Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə19/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   15   16   17   18   19   20   21   22   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
72 
Elat-tərəkəmə  türkəçarə  təbiblərinin  inamına  görə: 
arı sancan yerə dəmir pası çəkdikdə ağrı azalır, şiş tez sağalır. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
şiş  (xərçəng)  xəstəliyinə  tutulanda,  həmin  şişi  yerdonbalan 
cırnağı  (dırnağı)  ilə  bir  həftə  müddətində  hər  gün  üç  dəfə 
cızdıqda tez sağalar. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
mal-qaranın,  camışın,  qoyun-keçinin,  dəvənin,  atın  yelini 
(döşü, məməsi – MH.) gələndə ona sarı palçıq çəkilərsə, tez 
sağalar. 
Elat-tərəkəmə  maldar-çoban  müdriklərinin  ina-
mına  görə:  mal-qara,  qoyun-keçi,  camış,  at,  dəvə  köpəndə 
qulağını iti bıçaqla azacıq çərtib qan almaq məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
böyüyəndə dişlərin salamat qalması, tökülməməsi üçün, uşaq 
dişini  dəyişdikdən  sonra  hər  gün  yeməkdən  əvvəl  uşağın 
dişlərini soğan, sarımsaqla sürtmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
sətəlcəm olanı sarımsağı keçi piyi ilə qaynadıb, bədəni möh-
kəm ovxalamaq məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
göyöskürəyə,  qanlı  bəlğəmə  tutulan  xəstələrə  sarı  çiçəyi 
dəmləyib içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
qan  təzyiqi  yuxarı  olan  xəstələrə  qaymaqçiçəyi  dəmləməsi 
içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
iştahasızlıqdan, bərk soyuqdəymədən (qançırdan) əziyyət çə-
kən xəstələrə bir həftə hər gün  yeməkdən əvvəl, üç dəfə bir 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
73 
fincan (stəkan) zoğal əzintisinin şirəsini içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
qanı  az  olan  xəstələrə  çuğunduru  maşından  keçirib  şəkər-
tozu  (pesok)  ilə  qarışdırıb,  şirəsini  üç  gün  ağzı  bağlı  qabda 
saxladıqdan sonra, hər gün  yeməkdən əvvəl üç dəfə bir fin-
can (bir ay müddətinə) içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
bədəni,  ayağı,  qoltuq  altı  iy  verən  adamlara  bir  ay,  həftədə 
iki dəfə biyanı qaynadıb suyunda çimmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
baş  ağrısından  əziyyət  çəkən  xəstələrə  hər  üç  gündən  bir 
qaynadılmış  yarpız  suyu  ilə  bir  ay  müddətində  başı  yumaq 
məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
qan təzyiqi yuxarı olan adamlara  yaz aylarında ilanotu (yol-
pencəri) sıxmasını tünd sarımsaqlı qatıqla yemək, yay, payız, 
qış  aylarında  isə  onun  qurudulmuşunu  qaynadıb  yenə  də 
həlimi qarışıq tünd sarımsaqlı qatıqla içmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
yel  xəstəliyindən  əziyyət  çəkənlərə  bir  ay,  həftədə  bir  dəfə 
doy-dabanı  (xortum)  yarpağı  və  ya  asırqalı  dərib  bir  neçə 
saat açıq havada saxlayıb soldurduqdan sonra ağrıyan bədən 
üzvlərinin yerini sarımaqla, xəstənin altına, üstünə də həmin 
yarpağı  döşəmək  məsləhətdir.  Bu  üsulu  xəstə  tərləyincə  et-
mək lazımdır. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
gözü ağrıyan adamlara obaşdan moruq və ya kələm yarpağı-
nın  üzərindəki  şeh  damlalarını  təmiz  qaba  yığıb  20-21  gün 
səhər  tezdən  və  axşam  yatmazdan  qabaq  hər  dəfə  üç-dörd 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
74 
damcı gözə tökmək məsləhətdir. 
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: 
ilancıq,  gözyarası  (bunlar  yaman  yaralardır)  olan  xəstələrə 
20-21  gün,  gündə  bir  dəfə  təzə  kəsilmiş  heyvanın  gözünü, 
zəyi,  yumurtanı  unla  qatıb  alman  xəmiri  bükərək  külə  qoy-
maq,  üstünü  qor-odla  örtüb  tam  bişirmək,  sonra  onu  əzib, 
ələkdən keçirib, ununu yaranın üstünə səpmək məsləhətdir. 
Yel  xəstəliyindən  əziyyət  çəkənlərə  təzə  açılmış  aka-
siya  çiçəyini  dərib  şüşə  bankada  ağ  neft  içərisində  10  gün 
qaranlıq və sərin yerdə saxladıqdan sonra hər gün üç dəfə yel 
tutan nahiyəni sürtüb sığallamaq məsləhətdir. 
Əlində  ziyil  olan  adama  həmin  yeri  körpə  küçüyə 
yalatmaq məsləhətdir.  
İnsan bədəninin üzvlərində əmələ gələn şiş fırların tez 
yetişməsi, deşilməsi üçün içində pendir mayası olan qursağı 
həmin şişin üzərinə yaxmaq məsləhətdir. 
Gözə çıxan itdirsəyini sağaltmaq üçün bir parça qəndi 
bir  həftə,  hər  gün  üç  dəfə  itdirsəyinin  üstünə  sürtmək  məs-
ləhətdir. 
Qulaq ağrısından əziyyət çəkənlərə ağ soğanın suyunu 
sıxıb qulağa tökməsi məsləhətdir. 
Saçın tökülməməsi üçün qırmızı soğanın qabığını qay-
nadıb suyunda günaşırı baş yumaq məsləhətdir. 
İshal  xəstəliyindən  əziyyət  çəkən  xəstələrə  şirin  nar 
qabığının  qurusunu  narın  əzib,  bişmiş  yumurtanın  üzərinə 
səpib yemək məsləhətdir. 
Oraq, kərənti, qılınc, xəncər, bıçaq kəsiyini tez sağalt-
maq  üçün  acıtərəni  (vəzərini)  qurudub,  narın  əzib  yaranın 
üstünə səpmək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
75 
Başda olan bit, sirkə, sinəyi tökmək üçün çuğundurun 
yarpağını qaynadıb günaşırı onunla başı yumaq məsləhətdir. 
Daxili  hilləti  və  həmçinin  bütün  qurd  növlərini  həm 
insan, həm də heyvanlardan tökmək üçün bir həftə, hər səhər 
acqarına su tərəsi (buna camış tərəsi deyilir) və bir fincan təzə 
mayalanmış pendir suyu içmək məsləhətdir. Bu qəbil müalicə 
qızıl qurdu, yastı qurdu, qılçıq qurdu, qılbaş qurdu tökür. 
İshal,  qarın  ağrısına  tutulan  xəstələrə  nar  qabığı  quru-
sunun unundan bir çay qaşığı dəmləyib içmək məsləhətdir. 
İshal,  qarın  ağrısına  tutulan  xəstələrə  bir  həftə,  gündə 
yeməkdən əvvəl üç dəfə titrəbabı (romaşka) çiçəyini dəmlə-
yib  uşaqlara  bir  çay  qaşığı,  böyüklərə  isə  bir  xörək  qaşığı 
içmək məsləhətdir. 
Mədə-bağırsaq  yara  və  xorasından  əziyyət  çəkənlərə 
10 gün yeməkdən əvvəl gündə üç dəfə bir çay qaşığı reyhan 
şirəsi içmək məsləhətdir. 
Böyrəklərində daş, gəc olan xəstələrə yarpızı dəmləyib, 
hər gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir. 
Ayaq,  daban  ağrısı,  barmaqlar  arası  pıçrıq  (bişməcə) 
olanlara  cır  alma  və  ya  turş  alçanı  qaynadıb  ağrıyan  yerə 
yaxmaq məsləhətdir. Sonra ayağı, barmaqların arasını təmiz 
qurulamaq, bu müalicəni 15-20 gün yatmazdan əvvəl davam 
etdirmək lazımdır. 
Oynaqları ağrıyan, yel xəstəliyindən əziyyət çəkən xəs-
tələrə  yetişmiş  tutu iri çəlləyə  yığıb qıcqırtdıqdan sonra 10-
15  gün,  40-45  dəqiqə  axşam-səhər  çəlləkdə  vanna  etmək 
məsləhətdir. 
Mədə-bağırsaq xəstəliyi olanlara hər gün  səhər  tezdən 
acqarına tut yemək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə