Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə11/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
38 
Yuxuda dağ keçisi görmək, ucalmaq əlamətidir. 
Yuxuda danadişi görmək,  yuxugörənin əkin-səpininin, 
bağ-bağçasının  barının,  məhsulunun  bol  olacağı  kimi 
yozulur. 
Yuxuda dana-buzov görmək ailəyə qonaq gəlməsi kimi 
yozulur. 
Yuxuda  daraq  görmək,  bəla,  bədbəxtlik  əlamətidir, 
amma bu bəla, bədbəxtlik tez ötüb keçəcək kimi yozulur. 
Yuxuda darı görmək yuxugörənin rəqibinə, düşməninə 
qalib gəlməsi kimi yozulur. 
Yuxuda  daş-divar  görmək,  yuxugörənin  ev  alması,  ev 
tikməsi kimi yozulur. 
Yuxuda  dəvə  görmək  yuxugörənin  firavan  yaşayacağı 
kimi yozulur. 
Yuxuda dəniz görmək bədbəxtlik əlamətidir. 
Yuxuda  dərə,  quyu,  çökəklik  görmək,  yuxugörənin 
dardan çıxacağı kimi yozulur. 
Yuxuda  dovşan  görmək  yuxugörənin  həmin  günü  ki-
minləsə savaşması kimi yozulur. 
Yuxuda  dəsmal  görmək  yuxugörənin  ziyana  düşməsi 
kimi yozulur. 
Yuxuda dəhrə (balta) görmək yuxugörəni istəməyənlə-
rin çox olması kimi yozulur. 
Yuxuda dovğa  yemək,  yuxugörənin ağır xəstələnəcəyi 
kimi yozulur. 
Yuxuda  dolu  görmək,  yuxugörənin  var-dövlətinin 
çoxalacağı kimi yozulur. 
Yuxuda  dolma  görmək,  ailəyə  çoxlu  qonağın  gəlməsi 
deməkdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
39 
Yuxuda  döşək  görmək,  yuxugörənin  xəstələnməsi  de-
məkdir.  
Yuxuda dolça görmək, ya yuxugörəndən, ya da ailəsin-
dən kimdənsə oğurluq olacağı kimi yozulur. 
Yuxuda  çöl  donuzu  görmək,  var-dövlət  tapmaq,  var-
lanmaq deməkdir. 
Yuxuda  duzqabı  görmək,  ailədə  bolluq,  bərəkət  kimi 
yozulur. 
Yuxuda  qazan  görmək  xoşa  gəlməyən  qonağın  gələ-
cəyi kimi yozulur. 
Yuxuda qaymaq görmək yuxugörənin arzusuna çatmaq 
kimi yozulur. 
Yuxuda  açıq  qapı  görmək  bədbəxtlik,  qapalı,  örtülü 
qapı görmək xeyir tapmaq kimi yozulur. 
Yuxuda  qarğa  görmək  yuxugörənin  mal-qarasının, 
davarının  (qoyun-keçinin)  xəstəlik  tapması,  qırılması  kimi 
yozulur. 
Yuxuda qara at görmək yuxu görənin şərə düşməsi ki-
mi yozulur. 
Yuxuda qaranquş görmək uzaq  yerdə  yaşayan qohum-
əqrəbadan xeyir xəbər eşitmək kimi yozulur. 
Yuxuda qartal (qaraquş) görmək, yuxugörənin ucalma-
sı deməkdir. 
Yuxuda taxta qaşıq görmək xeyir tapmaq, dəmir qaşıq 
görmək isə ziyana-şərə düşmək kimi yozulur. 
Yuxuda qızılquş görmək yuxugörənin varlanacağı kimi 
yozulur. 
Yuxuda qılınc görmək yuxugörənin arzu-istəyinə çata-
cağı kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
40 
Yuxuda  qırqovul  görmək,  ləziz,  dadlı  xörək  yemək 
deməkdir. 
Yuxuda  qırxayaq  görmək,  ailədə  xoşbəxtlik  olacağı, 
xəstə, azarlı varsa, sağalacağı kimi yozulur. 
Yuxuda  gicitkən  görmək  yuxugörənin  dost-tanışının 
çox olacağı kimi yozulur. 
Yuxuda  qoç,  qoyun  görmək,  yuxugörənin  kiminləsə 
dalaşacağı kimi yozulur. 
Yuxuda  çalağan  görmək  yuxugörənin  özü  və  ailəsi 
böhtana düşəcək kimi yozulur. 
Yuxuda  quzuqulağı  (turşəng)  görmək,  yuxugörənin 
ailəsində dərd, kədər, qüssə çox olar kimi yozulur. 
Yuxuda  qumru  görmək  yuxugörənin  ailəsində,  evində 
oğurluq olar kimi yozulur. 
Yuxuda  qurbağa  görmək  yuxugörənin  ailəsində  körpə 
uşağın dünyaya gəlməsi kimi yozulur. 
Yuxuda  quymaq  görmək,  yuxugörənin  uzaqdan  xoş 
xəbər eşidəcəyi kimi yozulur. 
Yuxuda qulaq görmək, xoş xəbər eşitmək deməkdir. 
Yuxuda dağ görmək, ucalmaq, böyük vəzifəyə çatmaq, 
ad-san sahibi olmaq kimi yozulur. 
Yuxuda dağ keçisi görmək, ucalmaq əlamətidir. 
Yuxuda danadişi görmək,  yuxugörənin əkin-səpininin, 
bağ-bağçasının  barının,  məhsulunun  bol  olacağı  kimi 
yozulur. 
Yuxuda dana-buzov görmək ailəyə qonaq gəlməsi kimi 
yozulur. 
Yuxuda  daraq  görmək,  bəla,  bədbəxtlik  əlamətidir, 
amma bu bəla, bədbəxtlik tez ötüb keçəcək kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
41 
Yuxuda darı görmək yuxugörənin rəqibinə, düşməninə 
qalib gəlməsi kimi yozulur. 
Yuxuda  daş-divar  görmək,  yuxugörənin  ev  alması,  ev 
tikməsi kimi yozulur. 
Yuxuda  dəvə  görmək  yuxugörənin  firavan  yaşayacağı 
kimi yozulur. 
Yuxuda dəniz görmək bədbəxtlik əlamətidir. 
Yuxuda  dərə,  quyu,  çökəklik  görmək,  yuxugörənin 
dardan çıxacağı kimi yozulur. 
Yuxuda  dovşan  görmək  yuxugörənin  həmin  günü  ki-
minləsə savaşması kimi yozulur. 
Yuxuda  dəsmal  görmək  yuxugörənin  ziyana  düşməsi 
kimi yozulur. 
Yuxuda dəhrə (balta) görmək yuxugörəni istəməyənlə-
rin çox olması kimi yozulur. 
Yuxuda dovğa  yemək,  yuxugörənin ağır xəstələnəcəyi 
kimi yozulur. 
Yuxuda dolu görmək, yuxugörənin var-dövlətinin çox-
alacağı kimi yozulur. 
Yuxuda  dolma  görmək,  ailəyə  çoxlu  qonağın  gəlməsi 
deməkdir. 
Yuxuda  döşək  görmək,  yuxugörənin  xəstələnməsi  de-
məkdir.   
Yuxuda dolça görmək, ya yuxugörəndən, ya da ailəsin-
dən kimdənsə oğurluq olacağı kimi yozulur. 
Yuxuda  çöl  donuzu  görmək,  var-dövlət  tapmaq,  var-
lanmaq deməkdir. 
Yuxuda  duzqabı  görmək,  ailədə  bolluq,  bərəkət  kimi 
yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə