Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə8/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
25 
Misri qılınc qızıl qana boyansın, 
Tutulubdu bir Eyvazım, əldədi! 
 
Yatmışdım, aşkara gördüm duşumu
Əzəlindən mən bilirdim işimi. 
Çəkin, yəhərləyin çərləmişimi, 
Tutulubdu bir Eyvazım, əldədi!... 
 
Nümunədəki:  "Yatmışdım,  aşkara  gördüm  duşumu, 
əzəlindən mən bilirdim  işimi" fikrinin təsdiqi diqqətdən kə-
nar qala bilməz. Yaxud bu qəbil möhürlü təsdiqlərə məhəb-
bət  dastanlarımızdan  aşağıda  gətirəcəyimiz  başqa  nümunə-
lərə diqqət yetirək: 
"...Dərvişlər  bir-birilə  himləşdilər  ki,  biz  axşama  kimi 
boğazımızı  yırtırıq,  beş  şahı  qazana  bilmirik.  Bizə  hörmət 
qoyan  yoxdu.  Camaat  aşıqlara  hörmət  qoyur,  çox  pul  verir. 
Gəlin  bunu  da  özümüzə  yoldaş  eləyək.  Elə  ki,  gəzdik,  do-
landıq, qazandıq, sonra başını batırarıq, pulları götürərik... 
Dərvişlərdən biri Qurbaniyə dedi: 
– Oğlum, gəl sən də bizim oğlumuz ol. Bir yerdə kənd-
lərə gedək, məclis keçirək, pul qazanaq. 
Qurbani haqq aşığı idi. O saat başa düşdü ki, dərvişlər 
onu aldatmaq istəyirlər. Dedi: 
– Baba dərvişlər, aman verin sazla bir neçə söz deyim, 
sonra eybi yoxdu, yoldaş olarıq. Mən də çölçü, siz də çölçü. 
Aldı Qurbani: 
Fənd eləmə, felli dərviş,  
Belə kar eləmək olmaz.  
Yıxıban könül evini,  
Mürğü-zar eləmək olmaz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
26 
Mahmud bəy  aralıdan qulaq asırdı. Gözlədi ki,  görsün 
aşıq gerisini nə deyəcək.  
Aldı Qurbani gerisini: 
 
Söylə dərdin bilənlərə,  
Dərd başına gələnlərə. 
Hər üzünə gülənlərə 
Etibar eləmək olmaz. 
 
Qurbaniyə gətir məzə, 
Dərd üstündən dərdim təzə. 
Dərd biləni, dərd bilməzə, 
Giriftar eləmək olmaz. 
 
Söz tamama  yetən kimi, Mahmud bəy atını dərvişlərin 
üstünə sürüb dedi: 
 – Tez deyin, görüm, bu aşığa nə deyibsiniz ki, o belə 
oxuyur.  Siz  aşığa  bir  söz  deməsəniz,  aşıq  elə  sözləri  oxu-
mazdı. Hərgah düzünü deməsəniz, hamınızı qıracağam. 
Dərvişlər dedi: 
– Vallah, biz heç zad deməmişik.  
Mahmud bəy Qurbaniyə dedi: 
– Düzünü de görüm, o dərvişlər sənə nə dedilər ki, sən 
o sözləri oxudun? 
Qurbani dedi: 
– Xan sağ olsun, onlar fikirləşdilər ki, məni işlətsinlər, 
sonra da öldürsünlər..." 
Bu qəbil intuitiv, telepatik sınaqlara biz nağıllarımızda, 
əsatir-əfsanələrimizdə,  dastanlarımızda  da  bol-bol  rast  gəli-
rik. Belə ki, Qurbaninin Qara vəzir və qızı Nigarın Ziyad xa-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
27 
nın məclisində imtahan edilməsi, bütün imtahanlardan aşığın 
alnıaçıq  çıxması,  eləcə  də  Abbasın,  Qəribin  və  başqalarının 
sınaqlardan  dəqiq  çıxmaları  fikrimizin  doğruluğunu  təsdiq 
edən  faktlardır.  Bu  baxımdan,  Qeysər  şəhərinin  paşası  Sü-
leyman paşanın qızı Hüsniyə xanımın,  vəzirinin Kərəmi in-
tuitiv,  telepatik  sınaqlardan  çıxarmaları  da  çox  maraqlıdır. 
Onlardan bir nümunəyə diqqət yetirmək yerinə düşərdi. 
"...Hüsniyə xanım dedi: 
–  Aşıq,  qız  tanımaqda  mahirsən.  İndi  bir  işimiz  qalıb. 
Bu gün səhər burada bir qərib ölüb. Yuyublar, kəfənləyiblər, 
qalıb basdırmağı. Gedək ona bir namaz qıl, torpağa tapşıraq, 
sonra sənin toyunu eləyək. 
Kərəm dedi: 
– Baş üstə! 
Hüsniyə xanım fərraşlara əmr elədi ki, Kərəmi qəbiris-
tana  aparsınlar.  Elə  ki,  Kərəmi  apardılar,  Hüsniyə  xanım 
paşaya dedi: 
– Ölüb eləyən yoxdu. Bu mənim axırıncı sınağımdı. Bir 
diri adamı kəfənə tutdurub, tabuta qoydurmuşam. Durun, siz 
də  gedək.  Əgər  bu  bilsə  ki,  kəfəndəki  ölü  deyil,  tay  haqq 
aşığı olmağına heç kəsin sözü ola bilməz. 
Hamı Hüsniyə xanımın bu tədbirinə afərin deyib, ayağa 
qalxdılar,  qəbiristana  tərəf  yola  düşdülər.  Elə  ki,  gəlib 
çatdılar, Kərəm cənazəyə baxıb soruşdu: 
– Deyirsiniz ki,  mən namaz qılmalıyam. Ancaq bilmi-
rəm ölü namazı qılım, ya diri namazı? 
Paşa qəsdən özünü qəzəbli göstərib dedi: 
– Bu nə sözdü? Kərəm dedi: 
– Bu o deyən sözdü ki, kəfəndəki hələ ölməyib, diridi. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
28 
Hüsniyə xanım yerindən dik qalxıb dedi: 
– Afərin  sənə,  aşıq!  Daha  mənim  sənə  sözüm  yoxdu. 
Sən doğrudan da, haqq aşığı imişsən. Qoy hamı bilsin ki, kə-
fəndəki, doğrudan da, ölü deyil, diridi..." 
Deyilənlərdən  aydın  olur  ki,  dastan  söyləyən  aşıqları-
mız, nağıl deyən müdriklərimiz güclü bədii təfəkkürə malik 
xüsusi istedad sahibləridir. 
Azərbaycan  dastanlarında  yuxu  və  yuxugörmə  feno-
menlərinin  elmi  cəhətdən  təhlilinə  çox  güclü  ehtiyac  duyu-
lur. Xalqımızın elat müdriklərindən psixoloji görüşlərini öy-
rənmək  üçün  ayrı-ayrı  dastanlardan  gətirdiyimiz  poetik  təs-
diqlər  mühüm  əhəmiyyətə  malikdir.  Verilən  nümunələrdən 
aydın  görünür  ki,  istər  məhəbbət  və  istərsə  də  qəhrəmanlıq 
dastanlarını təhlil edərkən tərəf-müqabillərin  yüksək intuitiv 
duyuma malik olduqlarına xüsusi diqqət yetirilməlidir. 
Yeri gəlmişkən yuxu və yuxugörmənin elmi-nəzəri təh-
lilini  verərkən  bizə  öz  xeyirxah  məsləhətlərini  və  real  kö-
məkliyini əsirgəməyən  respublikamızın görkəmli psixoloqu, 
professor Ə.Əlizadəyə öz minnətdarlığımı bildiririk. 
Mən  respublikamızda  və  digər  qardaş  respublikalarda 
yaşayan azərbaycanlılardan da öz məna-məramına görə diq-
qəti cəlb edən, xalqımızın dəfələrlə sınaqlardan çıxardığı yu-
xu və  yuxugörməyə aid çoxlu nümunələr toplamışam. Əmi-
nəm  ki,  təqdim  etdiyim  bu  yuxu  və  yuxugörmə  yozumları 
ulu  müdriklərimizin  inam-etiqadlarını  araşdırmaq  baxımın-
dan  psixoloqlarımıza,  fizioloqlarımıza,  etimoloqlarımıza, 
loğmanlarımıza, folklorşünaslarımıza yuxu və yuxugörmə ilə 
əlaqədar elmi-nəzəri cəhətdən çox şeyi xatırladacaqdır. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə