Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə27/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   23   24   25   26   27   28   29   30   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
103 
edib, günah işlədib. 
Ələyi  (xəlbiri,  şadaranı)  boş  ələməzlər,  əks  halda  o 
ailədə (el-obada) aclıq, qıtlıq olar, xeyir-bərəkət olmaz. 
Bazarda  alqı-satqıda  müştərinin  bilərəkdən  aldadan, 
ziyana düşər, öləndə çətin can verər. 
Yol azan qəribə, yol göstərməyənin uğuru xeyir olmaz. 
Təzə gəlin evdən oğurluq edərsə və  ya oğurluq ət, xö-
rək,  mer-meyvə  yeyərsə,  doğduğu  övlad  böyüyəndə  oğru 
olar. 
Ocaq yanarkən köyrüyərsə, kimsə o evin pisinə, bədinə 
danışar.  Belə  halda  ocaqda  göyrüyən  yerə  duz  səpərlər  və 
"öz başını yesin" deyərlər. 
Evdə  bişən çörəyin ilkini qonşuya  verməzlər, əks hal-
da, evin bərəkətini vermiş olar. 
Çörəyin, xörəyin, suyun ilkini uğura çıxana verməzlər, 
əks halda, uğura çıxanın uğuru xeyir tapmaz. 
Uşağa  adı  ailədə  (oba-oymaqda)  ən  ağıllı,  düz,  təmiz-
kar adam qoyar. Əgər əliəyri, oğru, namərd, tənbəl adam adı 
qoyarsa, uşaq böyüyəndə mütləq adını qoyana oxşayar. 
Hamilə qadını əzizləyib, onunla xoş rəftar edərlər. Ha-
milə  qadını  incidib,  əsəbiləşdirməzlər.  Onun  qarğışı-qarğış, 
alqışı-alqış olar. 
Gəlin uşağa qalan vaxt camış qatığı yeyərsə, uşaq vax-
tından  gec  anadan  olar.  O  uşaq  gec  danışar,  gec  iməkləyər, 
gec yeriyər. 
Zahı  qadının  qarğışı  pis  olar.  Qarğış  olunanın  uğuru 
xeyir tapmaz. 
Hamilə qadın ilk hamiləlik dövründə yuxusunda çinar, 
qoz,  sərv,  alma,  əncir  ağacı  görərsə  qızı  olar.  Palıd,  dağda-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
104 
ğan, saqqız, qarağac ağacı görərsə, oğlu olar. 
Hamilə  qadın  yuxuda  qoyun,  inək,  ayı  görərsə  uşağı 
böyüyəndə tənbəl, yatağan, təkə, at, canavar, it və s. görərsə 
uşağı diribaş, qoçaq, çevik olar. 
Baharda  zoğal,  çinar,  tut,  üzüm,  alma,  armud,  əncir, 
saqqız,  qarağac,  nar,  dağdağan  kimi  müqəddəs  ağacları 
kəsənin  ailədə  ən  əziz  övladı  ya  ömürlük  şikəst  olar,  ya  da 
ölər. 
Kim  ilin  son  çərşənbə  günü  saat  12  radələrində  axar 
suda  çimərsə,  əl-üzünü  yuyarsa,  bir  ovuc  su  içərsə,  onun 
uğuru xeyir tapar, ömrü uzun olar. 
Hamilə  qadın  Novruz  bayramının  son  çərşənbəsində 
qonşudan  üç  qapını  pusduqda,  hər  üç  qapıdan  ilk  dəfə  kişi 
səsi eşitsə oğlu, qadın səsi eşitsə qızı olar. 
Kim  Novruz  bayramının  son  çərşənbəsində  hamilə 
qadına,  ağır  xəstəyə  qulluq  göstərərsə  onun  uğuru  xeyir, 
günü ağ, ömrü uzun olar. Şərdən-xətadan uzaq olar. 
Novruz bayramının çərşənbəsində yerə qaynar su tökə-
nin, çırağı, şamı üfürüb keçirənin uğuru xeyir tapmaz. 
Ocağı,  suyu,  duzu,  çörəyi,  unu  murdarlamaq  olmaz. 
Əks halda, adamın uğuru xeyir tapmaz, evində bərəkətə həs-
rət qalar. 
Uşaq  anadan  olanda  qırxına  qədər  adı  qoyulmasa,  o 
uşaq-yalançı olar. Qohum-əqrəbasına bədbəxtlik gətirər.  
Gəlin hamilə vaxtı yuxuda qaynanasını, baldızmı, ana-
sını görərsə qızı olar. Atasını, qaynatasını, qardaşını, qaynını 
görərsə oğlu olar. 
Gəlin hamilə vaxtı erkək sürü içinə girərsə oğlu, qoyun 
sürüsünün içinə girərsə qızı olar. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
105 
Gəlin  hamilə  vaxtı  təndirə  (saca)  baxarsa  qızı  olar. 
Qızınin bəxti-yığvalı açıq olar, getdiyi ev bərəkətli olar. 
Səfərə  çıxanın  qarşısına  keçəl,  kosa,  sonsuz  adam  çı-
xarsa, uğura çıxan  səfərindən xeyir görməz,  əliboş, üzüqara 
qayıdar. 
Səfərə çıxarkən qarşıya pişik çıxarsa, xata-baladan so-
vuşmaq  üçün  üç  dəfə  fırlanıb  dabana  tüpürürlər  ki,  uğuru 
xeyirli olsun. 
Səfərə  yıxanın qarşısına acgöz, tamahkar çıxarsa, uğu-
ru xeyir tapmaz, bədbəxtliyə düçar olar. 
Səfərə çıxanın qarşısına ailənin ilk uşağı çıxarsa, uğuru 
xeyirli olar. 
Səfərə  çıxanın  qarşısına  bərəkət  (taxıl  zəmisi),  su  çı-
xarsa uğuru xeyirli olar. 
Səfərə çıxanın qarşısına it, tülkü, canavar çıxarsa, uğu-
ru xeyirli olar. Dovşan, pişik çıxarsa bədbəxtlik tapar. 
Səfərə  çıxanın  qarşısına  aşıq  çıxarsa,  uğuru  xeyirli 
olar. 
Nəzəri  olan  adam  uğura  çıxanın  arxasınca  diqqətlə 
baxarsa  onu  murdarlamaq  lazımdır  ki,  gözü  uğurda  olana 
bədbəxtlik gətirməsin. 
Yayda  çöldə  yatarkən,  cibinə  soğan-sarımsaq  qoyan 
adamı ilan çalmaz. 
Cibində qəlyan, tənbəki kisəsi olan adamı ilan çalmaz. 
Bostanın  ilk  məhsulunu  müdrik,  təmizkar,  xeyirxah, 
ağsaqqala  dərdirərlər  ki,  bostan  məhsulu  bol,  bazarlığı 
uğurlu olsun. 
Yeri  şumlayarkən,  toxumu  səpərkən,  taxılı  biçərkən 
ağsaqqal,  ağzıdualı  müdrikə  iş  gördürərlər  ki,  məhsul  bol, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
106 
bərəkətli olsun. 
Məhsulun ilkini nə satmazlar, nə də özgəyə verməzlər. 
Xırmana ulaq bağlamazlar, yoxsa xeyir-bərəkət yox olar. 
Pişiyi  yatanda  vurmazlar,  oyatmazlar,  əks  halda  ada-
mın uğuru xeyir tapmaz. 
Hamilə  qadının  ürəyi  alma,  nar,  pomidor,  quzuqulağı, 
turşu, zoğal istəyərsə qızı olar. 
Hamilə qadın evdə-çöldə, işgüzar olarsa uşağı  da cəld 
və təmizkar olar. 
Ailədə  oğlan  uşağı  olduqda,  adları  bir-birinə  uyğun 
qoyularsa,  sonra  gedən  uşaq  da  oğlan  olar.  Qızın  adını  da 
əvvəlki qızın adına uyğun qoymazlar ki, sonra  gələn də qız 
olar. 
Heyvanı müdrik, təmiz adama kəsdirərlər. Cümə günü 
qoyun  qırxılmaz,  ağıldan  (pəyədən)  heyvan  çıxarılmaz,  şər 
qarışanda  bıçaq  itiləməzlər.  Əgər  bu  deyilənlərə  əməl 
edilməzsə, heyvan ölər, murdar olar. 
Heyvanın  qulağı  eşidə-eşidə  yanında  onu  satmaq, 
almaq  haqda  danışılmaz.  Əks  halda,  müştərinin  pulundan 
xeyir görülməz. 
Sürü-naxır  yanından  keçərkən  salam  verib  deyirlər: 
"Bərəkətli olsun", "Damazlığı artıq olsun". 
Heyvan  qapıda,  örüşdə,  pəyədə  mələyərkən  qarğış  et-
mək günahdır. 
Şər qarışanda həyətdə at ayağını aramsız yerə döyərsə, 
it ulayarsa, xoruz banlayarsa evdən adam ölər. 
Oğlandan  sonra  qız  doğularsa,  o  qızın  ayağı  uğurlu 
olar, düşdüyü ailəyə xoşbəxtlik gətirər. 
Ailədə  ev-eşiyə,  mal-qaraya  göz  dəyməsin  deyə  evin 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə