Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə35/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   31   32   33   34   35   36   37   38   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
134 
keçən olar. Savadlı, elmli olar. Ahıllığında yaşadığı el-obanın 
aqil müdriyi olar. Hamı onun məsləhət-məşvərəti ilə razılaşar. 
Aqillərin  inamına  görə:  Novruzda  il  təhvil  olarkən, 
ilk dəfə hamilə olan gəlin axar sudan gətirilmiş bir cam pak 
suyu  götürüb  əkin-səpinə,  bağ-bağçaya  çıxsa,  əl-üzünü  yu-
yub saçına vursa, başına daraq çəksə, pak suyu niyyət tutub 
çiləsə, niyyəti baş tutar, əkin-səpin bol, bağ-bağça barlı olar. 
Gəlinin ilk niyyəti də qəbul olunar, arzu-istəyinə çatar. 
Aqillərin  inamına  görə:  kim  Novruzda  il  təhvil  olu-
nanda, axar sudan bir cam pak su götürüb yurd salacağı, yeni 
tikəcəyi  evin  yerində  həmin  anda  –  saat  on  iki  radələrində 
bel  sancıb  ev  yerinə  pak  su  çiləsə,  bir  ovuc  taxıl  (buğda, 
arpa,  qarğıdalı,  duyü,  darı)  səpsə  və  ürəyində  niyyət  tutsa, 
niyyəti  qəbul  olunar,  tikdiyi  ev  uğurlu  olar.  Ö  evdə  həmişə 
əmin-amanlıq olar. 
Aqillərin inamına görə: Novruzda il təhvil olunarkən 
dünyasını dəyişən adam ən xoşbəxt adam sayılır. O adamdan 
sorğu-sual olmur. Belə adamlar cənnətlik olur. 
Aqillərin inamına görə: kim Novruzda il təhvil olan-
da, pak sudan bir qab götürüb saat on iki radələrində göyər-
dilmiş  səmənini  əkin-səpin  yerində  basdırsa,  üzərinə  su 
çiləyib,  pak  suda  əl-üzünü  yuyarsa,  o  adamın  ömrü  uzun, 
əkin-səpini bərəkətli, sağlam, gümrah olar. 
Aqillərin  inamına  görə: kim il təhvil olanda axar su, 
bu-laq  başında  oturub  əlində  səməni,  yanında  yandırılmış 
şam,  göy  xallı  atını  görüb,  salamlaşsa,  o  adam  ölməzləşər. 
Sifəti  nurlu  olar.  Kimə  xeyir-dua  versə,  arzu-istəyi  uğurlu 
olar. Belə adamın alqışı-alqış, qarğışı-qarğış olar. 
Aqillərin  inamına  görə:  bədnəzər  pis,  xəbis,  qara-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
135 
niyyətli adam il təhvil olarkən, qonşusunun əkin-səpin, bağ-
bağçasından bir ovuc torpaq götürüb, ocaqda qovurub əkin-
səpin, bağ-bağçaya səpərsə, o yer barsız-bəhrəsiz, bərəkətsiz 
olar. Belə hallarda aqillərin inamına görə: həmin bağ-bağça, 
əkin səpin sahibi sonrakı ildə, il təhvil olanda, axar sudan bir 
cam  su  götürüb  bağ-bağçaya,  əkin-səpin  yerinə  çiləsə,  şər 
adamın  pis  niyyəti  gözündə  qalar.  Torpaq,  bağ-bağça 
sahibinin bərəkəti, barı artıq olar. 
Aqillərin inamına görə: hansı evin qarşısında öz-özü-
nə  dağdağan,  saqqız,  xan  çinar,  əncir,  qarağac,  nar,  alma 
ağacı bitərsə, o ev ocaq sayılar. O ailəyə bədnəzər, dəyməz, 
o ev bərəkətli olar. 
Aqillərin inamına görə: kim dağdağan, saqqız, əncir, 
xan  çinar  ağaclarını  kəsib  ocağında  yandırsa,  o  ailənin  öv-
ladları xoşbəxt olmaz, xəstə olar, uğuru üzünə gülməz, ailə-
dən  tez-tez  ölü  çıxar.  Başı  yasdan  açılmaz.  Evdə  bərəkət 
olmaz, borc-xərcdən başı açılmaz. 
Aqillərin inamına görə: kimin uğuruna yalquzaq (boz 
qurd)  çıxarsa,  ona  salam  verib  uğur  diləsə,  o  şəxsin  çıxdığı 
uğur uğurlu olar. İstək-arzusu, niyyəti baş tutar. 
Aqillərin  inamına  görə: kim uzun ömürlü ağac əkər-
sə, o nəslin övladlarının da ömrü uzun olar. 
Aqillərin  inamına  görə:  kim  ocaq  ağaclara  axşam-
səhər baş əyib, salam versə, uğuru xeyir tapar. 
Aqillərin  inamına  görə:  kim  dağdağan,  qarağac,  sö-
yüd, xan çinar, zoğal, tut, nar, göyrüş (vən), cökə, alma, ar-
mud,  şam  ağaclarının  kölgəsində  yatsa,  yuxusu  şirin  olar. 
Kim  əncir,  cəviz  (qoz),  fındıq  ağaclarının  kölgəsində  yatsa, 
yuxudan qalxanda başı ağrıyar, özünü yaxşı hiss etməz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
136 
Aqillərin  inamına  görə:  hansı  heyvanın  boynuna, 
buynuzuna  yalquzaq  dişi  asılarsa,  o  heyvana  göz  dəyməz, 
südü çox və yağlı olar. Buynuzunda, boynunda yalquzaq dişi 
asılan inəyə, qoyuna, keçiyə, camışa, ata qurd toxunmaz. 
Aqillərin  inamına  görə:  hansı  evin  qapısının  astana-
sında, doqqazında, qoyun sürüsünün, qoyun yatağının ağzın-
da qoç buynuzu qoyularsa o ailəyə, onun sürüsünə, mal-qa-
rasına bədnəzər toxunmaz. Sürüsünün, mal-qarasının damaz-
lığı artar, pis gözdən, pis sözdən iraq olar. 
Aqillərin inamına görə: Novruzun axır çərşənbəsində 
kim  niyyət  edib  başına  üç  dəfə  duz  dolandırıb  yanar  ocaq 
üstə  səpsə,  o  adamın  niyyəti  yerinə  yetər,  ona  göz  dəyməz, 
pis söz, pis gözdən uzaq olar. 
Aqillərin inamına  görə: Novruzun son çərşənbəsində 
il  təhvil  olarkən,  anadan  olan  uşağın  anası-nənəsi,  atası-ba-
bası (ancaq bu adları çəkilən adamlardan biri) onun qulağına 
nə  pıçıldasa,  Allahın  adını  çağırıb  nə  niyyət-arzu  diləsə,  o 
uşağa arzu edilən niyyət başa çatar, uğurlu olar. 
Aqillərin inamına görə: dəvətikanının kök, zoğ, çiçək 
qarışığı  dəmləməsi  sətəlcəmin,  qançırın,  bəlğəmin,  soyuq-
dəymənin ən yaxşı müalicə üsuludur. Bu xəstəlikdən əziyyət 
çəkənlərə 10-15 gün, hər dəfə yeməkdən əvvəl, gündə üç də-
fə  bir  fincan  dəvətikanını  dəmləyib  içmək  məsləhətdir.  Də-
vətikanını  kölgədə  qurudub  ilboyu  da  istifadə  etmək  olar 
(müalicə əhəmiyyətini itirmir); 
Aqillərin  inamına  görə:  şəkər  xəstəliyindən  əziyyət 
çəkənlərə  palıd  qozasını  yığıb  möhkəm  qurutduqdan  sonra, 
onu əl kirkirəsində çəkib, narın tozunu 20-25 gün, gündə üç 
dəfə yeməkdən əvvəl bir çay qaşığı qəbul etmək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə