Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə24/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   20   21   22   23   24   25   26   27   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
93 
Tərəkəmələrin  inamına  görə: səhər  tezdən uğura çı-
xan adam sudan, su yanından keçərkən: "Pak üzün mübarək, 
su pərisi" – deməsə, həmin adamın uğuru xeyir tapmaz. 
Axşam  su  üzərindən  atlananda,  su  yanından  keçəndə: 
"Pak  üzünə  sabahlar  xeyirliklə  açılsın,  su  anası"  –  deməsə, 
həmin adama su anasından ziyan toxunar. 
Tərəkəmələrin  inamına  görə:  kim  axşam  yatarkən: 
"Yataram ya birdi bir olan Allah, qalxaram inşallah" – desə, 
şər  qüvvələr  onun  yatağından  uzaqlaşar,  pis,  qorxulu 
yuxulardan uzaq olar. 
Tərəkəmələrin  inamına  görə:  kim  səhər  tezdən  yu-
xudan  duranda  üzüqibləyə  dayanıb  təmiz  ağızla:  "Ya  birdi 
bir olan Allah sənin şəriksizliyini salamlayıram" – desə, uğu-
ru xeyir tapar, o günü işi avand olar, pis sözdən, pis gözdən 
uzaq olar. 
Tərəkəmələrin  inamına  görə:  təzəgəlinin  nişan  üzü-
yünü barmağından tez çıxarması yaxşı əlamət deyil. 
Tərəkəmələrin  inamına  görə:  axır  çərşənbədə,  gecə 
ilə  gündüz  bərabərləşəndə  anadan  olan  uşağın  taleyi  üzünə 
gülər,  xoşbəxt  olar,  ruzusu  bol  olar.  Allah  adamı  olan  belə 
uşaqlar, pislik, paxıllıqdan uzaq olar, hamının firavan dolan-
masını istəyərlər. 
Tərəkəmələrin  inamına  görə:  doğuş  ərəfəsində  ha-
milə  qadın  yatan  otağın  pəncərəsində  göyərçin  qonarsa,  o 
qadın  bəd-nəzərdən,  uzaq  olar.  Anaya,  doğulan  uşağa  hu-
rilər, pərilər pənah olar, şər qüvvələrdən onları qoruyarlar. 
Tərəkəmələrin inamına görə: kim ocağında əncir, çi-
nar, saqqız ağacı qalayarsa, o adamın ocağı kor olar, evində 
bərəkət  qalmaz,  belə  ailənin  ən  sevimlisi  ömrü  boyu  xəstə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
94 
olar, dərdinə əlac tapılmaz. 
Tərəkəmələrin  inamına  görə:  qurbanlıq  heyvan  üzü 
qibləyə  kəsilərkən,  onun  ağzına  nabat  qoyularsa,  qurbanlıq 
müqəddəs  sayılar.  Qurbanlıq  kəsildikdən  sonra  nabatı  onun 
ağzından çıxarırlar. 
Tərəkəmələrin inamına görə: günahkar adam, günahını 
yumaq  üçün  "Allahın  adı  ilə,  Allah  böyükdür,  ya  Allah!  Sən 
hər iki dünyada mənim günahımdan keç" – deyib niyyət edər-
sə, günah işlətdiyi günlərin sayı qədər oruc tutsa, yetim-yesirə, 
kimsəsizə, əlilə əl tutsa, günahı Allah tərəfindən bağışlanar. 
Tərəkəmələrin  inamına görə: əgər gəlin ər evində tez-
tez balınc üzərində oturarsa, çox çəkməz ki, qaynanası ölər. 
Tərəkəmələrin  inamına  görə:  il  təhvil  olunan  vaxt, 
yəni gecə ilə gündüz bərabərləşəndə, kim Novruzgülünü pak 
suya  salıb  üz-gözünə  çiləsə,  sonra  əzib  şirəsini  üz-gözünə, 
qaşına, dodağına sürtsə, nə niyyəti varsa  yerinə yetər, taleyi 
üzünə gülər. 
Tərəkəmələrin  inamına  görə:  axır  çərşənbə  axşamı 
süfrədə  hər  kəs  özünə  niyyət  şamı  yandırır.  Əgər  şam  sona 
qədər  yanıb əriyərsə, niyyət baş tutacaq. Əgər kiminsə şamı 
sona qədər əriyib yanmasa, o şəxsin başında bir qəza olacaq, 
bəxti üzünə gülməyəcək. 
Tərəkəmələrin  inamına  görə:  il  təhvil  olunan  vaxt 
kim bəxtini sınamaq məqsədilə bayıra çıxarsa, qarşısına kişi 
xeylağı  çıxsa  niyyəti  baş  tutacaq,  işi  avand  olacaq.  Qadın 
çıxsa işi bəd gətirəcək, xeyir tapmayacaq. 
Tərəkəmələrin inamına görə: əgər doğulduqdan son-
ra uşaq  yeriyə bilməsə, onu  yalquzaq südü ilə  əmizdirsələr, 
sümüyü bərkiyər, şikəstlikdən əsər-əlamət qalmaz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
95 
Tərəkəmələrin  inamına  görə: kişmiş ilə toğlunun əti 
şirin olar. 
Tərəkəmələrin  inamına  görə:  saçı  tökülən  adamlara 
10-15  gün  saçmı  çobanyastığının  qaynadılmış  suyu  ilə 
yumaq  məsləhətdir.  Bu  həm  də  saçların  dibini  bərkidir, 
başında kəpək yaranmasının qarşısını alır. 
Tərəkəmələrin  inamına  görə:  ağzı  yara  xora  olan, 
dişinin  dibi  şişən,  boğazı  gələn,  kəskin  sancı,  ürək,  qara-
ciyər,  öd  kisəsi  ağrılarından  əzab-əziyyət  çəkənlərə  15-20 
gün  müddətinə  hər  gün  yeməkdən  əvvəl  bir  fincan  çoban-
yastığı dəmləməsi içmək məsləhətdir. 
Tərəkəmələrin  inamına  görə:  yola çıxan adam səhər 
tezdən  itə  bir  tikə  qismət  (çörək,  ət)  atarsa,  xeyir  tapar,  işi 
avand olar. 
Tərəkəmələrin inamına görə: kim bahar gələndə dur-
na qatarını pozmaq üçün ayaqqabısını tərs geyib, üç dəfə sol 
tərəfə  fırlanarsa,  o,  günah  işlədər  ömrü  boyu  ruzi  tapmaz. 
Uşağı olanda tərs, sözəbaxmaz və çaş olar. 
Tərəkəmələrin  inamına  görə: xəbəri olmadan başına 
bir  azca  duz  tökülən  hamilə  qadın  əlini  başına  çəksə  qızı, 
ağzına-dodağına çəksə oğlu olar. 
Tərəkəmələrin  inamına  görə:  uşağı  olmayan  qadın 
müalicə məqsədilə yeddi həftə ardıcıl olaraq həftədə bir dəfə 
iri dəmir və  ya palıd çəlləkdə, çox da isti olmayan suda 40-
45  dəqiqə  ayaq  üstə  (boğazına  qədər)  durmalıdır.  Müalicə 
üçün  yaxşı  olardı  ki,  o,  andız  yarpağı,  kəndəlaş,  gülxətli, 
gicitkən,  quşotu,  moruq  kökü,  zirinc  kökü,  bağayarpağı, 
unnuca (yağlıca) və s. otlardan və köklərindən istifadə etsin. 
Tərəkəmələrin  inamına  görə:  yel  və  əzələlərin  qıc 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə