 
adamlara  limon  şirəsini  bal  ilə  qarışdırıb  qəbul  etmək 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
161 
məsləhətdir.  Çobanyastığı  və  nanəni  (yarpızı)  dəmləyib,  bir 
limonun  şirəsi  ilə  qarışdırıb  bir  sutka  saxladıqdan  sonra, 
azacıq  araq  qatıb  içdikdə,  tez-tez  tərləmənin  və  üzdə  əmələ 
gələn müxtəlif ləkələrin təmizlənməsinə kömək edir. 
 
Yemişan 
 
 Turşməzədir,  iştahanı  artırır.  Bunun  meyvəsi,  şirəsi, 
mürəbbəsi,  bəhməzi  ishalın,  qarın  ağrısının  qarşısını  alır  və 
qan təzyiqini aşağı salır, böyrəklərdə, oynaqlarda, sidik  yol-
larında olan kirəcləşmə və duzlaşmanın qarşısını alır, daşla-
rın əriməsinə  yaxşı  təsir  göstərir. Yemişan meyvəsinin istər 
qabığından,  istərsə  də  çubuğundan  dəmləmə  və  təpitmə  zö-
kəmin qarşısını alır, sinə ağrılarını azaldır.  
Yemişan  toxumu  qaraciyər,  mədə-bağırsaq  ağrılarını 
azaldır.  Bunun  çayı,  şirəsi,  mürəbbəsi  quru,  göy  öskürəyə, 
soyuqdəyməyə yaxşı təsir göstərir. 
 
Zirinc 
 
Turşməzədir, zoğal kimi iştahanı artırır, susuzluğun və 
ağızda  qurumanın  qarşısını  alır.  Ağız  boşluğunda  şirə  və-
zisini tənzimləyir. Ağızdan gələn pis qoxunu aradan qaldırır, 
dişdibi  ətini  möhkəmlədir,  diş  və  mədə-bağırsaq  ağrılarını 
azaldır. Həzmi sürətləndirir, qan təzyiqini tənzimləyir. İsha-
lın,  qarın  ağrısının,  soyuqdəymənin,  sinə  və  oynaq  ağrıları-
nın qarşısını alır. 
Zirinc  mürəbbəsi  də  zoğal  mürəbbəsi  kimi  bir  çox 
dərdlərə, xəstəliklərə dərmandır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
162 
Zoğal 
 
Zoğal  bitkisindən  (meyvəsindən)  insanların  qida  kimi 
istifadə etməsinin başlanğıcı bilinməyən qədim tarixi vardır. 
Lakin  yazılı  mənbələrdə  zoğal  meyvəsindən  istifadə  olun-
masının 5 min illik tarixi olduğu göstərilir. 
Zoğalın  kimyəvi  tərkibi.  Zoğalın  qabıq  hissəsindən 
6,25-8,1%  aşı  maddəsi,  üzvi  turşular,  budaqlarından  5,84% 
aşı  triterpenoidlərdən  ursol  turşusu,  yarpaqlarından  sulu 
karbohidratlar,  C  vitamini,  fenolkarbon  turşularından  qal, 
ellaq  turşuları,  7-17,6%  aşı  maddəsi,  kversetin,  kempferol 
flavonoidləri, çiçəyinin tərkibindən fenolkar-bon turşuları və 
onların  törəmələrindən  qall  və  ellaq  turşuları,  rutin,  izok-
versetin, kversitin (3- β karotin, α -karotin), kversetin, mey-
vəsindən  sulu  karbohidratlar,  saxaroza,  0,63-1,44  pektin, 
alma, çaxır, qlioksal üzvü turşuları, karotinoid maddələri, C 
vitamini,  0,13-0,89%  aşı  maddələri,  leykoanosianlar,  delfi-
nidin,  sianidin,  peonidin,  malvidin,  3-ramunorilqallaktozid, 
3-qalaktozid  sianidin,  3-qalaktozid  delfi-nidin,  3-qalaktozid 
və  3-robinobiozid  pelazqonidin  (3-raninorilqalak-tozid  pe-
lazqonidin), şirəsindən alma turşusu, C vitamini, aşı maddə-
lərindən  –  katexin,  epiqallokatexin,  epikatexin,  sianidin, 
plazqonidin,  toxumlarından  8,9%  aşı  maddəsi,  5,6%  piyli 
yağ və s. maddələr aşkar edilmişdir. 
Tibbi  əhəmiyyəti.  Qabıqlarından  hazırlanan  ekstraktın 
arpa  unu  ilə  qarışdırıb  pasterizə  bənzər  maddə  hazırlayıb 
səpgi  və  çibanların  üzərinə  yaxıb  müalicə  edirlər.  Qabıq  və 
yarpağından  hazırlanan  dəmləmə  və  cövhərlərdən  böyrək, 
qaraciyər  və  diabetdə  istifadə  edilir.  Şirəsindən  damcı  kimi 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə