Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə7/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   2   3   4   5   6   7   8   9   10   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
21 
yiblər, onu da alıb satan yoxdu. 
Molla bunu eşidən kimi ayağa qalxdı, daban alıb Hatəm 
Soltanın  yanına  getməkdə  olsun,  sizə  kimdən  xəbər  verim 
Tahirlə Zöhrədən. Tahirlə Zöhrə vədə yerində şirin-şirin söhbət 
eləyirdilər. Molla özünü Hatəm Soltanın yanına salıb, Tahirə: 
–  Qızınız  yekəlib,  həddi-buluğa  çatıbdı.  Onu  bir  də 
məktəbə buraxmayın. Mən gəlib evdə ona dərs deyərəm..." 
Gətirilən  nümunəyə  diqqət  yetirilərsə,  sevən  gənclərin 
bəşəri  eşqinə  nə  hicab,  nə  də  İslam  dininin  yasaqları  yox, 
ancaq paxıllıq, hiylə mane olur. 
Halbuki, M.H.Təhmasib yazır: "Lakin çətinlik bircə bu 
uçurumun  sahillərində  dayananların  bir-birini  görə  bilməsi 
ilə qurtarmırdı. Onları bədii əsərlərdə belə, bir-biri ilə görüş-
dürmək  təşəbbüsləri  də  din  tərəfindən  təqib  edilirdi.  Belə 
görüşə  din  mütləq  icazə  verməli  idi  ki,  bu  da  ancaq  nikah, 
kəbin şəklində rəsmiyyətə salına bilərdi." 
"Abdulla  və  Cahan"  dastanında  bu  fikrin  təkzibinə 
diqqət yetirək: 
"...Cahan xanımdan qabaq qarı getdi, gördü burada bir 
oğlan yatıb, xudavəndi-aləm buna yeddi yerdən qələm çəkib. 
Qarı  özünü  saxlaya  bilmədi,  başladı  Abdullaya  yetim  kalça 
kimi  baxmağa.  Cahan  xanım  gəldi  çatdı.  Dəsmal  çıxarıb, 
oğlanın üzünün suyunu sildi, sonra qarıya dedi: 
– Qarı nənə, qələmin varmı? 
Qarı dedi: 
– Ay bala, niyə yoxdu? Yeddi il koxa yanında mirzəlik 
eləmişəm. Sən de, mən yazım. 
Cahan xanım aldı görək asta-asta nə dedi: 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
22 
Xab içində yatan bixəbər səyyad
Tərlan mənəm, qeyri tərlan istəmə! 
Mən səni sevmişəm, sən də sev məni
Sev bu canı, qeyri canan istəmə! 
 
Bizlərdə adətdir saza söz demək, 
Qara bağrı kabab deyən közdəmək. 
Məndən demək, səndən ilqar közdəmək
Yüz il getsə əbrü kaman istəmə! 
 
Zülfüm muyi səndə qaldı nişana, 
Ayrılıq atəşi kar eylər cana.  
Deyirlər ki, sevən gedər sevənə,  
Yaxşısan, yaxşı sev, yaman istəmə! 
 
Arayıb, axtarsan pünhanbapünhan,   
Yerim Xançobandı, nişanbanişan. 
 
Atam Camal bəydi, öz adım Cahan, 
Cahan mənəm, qeyri Cahan istəmə! 
 
Cahan  xanım  sözünü  tamamlayıb  qurtardıqdan  sonra 
üzüyünü çıxarıb, Abdullanın barmağına taxdı. Qarı da Cahan 
xanımın dediyini bir kağıza yazıb, Abdullanın cibinə qoydu. 
Cahan xanım özü də Abdullanın darağını götürdü..." 
Gətirdiyimiz  nümunədə  tərəf-müqabillərin  heç  biri 
İslam  dini  tərəfindən  təqib  edilmir.  Əksinə,  Cahan  xanım 
üzüyünü  Abdullanın  barmağına  taxıb,  məktub  yazıb  cibinə 
qoymaqla,  ünvanını  da  dəqiq  göstərməklə,  orta  əsrlər  İslam 
zehniyyətini,  dini  yasaqları  alt-üst  edir,  onun  rəsmiyyətinə 
qarşı çıxır. "Abdulla və Cahan" dastanından gətirdiyimiz bu 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
23 
bədii  parça  həmçinin  alimin:  "Bizcə,  dastan  yaradıcıları  bu 
çətinliyi aradan qaldırmaq üçün çox düşünmüş, nəhayət, din-
dən  icazə  almaq  yolu  ilə  işin  içindən  çıxmaq  qərarına  gəl-
mişlər  ki,  bunun  üçün  də  qəhrəmanların  bir-birini  yuxuda 
görməsi motivi ilə, onları bir-birinə "buta" eləmə priyomları 
birləşdirilmişdir" fikrini də təkzib edir. 
Əlbəttə, xalq ədəbiyyatındakı  yuxu, "buta" məsələlərinin 
bu cəhətini tamamilə inkar etmək olmaz. Lakin onu bütünlüklə 
bədii priyomla bağlamaq, məncə o qədər də düzgün deyil. 
Məlumdur  ki,  hər  bir  bədii  priyomun  özü  həyat  həqi-
qətlərinə  söykənir.  Burada  canlı  aləmin  inkişaf  pilləsində 
insan  beyni  filogenetik  cəhətdən  çox  yüksək  səviyyədə  da-
yanır.  Belə  bir  inkişaf  səviyyəsinə  çatmaq,  şübhəsiz,  insan 
təfəkkürünün fövqəladə  yetkinliyi, milyon illər boyu forma-
laşmasının  təşəkkül  prosesinin  məhsuludur.  Funksional  sir-
lərin aşkara çıxarılması üçün fizioloq, nevropatoloq, psixiatr, 
filosof  kimi  mütəxəssislər  uzun  illər  boyu  müşahidə  və 
tədqiqat  axtarışları  aparmışlar.  Bu  məsələ  ilə  əlaqədar  ça-
lışan  hər  bir  klassik  alim  yaradıcılığı  boyu  insan  beyni  sir-
lərinin  açılması  uğrunda  təbabətin  ən  mürəkkəb  sahəsi  olan 
psixoloji  aləmin  aşkar  edilməsi  naminə  bir  sıra  eyni  və  ya 
oxşar, maraqlı təcrübələrin qoyulması baxımından çətinliklər 
törədən  «qapalı  təfəkkür  dünyasını»  öyrənib-araşdırmaqda 
bir çox müəmmalar ilə qarşılaşmışlar. 
Dastanlarımızdan yuxu və yuxugörmə ilə bağlı yozum-
lara başqa nümunələrdə də diqqət yetirmək yerinə düşərdi: 
"... Koroğlu yatmışdı. Yuxuda gördü ki, Çınqıllı dağda-
dır. Qançır olub, ağzından laxta-laxta qan gəlir. Hövlnak yu-
xudan  oyandı.  Elə  bir  dəli  nərə  çəkdi  ki,  elə  bil  göy  gurul-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
24 
dadı, ildırım çaxdı. Bir göz qırpımında dəlilər yaraqlı-yasaqlı 
Koroğlunun əmrinə müntəzir dayandılar. 
Koroğlu sazı sinəsinə basıb dedi: 
 
... Koroğluyam, mən bilirdim işimi
Yaxşı yatdım, yaman gördüm duşumu. 
Gərək gətirəsiz düşmən başını, 
Yaralıdı, bir Həsənim dardadı. 
 
... Koroğlu Çınqıllı dağ deyib Qıratın cilovunu boşaltdı. 
Qırat yel kimi götürüldü. Günə bir mənzil, teyi-mənazil Çın-
qıllı  dağa  yetişdi.  Qırat  Ərəbatın  hənirtisini  duydu.  Ayağını 
yerə döyüb kişnədi. 
Koroğlu dedi: 
– Axtarın ətrafı! Qırat boş-boşuna kişnəməz. 
Dəlilər Çınqıllı dağı ələk-vələk elədilər. Bir də baxdılar 
ki,  budur,  Sarı  qayalıqda  Ərəbat,  yanında  da  bir  at  var  ki, 
göz istəyir tamaşa eyləsin. Koroğlu dəlilərlə kahaya endilər. 
Baxdılar  ki,  bir  qız  Həsənin  başını  alıb  dizi  üstə,  yarasına 
məlhəm qoyur..." 
Verdiyim  nümunədə  Koroğlunun  yuxusunun  çin  çıx-
ması,  neçə  günlük  məsafədə,  Çınqıllı  dağda  oğlu  Həsənin 
ağır  yaralı  olması,  Koroğlunun  intuitiv  duyumu  ilə  birbaşa 
məhz Çınqıllı dağa gəlməsi və s. diqqətdən qaçırıla bilməz. 
Yaxud "Durna teli" qolunda Koroğlunun yuxuda Eyva-
zın tutulub, darda olması səhnəsinə aid dediyi poetik təsdiqə 
diqqət yetirək: 
 
Xəbər verin dəlilərim oyansın, 
Tutulubdu bir Eyvazım, əldədi! 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə