Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə15/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   11   12   13   14   15   16   17   18   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
54 
Yuxuda sabun görmək  yuxugörənin pis və günah işlə-
rindən əl çəkməsi kimi yozulur. 
Yuxuda  saxsı  qab  görmək  oğlan  və  ya  qızın  tezliklə 
xeyir  işinin olacağı,  ailə başçısıdırsa, oğlunun  və  ya qızının 
evləndiriləcəyi kimi yozulur. 
Yuxuda  saqqız  çeynəmək  yuxugörənin  gücünün  dedi-
qoduya səbəb olacağı kimi yozulur. 
Yuxuda saz dinləmək, çalmaq xoş xəbər kimi yozulur. 
Yuxuda fərə-beçə görmək  yuxugörənin ailəyə, sevgili-
sinə  məhəbbətinin  güclü  olması,  işinin  uğurlu  olması  kimi 
yozulur. 
Yuxuda  yumurta  görmək  ən  sevimli  adamdan  xeyir 
xəbər, məktub alacağı kimi yozulur. 
Yuxuda  xah-xalça  görmək  yol,  uğurlu  səfər  kimi 
yozulur. 
Yuxuda eşşəyə minmək bəxtin-yığvalın açılacağı kimi 
yozulur. 
Yuxuda  üz  qırxmaq,  saç  kəsmək  bəxbəxtlik  əlaməti 
kimi yozulur. 
Yuxuda  ocaq  qalamaq,  işıq  yandırmaq  aydınlığa  çıx-
maq kimi yozulur. 
Yuxuda ölü görmək ömrün uzun olacağı kimi yozulur. 
Yuxuda  ölüdən  bəxşiş  almaq  yaxşı,  bəxşiş  vermək 
bədbəxtlik əlaməti kimi yozulur. 
Yuxuda  hamilə  qadının  və  ya  ailə  başçısının  süd  gör-
məsi yuxugörənin oğlu olacağı əlaməti kimi yozulur. 
Yuxuda parça görmək, yol, uğur kimi yozulur. 
Yuxuda döşək görmək pis əlamətdir, ölüm xəbəri kimi 
yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
55 
Yuxuda  dırnaq  tutmaq  pisdir,  yuxugörənin  işi  çətinə 
düşəcək kimi yozulur. 
Yuxuda  daş  atmaq  pisdir.  Düşmənin  çox  olması  kimi 
yozulur.  
Yuxuda sevinmək kədərlənməkdir. 
Yuxuda məktəbə getmək, oxumaq, ucalmaq, böyümək, 
hörmət-izzət, şan-şöhrətə çatmaq kimi yozulur. 
Yuxuda  kal  meyvə  görmək,  yuxugörənin  bəd  xəbər 
gözləməsi kimi yozulur. 
Yuxuda pəhləvan görmək pisdir. Yuxugörənin pis işin-
dən,  əməlindən  tezliklə  əl  çəkməsi,  yaxşı,  xeyirxah  işlər 
görməsi məsləhətdir. 
Yuxuda  xalat,  arxalıq  görmək  yuxugörənin  var-dövlə-
tə, sərvətə çatacağı kimi yozulur. 
Yuxuda  zindana  düşmək  pisdir.  Yuxugörəni  nəsə  pis 
şey gözləyir kimi yozulur. 
Yuxuda  zəncir  görmək  qüvvət  deməkdir.  Zəncir  isə 
yuxugörənin tezliklə evlənəcəyi kimi yozulur. 
Yuxuda  zəhər-ağu  görmək  pisdir,  şərə  düşmək  kimi 
yozulur. 
Yuxuda yaqut görmək, yuxugörənin ailəsindəki hamilə 
qadının qızı olacağı kimi yozulur. 
Yuxuda  dırnağın  qopması  –  kasıblıq,  dırnağın  uzan-
ması  –  mal-dövlətini  itirmək,  dırnaq  tutmaq  isə  ən  ağır 
vəziyyətə düşmək, evdən ölü çıxacağı kimi yozulur. 
Yuxuda  tabut  görmək  yaxşı  əlamətdir.  Yuxugörənin 
çətinlikdən, dardan çıxacağı, gözəl dost tapacağı kimi yozu-
lur. 
Yuxuda sandıq görmək çoxyozumludur: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
56 
dolu sandıq görmək var-dövlət
boş sandıq görmək qədr-qiymətin bilinməsi
dəmir sandıq görmək yüksəlmək; 
taxta sandıq görmək sevinmək
qırıq sandıq görmək xoş xəbər
su üzündə sandıq görmək xoşbəxt həyat
naxışh sandıq görmək qismət, var-dövlət; 
sandıq satmaq sirri açmaq; 
sandığı atmaq, subaylığın daşını atmaq; 
–  sandığı  yuxuda görüb qapağını  açmaq kədər  və izti-
rab kimi yozulur. 
Yuxuda ağsaqqal görüb söhbət etmək,  yuxugörəni xe-
yir işlər gözləyir kimi yozulur. 
Yuxuda  sədəqə  vermək  təhlükədən  uzaqlaşmaq,  xoş-
bəxtliyə çatmaq kimi yozulur. 
Yuxuda nərgiz görmək hamilə qadının qızı olacağı ki-
mi yozulur. 
Yuxuda  məzar  daşı  görmək  ömrün  uzun  olacağı  kimi 
yozulur. 
Yuxuda  (ilin  son  çərşənbəsində)  qırmızı  boyaqlı  yu-
murta görmək xoşbəxtlik, tünd, qara, göy boyanmış yumurta 
görmək bədbəxtlik əlaməti kimi yozulur. 
Yuxuda  ananı  görmək  xoşbəxtlik  yuxugörənin  üzünə 
güləcək, taleyi xoş olacaq kimi yozulur. 
Yuxuda  kababxana  görmək  evdə  dedi-qodunun  çox 
olacağı kimi yozulur. 
Yuxuda yarma görmək evdə bin-bərəkətin çox olacağı 
kimi yozulur. 
Yuxuda xəngəl, şorba görmək kiminsə xətrinə dəyəcək 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
57 
kimi yozulur. 
Yuxuda  südlü  aş,  quymaq  görmək  uzaqdan  xoş  xəbər 
eşidiləcək kimi yozulur. 
Yuxuda  plov  görmək  pisniyyət  qonağın  gəlməsi  kimi 
yozulur. 
Yuxuda taxt görmək istək-arzuya çatmaq kimi yozulur. 
Yuxuda taxta çömçə görmək  yaxşı, dəmir  çömçə gör-
mək pis, ziyankarlıq kimi yozulur. 
Yuxuda dolu çaynik görmək yaxşı, boş çaynik görmək 
pis, ziyankarlıq kimi yozulur. 
Yuxuda  kokür  (abgərdən)  görmək  ağızlaşmaq,  savaş-
maq kimi yozulur. 
Yuxuda  aşsüzən  görmək  niyyətin  puça  çıxacağı  kimi 
yozulur. 
Yuxuda dolu sənək, kuzə görmək xeyirliyə, boş sənək 
görmək bədbəxtliyə yozulur. 
Yuxuda açıq qapı  görmək xeyirxahlıq, bağlı qapı gör-
mək şər kimi yozulur. 
Yuxuda  pəncərə  görmək  uğurun  xeyir  olacağı,  bəxtin 
açıq olacağı kimi yozulur. 
Yuxuda kəndir görmək, özünə dost tapmaq kimi yozu-
lur. 
Yuxuda vəl görmək uzaq yola çıxmaq kimi yozulur. 
Yuxuda araba görmək var-dövlət itirmək kimi yozulur. 
Yuxuda  meşə  görmək  yad  yerə,  el-obaya,  ölkəyə, 
qərib-qürbətliyə düşmək kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə