Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə38/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
143 
Aqillərin  inamına  görə:  gün  altında  qurudulmuş  nar 
dənəsini  yağış  suyunda  ağzı  bağlı  qabda  bir  müddət  sax-
ladıqdan  sonra  şirəsini  içmək  qan  qusan,  qanaxması  olan 
xəstəliyin müalicəsi üçün əhəmiyyətlidir. 
Aqillərin  inamına  görə:  əl-ayaq,  bədən  nahiyəsində 
yanıq  yarası  olanlara  əməköməcini  narın  doğrayıb,  toz  ha-
lında  əzdikdən  sonra  onu  zeytun  yağı  ilə  qarışdırıb  yanıq 
olan yerə yaxmaq məsləhətdir. 
Aqillərin inamına görə: bədənində, əl-ayağında yanıq 
olan  şəxslərə  yumurta  ağını  gündə  üç  dəfə  yara  olan  yerə 
yaxmaq məsləhətdir. 
Aqillərin inamına görə: zəhər içmiş, zəhərlənmiş, ilan 
çalmış  adamlara  çuğundur  qızardıb  yemək  məsləhətdir.  Bu 
zəhərlənmənin qarşısını alır. 
Aqillərin  inamına  görə:  yara  hoylananda,  şişəndə 
gündə üç dəfə  yaranın üzərinə qurudulmuş, narın döyülmüş 
reyhan tozu səpmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  küt  ağrılı  sancını  kəsmək 
üçün qızdırılmış şal, cuna ilə ağrı buran yeri bağlamaq məs-
ləhətdir. 
Aqillərin  inamına  görə:  öskürəkdən  əziyyət  çəkən 
adamlara bir neçə  (iki-üç) baş soğanı ocaqda bişirib isti-isti 
yemək  məsləhətdir.  Bu,  sinə  ağrısına,  soyuqlamaya  da 
dərmandır. 
Aqillərin  inamına  görə:  çox  su  içməmək,  yanğının 
qarşısını almaq üçün əncir yemək məsləhətdir. 
Aqillərin  inamına  görə: tez-tez qulunc olan, əl-ayağı 
qıc  olan  adamlara  iki  qaşıq  hənanı  (xınanı),  iki  qaşıq  qay-
nanmış  su  və  bir  qaşıq  ağ  neftlə  qarışdırıb  gündə  üç  dəfə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
144 
qulunc olan yerə yaxmaq məsləhətdir. 
Aqillərin  inamına  görə:  boğaz  gələndə,  qovuşanda, 
udlaqda qızartı, iltihab kəskinləşəndə, əzgil yarpağını və zo-
ğunu qaynadıb, gündə yeməkdən əvvəl üç dəfə onun suyu ilə 
boğazı qarqara etmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  boğaz  gələndə,  qovuşanda 
gündə  yeməkdən  əvvəl  üç  dəfə  yabanı  yarpızı  dəmləyib, 
onun suyu ilə qarqara etmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  oynaq  ağrılarından,  yel  xəs-
təliyindən  əziyyət  çəkənlərə  çoxlu  kəklik  otu  dərib,  yün-
gülvarı  yaxaladıqdan sonra onu möhkəm qaynadıb, hər gün 
axşam-səhər  35-40  dəqiqə  vanna  suyunda  qəbul  etmək, 
vannadan sonra dəmləməsini içmək məsləhətdir. Bu üsulu il 
boyu  davam  etdirmək  olar.  Onun  üçün  kəklikotunu  may-
iyun aylarında dərib, kölgədə qurudub saxlamaq məsləhətdir. 
Aqillərin  inamına  görə:  adamlarda  ala  dəri  xəstəliyi 
əmələ  gələndə,  iki  il  müddətində  aşağıdakılara  əməl  etmək 
lazımdır: 
– Hər axşam bir il müddətində bir fincan noxudu inək 
südündə islağa qoyub səhər-səhər onu qovurub yemək. 
– Qabağı (kudu, boranı) hər səhər, axşam süd buğunda 
bişirib yemək. 
–  Əvəliyi  (yaş-quru)  qaynadıb,  acı  suyunu  sıxdıqdan 
sonra,  onu  qaynadıb,  hər  gün  səhər-səhər  və  axşam  bir 
fincan içmək. 
Sözsüz,  bu,  pis  xəstəlikdir.  El  təbabətində  buna  dəri 
yeyilməsi  deyilir.  Müalicəsi  çox  çətindir.  Yaxşı  olar  ki, 
xəstəliyin  sürətlə  yayılmaması  üçün  hər  gün  30-40  dəqiqə 
tütün-tənbəki  gövdəsini  yaş-yaş  üzərliklə  qaynadıb  vanna 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
145 
qəbul etmək də məsləhətdir. 
Aqillərin  inamına  görə:  səsi batan, xırıltı  ilə  danışan 
adamlara  yağlı  toyuq  ətindən  hazırlanmış  bir  qab  bulyonu, 
20-25 dəqiqə keçəndən sonra bir fincan təzə qaynanmış ilıq 
suda qəndi kəmşirin edib içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  arıq,  cələfsiz  adamların  kö-
kəlməsi  üçün  lobyanı  zeytun  yağı  ilə  bişirib  yemək  məslə-
hətdir. 
Aqillərin  inamına  görə:  sinəsində  möhkəm  xışıltı, 
bərk  öskürəyi  olan  adamlara  15-30  gün,  gündə  üç  dəfə  ye-
məkdən  əvvəl  nar  çiçəyini  dəmləyib  bir  çay  qaşığı  bal  ilə 
qarışdırıb içmək məsləhətdir. Bu xəstəliyə tutulanlara bir də 
dəymiş moruğu bal ilə qarışdırıb 15-20 gün yeməkdən əvvəl 
üç dəfə yemək məsləhətdir. 
Aqillərin inamına görə: mədə həzmindən əziyyət çə-
kənlərə yaz yağışının suyunu təmiz qaba yığıb sonra hər dəfə 
yeməkdən əvvəl həmin sudan bir fincan içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  bülbüllər  bağ-bağçada  səhə-
rəcən cəh-cəh vurub oxusa, bil ki, sabah göy üzü şəffaf, ay-
dın, buludsuz olacaq. 
Kəklikotunu qaynadıb qarqara etmək dilin ağırlaşması 
və keyləşməsinə yaxşı kömək edir. 
Kəklikotunu  çeynəyəndə  diş  dibini  möhkəmləşdirir, 
ağız boşluğundakı xoraları müalicə edir. 
Nanə  yarpağını dilə sürtdükdə xora  səpintilərinə  yaxşı 
təsir göstərir. 
Nar  çiçəyini  qaynadıb  ağız  boşluğunu  qarqara  etmək, 
dişin dibini bərkidir və qanaxmanı kəsir. 
Diş  ağrılarını  kəsmək  üçün  tutun  yarpaq  və  qabığını 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
146 
qaynadıb qarqara etmək yaxşı nəticə verir. 
Diş  ağrısını  kəsən  vasitələrdən  biri  də  qənd  yanığıdır. 
Bu  zaman  qəndi  od  üzərində  əridərək  ona  bir  qədər  dö-
yülmüş qara istiot qatır və sonra dişin oyuğuna qoyurlar. Bu 
üsul ağrıları kəsir. 
Diş  ağrısını  keyləşdirici  vasitə  kimi  batabat  toxumun-
dan da istifadə etmək yaxşı nəticə verir. 
Ürəyi xəstə olanlar çox duz və su işlətməkdən çəkinməli, 
müntəzəm olaraq limon və ya limon şirəsi işlətməlidirlər. 
Zəfəran ürəyi və mədəni qüvvətləndirir. 
Ürək  zəifliyi  zamanı  kök,  çuğundur,  başqa  tərəvəz  və 
göyərtilər işlətmək  
məsləhət görülür. 
Qızılgülün  suyunu  içmək  ürəyi  möhkəmləndirməklə 
yanaşı  ürək  döyüntüsünü  də  azaldır,  gülab  içmək  bütün  da-
xili orqanlar üçün faydalıdır. 
Ürək döyüntüsü üçün ən yaxşı dərman kərə yağı və be-
çə balı məsləhət görülür. 
Təngnəfəslikdə dəvə südü ən  yaxşı dərman hesab edi-
lir.  Buna  qarşı  müalicədə  heyva  şirəsi,  quru  əncir  suyu  və 
ilıq hala gətirilmiş üzüm sirkəsi də xüsusi qeyd edilməlidir. 
Xörəkdə darçın işlətmək nəfəs yolunu genişləndirir. 
Ürəkkeçmə zamanı süsən iyləmək məsləhətdir. 
Ürəkkeçmə  zamanı  turş  narı  sıxıb,  yarısı  qədər  şəkər 
qataraq, süzgəcdən keçirib istifadə etmək məsləhətdir. 
Ürəkkeçmədə bal şərbəti içmək məsqədəuyğundur. 
Qanazlığı  üzüm  və  üzüm  şirəsi  işlətməklə  müalicə 
olunur. 
Qanazlığı  olanlara  çiyələk  vaxtı  hər  gün  300-500  qr 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə