Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə10/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
34 
Yuxuda vəl görmək, evdə, ailədə bolluq əlamətidir. 
Yuxuda süpürgə görmək, təmizlik əlamətidir. 
Yuxuda şiş görmək pisdir, evdən bərəkət kəsilər. 
Yuxuda zoğal görmək, göz yaşıdır. 
Yuxuda  ağ  at  görmək  murada-istəyə  çatmaq,  qovuş-
maqdır. 
Yuxuda ağsaqqal görmək, yaxşı söz-söhbət eşitməkdir.  
Yuxuda ağcaqanad (ditdili) görmək, qonaq gəlməsi  
kimi yozulur. 
Yuxuda ay görmək, yuxugörən adamın işinin çətinliyə, 
dolaşığa düşməsi kimi yozulur. 
Yuxuda  ayı  görmək,  sağlamlıq,  xəstəlikdən  uzaq  ol-
maq kimi yozulur. 
Yuxuda ayran görmək, ailədə xəstəlik kimi yozulur. 
Yuxuda alma görmək, ailədə oğul-qız, nəvə, nəticənin 
artacağı, ailəyə xoşbəxtlik üz verəcəyi kimi yozulur. 
Yuxuda alça (gavalı) görmək, bədbəxtlik kimi yozulur. 
Yuxuda  alaçıq  (dəyə)  görmək,  ailənin  saxladığı  mal-
qaranın artması kimi yozulur. 
Yuxuda araba görmək bədbəxtlik əlamətidir. 
Yuxuda  qılçıqlı  arpa  görənin  işi,  istək-arzusu  çox  çə-
tinliklə düzələr. 
Yuxuda araq, şərab görənin işi dava-şavalı olar. 
Yuxuda  qorxan  adamın  yatanda  başının  altına  çörək 
parçası qoyarlar ki, rahat yatsın. 
Yuxuda  narahat  yatanın  barmağına  qızıl  üzük  taxarlar 
ki, rahat yatsın, pis yuxular görməsin. 
Yuxuda  qorxulu  hadisə  görəndə,  yuxugörənin  səhər 
tez-dən  yuxusunu  axar  suya  söyləməsi  məsləhətdir.  Onda 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
35 
yuxusunun yorumu-yozumu uğurlu olar, yaxşı olar. 
Yuxugörən səhər tezdən kiməsə "Xeyir olsun, bu gecə 
yaxşı  yuxu  görmüşəm"  dedikdə,  o  adam  "Yuxun  çin  olsun, 
Allah xoşbəxtlik gətirsin" deməlidir. 
Yuxuda bal arısı görənin var-dövləti çoxalar, varlanar. 
Yuxuda axar su görmək uzaq səfərə çıxmaq kimi yozulur. 
Yuxuda aşsüzən görmək arzu-istəyin puça çıxmasıdır. 
Yuxuda badam görənin işi dolaşığa, çətinliyə düşər. 
Yuxuda badımcan görənin ailədə işi düz gəlməz, xəstə 
olarsa, onun şəfa tapması çətin olar. 
Yuxuda barlı bağ görmək, ailədə bərəkətin artması ki-
mi yozulur. 
Yuxuda bayquş görmək, ailəyə bədbəxtliyin üz vermə-
si kimi yozulur. 
Yuxuda balıq görmək, arzu-istəyə çatmaq, xoşbəxt ol-
maq kimi yozulur. 
Yuxuda  su  ilə  dolu  bardaq  görmək  xeyirxahlıq,  xoş-
bəxtlik, boş bardaq görmək bədbəxtliklə üzləşmək kimi  yo-
zulur. 
Yuxuda baş şalı (örpək) görmək ucalıq, yaxşı vəzifəyə 
çatmaq kimi yozulur. 
Yuxuda  beşik  (yüyrük,  nənni)  görmək  bədbəxtlik  əla-
mətidir. Ailədə körpə uşağın ağır xəstələnməsi, ölməsi kimi 
yozulur. 
Yuxuda  bilərzik  görmək  bədbəxtlikdir,  yuxu  görənin 
ailədə, işdə gününün pis keçməsi kimi yozulur. 
Yuxuda  bıçaq  görmək  qan  düşməni  ilə  barışmaq  kimi 
yozulur. 
Yuxuda  bozartma  yemək,  günü  pis  keçmək,  yuxu 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
36 
görənin bədxahlarının çox olması kimi yozulur. 
Yuxuda  boşqab  görmək,  evə-ailəyə  pay  gəlməsi  de-
məkdir. 
Yuxuda  buzov  görmək,  yuxugörənin  ziyana  düşəcəyi 
kimi yozulur. 
Yuxuda  bulaq  görmək  aydınlıqdır,  ailədə  xəstə  varsa, 
tez sağalacaq kimi yozulur. 
Yuxuda  buğda  görmək  yuxu  görənin  ailəsində  var-
dövlətin, bərəkətin artması, çoxalması kimi yozulur. 
Yuxuda  bülbül  görmək  ailədə  şadlıq  əlaməti  kimi 
yozulur. 
Yuxuda qaban görmək qəfildən  varlanmaq əlaməti ki-
mi yozulur. 
Yuxuda  əliuşaqlı  qadın  görmək  ailədə  xoşbəxtlik 
əlaməti kimi yozulur. 
Yuxuda qaz-ördək görmək təmizlik əlamətidir. 
Yuxuda qazan görmək xoşa gəlməyən qonağın gələcə-
yi kimi yozulur. 
Yuxuda qaymaq görmək yuxugörənin arzusuna çatmaq 
kimi yozulur. 
Yuxuda açıq qapı görmək bədbəxtlik, qapalı, örtülü qa-
pı görmək xeyir tapmaq kimi yozulur. 
Yuxuda qarğa görmək  yuxugörənin mal-qarasının, da-
varının (qoyun-keçinin) xəstəlik tapması, qırılması kimi  yo-
zulur. 
Yuxuda qara at görmək yuxu görənin şərə düşməsi ki-
mi yozulur. 
Yuxuda qaranquş görmək uzaq  yerdə  yaşayan qohum-
əqrəbadan xeyir xəbər eşitmək kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
37 
Yuxuda qartal (qaraquş) görmək, yuxugörənin ucalma-
sı deməkdir. 
Yuxuda taxta qaşıq görmək xeyir tapmaq, dəmir qaşıq 
görmək isə ziyana-şərə düşmək kimi yozulur. 
Yuxuda qızılquş görmək yuxugörənin varlanacağı kimi 
yozulur. 
Yuxuda qılınc görmək yuxugörənin arzu-istəyinə çata-
cağı kimi yozulur. 
Yuxuda  qırqovul  görmək,  ləziz,  dadlı  xörək  yemək 
deməkdir. 
Yuxuda  qırxayaq  görmək,  ailədə  xoşbəxtlik  olacağı, 
xəstə, azarlı varsa, sağalacağı kimi yozulur. 
Yuxuda  gicitkən  görmək  yuxugörənin  dost-tanışının 
çox olacağı kimi yozulur. 
Yuxuda  qoç,  qoyun  görmək,  yuxugörənin  kiminləsə 
dalaşacağı kimi yozulur. 
Yuxuda  çalağan  görmək  yuxugörənin  özü  və  ailəsi 
böhtana düşəcək kimi yozulur. 
Yuxuda  quzuqulağı  (turşəng)  görmək,  yuxugörənin 
ailə-sində dərd, kədər, qüssə çox olar kimi yozulur. 
Yuxuda  qumru  görmək  yuxugörənin  ailəsində,  evində 
oğurluq olar kimi yozulur. 
Yuxuda  qurbağa  görmək  yuxugörənin  ailəsində  körpə 
uşağın dünyaya gəlməsi kimi yozulur. 
Yuxuda  quymaq  görmək,  yuxugörənin  uzaqdan  xoş 
xəbər eşidəcəyi kimi yozulur. 
Yuxuda qulaq görmək, xoş xəbər eşitmək deməkdir. 
Yuxuda dağ görmək, ucalmaq, böyük vəzifəyə çatmaq, 
ad-san sahibi olmaq kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə