Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə21/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   17   18   19   20   21   22   23   24   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
80 
olaraq  hər  səhər,  günorta,  axşam  yeməyindən  qabaq  kək-
likotu,  yarpız,  sarıçiçək,  bağayarpağını  birlikdə  dəmləyib 
içmək məsləhətdir. 
Qara  nanəni  dəmləyib,  adət  halına  salıb  içmək  məs-
ləhət deyil, bu, sonsuzluğa səbəb olur. 
Sidik  kisəsindəki  ağrıları  azaltmaq  və  sidiyin  ifrazını 
asanlaşdırmaq üçün razyana dəmləməsi içmək məsləhətdir. 
Göy  öskürəyə  tutulanlara  razyana  kökünü  dəmləyib 
içmək məsləhətdir. 
Qanı  az  olan  adamlara  hər  gün  səhər  tezdən  acqarına 
zəfəranı  qaynadıb  qaynanmış  südlə  qarışdırıb  bir  fincan 
içmək məsləhətdir. 
Qanaxmanın  qarşısını  almaq  üçün  gicitkəni  dəmləyib 
içmək məsləhətdir. 
Bel ağrısından əziyyət çəkənlərə gicitkəni əzib ağrıyan 
yerə  yaxmaq  (təpitməsini qoymaq) məsləhətdir. Bu, ağrıları 
azaldır. 
İshal  və  şiddətli  qarın  ağrısı  xəstəliyinə  tutulanlara 
quru  çayı  tavada  yüngülcə  qovurub,  narın  əzib  dəmləməli, 
hər gün yeməkdən əvvəl bu dəmləmədən içməlidirlər. 
Qulaq ağrısından əziyyət çəkən körpə uşağın müalicəsi 
üçün  təzə  kəsilmiş  toyuğun  piyini  əridib  (isti  olmamaq 
şərtilə)  gündə  üç  dəfə  bir  damcı  qulağa  damızdırmaq 
məsləhətdir. 
Əl,  qol,  qıç  burxulanda,  yumurta  sarısına  duz  əlavə 
edib burxulan yerə təpitmə qoymaq məsləhətdir. 
Qanı az olan, qaraciyəri kəskin ağrılar  verən  xəstələrə 
10-15  gün  səhər  tezdən  acqarına  bir  stəkan  tut  bəhməzi 
içmək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
81 
Böyrək ağrılarından əziyyət çəkən xəstələrə axşamdan 
bir dəstə keşnişi iki stəkan suda, bir  stəkan su  qalana qədər 
qaynadıb, səhər tezdən həmin suyu içsələr, ağrılar azalar. Bu 
üsulu 10-15 gün ardıcıl davam etdirmək məsləhətdir. 
Mədə ağrısından əziyyət çəkən, qanı az olan adamlara 
10-15  gün  hər  səhər  acqarına  şax  tut  (ağ  tut)  yemək  və  ya 
şirəsindən bir stəkan içmək məsləhətdir. 
Göyöskürəkdən əziyyət çəkən, adamlara əncir qurusu-
nu təzə sağılmış inək südündə qaynadıb içmək məsləhətdir.
1
 
                                                
1
 Türkəçarə inamları 44 yaşlı Zeynalova Rəna Əli qızının dilindən yazıya 
alınmışdır. Rəna xanım Bakıda yaşayır, ali təhsilli tibb işçisidir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
82 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İNAM VƏ ETİQADLAR 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
83 
İNAM VƏ ETİQADLAR 
 
Elat-tərəkəmə  müdriklərinin  inamına  görə:  İl  qu-
raqlıq keçəndə, xam süpürgə yandırırlar ki, yağış yağsın. 
Elat-tərəkəmə  müdriklərinin  inamına  görə:  ağızı 
oruc olub, orucunu açmayan, səhər-səhər ağzına bir tikə qis-
mət  almayan  adam,  evindən  qonşuya  un,  urva,  çörək,  taxıl 
verərsə,  o,  evinin  bərəkətini,  son  qismətini  verir.  Əgər  süd, 
qatıq, çalası verərsə, heyvanını bədnəzər tutar. Odur ki, qon-
şuya, qohuma evdən səhər-səhər bir şey verəndə, bir qismət 
də olsa, ağzına çörək qoyub yemək məsləhətdir. 
Elat-tərəkəmə  müdriklərinin inamına görə: qızı ərə 
verərkən,  qız  bəy  evinə  köçməzdən  əvvəl  onu  üç  dəfə  od 
başına dolandırırlar ki, getdiyi ev odlu-ocaqlı olsun. 
Elat-tərəkəmə  müdriklərinin  inamına  görə:  uşaq 
gec dil açanda, ayğır atın yüyənini onun boynuna keçirsələr, 
uşaq tez dil açar. 
Elat-tərəkəmə  müdriklərinin  inamına görə: hamilə-
lik dövründə ana ələk arxasından aya baxarsa, onun dünyaya 
gətirəcək uşağı göyçək və alagöz olar. 
Elat-tərəkəmə  ağbirçək  müdriklərinin  inamına  gö-
rə:  hamiləlik  dövründə  çoxlu  heyva  yeyən  ananın  dünyaya 
gətirdiyi uşaq qənirsiz, gözəl-göyçək olar. 
Elat-tərəkəmə  ağbirçək  müdriklərinin  inamına  gö-
rə:  hamilə  qadın  qovurğa  yeyərsə,  dünyaya  gətirdiyi  uşaq 
davakar, dəcəl olar. 
Elat-tərəkəmə  ağbirçək  müdriklərinin  inamına 
görə: hamiləlik dövründə ana çoxlu balıq  yeyərsə, dünyaya 
gətirdiyi uşaq, dəcəl olar. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
84 
Elat-tərəkəmə  ağbirçək  müdriklərinin  inamına 
görə: qadın hamilə vaxtı günəbaxan tumu çırtlayarsa, dünya-
ya gətirdiyi uşaq çoxdanışan və nadinc olar. 
Tərəkəmələrin inamına görə: təzə bəy gəlini gətirmə-
yə  gedərkən,  üç  dəfə  yanına  vurur  ki,  qurduğu  ailə  xoşbəxt 
olsun. 
Tərəkəmələrin  inamına  görə:  çörək  yeyərkən  ev  sa-
hibinin,  kişinin  ağzından  çörək  qırıntısı  süfrəyə  tökülərsə, 
evinə qonaq gələcək. 
Tərəkəmələrin  inamına  görə:  şər  vaxtı  nərdivan  al-
tından keçmək ailəyə bədbəxtlik gətirər. 
Tərəkəmələrin  inamına  görə:  may  ayının  ilk  həftə-
sində  ağ  tut  ağacından  yellənəcək  salıb  yellənənin  bəxti 
açılar, ta-leyi üzünə gülər, xoşbəxt olar. 
Tərəkəmələrin inamına görə: Novruz bayramının son 
çərşənbə  axşamı  tonqaldan  atlanıb,  sonra  ocaq  kömüründən 
alnına üç nöqtə qoyanın bəxti açılar, ömrü uzun olar. 
Tərəkəmələrin inamına görə: Novruz bayramının son 
çərşənbəsində  dəvə-tikanını  üç  dəfə  pak  suya  çəkib,  evin 
girəcəyində  qapı  üzərindən  assan,  evə,  ailə  üzvlərinə  nəzər 
dəyməz. 
Tərəkəmələrin  inamına  görə:  yatarkən  (uzanarkən) 
ayaqlarını qibləyə tərəf uzatmaq, ailəyə bədbəxtlik gətirər. 
Tərəkəmələrin  inamına  görə:  qız  ata  evində  gəlin-
lərinin paltarını geyərsə, bəxti bağlanar, ərə getməz. 
Tərəkəmələrin  inamına  görə:  uşaq  həyət-bacada  gə-
zərkən tez-tez dönüb arxasına boylanarsa, evə qonaq gələr. 
Tərəkəmələrin inamına görə: qəlyan, papiros çəkilən 
evə müqəddəs ruh gəlməz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə