Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə31/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   27   28   29   30   31   32   33   34   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
120 
dər, şərəfsiz ölüm dalınca getməz. 
Aqillərin inamına görə: kişi gözlərinə inanar, hər ye-
təndən eşitdiyi sözlərə inanmaz. 
Aqillərin inamına görə: Allaha, peyğəmbərə, Qurana, 
qibləyə inamsız olan, imansız olar (ölər). 
Aqillərin  inamına  görə: elmə zalım olandan alim ol-
maz. 
Aqillərin inamına görə: tamahına təh deməyən, halalı 
söyər, haram yeyər, hamıya böhtan deyər. 
Aqillərin  inamına  görə:  ayaqqabını,  corabmı  taykeş, 
tərs geyinənin uğuru xeyir tapmaz, işi tərsinə dönər. 
Aqillərin inamına görə: oruc tutan, namaz qılan azar-
bezarsız yüzü haqlayar. 
Aqillərin  inamına  görə:  bütün  fəsillərdə  ağsoğlaq, 
sarımsaqlı  sıxma pencər, tünd sarımsaqlı xəngəl, başayaq,  sa-
rımsaqlı qatıq, sarımsaq turşusu-tutması yeyən adamın göz na-
hiyəsində  qızartı  olmaz,  dişləri,  diş  yuvaqlarının  əti  şişməz, 
ağrımaz, ağız nahiyəsində xora, səpinti olmaz, mədə-bağırsağ-
da  qurd  olmaz,  yaman-şiş  (xərçəng)  xəstəliyinə  tutmaz.  Dır-
naqları qırılmaz, iştahası, görmə qabiliyyəti artar, canı sağlam 
olar, boy vəziləri inkişaf edər, saçı gec ağarar, tez tökülməz. 
Aqillərin inamına görə: murdar olmuş ət yeyən adamı 
qurdeşənək (etzema) tutar. 
Aqillərin  inamına  görə:  baş  saçında  bit,  sirkə,  sinək 
olanın  başını  bir  həftə,  gündə  bir  dəfə  çuğundur  suyu  ilə 
yuyub-daramaq məsləhətdir. 
Aqillərin  inamına  görə:  saç  dibinin  möhkəm  olması 
üçün üç gündən bir gicitkəni qaynadıb, suyu ilə başı  yumaq 
məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
121 
Aqillərin  inamına  görə:  saçın  uzun  müddət  qara 
qalması,  ağarmaması  üçün  qatıq-ayranla  saçı  üç  gündən  bir 
yumaq məsləhətdir. 
Aqillərin  inamına  görə:  ananın  südü  halal  olanda, 
övladının dolanışı cah-calal olar. 
Aqillərin  inamına  görə:  ananın  südü  haram  olanda, 
övladının ürəyi vərəm olar. 
Aqillərin  inamına  görə: anaya əl qaldıran, üzərinə el 
qaldırar. 
Aqillərin  inamına  görə: ata-anasını söyən övlad, ata-
ana olanda peşman olub başına döyər. 
Aqillərin  inamına  görə:  ata-anasını  yerli-yersiz  mə-
yus edən övlad, dəyyus olar. 
Aqillərin  inamına  görə:  ailədə,  cəmiyyətdə  ilahi  ix-
tiyar sahibi olan ananın övladı bəxtiyar olar. 
Aqillərin  inamına  görə:  qadın  ərini  bəy,  övladlarını 
öy edər. 
Aqillərin  inamına  görə:  ailədə  nikahı  olmayan  qadı-
nın gördüyü hər iş günahdır. 
Aqillərin  inamına  görə:  qadın  ev-eşikdə  qoçaq  olsa, 
əri evdən qaçaq olmaz. 
Aqillərin inamına görə: yaxşı ər-arvad halal zəhmətlə 
yaşayar, pis ər-arvad tənə-töhmətlə. 
Aqillərin  inamına  görə:  yaxşı  ər-arvad  ailədə  bir-
birinə yoldaş-sirdaş olmalıdır. 
Aqillərin inamına görə: ər-arvad ailədə bir-birilə xoş-
rəftar olmasa, ailə üzvləri bir-birilə bədrəftar olar. 
Aqillərin  inamına  görə:  qadın-ana  cəmiyyətin  dərs 
kitabıdır, tənə-tərs kitabı deyildir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
122 
Aqillərin  inamına  görə:  başmağı  cüt  olmayan  qadı-
nın, kündəsi küt olar. 
Aqillərin inamına görə: ana qədrini bilməyənin, məh-
şər gününə qədər üzü gülməz. 
Aqillərin  inamına  görə:  qadın  ərinin  başına  gül  də 
tökə bilər, kül də. 
Aqillərin  inamına  görə:  süfrə  başında  əlini  çörəyə 
uzadan bismillah" deyərsə, işi avand olar. 
Aqillərin inamına görə: ağıllı adam ailəsini dolandır-
maq üçün qəpik-quruşa çalışar, axmaq-ağılsız adam çəpiyə. 
Aqillərin  inamına  görə:  hər  deyilən  sözə  inanan,  el-
obada qınanar. 
Aqillərin  inamına  görə:  həqiqət  harada,  ədəb-ərkan, 
ləyaqət də orada. 
Aqillərin  inamına  görə:  insan  dünyanın  gəlimli,  ge-
dimli,  son ucu ölümlü olduğunu  bilsə də,  yenə də tikir-qurur, 
tikdiyi abidələr gələcək nəsillər üçün əvəzsiz töhfə kimi durur. 
Aqillərin inamına görə: sərxoşluğa qoşulub içki içən, 
var-dövlətinin, ismət-qeyrətinin başından keçər. 
Aqillərin  inamına  görə:  yaxşı  qadın  evin  istisi,  pis 
qadın göz tökən tüstüsüdür. 
Aqillərin  inamına  görə:  ananın  baş  ləçəyi,  ağbirçəyi 
müqəddəsdir, qan yatızdırar. 
Aqillərin inamına görə: ağbirçək baş şalını, ağsaqqal 
çəliyini ən ağır döyüşdə, dava-dalaşda qan töküləndə, ortaya 
– tərəflərin ayağı altma atarsa, mütləq hər şey sülh ilə bitər. 
Nə şalın, nə çəliyin üzərindən addamazlar, tapdalamazlar. 
Aqillərin  inamına  görə: kim əncir, xan çinar  ağacla-
rını  ocaqda  yandırarsa,  onun  uğuru  xeyir  tapmaz,  çörəyinin 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
123 
bərəkəti  olmaz,  ailə  qan-qarğışa  səbəb  olar.  Ailədə  yeddi 
arxadan  dolananın  biri  mütləq  kor  olar.  Bu  ağaclar  elat 
aqillərinin təsəvvüründə ocaq – müqəddəs sayılır. 
Aqillərin  inamına  görə: kəskin sinə, oynaq ağrıların-
dan,  qan  təzyiqi  yuxarı  olub,  əziyyət  çəkənlərə,  görmə  qa-
biliyyəti  zəif  olanlara,  tez-tez  ürək  döyüntülərindən  əziyyət 
çəkənlərə  1  kq  qoz  ləpəsini,  1  kq  bal,  1  qram  zəfəran,  0,5 
qram  sarı-kök,  hil,  mixək  və  3-4  hind  qozunu  əzib  yarım 
stəkan  qaynadılmış  suda  qarışdırıb  hər  gün  (15-20  gün) 
səhər-səhər  acqarına  bir  qaşıq  udmaq  məsləhətdir.  Bu  həm 
də qadın və kişiləri fizioloji cəhətdən aktivləşdirir. 
Aqillərin  inamına  görə:  24  ədəd  limonu,  200  qram 
sarımsağı  ətçəkən  maşından  keçirməli  (qədimlərdə  bu  hə-
vəngdəstə  ilə  döyülərdi),  sonra  onu  iri  bankaya  doldurmalı, 
ağzını  qapayıb  qara  parçaya  bükməli,  soyuducunun  alt 
gözündə  10  gün  saxlamalı,  hər  gün  səhər-səhər  acqarına 
ondan  bir  çay  qaşığı  udmalı.  Bu  şiş-xərçəng-yaman,  daxili 
hillət,  oynaq  (qol-qıç,  əl-ayaq  bel)  ağrılarını,  həddən  çox 
piylənməni müalicə edir və qarşısını alır. Qadın və kişilərdə 
fizioloji aktivliyi artırır. 
Aqillərin inamına görə: yel xəstəliyindən, oynaqların-
da  küt  ağrılar,  sızıntılar  olan,  ürək  döyüntülərindən  əziyyət 
çəkənlərə  məsləhətdir  ki,  alma  sirkəsini  adi  qaynanmış 
soyuq  su ilə qarışdırıb hər gün (10 gün)  yeməkdən qabaq 1 
stəkana  10  çay  qaşığı,  sonra  (10-15  gün)  isə  alma  sirkəsi 
olan 1 stəkana 5 çay qaşığı qarışdırıb içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  yarım  litr  arağı  tən  yarı  bö-
lüb, onun qalan yarımçığını sarımsaq dişlərini tən yarı bölüb 
ağzına qədər doldurub, normal otaq havası şəraitində 21 gün 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə