Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə26/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   22   23   24   25   26   27   28   29   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
99 
kaya yığmaq, sərin yerdə saxlamaq və 20-25 gün yeməkdən 
əvvəl, gündə üç dəfə yarım fincan içmək məsləhətdir. 
İnama görə: ürək ağrısından, köpdən, qaz yığılmasın-
dan əziyyət çəkən xəstələrə yarpızı, nanəni qaynadıb suyuna 
tənzifdən keçirib bankaya  yığmaq,  soyuduqdan  sonra 10-15 
gün  yeməkdən əvvəl gündə üç dəfə, bir fincan  qəbul etmək 
məsləhətdir. 
İnama görə: vərəm xəstəliyinə tutulan xəstələrə 20-25 
gün nar çiçəyini dəmləyib bir fincan yeməkdən əvvəl gündə 
üç dəfə içmək məsləhətdir. 
İnama  görə:  qızıl  yeldən  əziyyət  çəkən  xəstələrə  20-
25 gün zirinc şirəsindən, mürəbbəsindən istifadə etmək məs-
ləhətdir. 
İnama görə: şəkər xəstəliyi olanlara əzgil ağacının kö-
künü dəmləyib 20-25 gün yeməkdən əvvəl gündə üç dəfə bir 
fincan içmək məsləhətdir. 
İnama  görə:  ayağı  tez-tez  tərləyən  pis  qoxu  verən 
şəxslərə 15-20 gün dəvətikanı və qırxbuğum bitkilərini qay-
nadıb suyunda ayağı 30-35 dəqiqə vanna etmək məsləhətdir. 
İnama  görə:  ağzında  xora,  səpinti  olan  adamlara  ye-
məkdən  qabaq  hər  gün  gündə  üç  dəfə  tut  yarpağını  çey-
nəmək məsləhətdir. 
İnama görə: qəbzlikdən əziyyət çəkən xəstələrə 15-20 
gün pərpətöyünü qaynadıb, şüşə bankalarda sərin yerdə sax-
layıb, hər gün  yeməkdən əvvəl gündə üç dəfə bir fincan iç-
mək məsləhətdir. Bu üsul bağırsaqlarda olan qurdları tökür, 
bağırsaq boşluğunu yumşaldır, ifrazetməni asanlaşdırır. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
100 
İNAM VƏ ETİQADLARA AİD DEYİMLƏR 
 
Gəlin  ilk  dəfə  hamilə  olanda,  əlinə  iynə,  sap,  yumaq, 
güzgü, daraq, qayçı alarsa ilki qız, bıçaq, çəngəl dəhrə, yaba 
balta, oraq, kərənti alarsa, oğlu olar. 
Gəlin  (qadın)  hamilə  olarkən  aya  baxarsa  oğlu,  günə 
baxarsa qızı olar. 
Gəlin  (qadın)  uşağı  olanda,  ilk  südünü  sağıb  uşağının 
üzünə yaxsa o uşaq dünyanın ən gözəli olar. 
Gəlinin ilk uşağının bələyindən bir parça əski, uşağı ol-
mayan qadının başının altına və ya qarın nahiyəsinə qoyulsa, 
onun uşağı olar. 
Uşağı  olmayan  gəlinə  çoxuşaqlı  ananın  ilk  paltarmı 
geydirsən, uşağa qalar. 
Uşağı olmayan gəlinin təzə ərə gedən gəlinə yengə ol-
ması məsləhət deyil. Əks halda təzəgəlinin də uşağı olmaz. 
Toy gecəsi təzə gəlin, bəy uzanarkən əllərini boynunun 
arxasında çarpazlasalar baxtları bağlanır, uşaqları olmaz. 
Təzəgəlin evə gəldikdən sonra əli qoynunda ot yol çə-
kərsə, o evə bədbəxtlik gələr. 
Təzə gəlin evə gəldikdən sonra baş və şəhadət barma-
ğını  çənə  və  alt  dodağına  dayamağa  adət  edərsə,  o  ailəyə 
bədbəxtlik üz verər. 
Təzə  gəlin  evə  gəldikdən  sonra  tez-tez  əsnəsə,  o  ev 
(ailə) həmişə kasıb olar, ehtiyac içərisində yaşayar. 
Toy gecəsi gəlinin (və  ya bəyin) ilk tikəsi əlindən dü-
şərsə bədbəxtlik, səhər düşərsə xoşbəxtlik gətirər. 
Körpə uşağın yüyrüyünün (beşiyinin, nənnisinin) altına 
soğan,  sarımsaq  qoyularsa,  o  uşağın  böyüyəndə  ağzı  pis 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
101 
qoxuyar.  Beşiyinin  altına  bibər  (acı  şey)  qoyularsa,  o  uşaq 
böyüyəndə  acıdil,  şirin  şey  qoyularsa,  dili,  danışığı,  sözü, 
söhbəti şirin olar. 
Gəlin  ilk  hamilə  günlərində  yuxusunda  ox,  nizə,  tü-
fəng,  xəncər,  bıçaq,  qılınc,  görsə  oğlu,  iynə,  cəhrə,  güzgü, 
daraq görsə qızı olar. 
Uşaq  anadan  olanda,  əgər  ana  öz  saçı  ilə  körpəsinin 
başını  gəndəlaş  çiçəyinin  qaynadılmış  suyu  ilə  yusa,  onun 
başına tük gələr. 
Hər  hansı  adamın  (oğlan,  qız,  kişi,  qadın,  qoca,  qarı) 
baş  tükündən  və  paltarından  bir  parça  götürüb  düyünləyib 
quyuya və  ya xəlvəti  yerə atılarsa, o adamın bəxti bağlanar, 
ömrü  gödələr,  işi  hər  yerdə  düyünə  düşər.  Başı  şərdən 
açılmaz. 
Baş saçı yandırılan adamın (kişi, qadın, oğlan, qız) başı 
həmişə ağrıyar. 
Yeni  doğulan  qırxı  çıxmamış  uşağın  üzərinə  gül  gə-
tirmək günahdır. O, uşağın ömür-günü xəstə keçər, rəngi sa-
ralar. 
Yeni  doğulmuş  qırxı  çıxmamış  uşağın  üzərinə  ət 
gətirməzlər. 
Yeni  doğulan  qırxı  çıxmamış  uşağın  üzərinə  yumurta 
gətirməzlər. Əks halda, uşaq gec dil açar və ya lal olar. 
Yeni  doğulmuş  uşağı  sarı  parça  ilə  bələməzlər  və  ya 
yüyrüyünə sarı rəngli heç nə qoymazlar, əks halda, uşaq sa-
rılıq xəstəliyinə tutular, rəngi sarı, özü isə həmişə qızdırmalı 
olar. 
Körpə uşağa inək, camış, qoyun  südü  verməzlər, uşaq 
gec  danışar,  yaddaşı  zəif  olar.  Körpə  uşağa  ana  südündən 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
102 
başqa ancaq keçi südü  verərlər. Belə uşaqlar  tez iməkləyər, 
tez  yeriyər,  tez  də  dil  açar,  yaddaşı  iti,  özü  isə  böyüyəndə 
qıvraq (qoçaq) olar. 
Şər  qarışanda  (axşamçağı)  tez-tez  güzgü  qarşısında 
daranıb-sığallanan qız el-obasından uzaq yerə gəlin köçər. 
Təzəgəlin  xörək  yeyilən  qab-qacağı  yumamış  axşam-
dan səhərə saxlarsa, o gəlin pintidir, təmizkar deyildir. 
Əgər  təzəgəlinin  yandırdığı  ocaq  tez  alışıb,  tez  də 
sönərsə, o gəlin yüngülxasiyyətli olar. 
Əgər  təzə  gəlinin  yandırdığı  ocaq  gec  sönüb,  gözü 
dəmli  olarsa,  o  gəlin  ağır,  ağıllı,  ev-eşikdə  tədbirli,  evdar 
olar, evi bərəkətli olar. 
Gəlin,  gəlin  gəldiyi  gecə  aydınlıq  olub,  ay  doğarsa,  o 
gəlinin ilki oğlan olar. 
Təzə  ay  doğanda,  ona  baxıb  barmaq  uzatmaq  olmaz. 
Əks halda həmin adamın gözünə ağ damar (ağ gələr). 
Gəlin, gəlin gəldiyi gecə ayaqqabını evdə taykeş geyi-
nərsə, ilk uşağı çəpgöz olar. 
Çörəyi  isti-isti  kəsmək  günahdır,  əks  halda,  o  evin 
bərəkəti göyə çəkilər. 
Hamilə  gəlinin  (qadının)  yaxasına  iynə  taxırlar  ki, 
yatanda  onu  qara  basmasın,  hal  anası  onun  ürəyini  çıxarıb 
aparmasın. 
Yeni evlənən cavanlara ilk gecə (zifaf gecəsi) acı xörək 
verməzlər. Əks halda, ailədə dava-dalaş, acılıq olar. 
Ölüyə  qəbir  yeri  qazılarkən,  qəbir  yeri  daşlı-çaxraqlı 
çıxarsa, o adam sağlığında çox xəsis, simic olub. 
Ölünün qəbri qazılarkən, qəbir yerindən ikinci qəbir çı-
xarsa,  o  adam  sağlığında  mərdimazar  olub,  çoxlarına  pislik 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə