Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə12/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   8   9   10   11   12   13   14   15   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
42 
Yuxuda durna görmək,  yuxugörənin uzaq səfərə gedə-
cəyinə, səfərin isə çətin olacağı kimi yozulur. 
Yuxuda düyü görmək, yuxugörəni xoş məram gözləyir 
kimi yozulur. 
 Yuxuda  ev  görmək,  ucalmaq,  vəzifə  tutmaq  kimi  yo-
zulur. 
Yuxuda  eşşək  görən  yuxugörəni  hörmət  gözləyir. 
Dost-tanışı çox olacaq kimi yorulub-yozulur. 
Yuxuda eynək görmək uzaqdan, qürbət eldən  yuxugö-
rənə qonaq gəlməsi kimi yozulur. 
Yuxuda  əjdaha  görmək  yuxugörənin  yüksək  vəzifə 
tutması kimi yozulur. 
Yuxuda əzgil görmək  yuxugörənin pullanması demək-
dir. 
Yuxuda  ələk  görmək  yuxugörənin  hörmət-izzət  sahibi 
olub, var-dövlətə çatacağı kimi yozulur. 
Yuxuda əl görmək, toy-nişan olacağı kimi yozulur. 
Yuxuda əncir görmək yuxugörənin ailəsinə əlidolu qo-
naq gələcəyi kimi yozulur. 
Yuxuda ərik görmək, yuxugörənin təzə paltar geyəcəyi 
deməkdir. 
Yuxuda əriştə görmək,  yuxugörənin arzu-istəyinin puç 
olacağı kimi yozulur. 
Yuxuda  qara  at  görmək  ailədə  kiminsə  xəstələnməsi 
deməkdir. 
Yuxuda zəli görmək yuxugörənin ailəsində xəstə varsa, 
tez sağalacağı kimi yozulur. 
Yuxuda  zığzığ  quşu  görmək  ailədə  bəla,  bədbəxtlik 
olacağı kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
43 
Yuxuda zurna görmək, yuxugörənin ailəsi haqqında pis 
sözlərin söylənməsi, qeybət kimi yozulur. 
Yuxuda  ayna  görmək,  yuxugörənin  dost-tanışının  çox 
olacağı kimi yozulur. 
Yuxuda  iydə  görmək  həmin  il  məhsulun  bol  olacağı 
kimi yozulur. 
Yuxuda qızıl ilan görmək yuxugörəni xoşbəxtlik 
gözləyir kimi yozulur. 
Yuxuda inək görmək, var-dövlət tapmaq deməkdir. 
Yuxuda iskənə görmək, ailədə ev-eşiyin abadlığı  
deməkdir. 
Yuxuda  it  görmək,  yuxugörənin  hər  yerdə  mehriban-
lıqla qarşılaşacağı kimi yozulur. 
Yuxuda yaba görmək dava-dalaş kimi yozulur. 
Yuxuda  yağ  görmək  yuxugörənin  iş-gücünün  yaxşı 
olacağı deməkdir. 
Yuxuda  yarasa  görmək  ən  əziz  adamın  ölməsi,  itiril-
məsi kimi yozulur. 
Yuxuda  yarma,  taxıl  görmək  evin  bərəkətinin  artması 
kimi yorulub-yozulur. 
Yuxuda  yarpız  görmək  yuxugörənin  xəstələnəcəyi 
kimi yozulur. 
Yuxuda yağış görmək aydınlığa çıxmaq kimi yozulur. 
Yuxuda  yaylaq  görmək  mal-qaranın,  qoyun-quzunun 
artması, çoxalması kimi yozulur. 
Yuxuda yemiş (qovun) görmək, yuxugörənin hər yerdə 
xətri  əziz,  sözünün,  özünün  şirin  olması  kimi  yorulub-
yozulur. 
Yuxuda  yol  salmaq  yuxugörənin  səfərinin  xeyirli  ola-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
44 
cağı kimi yozulur. 
Yuxuda  yorğan görmək,  yuxugörənin ailəsinin  varlan-
ması kimi yozulur. 
Yuxuda  yuva  görmək,  yuxugörənin  ailəsində  şadlıq 
olacağı kimi yozulur. 
Yuxuda yun görmək varlanmaq kimi yozulur. 
Yuxuda kabab, bişmiş ət görmək, yemək, yuxugörənin 
və  ya  ailəsinin  haqqında  pis  söz-söhbət  olacağı,  onu  gözü 
götürməyənlərin,  qeybətini  qıranların  sayının  çox  olması 
kimi yozulur. 
Yuxuda  keçi  görmək  dövlətli  olmaq,  varlanmaq  de-
məkdir. 
Yuxuda kələm görmək,  yuxugörənin  və  ya ailə üzvlə-
rindən birindən ağır xəstəliyə tutulacağı kimi yozulur. 
Yuxuda  belə  qurşaq  bağlamaq,  yuxugörənin  ailəsini 
yas gözləyir kimi yozulur. 
Yuxuda  kərki,  rəndə  görmək,  yuxugörənin  təzə  evə 
köçəcəyi və ya ev tikəcəyi kimi yozulur. 
Yuxuda  kərtənkələ  görmək  yuxugörənin  qeybəti  kimi 
yozulur. 
Yuxuda kirpi görmək yuxugörənin azar-bezardan uzaq 
olması deməkdir. 
Yuxuda  kişi  xeylağını  görmək  yuxugörənin  cəsarətli 
olacağı, xeyir iş görəcəyi kimi yozulur. 
Yuxuda kotan-cüt görmək yuxugörənin və ya ailəsinin 
görəcəyi işinin çətin, ağır, uğursuz olması kimi yozulur. 
Yuxuda  köynək  görmək  yuxugörənin  ailəsində  bəd-
bəxtlik kimi yozulur. 
Yuxuda kuzə (güyüm) görmək (əgər su ilə doludursa), 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
45 
yuxugörən xeyir tapacaq, işi uğurlu, avand olacaq, boş olsa, 
ziyan tapacaq kimi yozulur. 
Yuxuda  kürək,  şana  görmək,  çoxlu  var-dövlət  sahibi 
olmaq kimi yozulur. 
Yuxuda  küp  görmək  yuxugörənin  var-dövlətinin  yoxa 
çıxması, pis dolanacağı, aclıq çəkəcəyi kimi yozulur. 
Yuxuda gəmi görəni bədbəxtlik gözləyir kimi yozulur. 
Yuxuda  göyərçin  görmək  yuxugörənin  küsülü  adamla 
barışması kimi yozulur. 
Yuxuda  göy  qarğa  görmək  yuxugörənin  xəstəliyinə, 
dərdinə dava-dərman tapılmayacaq kimi yozulur. 
Yuxuda gölməçə görənin var-dövləti əlindən çıxar. 
Yuxuda göz görmək yuxugörənin ailəsinə qonaq  
gəlməsi kimi yozulur. 
Yuxuda  gün  görmək  yuxugörənin  xoşbəxtliyə  çatması 
kimi yorulub-yozulur. 
Yuxuda güzgü görmək yuxugörənin ailəsinə qonaq gə-
ləcəyi kimi yozulur. 
Yuxuda kartof, lobya yemək, görmək, dərmək yuxugö-
rənin varlanacağı kimi yozulur. 
Yuxuda maral, ceyran görmək, yuxugörənin ucalacağı, 
vəzifəsinin böyüyəcəyi kimi yozulur. 
Yuxuda avtomobil görmək pis əlamət kimi yozulur. 
Yuxuda meşə görmək, varlanmaq əlaməti kimi yozulur. 
Yuxuda  göyöyün  (mozalan)  görmək,  yuxugörənin  ha-
mı tərəfindən sevilməsi kimi yozulur. 
Yuxuda  nehrə  görmək  yuxugörəni  qarşıda  çətin  sınaq 
gözləyir kimi yozulur. 
Yuxuda  oraq  görmək  yuxugörənin  azar-bezarının  tez-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə