Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə33/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
128 
ağrılar, qızartılar və şiş olan xəstələrə hər axşam bir  yumur-
tanın ağını gülabla qarışdırıb tənziflə gözün üstünə qoymaq 
məsləhətdir. Bu, ağrıların azalmasına, gözün tez sağalmasına 
kömək edir. Müalicə azı 10 gün davam etdirilməlidir. 
Aqillərin  inamına  görə:  ağzında  yara  olan  adamlara 
hər gün, axşam-səhər təzə sağılmış çiy süd ilə qarqara etmək 
məsləhətdir. 
Aqillərin  inamına  görə:  ağzından  pis  qoxu  gələn 
adamlara  hər  gün  (bir  ay  müddətində)  yeməkdən  əvvəl  üç 
ədəd şax (ağ) tut yarpağı çeynəmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  cılız,  arıq  uşaq  və  yaşlı 
adamlara az duz vurulmuş lobyanı zeytun  yağı ilə qaynadıb 
yemək məsləhətdir. Bu, bədəni gümrahlaşdırır və kökəldir. 
Aqillərin  inamına  görə:  mədə  soyuqlamasından,  göy-
öskürəkdən, qanlı bəlğəmdən əziyyət çəkən xəstələrə zəncəfili 
balla  qarışdırıb  hər  axşam-səhər  bir  çay  qaşığı  udmaq  məs-
ləhətdir. Bu, əhvali-ruhiyyəni yüksəldir. Həzmi də asanlaşdırır. 
Aqillərin inamına görə: zökəm olan və mədə-bağırsaq 
ağrılarından əziyyət çəkən xəstələr axşam-səhər armud yemək 
məsləhətdir. Bu, xəstəni sağaldır, mədəni qüvvətləndirir. 
Aqillərin  inamına  görə:  ürəyi  ağrıyan,  ürəkdöyüntü-
ləri çox olan xəstələrə innabı kəklikotu ilə birlikdə dəmləyib 
hər  dəfə  yeməkdən  əvvəl  bir  fincan  içmək  məsləhətdir. 
Müalicə olduqca əhəmiyyətlidir. 
Aqillərin  inamına  görə:  iflic  olan,  göyöskürəyə  və 
bəlğəmə  tutulan  oynaq  və  bel  ağrılarından  əziyyət  çəkən 
xəstələrə çoxlu xurma yemək məsləhətdir. 
Aqillərin inamına görə: ürək ağrısı, ürəkdöyüntüsü və 
yel  xəstəliyindən  əziyyət  çəkənlərə  reyhanı  şəkər  və  ya  bal 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
129 
ilə qarışdırıb 20-25 gün, gündə 30 qram içmək  məsləhətdir. 
Müalicə əhəmiyyəti olduqca böyükdür. 
Aqillərin  inamına  görə:  saç  töküldükdə,  yumurtanın 
ağını ayı qanı ilə həll edib bir müddət axşamlar yatanda başa 
yaxmaq  məsləhətdir.  Bu  qəbil  müalicə  üsulu  həm  də  başa 
təzə tük gətirir. 
Aqillərin  inamına  görə:  qərənfili  dəmləyib,  hər  gün 
üç  dəfə,  yeməkdən  əvvəl  içmək  yaddaşı,  hafizəni  möhkəm-
ləndirir. 
Aqillərin inamına görə: oxlovla döyülən uşağın ömrü 
qısa olar. 
Aqillərin  inamına  görə:  əzilmiş  xəstələrə  10-15  gün 
axşamlar  çiy  kartofu  əzib  əzilən  yerin  üstünə  təpitmə  qoy-
maq məsləhətdir. 
Aqillərin  inamına  görə:  ilan  olan  evə  bədnəzər 
toxunmaz. O evdə bərəkət çox olar. 
Aqillərin  inamına  görə:  sarımsağı  həyətdə  əkmək 
məsləhət  deyil.  O  evin  ailə  üzvləri  arasında  dedi-qodu,  in-
ciklik,  umu-küsü  olar.  Ailədə  hamı  bir-biri  ilə  acı  danışar. 
Sarımsağı həyətdən bir qədər kənarda əkmək məsləhətdir. 
Aqillərin  inamına  görə: mədə qıcqırması olan adam-
lara, 10 gün gündə 3 dəfə, yeməkdən əvvəl turşəng, quzuqu-
lağı və ya təzə kələm yemək məsləhətdir. 
Aqillərin  inamına  görə:  təngnəfəs olan adamlara 15-
20 gün balqabaq xəşili yemək məsləhətdir. 
Aqillərin  inamına  görə:  qız  gəlin  köçəndə,  dilinin 
altına  noğul  qoyurlar  ki,  o,  getdiyi  ailə  və  həyat  yoldaşı  ilə 
dolansın. 
Aqillərin inamına görə: böyrəyində daş olan xəstələrə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
130 
bir limonla iki dəstə şüyüdü əvvəl ət çəkən maşından keçirib, 
süzdükdən sonra iki həftə, hər gün yeməkdən əvvəl üç dəfə, 
bir xörək qaşığı şirəsini içmək məsləhətdir. 
Aqillərin inamına görə: moruq (böyürtkən) çox dərdin 
dərmanıdır;  gözün  görmə  qabiliyyətini  artırır,  babasil  xəs-
təliyinin  sağalmasına  kömək  edir;  böyürtkən  kökünü  dəm-
ləyib içmək öd kisəsində, böyrəklərdə olan daşın tökülməsinə 
kömək edir, saçların ağarmasının qarşısını alır, yemək zamanı 
həzmi asanlaşdırır, insanlarda xoş əhvali-ruhiyyə yaradır. 
Aqillərin inamına görə: ağzında yara olan və diş ağrı-
sından əziyyət çəkən xəstələrə hər gün, yeməkdən əvvəl ağ-
zını sarımsaq şirəsi ilə üç dəfə qarqara etmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  hər  kəs  uşaqlıqdan  başla-
yaraq  yenicə  sağılan  süddən  axşam-səhər  bir  fincan  içsə, 
ömrü  uzun,  dişləri  sağlam,  sifəti  şəffaf,  əhvali-ruhiyyəsi 
yaxşı, özü gümrah olar. 
Aqillərin inamına görə: bərk soyuqlayan, qançır olan, 
göyöskürəyə  tutulan,  sinəsində  güclü  bəlğəm  olan  xəstələrə 
10-15 gün  təzəcə açmış nar çiçəyini dəmləyib  bal ilə qarış-
dırıb, hər gün yeməkdən qabaq bir fincan içmək məsləhətdir. 
Aqillərin inamına görə: təngnəfəs olan xəstələrə badam 
yağmı bal, süsən kökü, mum və gülab ilə qarışdıraraq dəmləyib 
içirtmək  məsləhətdir.  Bu  cür  müalicəni  20-25  gün  ardıcıl 
davam etdirmək, xəstəliyin aradan qalxmasına kömək edir. 
Aqillərin  inamına  görə:  boğazı  gələn  adamlara  tut 
ağacının  yarpağını  dəmləyib,  bir  həftə,  hər  gün  yeməkdən 
əvvəl qarqara etmək məsləhətdir və  yarpağın özünü isə isti-
isti tənzifə (cunaya) büküb boğazına bağlamalı. 
Aqillərin inamına görə: dişin əti şişərsə, ağız nahiyə-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə